Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Bu dərdi biganə anlamaz!!!

 

 

Xocalı torpağımızın ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələr burada hələ 2.500- 3.000 il əvvəl adamların yurd saldığını xəbər verir. Xocalı Ağdam – Əsgəran-Xankəndi- Şuşa magistral yolunun üstündə, başqa sözlə desək, strateji cəhətdən olduqca vacib yerdə salınmışdır. Qarabağın dağlıq hissəsində yeganə aeroport lap yaxınlıqda idi. Kənd sakinləri əsasən buradakı südçülük-tərəvəzçilik sovxozunda çalışırdılar. Azğın düşmənlərimizin hücumundan sonra Qarabağın digər yaşayış məntəqələrində olduğu kimi, Xocalıda da həyat öz adi məcrasından çıxdı...

25 fevral 1992-ci il...Axşam saat 11 radələrində Xankəndi tərəfdən öndə 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox yaraqlı Xocalını mühasirəyə aldılar. 366-cı alay, görünür birinci növbədə Xocalı aeroportunu sıradan çıxarmaq əmrini almışdı. Lakin iki saatdan artıq davam edən artilleriya atəşindən sonra belə, ermənilər nə şəhəri, nə də aeroportu ələ keçirə bildilər.  Müdafiəçilərindən 50 nəfəri bu amansız döyüşdə həlak olsa da, sağ qalanlardan heç kəs yerini tərk etmir, son gülləyədək müqaviməti davam etdirirdilər.Belə sərt müqavimətə rast gələcəklərini güman etməyən ermənilər müvəqqəti olaraq hücumu dayandırmağa məcbur oldular.

İnsanın üzü dönəndə, düşmən yağıya dönüb başının üstünü alanda, zalım olanda təbiət də ondan üz döndərərmiş...Yəqin ki, hamı, xüsusən də xocalılar yaxşı xatırlayırlar: fevralın 25-nə qədər Qarabağda havalar olduqca mülayim keçirdi, heç qış havasına oxşamırdı. Fevralın 25-dən sonra isə...az qala yarım metr qar yağdı, yer-göy ağladı. Dağlara, meşələrə səpələnən qadınlara, uşaqlara, qocalara isə nə insan rəhm edirdi, nə də təbiət...

Bu gün Xocalı ağrılarını xocalıların dilindən çatdıracam sizlərə.

Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədov:

“Meşədən çıxan kimi ermənilərin əhatəsinə düşdük. Görünür, onlar qabaqcadan xəbərdar edilmişdilər.Çünki başqa yol yox idi. Adamlar ya soyuqdan, şaxtadan meşədə həlak olmalı, ya da Ağdama getmək üçün Naxçıvanik kəndi yaxınlığından keçməli idilər. ZTR-lərdən pulemyotlardan, avtomatlardan açılan aramsız atəş 200-dən çox adamı yerə sərdi. Hər tərəfimiz qalaq-qalaq meyit idi. Bizlərdən kimin silahı vardısa döyüşə girişdik. Cavab atəşini gözləməyən quldurlar qısa müddət susdular. Bu imkan onlara yenidən qaçıb meşədə gizlənməyə şərait yaratdı.Taqətsiz qadın və uşaqların çoxu düşmən gülləsindən həlak oldu. 200-ə qədər əliuşaqlı qadın və qoca Gülablı kəndinə gedən yolda ermənilərə əsir düşdü. Atışma zamanı adamların bir hisəsi də özlərini Şelliyə çatdıra bildilər. Lakin biz - yeddi nəfər mühasirədən çıxa bilmədik. Atışa-atışa geri çəkilib meşədə sığınacaq tapdıq. Ermənilər bizi izləməyə cəsarət etmədilər. Az olsaq da meşənin dərinliyində mövqeyimiz əlverişli idi. Axşam saat 8-dək meşədə qaldıq. Qaranlıq çökməsindən və qar yağmasından istifadə edib sürünə-sürünə mühasirədən çıxa bildik. Ertəsi gün səhər saat yeddiyə yaxın Şelliyə çatdıq".  

Müşfiq Əliməmmədov:

"Biz 10-15 döyüşçü Xocalını tərk edəndən sonra meşə yolu ilə Şelliyə tərəf yönəldik. Ayağımdan yaralandığıma görə qolumdan tutub aparırdılar. Bir xeyli bu minvalla irəlilədik. Naxçıvanik kəndinin yaxınlığında pusquya düşdük. Əgər bu vaxt igid qardaşımız, Xocalı aeroportunun şahini Əlif Hacıyev öz dəstəsiylə köməyə çatmasaydı yəqin ki, bir nəfər də sağ qalmayacaqdı. Əlif mənim gözlərim qarşısında qəhrəmanlıqla həlak oldu... Sağ qalanlar axşamçağı məni də özləri ilə götürüb Ağdama getmək istəyirdilər. Amma mən qətiyyən yeriyə bilmirdim, üstəlik də salamat ayağımı şaxta vurmuşdu. Onlara artıq yük olmaq istəmirdim. Düşmən əhatəsində bu çox təhlükəli idi. Bizi görə bilərdilər. Yoldaşlarımdan bir qumbara istədim ki, əgər məni tapıb əsir aparmaq istəsələr onlarla birlikdə özümü də göyə sovurum. Beləcə iki gün meşədə qaldım. Meşədə qarın üstündə əcəlimi gözləyirdim, birdən doğma kəlmələr eşitdim. Ana dilində danışıqlar lap yaxınlaşanda cəsarətləndim, bütün gücümü toplayıb haraya çağırdım". 

Bəxtiyar Aslanov:

"Naxçıvanik tərəfdə bizi əli avtomatlı ermənilər "qarşıladı". Bir saata yaxın atışdıq. Orada ikinci dəfə ayağımdan yaralandım. Yeriyə bilmirdim. Əgər məni meşədə qoysaydılar əsir düşəcəyim şəksiz idi. Buna görə də uşaqlara yalvardım ki, məni öldürsünlər. Heç kəs razı olmadı. Bir təhər sürüyə-sürüyə özləri ilə apardılar. Yolda huşumu itirmişdim. Ayılanda özümü xəstəxanada gördüm. Bir ayağımı kəsmişdilər..."

Sənubər Ələkbərova:

"Hücum vaxtı həyətdə idim. Həsənabad tərəfdən də, Mehdikənddən də, Boğdağdan da atırdılar. Qonşunun həyəti "Alazan" raketindən alt-üst oldu. Bu vaxt kişilər qışqırdı ki, "tez olun, doluşun zirzəmilərə". Biz də qaçıb gizləndik. Heç beş dəqiqə keçmədi ki, icra hakimiyyətinin başçısı Elman Məmmədov gəlib bildirdi ki, gizlənməkdən bir şey çıxmaz! Bu hücum o birilərə oxşamır. Qaçıb canınızı qurtarın. Biz də aeroportun rəisi Əlif Hacıyevin dəstəsinə qoşulub meşə yolu ilə Ağdama üz tutduq. Naxçıvanik kəndinə çatanda təzədən qiyamət qopdu. Qırdılar camaatı bu əliqurumuşlar! Meyitlər qalaq-qalaq düşüb qalırdı. Anam da orada həlak oldu. Balaca qızlarımın ikisi də - Sevinc də, Hicran da düşmən gülləsindən yara aldı. Mən özüm çiynimdən yaralandım. Döyüşçülər ratsiya ilə vəziyyətimizi bildirir, kömək istəyirdi. Kömək gəlmədi. Cavan qız-gəlinlər həlak oldu orda. Mən uşaqlarla bu cəhənnəmdən necə qurtardıq bilmirəm". 

Səriyyə Müslümqızı:

"Xocalı soyqrımını göz yaşları ilə xatırllamamaq mümkün deyil. O vaxtdan elə bil qəlbimə dağ çəkilib - nə ölə bilirəm, nə yaşaya bilirəm. Özünüz deyin:Anasını, 20-yə qədər yaxın qohumunu itirmiş bir insanın qəlbi aram taparmı? Görəsən niyə yaddan çıxarırlar ki, axı biz də insanıq. Səbrin də, təmkinin də sonu var..."

Səadət Zeynalova:

"Həyat yoldaşımı, yeganə övladımı, qaynatamı, qaynanamı itirmişəm. Son nəfəsimə qədər qəlbimin göynərtisi kəsməyəcək. Naxçıvanik kəndi yaxınlığında meşədə yolu azdıq. 200 nəfərdən çox idik. Düz 5 gün meşədə, qarın içində ac-susuz qaldıq. Yaşlı adamlar, körpələr, yaralılar gözümüzün qabağındaca tab gətirməyib ölürdü. Təsəvvür edin ki, Şelliyə ancaq 30 nəfər gəlib çıxdıq".

Cəmil Məmmədov:

"Hər şey indiki kimi gözlərimin önündədir. Şəhərə girən tanklar, zirehli maşınlar nə qoca, nə arvad, nə də uşaq bilir, tırtılları altına alıb keçirdi. Aramsız atəşlərdən evlər dağılır, hər tərəf yanırdı. Beş yaşlı nəvəmi qucağıma alıb meşəyə tərəf götürüldüm. Uşaq donmasın deyə onu paltoma bükdüm. Ancaq şaxta iliyə işləyirdi. Əlacsız qalıb qarın içində gizləndik. Səhər gördüm ki, xeyri yoxdur tifil tələf ola bilər. Buna görə də çarəsiz qalıb ermənilər yaşayan Naxçıvanik kəndinə getdim. Fikirləşdim ki, mən cəhənnəmə, bəlkə uşağa rəhm eləyərlər, öz əsirləri ilə dəyişərlər onu. Qabağıma çıxan silahlı adamlara üstümdəki 14 min manat pulu verib yalvardım ki, uşağın xətrinə bizi Ağdama buraxsınlar. Cavabında pulları götürüb məni söydülər, şil-küt eləyib kəndin komendatının yanına apardılar. Bu əzazil də bir-iki təpik vurub əmr elədi ki, məni donuzluğa salsınlar. Orda məndən başqa xeyli arvad-uşaq var idi. Dörd gün-dörd gecə ac-susuz orda qaldıq. Hərdən kənd camaatından kimsə bir tikə çörək atırdı içəri. Onun hesabına uşaq acından ölmədi. Dörd gündən sonra məni nəvəmlə birlikdə Əsgərana apardılar. Eh, sən demə bayaqdan çəkdiklərimiz Əsgərana baxanda toy-bayram imiş. Mən erməni dilini başa düşdüyümdən yerli adamların danışığını gəlmələrdən ayıra bilirdim. Əmin idim ki, bunlar xaricdən gələn muzdlu ermənilərdi. Hər qışqıranda aralarındakı zənci təpiyi ilə üzümü, gözümü dağıdırdı. Bir neçə saat davam edən bu işgəncələrədn sonra məni bir erməniyə dəyişdilər, nəvəmi isə vermədilər mənə. Bilmədim uşağı neylədilər, ölüb, ya qalıb..."

Sadiq Mədətov:

26 fevral gecə saat 3-ə 20 dəqiqə işləmişdi. Camaatın çoxu 86-cı kilometr deyilən yerə toplanmışdı. Biz camaatı Kətik meşəsinə tərəf apardıq. Naxçıvanik yoluna çatanda BMP-lərdən arasıkəsilmədən atəş başlandı. Namərdlər adamların çoxunu "dəhliz" dedikləri yerdə qırdılar. Təsadüfən sağ qalanlar isə mühasirəyə düşdü. 12 saat mühasirədə qaldıqdan sonra ağdamlılar köməyimizə çatdı. Sağ qaldım, amma sevinmədim. Qadınların, körpələrin, qocaların amansızcasına öldürülməsi, gözümlə gördüyüm tükürpədici səhnələr ömrüm boyu qəlbimi göynədəcək..."

İltimat Kərimova:

"Uşaqlardan böyüyünün 11 yaşı var, kiçiyi 8 aylıqdır. Nə biləydim başımıza bu fəlakəti gətirəcəklər...Heç olmasa körpələri bir yana çıxarardım...Bizi elə Xocalıda maşına doldurdular, oradan Əsgəran istiqamətinə aprdılar, zirzəmiyə saldılar...

...Bir dəfə gecədən xeyli keçmiş zirzəminin qapısı açıldı. Həyat yoldaşım Yusifi içəri saldılar. Lakin nə məni, nə də uşaqları ona yaxınlaşmağa qoydular. Üstəlik, gözümüzün qabağında bir-bir uşaqlara işgəncə verməyə başladılar..."

Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş cəsur telejurnalist Cingiz Mustafayevin gördükləri:

"...Yüzlərlə insan cəsədi...əksəriyyəti yaxın məsafədən, başından güllələnmiş 2 yaşından 15 yaşınadək uşaq, qadın və qoca meyitləri... Meyitlərin vəziyyətindən aşkar bilinir ki, son dərəcə soyuqqanlı, vəhşiliklə qətlə yetiriliblər. Bir neçə uşağın qulaqları kəsilmişdi. Kişilərin əksəriyyətinin kəlləsi dağıdılmışdı..."

Ölüm haqdı...Bir halda ki, müharibə gedə...Ölüm də olar, itim də, əsir düşənlər də. Burada təəccüblü bir şey yoxdur. Müsibət ondadır ki, ölüm onun yanında muştuluqdur...Beş yaşında uşağın diri-diri başının dərisini soyurlarsa,ananın gözü qarşısında körpəsini nizəyə keçirib çaya tullayırlarsa, cavan oğlanı yerə uzadıb boğazına bıçaq çəkirlərsə, qulaqlarından, qollarından, qıçlarından ağac dirəklərə mıxlayırlarsa, qocaları qalın məftillərə bağlayıb sürüyürlərsə,  əlləri ilə südəmər körpənin qarnını deşib ürəyini çıxarırlarsa, qız gəlinin namusunu şərəfsizcəsinə ləkələyirlərsə bax, bu zülmdü, müsibətdi, dəhşətdi...

--- Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.---

Bu dərdi biganə anlamaz!!!


Bu dərdi biganə anlamaz!!!

 

Bu dərdi biganə anlamaz!!!
Bu dərdi biganə anlamaz!!!

 

Bu dərdi biganə anlamaz!!!

 

Bu dərdi biganə anlamaz!!!

 

Bu dərdi biganə anlamaz!!!


Bu şəkillər sənin qan yaddaşındır, bunları unutmağa haqqın yoxdur!!!

 

 

Səslərin sayı: 7
85
14724
loading...
Şərhlər
Offline
Aysel İ.
DEDİM Kİ XOCALIDA DA BELƏCƏ BEYNİ DAĞILANLARIN ANASI, BACISI VAR İDİ.......

İndi bir ailəni orda rus əsgəri qırıb üsyan edirləree Xocalıda nələr etdi bu vəhşilər. İnsan düşündükcə dəli olur.
3 fevral 2015 07:23
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Turkan
mence bu facie bu ilki kimi genis ve laziminca teblig olunmayib bu il gorduyum kadrlari esitdiyim xocalilarin danisdiqlarini men 21 ilde esitmemisem ozu de o hadiseleri gormus birikimi deyirem bunu men o vaxt 5 ci sinifdeydim usaqin yadindan hec ne cixir amma bu ili kimi olmamisdi her il 1 feryad filmini verirdi butun kanallar ...gecikmisik bununcun ...ozu de cooox ... duz 20 il...
28 fevral 2013 00:23
Offline
♥Selena♥
Xocalı qanadı yaralanmış, küskün baxışlı göyərçinim mənim... Səmalarda azadn qanad çırpıb, uçmağa həsrət qoydular səni... Qana boyadılar dilbər diyarımı..mənim cənnət məkanımı. Hər səhər Azanın o xoş, nurlu səsi ilə açardın gözlərini. Günəşin şəfəqi ilə aydınlanardı hər guşən. Bayatıların, muğamlarınla nəfəs alardın. Mehriban və gülərüz insanların xoş söhbətilə davam edərdin gününü. Günəş qürub edərkən yaranan o gözəl mənzərəni heç unutmaq olarmı?! İndi sən onlara, biz isə sənə həsrət qaldıq... Əsir düşdü uşaqlar, qocalar, gəlinlər, qızlar... Ağaclar, dağlar, qayalar, hətta buludlar da insanlarla fəryad etdi həmin gün... Səni xalqından, xalqını isə səndən qopardılar, Xocalı...
Gözlərimizdə yaş, sənə qovuşacağımız anın ümidi ilə yaşayırıq... Qəlbimizdə keçmişə aid xoş izlərin, sənin xəyallarınla yaşayırıq biz... Əgər buna yaşamaq deyilərsə...

Üzmə məni,
Kədərli süzmə məni.
Bu qədər həsrət olmaz,
Yazığam üzmə məni.

Vətən ağlar,
Köynəyi kətan ağlar.
Dağ çəkdi elə düşmən,
Ah çəkib Vətən ağlar.
28 fevral 2013 00:19
Offline
Louis Vuitton
UNUTQANLIQ, "Məndən ötdü qardaşıma dəydi" yanaşması,

Əsl dərdimiz budur, UNUTQANLIQ...Məmməd Araz o şeiri yazanda hələ Qarabağ savaşı yox idi,amma gördüklərini tarixdən görmüşdü.
"Məndən ötsün bəla, dedi,
Ötən kimi mən, mən dedi!
Mən, mən dedi bir ölkədə nə qədər xan,
Onlar mən, mən deyən yerdə
Sən olmadın,Azərbaycan!
Səni səndən alıb belə yüz illərlə uyutdular,
Səni səndə ələdirlər,səni səndə üyütdülər...

  Firuzə Çiçək,
Bu kadrlara baxa bilməyənlər acıdan baxa bilməyə bilərlər,amma baxılmalıdır, ürək yansa da, göz qan-yaş təksə də baxılmalıdı, yoxsa düşmənin iç üzünü bilə bilmərik heç zaman...
Unutma biz ermeniyle yox rusla mubaribeye qalxiriq.Sence tek bawimiza qalib gelme ehtimalimiz ne qederdir???

Dərdimiz erməni olsaydı,çoxdan külü göyə sovrulmuşdu o murdarların.
Hələ bir toyda erməni musiqisinədə rəqs edirlər belələrini görəndə nifrət edirəm onlara.Fikirləşirəmki düşəmənimiz öz içimizdədi.

İtirilən torpaqlarımız da sapı özümüzdən olan baltalar hesabına olmadımı?!
onlar da ermenilerin ne derecede vehsi, insani hisslerden uzaq, xeyanetkar olduqlarini lap usaqliqdan bilsinler.

Nə qədər acı da olsa bunu uşaqların yaş səviyyəsinə uyğun şəkildə onlara danışmalıyıq,qoy düşmənini indidən tanısın.
.MEN HAR ZAMAN HAZIRAM,HER ZAMAN !!!MUHARIBE GORMUSHEM MUHARIBEDEN QORXMURAM.

"Müharibə" qorxunc bir ifadədir,amma vətən təhükədədirsə bu qorxu şücaətə çevrilməlidir.

O,şəhidlərin qanı əsla yerdə qalmaz....Əkrəmin timsalında bütün vətən xainlərinin diqqətində olsun

Onun kimilər nə qədər ki, bu torpaq üstünə gəzirlər, alçaq niyyətlərini yeridəcəklər.
27 fevral 2013 11:56
Offline
Ayka S
O SEKILLERE BAXANDA DEHSETE GELIREM NE DEYE BILERIKKI EZIYET CEKEN CANI YANANIN QANINI YERDE QOYMA REBBIM
27 fevral 2013 00:01
Offline
Leyla
Allah butun sehidlerimize rehmet elesin.sekilere her defe baxanda pis oluram az qala ureyim dayana o anda ele olur ki hec baxmiram qocalari, usaqlari ele gorende dehste gelirem allah insallah cezalarini verecek gunasiz insanlarin qanina ellerini batirdiqlarina gore
26 fevral 2013 23:46
Offline
Titi
kristen_,

sohbet belke de universitetden getmir. bele hadiselerle elaqedar tedbirler edirler, ama mueyyen insanlar etrafinda. misal ucun bu gun bizim universitetin Gencler teskilatinin uzvleri yigilib tedbir keciribler neyniyibler bilmirem. men demek isteyirem bu proses kutlevi kecirilsin, hem de tedbir kecirmek namine yox, insanlara daha genis tanitmaq ucun. hec olmazsa her muellim derse girende bu barede danissin bir az...sizde olub cox gozel. bir soz demirem. amma bizim millet bir olsa her seye qadirdir. teessuf ki bele deyil. men tekce oz universitetimizi demedim. umumiyyetle movcud veziyyetden danisdim. bele sizin kimi "sizin, bizim" sozlerini demekle bu birliyi hec vaxt yarada bilmeyeceyik!hec vaxt.
26 fevral 2013 23:34
Offline
ureyim
İndi gəl bu yazıları Əkrəm Əylisliyə oxutdur ki,bax sənin dost bildiyin erməni vandalı edib bu vəhşilikləri.Millətini qırıb,namusunu tapdayıb neçə qadının,neçə körpənin səsini beşikdə boğub,neçə ailə başçısını övladı qarşısında acizləşdirib diri-diri ,əl-qolu bağlı yandırıb.....İtkin saldırıb,qışın dondurucu soyuğunda dondurub,gözlərini çıxarıb....Bu vandallığdır.QƏDDARLIĞDIR.Xocalı günündə qar üstünə qan axılıb.Elə qan ki,bəyaz üzərində daha aydındır əl izləri....Düşmənin ayaq izi daha kəskindir,gözə batandır....O,şəhidlərin qanı əsla yerdə qalmaz....Əkrəmin timsalında bütün vətən xainlərinin diqqətində olsun
26 fevral 2013 23:15
Offline
Gozel Qasimzade
Titi,
senle raziyam,Titi. bizde muellim hetta cersenbe munasibeti ile de tebrik etdi bizi.
26 fevral 2013 22:48
Offline
Aliya_Edd
Titi,
Bilmek olar siz hansi universitetde oxuyursuz???Incimeyin amma burda vetenperversizlik problemi deyil.Universitetin biganeliyi ve mesuliyyetsizliyidir.Bizim unide ise dunen geniw tedbir oldu Xocaliya dair,bu gun ise akt zalimizda diskusiya kecirildi.1deqiqelik sukutumuzda oldu,qonwusunun ne veziyyetde Xocalidan qacdigini goz yawlari ile daniwanda oldu,rektorumuzun urek agrisi ile cixiwdida ve tuk urpeden video carxda.....
Yeni problem sizin universitetde olmasin?!
26 fevral 2013 22:47
Offline
Titi

Indi bir soz deyeceyem haminizin acigi tutacaq mene...Bizim camaata bu da azdir ! ! ! Baxin muharibeden cixan biri ,yeni men bunu deyiremse demek ki,bu hadiseler haqqinda deyilmish en dogru sozdur..Yandigimdan deyirem ...Biz ne qeder ki,unutqan olacagiq bashimiza hele cooooooooooox vehshilikler gelecek..sozun bitdiyi yerdeyem,artiq hec ne gozlemirem,artiq "Allah cezalarini versin bu murdarlarin" kimi cumleler qurmuram,bitdim,tukendim,yoruldum ee bu sozleri oxumaqda


tamamile sizle raziyam baci, cox duzgun qeyd etmisiz. vetenperverlik ruhu yaradilmir genclerde, buna men yaniram. bu gun men 3 saatdan cox universitetde olmusam, 1 nefer muellim, ya kimse bu barede hec agzini acmadi. niye? bax men bu suala cavab tapa bilmirem. ne olardi ki her muellim bu haqda nese qisa da olsa melumat vererdi, sonra derse baslayardi. hec olmazsa 1 deqiqelik sukutla yad ederdiler. inanmiram hec mekteblerde de etsinler. ehhh ne bilim eeee. bir sey etmek isteyirikse ozumuzden baslamaliyiq.
26 fevral 2013 22:30
Offline
MIRZEYEVA DURDANE
ALLAH REHMETI ELESIN
26 fevral 2013 22:06
Offline
NAR çiçəyi
ALLAH SEHIDLERIMIZE REHMET ELESIN...YAXINLARINA SEBR VERSIN... COX PIS OLURAM HER TORPAQLARIMIZIN GETDIYI GUNU XATIRLAYANDA... INSALLAH TORPAQLARIMIZI ALDIGIMIZ GUN BU GOZ YASLARI SEVINC GOZ YASLARI OLSUN...ONLARINDA RUHU SAD OLSUN....
26 fevral 2013 20:51
Offline
Ayka Alizade
ALLAH butun olenlere REHMET ETSIN...AMIN...
26 fevral 2013 20:13
Offline
AY İŞIĞI
bu vehwilik hec zaman unudulmamalidi.allah butun sehidlerimie rehmet elesin.amin
26 fevral 2013 20:12
Offline
Ayka Alizade
Ayalllah bu insanlarin gunahi ne idi cray VEHWILER...bunlari hec vaxt unudmaq olmaz bu qani yerde qoymaq da olmaz..bu Azerbaycana qariwi toredilern soyqirimdi bele vehwilik hec vaxt unudmaq olmaz bu hadiseleri toredenler insan deyil...eclaflar.... cray
26 fevral 2013 20:11
Offline
Flowers
yasadigimiz acilari unutmayaq. ALLAH REHMET ETSIN SHEHIDLERIMIZE.
26 fevral 2013 20:07
Offline
Pərvanə
Bizləri bu günə salan vehşılərlə heyvanlarla bizim bəzi Azerilərimiz burda onlarla dostluq edirlər ağız-ağıza öpüşürlər toylarina dəvət edirələr.Hələ bir toyda erməni musiqisinədə rəqs edirlər belələrini görəndə nifrət edirəm onlara.Fikirləşirəmki düşəmənimiz öz içimizdədi.
26 fevral 2013 19:45
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
TU-TU
BUYUN DEYILENLERE MEN DE WERIKEM.ALLAH XOCALI WEHIDLERINE REHMET ELESIN..QANINIZ YERDE QALMAYACAQ

YEGANA,
ORPAQ UGRUNDA OLAN VARSA,VATANDI! DEYIB,NA QADAR WAHIDLAR VERACAYIK,ALBATDDA BU QAN YERDA QALMIYACAQ,INWALLAH TORPAQLARIMIZ SULH YOLUYNAN ALINAR
26.02.2013Şikayət et Sitat gətir 0


YEGANA
TORPAQ UGRUNDA OLAN VARSA,VATANDI! DEYIB,NA QADAR WAHIDLAR VERACAYIK,ALBATDDA BU QAN YERDA QALMIYACAQ,INWALLAH TORPAQLARIMIZ SULH YOLUYNAN ALINAR
INWEALLAH BACIM..
26 fevral 2013 19:34
Offline
Sabrina Melodi
, DEDİM Kİ XOCALIDA DA BELƏCƏ BEYNİ DAĞILANLARIN ANASI, BACISI VAR İDİ...........

Çox gözəl demisiz....ALLAH razı olsun.
26 fevral 2013 19:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış