Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9570 AZN
13:17Xəyalə Murad Gözəl gününüz olsun,Pəri xanım! Hər şey sizin üçündür 11:36Sima salam canlarim nece varsiz 11:24PERI ne gozel xeberler var bugun 11:23PERI salam necesiz 10:43Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər!
39338

Kişi tipləri (Onu tanıyırsınızmı?)

İnsanların xarakteri bir-birinə bənzəmir. Qadınlarla kişilərin xarakterləri arasında böyük fərq olur. Bunu daha çox ailə qurduqdan sonra meydana çıxan xasiyyət uyuşmazlıqları, yaxud gənc qızların və oğlanların tərk edildikdən sonrakı peşmanlıqlarından müşahidə etmək mümkündür.Məsələn,əlaqənin başlanğıcında kişinin qadını narahat etməyən xarakter xüsusiyyətləri zaman keçdikcə problem olmağa başlayır. Çox halda narazı tərəflər daxilən bu kimi ifadələri  təkrar edirlər: “O,axı əvvəllər belə deyildi”, “Onun dəyişməsini istəyirəm”.

Gəlin düşünək. Qarşımızdakı insanı dəyişdirmək mümkündürmü? Biz insanların dəyişə bilmələri üçün yalnız yol göstərə bilərik. Dəyişilmək, dəyişməyi istəmək isə onların özlərindən asılı olur. İnsan özü istəməzsə,onu heç bir mütəxəssis belə dəyişə bilməz.

İllərin müşahidələrinə görə, daha çox qadınlar kişilərlə münasibətlərinin başlanğıcında onları tanıya bilmirlər. Onlara gərəyindən çox dəyər verərək, sonrakı mərhələlərdə peşman olurlar, daha sonra da dəyişmələrini istəyir və ya tələb edirlər. Təbii ki, bu, sadəcə qadınların başına gəlmir, eyni zamanda kişilər də belə halla qarşılaşırlar. Buna eşqin korluğu deyilir.

Belə vəziyyətdə nə etmək lazımdır?

Bir müddət sevgi hisslərini ürəyimizdə qıfıllayıb məntiqli düşünməyə cəhd göstərmək lazımdır.

Gəlin, birlikdə kişilərin hansı tipə mənsub olduğuna baxaq:

1. Passiv aqressiv kişi tipi – ilk baxışda sakit görünən bu tip kişilərin günlərin birində alov püskürəcəyini təxmin edə bilməzsiniz. Belə kişilər özünə qapalı, səssiz, qaydalar qoymayan, amma sizin qaydalarınıza tabe olan, nə desəniz edən, sizi tənqid etməyən, sizə tərs olmayan davranışları ilə zamanla heyranlığınızı qazana bilirlər. Bu tiplər sizə əsəbləşsələr belə, bunu dillərinə gətirmir, ürəklərində saxlayırlar və bu da onların ən təhlükəli tərəfləridir. Passiv aqressiv kişi tipinin sizinlə xoşbəxt olduğunu sanarsınız, amma günlərin bir günündə və ya təxmin etmədiyiniz zamanda bomba kimi elə partalayar ki, şok olarsınız.

Mütəxəssislərin tövsiyyələrinə görə, bu tip kişilərlə münasibətlərinizdə problem varsa, onlarla tez-tez bu haqda danışmalısınız. Onlar özləri bu haqda danışmaqdan boyun qaçıracaqlar. 

Kişi tipləri (Onu tanıyırsınızmı?)

2.Meqaloman kişi tipi –  ( Meqaloman , yunan dilindən  μεγαλο - çox böyük, şişirdilmiş , μανία - ruhi xəstəlik deməkdir.Bir şeyə,bir fikrə həddindən artıq mübtəla olmaqdan ibarət ruh halı onunla göz-gözə gəldiyiniz zaman özünə inamına heyran qalırsınız. Bu tip kişilərin sanki “Dünya mənimdir” davranışları qadınların xoşuna gəlir. Qadınlar ilk zamanlarda onların yanında özlərini “etibar”da hiss etsələr də, bir müddət sonra bu hissin “boş” olduğunun fərqində olurlar.

Bu tip kişilər özlərindən başqa kimsəni düşünməzlər. Onların saxta “Mən hər şeyəm” görünüşləri münasibətlərin sonrakı səviyyəsində sizi zədələyə bilər. Heç bir zaman sizin üçün fədakarlıq etməz, uğurlarınızı tərifləməz, gözəlliyinizi vurğulamazlar və belələri ilə həyatı paylaşmaq mümkün deyil. Çünki, onlar paylaşmağı bilmirlər. 

Kişi tipləri (Onu tanıyırsınızmı?)

3.Hiperaktiv kişi tipi – diqqətləri dağınıq, düşüncələri qeyri-sabit olur. İş həyatında müvəffəqiyyət qazana bilmirlər. Bir insana bağlana bilmirlər. Nəinki həyat yoldaşını, hətta işlərini də dəyişirlər. Tez-tez iş dəyişdirməklə ətrafdakılarını da yorurlar. Onları anlamaq mümkün olmur, çünki, heç özləri də özlərini anlamırlar. 

Kişi tipləri (Onu tanıyırsınızmı?)

4.Paylaşmanı sevən kişi tipi – bəziləri özünə qapalı, bəziləri isə əksinədir. Onlar sizin problemləriniz olan zaman yanınızda  hazır olurlar. Əvvəllər ona inanmaqda çətinlik çəkərsiniz, amma sonralar dəyərini anlayaraq onu kəşf etməyə başlayarsınız. Bu kişilər paylaşmaqdan o qədər xoşlanırlar ki, hətta bu, bəzən sizi bezdirə bilər. Onlar üçün “Mən” deyil, “Biz” vardır.  

Kişi tipləri (Onu tanıyırsınızmı?)

Səslərin sayı: 11
89
12766
loading...
Şərhlər
Offline
Aysel İ.
Maraqlı xəbərdir. Təşəkkürlər.
28 oktyabr 2014 15:16
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Minira Aslanzade
Təşəkkürlər,maraqlidir
23 mart 2014 23:55
Offline
MELEK
Menim heyat yoldasim paylasmagi sevir ona gorede men onu heyat qeder sevirem love
1 noyabr 2013 21:15
Offline
Набийева Лейла
menimki evvelden nece idi indide hele di,
11 oktyabr 2013 22:28
Offline
Rzayeva Guler
Burda menim yoldasmin tipi yoxdu
12 sentyabr 2013 17:07
Offline
nazile akifqizi
Meni yoldasim ise 1 tipin bezi xususiyyetlerini cixsaq bir de 4 tipin qarisigidir. kenardan sakitgorsenir amma bir men bilirem ki sakit deyil. amma yaxsi odur ki her seyi menle paylasir
8 sentyabr 2013 09:22
Offline
alishka
mene hele gelir ki bu belgu kriteriyasi deyesen havadan geturulub ve hec hegigeti ifade etmir)))
30 avqust 2013 10:07
Offline
Sirli_dunyam
erimin tipi 4-cu tipdir ve meni bu cox sevindirir kiss
20 avqust 2013 16:49
Offline
togrul amirov
mende 4-dur 0
20 avqust 2013 16:43
Offline
ayka
menim Totusumun tipi 4dur yazilanlar dogrudur onun ucun men yox biz varig bidenem ne yese menen paylasir hetta menim agzimi sildiyi salfetkanida :)
4 avqust 2013 19:03
Offline
aydan cabbarova
dash menim yoldawimin tipi yoxduki
30 iyul 2013 23:57
Offline
Tarana Aliyeva
Maraqlidir.. morning
4 iyul 2013 01:27
Offline
Mushtage
deyesen menimki meqalomandir(((((((((
2 iyul 2013 18:35
Offline
Дождь ♪
gozelim kur nedir?


Kür yəni Dəli Kür , özün təsəvvür et.
Nadinc , deyinən , sözünü yeridən , hər temada ağaliq edən , insanin fikirlərinə hörmətlə yanaşmayan , özündən deyən , dediyini elətdirən və.s.ilaxir. (:
11 may 2013 08:56
Offline
yoldaşımın xasiyyəti normaldi.ən ço xoşuma gələn xasiyyəti kiminsə yanında nəysə səhvim olanda əsəbləşsə də heç nə demir.təklikdə oturub başa salır.1 ci daha çox yaxındı.ama 8 ildə hələki bomba kimi partlamıyıb. bomb
11 may 2013 08:16
Offline
Рояна Акперова
mira-amar,
xxxxmmmmmmm
27 aprel 2013 22:04
Offline
mira-kerim
-=SeHLeB eTRi=-,
buda maraqli...nəsə...özün bil... fellow
27 aprel 2013 22:02
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Рояна Акперова
mira amar her seyide anlamayaq wink
27 aprel 2013 22:01
Offline
mira-kerim
-=SeHLeB eTRi=-,
mən sənin bu xmmmm..şərhlərini anlamiram ee.. biggrin
27 aprel 2013 21:58
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Рояна Акперова
xxxmmmmmmmmmmmmmmm indi tanıdım
27 aprel 2013 21:57
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!