Bakıda hava
USD AZN
EUR AZN

Bir az möhlət istəyirəm ömürdən...

Bir az möhlət istəyirəm ömürdən...

Saçlarımın rəngindədi gödəkçəm,

yarı bozdu, yarı qara, yarı ağ.

Təbiət öz saydığını sayacaq.

bir ömrün fəsilləri qarışmış, -

Yarı yazdı, yarı payız, yarı qış.

  

Uzaqdımı, yaxındımı mənzilim,

mən dağ qalxdım dağı aşan kimiyəm.

Dünya gördüm, dünyalaşan kimiyəm;

bələd oldum hər üzünə həyatın,

Gecəsinə, gündüzünə həyatın.

 

Bir az möhlət istəyirəm ömürdən,

nə qədər ki, bu dünyada biz varıq,

bu dünyanı yaşadırıq, yaşarıq, -

sən olarsan, mən olaram – ikimiz.

Həyat şirin, dünya gözəl, sən əziz...

Bu gözəl şeirin müəllifi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnistitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitutunda təhsilini davam etdirmişdir.

İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkar Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri vardır.  

Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daima axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.

İnsanlar olubdu dünyada bir vaxt,

Kimidən ad qalıb, kimidən əsər.

Dibçəkdə bəslənən palıdlara yox,

Çöldə ağaclara meşə deyiblər.

 

Nəriman Həsənzadənin şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır.

Yox, yox məhəbbətə plan qoyulmur - 

Kiminsə nə bilim mədəsi dolsun.

Məhəbbət hardasa istehsal olmur, -

Üstündə keyfiyyət nişanı olsun... 

Bəli, sənətin, şeirin, bədii sözün belə hikmətləri var və xoşbəxtdir o şair ki, yazdıqlarının hamısında olmasa da, əksəriyyətində biz bu işığı görək...

Nəriman Həsənzadə bu cür şairlərdəndi. Xeyirə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadlarını unudur, hamı ilə çox yumşaq və mülayim rəftar edir.

Dərdliyə dərd desən,

                 susub o dinlər,

Özü həmrəy olar

                  birtəhər sənə.

Dərdsizə dərd desən,

                  gülüb lağ eylər,

dərs verib

                            həyatı öyrədər sənə.

Nəriman Həsənzadə yaradıcılığı bu gün də sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman ürəyinin nəyə qadir olduğunu yaxşı anlayır. Hər misrasında duyulacaq, yaşanacaq hisslər olan bu şair sevilməyə bilməz. Bu gün çoxlarımız Nəriman Həsənzadə poeziyasını dilimizin əzbərinə çevirmişik. Musiqilər bəstələnən bu şeirlər həm də mahnı kimi yaddaşımıza həkk olub.

***

Mən bilirəm xatirinə dəyiblər,

Unut mənim xatirimə gəl bir az.

İşdə sənə nə deyiblər, deyiblər,

Evə gəldin, danış bir az, gül bir az.

*** 

Dedim mən sevirəm, dedi, sevginən,

dedim qoşa gəzək, dedi təsəlmə.

Dedim bağ içidi, dedi seyr elə,

Dedim bir gül üzək, dedi tələsmə.

*** 

Mənə elə gəlir görüşəcəyik,

Uzun sürməyəcək bu həsrət, bu qəm.

Sonra təəssüflə gülüşəcəyik,

Sənə necə gəlir...onu bilmirəm.

 ***

Yenə də gözlərim gözündə qalıb,

Gördüyün mənaya qurban olaram,

Əgər həqiqətsən, mən həqiqətə,

Röyasan, röyaya qurban olaram.

*** 

Bəlkə məhəbbətin hökmü belədir,

Incidin arabir, küsdün arabir.

Bildin ki, sədaqət ürəyimdədir,

Qayıtdın yenə sən yox deyə-deyə.

*** 

De, nədir səadət həyatda, gülüm,

bir könül xoşluğu, bir az təbəssüm,

onu da, bunu da sən bağışladın,

Dünyanı dünyada sən bağışladın...

***

Beləcə, yellərə verdim illəri,

aylara,illərə verdim illəri.

Mən vaxtı itirdim səndən ötəri,

mən səni itirdim vaxtdan ötəri.

İtirə-itirə pozuldu nəşəm,

özüm itirmişəm...

heç bilməmişəm.  

Bu bəndlərdən çox əlavə etmək olar, hamısı bir mahnını bəzəyən sözlərdi bunlar. Nəriman dünyasından, Nəriman qələmindən süzülüb musiqi dilində daha da canlanan sözlər...

Bu gün doğum günündür, sevimli şairimiz Nəriman Həsənzadə! Sizi Qadın. Net saytı adından ürəkdən təbrik edirik! Uzun və sağlam bir ömür diləyirik. Sevə-sevə izlədiyimiz yaradıcılıq yolunda uğurlar arzulayırıq. Siz neçə könüllərin sarı simini oyadacaq poeziya dünyanızı bizimlə bölüşmüsünüz, bunun üçün Sizə çox minnətdarıq.

Nəriman Həsənzadə poeziyasını sevənlər üçün onun öz səsiylə “Deyirlər tanış ol” şeirini və gözəl müğənnimiz Flora Kərimovanın ifasında şairin sözlərinə bəstələnmiş "Fikir eləmə" mahnısını dinləmək hamımız üçün xoş olar. Buyurun...


Səslərin sayı: 11
109
10286
loading...
Şərhlər
Offline
Aysel İ.
Mən bilirəm xatirinə dəyiblər,

Unut mənim xatirimə gəl bir az.

İşdə sənə nə deyiblər, deyiblər,

Evə gəldin, danış bir az, gül bir az.

***

Dedim mən sevirəm, dedi, sevginən,

dedim qoşa gəzək, dedi təsəlmə.

Dedim bağ içidi, dedi seyr elə,

Dedim bir gül üzək, dedi tələsmə.
3 fevral 2015 07:28
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Cooox tesekkur edirem bucur xebere gore.
10 yanvar 2015 14:09
Offline
lala
En cox komentariyalardaki sheirler xosuma geldi onsuzda darixirdim oxudum burazda pis oldum bezilerini paylasdim halal edin.cox sagolun
7 yanvar 2014 22:57
Offline
aska
Allah uzun ömür versin-təşəkkürlər! give_ros
7 yanvar 2014 22:28
Offline
MAYA EL
çox saq olun Sevinc xanım hər zaman bizlərə dəyərli insanların yaradıcılığı ilə yaxından tanış edirsən unutduqlarımızı təkrarlamış oluruq bilmədiklərimizi sayəndə öyrənirik bu xəbəri oxumuşdum şərh yaza bilməmişdim təşəkkürlər
22 mart 2013 18:27
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Cox sevirem bu şairin yaradicilligini en sevdiyim şeiri LEYAQET adli şeiridir!
Ne qeder agirdir senden ayrilib
Başqa bir iqlime sefer eylemek
Sonrada hardasa konlumu alib
Bir qelb agrisi ile DARİXMA demek
16 mart 2013 14:50
Offline
NAR çiçəyi
Louis Vuitton,
cooox tesekkur edirem bucur xebere gore... en sevdiyim..seirlerini defelerle oxuduguma baxmayaraq insani yormayan sade sairimden yazdiginiz ucun
26 fevral 2013 21:20
Offline
J e a l o u s y
Cox gozel sairdir.Gec de olsa tebrik edirem.Allah uzun omur versin.
24 fevral 2013 23:26
Offline
Nazli
ele xosum gelir bu sairden cox yaxsi insandi seirlerinden cox xosum gelir
23 fevral 2013 22:48
Offline
tanya
Cox..... Sevdiyim sairlerden biridir. Yaziniza ve serhlerden cox memnun oldum. Bir daha tesekkur edirem.
22 fevral 2013 10:14
Offline
Louis Vuitton
Seva,
Melumat üçün teshekkürler give_ros
Rey bildiren her kese teshekkür edirem. girl_smi
22 fevral 2013 00:18
Offline
MMM
Heqiqetende insan ne qeder yaslansada mohlet istemekden yorulmur eksine yaslandiqca heyata dahada baglanir,cox deyerli sexsiyyetdi allah siz basda olmaqla her hese uzun omur versin. tesekkur
21 fevral 2013 01:50
Offline
Seva
Burda yazılmışdı ki space- də ki Günel Həsənzadə onun ya qızı ya da nəvəsidi yooox qızlar onunla heç bir əlaqəsi yoxdur o qızın. Nəriman müəllimin 1 qız 1 oğlu var qızı başqa familiya daşıyır oğlu isə bu yaxınlarda ailə qurub.
20 fevral 2013 23:13
Offline
Davetsiz Misafir
hebercun cox saqolun
20 fevral 2013 21:17
Offline
Flowers
Nerdivan

Bu dünya nerdivandı,
Qalxanda mehribandı,
Enende ne yamandı...
Görüşdük pillelerde,
Yolun yarısında biz.
O qalxırdı bu demde,
Men enirdim xebersiz.
Onu arzularına
Qaldırırdı nerdivan,
Meni xatirelere
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilmezdim daha,
Ne o güc,ne o taqet.
O da ene bilmezdi,-
Haqlı,haqsız
Vermişdi,oz hökmünü tebiet,
Gerek ya düşmeyeydi
Bu görüş heç araya.
Ya o evvel geleydi,
Ya men sonra dünyaya...
20 fevral 2013 14:15
Offline
Louis Vuitton
Hamınıza minnətdaram,nə gözəl şeirlər paylaşmısınız smile
20 fevral 2013 01:23
Offline
S.S.90...Samir...
Hər sətir üstündə titrəyib əlim,
Sətirlər qəlbimdən od alıbdılar
Mən sənə bir dəfə aldandım gülüm,
Məktublar ömürlük aldanıbdılar


Məni xatırlama
Özgə ol , yad ol,
Oyuncaq olmasın məktublar barı,
Ömründə bircə yol
Alicənab ol
Yandır xatirəmi- o məktubları.


Orda ürəyimin harayı, ahı
Qəlbimin utancaq sevdası yatır.
Orda vüqarımın sınma günahı
Kövrək bir nəğmənin sədası yatır


Dağılar şöhrətin dumanı çəni
Udar bir ac balıq incitək səni
Yazdığım sətirlər ac toxum kimi
Bir gün göz yaşını içəcək sənin


Məktublar içində nəyim nələrim
Alovlu sətirlər gizli qəm kimi
Yandır məktubları
Xatirələrim
Yansın
Külə dönsün qoy Kərəm kimi


Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır.
Əlim əsə- əsə yazdığım sozlər
O zaman düz idi indi yalandır�


Həyatın özündə sınadım səni,
Demə bahar idim ,
İndisə qışam,
Yaxşı ki, sonradan tanıdım səni,
Yaxş ki ömürlük aldanmamışam.
19 fevral 2013 22:10
Offline
Sabrina Melodi
Mən gülürəm"

Mən gülürəm...Elə bilir, yoxdur qəmim.
Qəmlənirəm, elə bilir, mən bilmirəm,
gülüş nədi, ya qəm nədi..

Öz qəlbim var,öz ruhum var, öz aləmim...
Öyrən ey dost,
ürək nədir,ya ruh nədi,aləm nədi..

Bir fəsildə neçə fəsil yaşar məndə,
Yağış yağar, qızılgüllər açar məndə
Qar yağanda,
günü də gör, bacar məndə..
19 fevral 2013 22:00
Offline
S.S.90...Samir...
Men Sevgi Istedim
Ishe bax , soyutdun get-gede meni
Deme,araliqda bashqa el oldu.
Ne dedim , o saat eshitdin meni-
Menim her sozume tez emel oldu.

Ne iztirab gordum ne umu-kusu,
Kiridin sevgiden soz dushende de.
Gozumun ozunde itdin sen , duzu,
Axirda gormedin orushedende de.

Qelbim ushudukce , qizdi bedenim,
Biz uyduq oteri hisse hevese
Men senden her defe sevgi istedim,
Sen ozunu verdin evezindese.

Aldigim sevincler soyuq qem oldu,
Axirda bu menim faciem oldu.
Itdim oz gozumde senle beraber,
Sebebi ne oldu?
Gizli noqteler…
19 fevral 2013 21:46
Offline
Vusale Bayramova
Cox gozel sairdi Neriman Hesenzade, gozel seirleri var, insanlara qarsi gozel munasibeti var,
E T I R A F

GEREK BIZ SONRADAN GORUSMEYEYDIK,
NE ACIQ, NE PUNHAN GORUSMEYEYDIK.
QURUYUB DAS KIMI QALDIM YERIMDE
QEFILDEN SOYUDU SINEMDE UREK.
MENIM XEYALIMDA, TESEVVURUMDE
EVVEL NECEYDINSE QALAYDIN GEREK.

TEZEDEN MEN NECE DONUM GERIYE,
NE QEDER UZAQDI SEN DEDIYIN GUN.
BASQA BIR QADININ AXI ERIYEM,
YOXDU IXTIYARIM BU GORUS UCUN.

INDI BASQALASIB FIKRIM,NIYYETIM,
DUNYA DA BASQADIR INDI ELE BIL.
HEYATDA INSANA MUNASIBETIM
DAHA DEYISIBDI SEN GOREN DEYIL.

TEZEDEN O HISSI OYADA BILSEN
QAYTAR O ILLERE TEZEDEN MENI.
QAYIT, YALVARIRAM, QAYIDA BILSEN
MENIM XETRIME UNUT SEN MENI.

EVVELKI HEVESLE DOYUNUR UREK,
INDI BIR HEQIQET KESF ETDIM,INAN.
SEVMEYI KISIDEN OYRENEK GEREK.
ESL SEDAQETI ANCAQ QADINDAN...
19 fevral 2013 20:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 02:16 - Müəllif: Владимир
    Hüquqşunas məsləhəti (370)

    Hüquqşunas məsləhəti

    Всем здравия. Обыскал весь рунет в поисках реального вида заработка, который не требует много денег и времени. Попадаются одни мошеннические схемы и прочий хлам. Многие умники пишут о "возможностях заработать большие деньги", но когда спрашиваешь: "Ты уже много зарабатываешь?" - ничего показать не могут. Кто может предложить что-то стоящее? Бады, хайпы, криптовалюты и пирамиды, в которых нет реального товара - не рассматриваю. Теоретики и те, кто "не может" поделиться скриншотами выплат - внимательно читайте подпись! Те, кто верит в сказки (волшебные сайты с опросами, клики, оплаты за просмотры) и не может четко и понятно обьяснить, откуда берутся деньги - не засоряйте пожалуйста тему. Жду адекватных предложений от здравомыслящих людей.
  • 20:22 - Müəllif: #newssuRE
    Hüquqşunas məsləhəti (370)

    Hüquqşunas məsləhəti

    Уважаемые участники форума приглашаем вас посетить наш портал Яндекс Директ Модерация Обзор самых свежих методик, рассмотрение вопросов связанных с блокировкой по п.15.
  • 10 milyon dollarlıq alma satılır-FOTO

    Vaşinqton ABŞ-da ən çox almanın yetişdirildiyi ştatdır. Alma ABŞ-da banandan sonra ikinci ən populyar meyvədir
  • Beren Saat BBC-nin diqqətini çəkdi

    Berene yaraşır da. Super aktrisadı
  • Bergüzar və Halit doğulacaq körpədən danışdılar

    Bergüzar Korel və Halit Ergenç cütlüyü İstanbulun Nişantaşı bölgəsində görüntülənib.
  • Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

    Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
  • Mehriban xanım Heydər Əliyevi andı

    allah rehmet elesin
  • Mehriban xanım Heydər Əliyevi andı

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.
  • Heydər Əliyevin anım günüdür

    Dekabrın 12-si dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür, onun vəfatının 16 ili tamam olur.
  • Məşhur aktrisa ana oldu-FOTO

    37 yaşlı amerikalı aktrisa Enn Heteuey ikinci dəfə ana olub.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )