Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38071

Abort cinayətdir!

Abort cinayətdir!
Abort cinayətdir! Qoy hər bir qız, hər bir xanım ana bətnindəki körpənin bu müraciətini oxusun!
Ana, mən səndən sadəcə 20 sm uzaqlıqdayam, amma bütün orqanlarım yerindədir. Mən sənin səsini sevirəm. Mən hər dəfə onu eşidəndə əl-qolumu tərpədirəm.  Sənin hər ürək döyüntün mənim laylamdır.
İkinci ay
Ana, mən bu gün baş barmağımı əmməyi öyrəndim. Əgər sən məni görsəydin, mənə afərin deyərdin.  Ancaq mən o qədər böyük deyiləm ki, öz kiçik evim olmadan dolanım. Bura o qədər isti və rahatdır ki.
Üçüncü ay
Ana, tap görüm mən kiməm? Mən qızam! Ümid edirəm ki, buna sevindin. Mən istəyirəm sən həmişə sevinəsən.  İstəmirəm sən kədərlənəsən, sən ağlayanda elə qəmli görünürsən ki. Onda mən də səninlə birlikdə bətnində ağlayıram, amma sən məni eşitmirsən.
Dördüncü ay
Ana, mənim saçlarım uzanmağa başlayıb. Onlar qısa və nazikdir.  Mən çox hərəkət edirəm. Artıq başımı fırlada, barmaqlarımı tərpədə bilirəm. Öz kiçik ayaq və barmaqlarımı sora bilirəm, uzada bilirəm.  Bu, məndə çox yaxşı alınır.
Beşinci ay
Sən yenə həkimə getdin.  Ana, o səni aldadır ki, mən uşaq deyiləm. Mən körpəyəm, sənin balanam. Mən düşünürəm və hiss edirəm. Anacan,  ana, abort nə deməkdir?
Altıncı ay
Mən yenə sənin həkiminin səsini eşidirəm. O, mənə inanmır, çox soyuqqanlı görünür, elə bil heç qəlbi yoxdur.  Nəsə zorla mənim kiçik evimə girir.  Həkim bunu mil adlandırdı, ana bu nədir? Necə də məni incidir, ağrıdır. Anacan, ona de ki, bunu dayandırsın!  Mən artıq bundan qaça bilmirəm, ana! Anacan, kömək et mənə!
Yeddinci ay
Ana, mən yaxşıyam, səmadayam. Allah mənə abort haqqında danışdı. Niyə məndən imtina etdin, anacan?
Hər abort bir dayanan ürək deməkdir  Bir cüt gözün görməyəcəyi deməkdir.  Bu, bir cüt əl deməkdir ki, heç vaxt tərpənməyəcək. Bu, bir cüt ayaqdır ki, heç vaxt qaçmayacaq. Bu, bir ağızdır ki, heç bir söz deyə bilməyəcək. Əziz xanımlar, bətninizdəki körpəniz hələ çox kiçik olsa da, hər şeyi sizinlə birlikdə yaşayır, hiss edir. Abort etdirib,  sonra bir ömür boyu vicdan əzabı ilə baş-başa qalmayın. Qıymayın öz balanıza!
 
Səslərin sayı: 14
138
10717
loading...
Şərhlər
Offline
rufane abdullayev
cray size qiyilan eller qirilsin
17 dekabr 2016 20:24
Offline
S U S E N _BACI
cray olmazzz eleyhineyem
14 avqust 2016 14:17
Offline
Fatma xanım
ən bu cinayəti çox eləmişəm çox heyif
13 mart 2016 12:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Hər abort bir dayanan ürək deməkdir Bir cüt gözün görməyəcəyi deməkdir. Bu, bir cüt əl deməkdir ki, heç vaxt tərpənməyəcək.

Və bu cüt gözlərə, əllərə heç vaxt sahib olmaya bilərsiz. Abort sonsuzluq deməkdir!
10 mart 2016 20:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Leyla_
Kim abort eleyir he Allah gorum hec vaxt hemin abort eleyen Allah baba usaq vermsenin amin
20 mart 2015 17:12
Offline
.....
allah bagislasin elac yoxdu
26 yanvar 2015 10:44
Offline
Aysel İ.
İnsan göz yaşlarını saxlaya bilmir bunları oxuyarkən. Çox böyük günahdır. Xanımlar. qorunun ancaq körpənizə qıymayın.
15 dekabr 2014 08:41
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Abort yox eeeee onun bir adi var odaki insan oldurmək canlı-canlı.
12 dekabr 2014 22:55
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Sevgi
Abort eletdirmeye cox pis baxiram...
31 may 2014 18:42
Offline
Realist
Kəsmə nəfəsimi, qurbanın olum
İzn ver həyata mən də doğulum.
Laylanı eşidim nəfəsin duyum
Gecələr qoynunda rahat uyuyum….

Oy-oy-oy.... Ürəyim çırpındı, yatağında uyuyan balama baxdım. Gözlərimdən yaş gəldi. Axı o balaya necə qıymaq olar? Axı, o balanı candan ayırmaq belə mümkündürmü? Onun saçının bir telinə həsrət olan evlər varkən...Dəhşət!!! Allah məni öldürsün, ancaq məni bala qatili etməsin şeytan!
3 aprel 2014 01:40
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
HUSNA
Cox teessuf olsun ki,abort etmek hemise ananin gunahi olmur,zemanemizde bele seylerle cox rastlasiriq
En cox da qiz usagi olanda,yeni demek isteyirem ki,kecmisden bu gune hec bir sey deyismiyib
Kecmisde qiz usaqlarini diri-diri torpaga basdiriblar,indi ise uz tuturlar aborta.ALLAH kecsin gunahimizdan
3 aprel 2014 01:32
Offline
Farida_Asadova
Sumeyya Ummu Ali,
Bacım ağlatdın məni....
3 aprel 2014 00:52
Offline
S U S E N _BACI
Hem cinayet hem boyuk boyuk gunah
5 yanvar 2014 15:53
Offline
....
dunyada en gunah isdir Allah veren korpeni qebul etmemek ne demekdir
5 noyabr 2013 23:50
Offline
Rzayeva Guler
Calisdiqca bu gunaha girmemek lazimdir
19 sentyabr 2013 12:57
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
cox cox sag olun bele deyerli yazilar ucun.

men qiymadim qiya bilmedim axi men kimem?Allahin verdiyi cani nece ala bilerem?dushundukce dehshete gelirem ve shukr ediremki bele sehv etmemishem....min shukur...inshallah mende bu movzuda bir yazi hazirlayacam..
6 sentyabr 2013 19:06
Offline
Gunes
Men bugun eletdirdim ele isteyirdimki olsun cray amma inkisafdan qalmisdi artiq iceride curumusdu inanin ele cetin olduki men oz xoslugu ile abort edenleri basa duse bilmirem ALLAHIN verdiyi cana nece qiymaq olar?
31 may 2013 16:11
Offline
nnnnnn
aglatdiz meni(( Allah analara insaf versin...bezi insanlar aylala illerle gece gunduz yalvarib ovlad isteyirler ama bezileri ise bu cinayetlere el atir...Allah butun ovlad isteyenlere nesib etsin.(icinde de mene) inwallah
27 may 2013 20:08
Offline
guler
meni lap aglatdin mende o sefleri etmisem mene gunah yazilib diablo
19 aprel 2013 20:20
Offline
Terlane huseynli
UYYY CANLARIM MENIM.SIZI EZEN ELLER QIRILSIN
17 aprel 2013 23:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır