Bakıda hava 10°
USD AZN
EUR AZN

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər

Qarderob ayaqqabıdan başlamalıdır.Yeni ayaqqabı almazdan əvvəl moda jurnallarını  diqqətlə oxuyun.Adətən qadınlar aksessuar alarkən bir-iki mövsüm gecikirlər.Belə bir psixoloji məqam da var.Ayaqqabı seçərkən düşünürük ki,bəlkə də ən gözəli bu deyil,amma rahatdır.Əgər özünüzü bu dərəcədə sevmirsinizsə ,o zaman sizi kim sevəcək?Dəbdə olan və olduqca rahat,istənilən zövqə və imkana uyğun ayaqqabı həddən ziyadə çoxdur.Sadəcə, özünüzə münasib ayaqqabını tapmaq üçün bir az vaxt lazımdır.Onu da nəzərə alın ki,qadının ayaqqabısına nəzər salmaqla haqqında hər şeyi anlamaq mümkündür!

Evelina Xromçenko moda haqqında hər şeyi ,hətta daha artığını bilir.O,nüfuzlu beynəlxalq ''L'OFFICIEL'' jurnalının rus versiyasının baş redaktoru,''Modnıy priqovor''("Dəbin hökmü") proqramının aparıcısıdır.Onun məsləhət və tövsiyyələri hər zaman aktual, münasib və dəyərlidir.Necə deyərlər, 'hədəfi dəqiq nişan alır".

Beləliklə, Evelina Xromçenkonun qadının özünü zövqlü,dəbə uyğun və arxayın hiss etməsinə imkan verəcək əsas tövsiyyələri ilə siz də tanış olun.

Sizin baza qarderobunuz asağıdakılardan ibarət olmalıdır:

1. Qarderobda bej rəngində ayaqqabılar mutləq olmalıdır.Onlar istənilən geyimlə uyğun gəlir,üstəlik, ayaqları vizual olaraq uzun göstərir.

2.  Bir neçə ağ köynək...Kişi köynəyi tipində,bədənə kip oturan köynəklər gözəl sinəni,yançaqları və incə beli xüsusilə nəzərə çarpdırır.

3.Qarderobunuzda mutləq özünüz üçün geyim dəsti olmalıdır.Bu geyimi dostlarla görüsə geyinə bilərsiniz.Sakit tonlar,  beli nəzərə çarpdırmayan coxqatli geyimlər - bütün bunlar sizin rahatlığınız üçündür. 

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər

4. Mütləq klassik qara salvar, V şəkilli kəsiyi olan cemper və rahat dabanlı qara, ciddi qayıqvari ayaqqabı əldə edin. Şalvar əyninizə yaxşı oturmalı və düz durmalıdır.Bu cür kəsiyi olan cemper isə boyun xəttinizi nəzərə çarpdıracaq.Bu geyimi müxtəlif aksessuarlarla uyğunlaşdırıb dəfələrlə geyinmək mümkündür.

5. Yadınızda saxlayın ki, ayaqqabıda kəmərciklər ayağı qısa göstərir.Klassik qayıqvari ayaqqabılar, əksinə, bədəni sanki uzadır.Boyu balaca olan qadınlar bunu xüxusilə nəzərə almalıdır.

6. Qarderobdakı eyni modeldə, üslubda və rəngdə olan əşyalar darıxdırıcıdır! Əsl modabaz qadın müxtəlifliyə üstünlük verməlidir; müxtəlif üslublar müxtəlif geyim və aksessuarlar.

7. Birtonlu kostyum geyinməyin qaydası budur - yalnız və yalnız  parlaq aksessuarlar və makiyaj! Diqqəti ayaqqabı və çanta, bəzək sancağı və yaylığa yönəldin. 

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər

8.Qarderobda heç olmasa bir cüt hündürdaban ayaqqabı olmalıdır.Belə ayaqqabılar qadına muəyyən "dayanaqsızlıq"

verərək,kişiləri onu dəstəkləməyə sövq edir.

9.Açıq rəngli paltar geydiyiniz zaman saç düzümünüz yumşaq olmalı və nəzəri cəlb etməməlidir.Bu, diqqətin paltardan yayınmaması üçündür,sadəcə, makiyajınızı daha qabarıq edə bilərsiniz. 

10.Yadda saxlayın ki, üst geyim həcmli və ağırdırsa, alt geyim yüngül olmalıdır.

11.Effektli görkəm almaq üçün dekolte zonasını açın,əyində yaxşı oturan şalvar hesabına ayaq xəttini uzadın və maraqlı aksessuarlar əlavə edin.İri gün eynəkləri və açıq rəngli ipək yaylıq gündəlik klatçla uğurlu görünür.

12.Beli aşağı salınmış dəbdə  olan şalvarlardan  qorxmaq lazım deyil.Belə şalvarın ayaqları qısa göstərməsi barədə yayılmş fikrin əksinə olaraq, əyində yaxşı oturur və insanı qamətli göstərir.

13.Dizdən bir qədər aşağı olan,yerişi azacıq çətinləşdirən ətək geyinməklə  Merilin Monronun cazibədar şux yerişini təkrarlaya bilərsiniz.

14.Açıq rəngli, məsələn, bej rəngli ətəklər qədd-qamətli və uzunayaqlı qadınları cazibədar  göstərir.

15.Ətrafdakıların  diqqətini cəlb etmək asandır.Dodaqlara parlaq boya çəkmək, iri gün və ya qiş eynəkləri taxmaq və açıq rəngli çanta götürməklə buna nail ola bilərsiniz.

Ardı var...

Səslərin sayı: 4
45
10344
loading...
Şərhlər
Offline
♥ TƏRİŞ .H. ♥
Gümüş, give_ros
Ayka Nəcəf, give_ros
Nur Efsunlu, give_ros
SHahnaz, give_ros
 ayla mamedov, give_ros
Meleyim :) , give_ros
sizlerde sag olun xanimlar.beyendiyinize sevindim. smile

LADY BEAUTY,
Xanim ardi derc olunub. give_ros

Yağmur damlası,
HE CANİM ELE MENDE unknown
26 fevral 2014 22:37
Offline
♥NiLuFeR♥
BEYENMEDIM,SORRY
3 yanvar 2014 14:57
Offline
Meleyim :)
Super xeberdir,ela meslehetlerdir,secilmish etdim,arada oxuyum,yaddashimi tezeleyim.
19 mart 2013 16:41
Offline
♥ TƏRİŞ .H. ♥
ஜUnique Womanஜ,
Mumkunsə səxsiyə yaza bilərsinix hansı saytda görmusunuz.? BİZ ƏZİYYƏT ÇƏKİB YAZAQ HANSISA AXMAQ ( sözümə gpre üzr istiyirəm.) KOPU EDİB PZ SAYTLARINA YERLƏŞDİRSİN.
12 mart 2013 11:04
Offline
MİRiyeva
BU XƏBƏRİN KOPYASINI BAŞQA SAYTDDA GÖRDÜM no
10 mart 2013 19:24
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
ayla mamedov
bu terzde geyilmeri choooox xowlayiram
2 mart 2013 14:41
Offline
LADY BEAUTY
ardını mütləq gözləyirəm..gözəl lazımlı məsləhətlərdir.çox sağolun
21 fevral 2013 01:30
Offline
SHahnaz
gozel meslehetler verir cox tesekkurler canim bolusduyun ucun give_ros
19 fevral 2013 19:55
Offline
Yağmur damlası
men de bu qadini beyenirem,herden baxiram verilisde.hem de cani yanmisin 40-dan cox yasi var nece ariqdir,lap paxilliq edirem bu qadina crazy
19 fevral 2013 16:44
Offline
Nur Efsunlu
təşəkkürlər xeberdi give_ros
18 fevral 2013 22:56
Offline
Ayka Nəcəf
maraqli xeberdi.tesekkur edirem
18 fevral 2013 18:32
Offline
Smurfeta
maragli gəldi mənə bu qadin ona görə..qulag asmaq istiyerem..sag ol..

bir shey deyil.he deyerli meslehetler verir bully
18 fevral 2013 16:29
Offline
Gümüş
Cox maraqlidi cox saq ol.
18 fevral 2013 02:12
Offline
mira-kerim
MikaMiluS,
maragli gəldi mənə bu qadin ona görə..qulag asmaq istiyerem..sag ol.. kiss
17 fevral 2013 20:24
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Smurfeta
hansi kanalda olur??

Rassiyanin 1 ci kanlinda (Первый канал)
hetta internet saytlarinada baxa bilersiz o kanalin orada var ( 1tv.ru )
17 fevral 2013 20:22
Offline
♥ TƏRİŞ .H. ♥
NəZrİn,
♥♥R.Ravana♥♥,
Quliyeva Mirzəhra,
DENIZ,
cemile.model,
kamile,
Kamailba,
ayan qedirli,
Fatma xanım,
mira-amar,
MikaMiluS,
A.F,
Coox sag olun.beyendiyiniz ucun.
17 fevral 2013 10:18
Offline
A.F
lovedediyi terzli geyimleri cox beyenirem. Tewekkurler
17 fevral 2013 09:28
Offline
mira-kerim
MikaMiluS,
hansi kanalda olur??
17 fevral 2013 01:36
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Smurfeta
Verlishe herden baxiram cox ciddi ve sozunu keskin deyen bir xanimdi.Dediyi sozude nece var tutur ele.Meslehetleride xoshuma gelir.Xeberin ardini gozleyirem
17 fevral 2013 01:35
Offline
mira-kerim
Evelina xanimin kastyumunu coox bəyəndim.. laughing
17 fevral 2013 01:19
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!