Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Analıq və qadın problemləri

 

 

   Gender bərabərliyi uğrunda mübarizə

İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda "gender" anlayışı formalaşmışdır ki, bunu da "sosial cins" kimi səciyyələndirmək olar. Qadın və kişilər arasında sosial bərabərlik "gender bərabərliyi" kimi qəbul edilir.

Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Bu proses, eyni zamanda, hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına, yaxud kəskin surətdə azalmasına şərait yaradır.

Yeni texnoloji nailiyyətlər, eyni zamanda, qadınların ev işlərinə sərf etdiyi vaxtın qənaətini də təmin edir. Belə bir şəraitdə gender problemlərinin həllinə, yəni qadın və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsinə xidmət edir.

Bəzi hallarda gender problemlərini qadınların vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması kimi qələmə verirlər. Lakin gender problemlərinin təkcə qadın problemləri kimi qiymətləndirilməsi düzgün deyil. Gender problemlərinin öyrənilməsi və bu sahədə olan problemlərin həlli həm kişilər, həm də qadınlar üçün vacibdir. Bu problemlərin həlli qadın və kişi arasında əmək bölgüsü münasibətlərinin yaxşılaşmasına və insan potensialının inkişaf göstəricilərinin yüksəlməsinə xidmət edir.

Azərbaycan cəmiyyətində qadının mövqeyi

Gender İnkişaf Əmsalı ilə yanaşı, qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğu digər bir əmsalla hesablanır. Bu, xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifələri dedikdə, qadıların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları, yaxud şəhər, ya digər yaşayış məntəqələrinin rəhbəri seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, orta hesabla, bu qurumun üzvlərinin 11,8%-ni təşkil edir. Azərbaycanda bu rəqəm 12%-dən çoxdur. Maksimal göstərici (42,7%) İsveç parlamentindədir. Minimal göstərici isə qadınların qanunvericilik qurumlarında tamamilə təmsil edilməməsi nəticəsində yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur.Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur.  Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir. Gender İnkişaf Əmsalının ən yüksək göstəricisi Norveçdədir. Yüksək göstəricilər, həmçinin Avropanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə olunur. Azərbaycanda bu əmsal yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanıstan, Portuqalya, Çexiya, Macarıstan və bir sıra başqa ölkələrdə müşahidə olunan səviyyəyə yaxındır.

Gender bərabərliyinin təmin edilməsi üçün qadınlar və kişilər arasında mövcud olan bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədlərə aşağıdakılar aiddir:

* Yoxsulluqla mübarizə. Bu sahədə bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, yoxsulluq sahəsində gender qeyri-bərabərliyi mövcuddur. Azərbaycanda da bu göstəricinin aşağı salınması üçün müvafiq siyasət həyata keçirilir.

Qadınların təhsil və təlimi. Bəzi ölkələrdə təhsil sahəsində gender qeyri-bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri-bərabərliyi mövcud deyil.

* Qadınların sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmasına baxmayaraq, qadınların orta ömür uzunluğu kişilərin ömür uzunluğundan, bir qayda olaraq, çoxdur.

 Lakin buna baxmayaraq, ölkəmizdə qadınların sağlamlıq problemleri mövcuddur və onlar aradan qaldırılmalıdır.

* Cinsi əlamətə görə ayrı-seçkiliyin yolverilməzliyi. Qadınlara yalnış və qərəzli münasibət qızların ailə tərbiyəsindən başlayır. Qızlar artıq uşaq yaşlarından cinsi əlamət üzrə ayrı-seçkiliyi öz üzərində hiss edirlər. Belə ayrı-seçkiliyin mövcud olduğu ölkələrdə qızlara nisbətən oğlanlara daha çox diqqət və qayğı göstərilir. Onları daha yaxşı yedizdirir, geyindirir, daha çox həvəsləndirirlər. Təhsil almaq bacarıqlarını inkişaf etdirmək, öz ehtiyac və maraqlarını təmin etmək, yenilklərlə tanış olmaq, həyata öz şəxsi baxışlarını formalaşdırmaq üçün onlara daha geniş imkan yaradırlar.

Nəticədə, belə cəmiyyətdə oğlanlar qızlara nisbətən daha mükəmməl təhsil alır və özlərini daha inamlı, arxayın hiss edirlər.

Qadın hüquqları insan hüquqlarının ayrılmaz hissəsi kimi

Bütün dövrlərdə qadının cəmiyyətdə rolu əslində böyük olub. Çünki qadın anadır. Hər bir cəmiyyətin özəyi ailədir. Ailə qadının üzərində nə dərəcədə böyük məsuliyyət düşdüyünü qəbul edən hər kəs bilir ki, savadlı, dünyagörüşlü, azad fikirli qadının uşağına verdiyi tərbiyə ilə dünyagörüşsüz, əzilən, istismar olunan, təhqir və təzyiqlərə məruz qalan qadının öz uşağına verdiyi tərbiyə arasında böyük fərq var. Qadınların evdə yaratdığı rahat mikromühit də bu amillə dolayısı ilə bağlıdır. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bunu hələ XİX  əsrin sonlarında çox gözəl anlayır və qadınların təhsil almasında dinə zidd heç bir şey olmadığını təbliğ edirdi. Hacının vəsaiti ilə 1901-ci ildə Bakıda tikilən Qızlar məktəbi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri idi. Deməli, qadınının insan inkişafı üçün mövcud olan məhdudiyyətlərlə üzləşməsi bütövlükdə cəmiyyətin inkişafına mane olur. Çünki cəmiyyətin və onun aparıcı qüvvəsi olan insanın inkişafı, irqindən, cinsindən, milliyyətindən, dini mənsubiyyətindən, yaxud coğrafi mövqeyindən asılı olmayaraq, hər bir insan üçün şərait yaradılmasını tələb edir!

Səslərin sayı: 6
45
8532
loading...
Şərhlər
Offline
Iceberg
Gender bərabərliyinin təmin edilməsi üçün qadınlar və kişilər arasında mövcud olan bərabərsizliyin aradan qaldırılması lazimdir
17 iyun 2017 00:19
imza: shafaabdulla.blogspot.com
Offline
Emma Svon
Qadınların təhsil və təlimi. Bəzi ölkələrdə təhsil sahəsində gender qeyri-bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri-bərabərliyi mövcud deyil.
14 aprel 2016 07:48
Offline
Fatma xanım
Qızları oxudun ki savadlı nəsliniz olsun
13 aprel 2016 17:43
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Xəyalə Murad
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bunu hələ XİX əsrin sonlarında çox gözəl anlayır və qadınların təhsil almasında dinə zidd heç bir şey olmadığını təbliğ edirdi.
13 aprel 2016 14:49
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
* Qadınların sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmasına baxmayaraq, qadınların orta ömür uzunluğu kişilərin ömür uzunluğundan, bir qayda olaraq, çoxdur.

Lakin buna baxmayaraq, ölkəmizdə qadınların sağlamlıq problemleri mövcuddur və onlar aradan qaldırılmalıdır.
13 aprel 2016 12:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Yazıçılardan hansısa yazıb, qadının ən vacib vəzifəsi ana olmaqdır.
13 aprel 2016 11:12
Offline
KEMALE MEMMEDOVA
Qadin ozu haqqini qorumalidir.
12 mart 2015 18:21
Offline
Deniz N-va
Qadin haqlari qorunmalidir mutleqqq love
29 may 2014 14:01
Offline
Deniz N-va
Əla ve marakli yazi təşəkkür bad cray dash
27 aprel 2014 15:45
Offline
aygun agabeyli
Bu fani heyatin butun yukun qadinlar cekir. her kisinin arxasinda mukemmel qadin dayanir. aile heyati qurursan, usaq dunyaya getirirsen, onlari boyudursen, kisinin minnetli sozlerin goturursen. aileni ayaqda tutmaq ucun her eziyyete qatlanirsan. birde gozunu acirsan qocalmisan ve elediklerinin hamisi bosdur,senin omrunun gozel gunleri gedib ve qocalmisan ve heckese lazim deyilsen. fani heyat qadinlardan bunu teleb edir recourse heyatda qadinlar rolu kisilerden coxdur.
27 aprel 2014 15:06
Offline
Minira Aslanzade
Gözəl mövzudur təşəkkür
21 mart 2014 18:19
Offline
umhana
mən oxumasmişam
14 noyabr 2013 20:09
Offline
huseynova Elvira
Menim 2 oqlum var. Arada dusunurem yaxsiki qizim yoxdu.

♥ Təranə ♡ H  ♥,
Allah ureyince versin
23 aprel 2013 02:44
Offline
Ruhumu Can Incidir
Kiwi yaxwi bir yaradiliw simvolu ola biler Amma qadin bu yaradiliwin qusursuz formasidir.
Qadin ozluyunde bir heyatdi ve heyata daxil olan her weyi ozunde cemlewdirir... O hem sevincimiz/kederimiz , hem dostumuz/duwmanimiz , hem azadligimiz/esaretimiz , hem yawama sebebimiz/olumumuz olmayi bacarir. Bu Yaxwi qadindi/Bu Yaxwi qadin deyil

Qadin kiwini kiwi ede biler. Ama qadin ozu istemedikce kiwi onu qadin ede bilmez. Hissler ve irade baximindan qadinlar bizden daim ondedir.
________________________________________________________________________________
________


Baxmayaraq ki kiwi xeylagiyiq acigi men davani ustun tutaram neyinki soyuw. Adi kafede oturub bir tike yemek yemek isteyende bir de ewidirsen ki hansisa agzigoycek etrafda xanim xeylagi olmadigindan qulagina qoyun telefonu ele heyyyy dowuyur eee. "Ay Muselman. Hec olmasa tovbe de Soyuw soyub mundarladigin agzinla yediyin yemek de haramdi axi. Belke men istemirem soyuw ewidim. Buyurulub ki o yerdeki Kufr var sen o yerden uzaqlaw. Indi senin yarim saatliq agzina sahib durmadigina gore men onumdeki tikeye haram qatib bir de kafemi deyiwmeliyem???" Amma gelin etiraf edek ki Ister marwrutlarda Ister metrolarda Ister kafe ve restoranlarda Kino teatr ve sair kimi ictimai yerlerde abrimiza siginma sebebimizin coxu qadinlardir. Bax ele ona gore de sizi her yerde gormek mene xowdur.
21 mart 2013 10:05
Offline
J e a l o u s y
Esl qadin hem gozel heyat yoldasi,hem gozel ana,hem evdar, hem de isguzar xanim olmalidir.
10 mart 2013 18:15
Offline
Sonya Kerimli
Qadin zeif deyil,zerifdir..... dance1
9 mart 2013 16:30
Offline
pure love
qadınlar həmgüclü,həm zərif,həmdə sağlam fikirli olmalıdır. give_ros
8 mart 2013 20:09
Offline
Ayan203
tewekkur edirem
8 mart 2013 15:16
Offline
AYTEN
artiq bu il qutardim mektebi ,ibditai tehsili bitirdim,hal-hazirda ana olmusam ,islemye vaxtim olmuyacaq,ama yoldasim icaze verir bir sertnen usagim boyusun, qadinlarin savadli olmasina cox raziyam ,cox bilmislerinede,ele ana ovladinla mesgul ola bilir.onun geleceyini dusunur.
7 mart 2013 22:30
Offline
meloniya
Nə yaxşı ki,əbədi dünyada bu gender bərabərsizliyi yoxdur.Onda kişi - qadın,varli-kasıb yox,sadəcə bəndə.bəli ALLAHIN qulu!ŞÜKÜR ALLAHA!ALLAHIN BİRLİYİNƏ!Təşəkkürlər sizə.Maraqlı məlumat idi.
7 mart 2013 18:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır