Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Qadin.Net - 4 il Sizlərlə!

Qadin.Net - 4 il Sizlərlə!

İlk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb.

4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.

Təbii ki, günlər keçdikcə kollektivimiz böyüməkdə, öz qarşısına qoyduğu məqsədlərə çatmaq uğrunda fasiləsiz inkşafda idi. İndi sizlərə bu il yəni, 04 fevral 2013-cü il üçün olan statistik göstəriciləri açıqlamaq istərdik:
41500 qeydiyyatlı istifadəçi,(aktiv olmayan istifadəçilər silinmişdir) 13000 xəbər sayı, 635.000 şərh sayı, 112 qruplaşdırılmış fərqli bölmə!
İnanırıq ki, bu statistik göstəriciləri görən, bizləri hər zaman dəstəkləyən insanların üzündə təbəssüm yaratdı. Qeyd etdiyimiz rəqəmlər real olaraq qeyd olunub. Bəzi insanlar rəqəmlərə baxıb "biz də daha çoxdur deyirsə" - unutmayın ki, biz yalnız bir mövzu ətrafında, ilk gündən seçdiyimiz yoldan dönmədən, prioritet seçdiyimiz mövzu və nüansları unutmadan, milli-mənəvi dəyərlərimizi qoruyaraq, hər zaman dünyanın harasında olursa olsun, Azərbaycanlı xanım adını daşıyan, məhz Azərbaycan xanımları üçün çalışırıq! Biz başqaları kimi yalançı statistika və yalnız özümüzü aldadacaq informasiyalar ilə çalışmırıq! Səhifəmizi ziyarət edən hər bir istifadəçi bizim üçün dəyərli olduğundan, onları da doğru informasiya ilə məlumatlandırmağı özümüzə borc bilirik!

Və... Əgər bu gün qeyd olunan uğurları qazanmağa nail olmuşuqsa, bu bizlərin doğru yolda olmasının ən real göstəricisidir!

Ötən ilin yadda qalan 4 mühüm məqamı:

 2011-ci ilin sonlarından ziyarətçilərin ən böyük şikayət mövzusu olan saytı ziyarət, müxtəlif əməliyyatlar zamanı bağlantı problemi, 2012-ci ilin ilk aylarında dünyanın, Avropa və Rusiyanın ən böyük bağlantı, məlumat filtirasiya mərkəzlərindən biri olan M9 mərkəzi ilə əməkdaşlıq, vasitəçi şirkətlə anlaşma sayəsində aradan qaldırıldı. Nəticədə bu gün həmin dövr üçün mövcud istifadəçi kütləsindən 3 dəfə artıq ziyarətçi sayına baxmayaraq, bağlantı və əməliyyatlar zamanı istifadəçilər problemlə qarşılaşmırlar. Hal-hazırda məlumatların təhlükəsiz şəraitdə saxlanılması, saytın fəaliyyətində fasilənin olmaması üçün 10-a yaxın, öz fəaliyyət sahəsinin peşəkarı olan texniki qrup, növbə ilə 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.

1. Geridə qalan ilin ilk aylarından əməkdaşlıq etməyə başladığımız Azərsun Holdinqə məxsus “Bizim Tarla”, “Bizim Süfrə” və “Azərduz” markaları ilə müqavilə imzalandı. Təsadüfi deyil ki, Azərbaycanın qida istehsalı sektorunda ilklərə imza atan hər üç markanın Avropa standartlarına riayət olunmaqla hazırlanan məhsulları, istehlakçılar tərəfindən ən çox sevilən və seçilən məhsullardır.
Hər zaman layihəmizə böyük dəyər verdiklərini dilə gətirən, Brend menecer Eda xanıma və bütün işçi kollektivinə bizlərə inanıb, seçdikləri üçün dərin minnətdarlığımızı bildiririk.

2. Ötən ilin üçüncü rübünün sonlarından Azərbaycanın ən baxımlı televiziya kanalı Azad Azərbaycanın (ATV) efirində yayımlanan “Süfrəmiz” verilişinin informasiya dəstəyi olduq. Həftə içi beş gün, hər gün saat 10:00-da canlı yayımlanan “Süfrəmiz” verilişi televiziya məkanının ən reytinqli mətbəx verilişidir. Hər günün sonunda, canlı yayımlanmış verilişin video yazısı saytın Süfrəmiz bölməsində istifadəçilərə təqdim edilir.  Əməkdaşlıq etmədiyimiz illərdə belə dəstəyini bizlərdən əsirgəməyən verilişin layihə rəhbəri Xaqan bəyə, aparıcı müğənni, hamımızın sevimlisi Elnarə xanıma və eləcədə bütün yaradıcı heyətə dərin təşəkkürlərimizi bildirir, uğurlarının davamını arzulayırıq.

3. İlin son, dekabr ayında reklam sektorunun sayılıb-seçilən adlarından biri "People Brand" şirkəti ilə reklam sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bu layihəyə verilən dəyər, bəslənilən rəğbətdən dolayı bütün şirkət çalışanlarına minnətdarlığımızı bildiririk.

4. Yeni 2013-cü il gəldi! Bütün komanda üzvlərimiz həmişə olduğu kimi fasiləsiz çalışmağa davam edirdi. Qarşımızda yeni məqsədlər, görəcəyimiz işlərin sıra ardıcıllığı – bütün deyilənləri reallaşdırmaq üçün rəhbərliyin müzakirələri vardı.
Bu məqamda, yeni ilin ilk günlərində aldığımız yeni bir təklif bizləri sevindirməyə bilməzdi. Azərbaycan interneti, reklam sektoru dedikdə, birincilər sirasında olan "New Media" şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalandı.
Qadin.Net olaraq reklam sahəsi ilə bağlı bütün ekskluziv hüquqları "New Media" reklam agentliyinə təqdim etdik.
"New Media" şirkəti bir çox dünya markalarının ölkəmizdəki təmsilçiləri, rəsmi nümayəndəlikləri ilə birbaşa əməkdaşlıq edir. Həmçinin hamının yaxşı tanıdığı mail.ru və odnoklassniki.ru saytlarının da Azərbayandakı ekskluziv reklam hüquqlarına sahib olan şirkətdir. Şirkətin rəhbərliyinə, şəxsən Rasim Davudova və bütün şirkət əməkdaşlarına layihəyə verilən dəstəkdən dolayı dərin təşəkkürlərimizi bildiririk.

Hər bir insanın gördüyü işə verilən ən dəyərli qiymət, görülən işin ətrafdakılar tərəfindən bəyənilməsi, sevilməsidir. Təbii ki, bizlər də əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Yaxın zamanlarda yeni dəyişikliklərin, istifadənizə veriləcək yeni layihələrin şahidi olacaqsınız.
Bütün bu deyilənləri, uğurları təbii ki, tək əldə etmədik. Bu uğurları əldə etmək üçün hər zaman bütün komanda üzvlərimiz maksimum dərəcədə öz imkanlarından istifadə etmişlər! Ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri (Redaktorlar), eynilə çox dəyərli Ekspertlərimiz, Nəzarətçi və xüsusi imtiyaza sahib Media qrupumuz, neçə-neçə insana şəfa bəxş edən hörmətli Həkimlərimiz – hər birinizə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!

Üzv sayı 75.000 nəfərdən artıq olan Facebook səhifəmizin rəhbərliyi və idarəçiləri! Biz sizlərə də çox sağolun deyirik! Son illərdə qazandığımız bütün uğurlarda sizlərin rolu əvəzedilməzdir.
Layihəmizdə Ceylan xanım və Ənvər bəy haqqında danışmaq artıqdır yəqinki. Hər iki şəxsin gördüyü işlər, çəkilən əziyyətləri göz qabağındadır! Sevimli dostlara çox sağolun deyirəm. Allah uzun illərin bu dostluğunu, mehribançılığını bizlərə çox görməsin.

Və, təbii ki Siz dəyərli ziyarətçilərimiz!
Statuslara sahib olan və olmayan bütün istifadəçilərimiz!  

Hər biriniz ayrı-ayrılıqda bizlər üçün çox dəyərlisiniz. Bizləri bu yerlərə gətirən – təbii ki, sizlərsiniz! Bütün layihələrimiz, düşüncələrimiz – hamısı sizlər üçündür!

Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...

Səslərin sayı: 17
177
8302
loading...
Şərhlər
Offline
Xalidə Həsənzadə
Tebrikler......
21 sentyabr 2014 13:34
Offline
Rzayeva Guler
Kas Mende bu sayita coxdandi gelerdim
7 oktyabr 2013 00:12
Offline
Ramil
Her birinize ayri-ayriliqda teshekkur edirem!
Deyer verdiyiniz uchun cox saqolun, minnetdaram!
Allah her sheyi konlunuzce etsin )
25 avqust 2013 03:37
imza: Arxamca nə danışdıqları önəmli deyil.
Əsas odurki, geriyə döndüyümdə hər kəs susur!
Offline
Arzu
mende tebrik edirem Ramil beyin sayesinde profilim tam duzeldi bunun ucunde tesekkur edirem ona islerinde uqurlar
24 avqust 2013 23:39
Offline
Selvi
Ramil bey ad urekden gununuzu tebrik edirem.Nece bele dogum gunlerine,can sagligi,uzun omur,aile seadeti,xosbextlik arzulayiram.Biz xanimlari dusunduyunuz ucun,bele gozel mekan ve imkanlar yaratdiginiz ucun size tesekkurumu bildirirem.Allah razi olsun.Nece bele dogum gunlerini Qadin.netimizde qeyd edesiz...
24 avqust 2013 23:37
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Gulshen_q
profilinizi bağlayıb təbriklərə şərait yaratmasanız da

Profili artıq açıqdır. laughing
24 avqust 2013 20:48
Offline
Aysel İ.
Siz nə qədər gizlənsəniz, profilinizi bağlayıb təbriklərə şərait yaratmasanız da, bizlər bir yolunu tapıb Azərbaycan xanımları üçün bu qədər dəyərli işlər görən bir insanı təbrik edəcəyik onsuz da

Sizinlə tam razıyam Ceylan xanım. Bütün təbriklərə mən də qoşuluram.Sizə ən əsası can sağlığı arzu edirəm.Və bizim kimi ev xanımlarına bu şəraiti yaratdığınız üçün minnətdarlığımı bildirirəm. Siz də 100 yaşayın.Qadın net də 100 yaşasın. give_ros
Və Dj olaraq bu gün səsləndirdiyimiz bütün mahnıları sizə həsr edirik. music
24 avqust 2013 20:39
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Gulshen_q
Sayta az-az girirəm deyə gündəlik ad günü olanlardan xəbərim olmur.Amma bu, sizə aid deyil.Ad gününüzü hardansa oxuyub xatırlamadım.Sanki yaxınlarımdan, ailə üzvlərimdən biri kimi yadımda qalıb bu tarix. laughing Sizə hər şeyin ən yaxşısını arzulayıram.İnsan həyatda layiq olduğunu alarsa onun qədrini bilər.Layiq olduğundan azını alarsa razı qalmaz.Çoxunu alarsa qiymətini bilməz.Siz hər şeyin yerini bilən biri olduğunuza görə düşünürəm ki, layiq olduqlarınızın qiymətini hər zaman biləcəksiniz. laughing Ad gününüz mübarək.))

Xanımlar, Ramil bəyin profili açıqdır indi.Kim istərsə ora yaza bilər təbrikini. laughing
24 avqust 2013 20:35
Offline
Gulya
Tebrikler heyatinizda xow gunler arzu edirem
24 avqust 2013 16:44
Offline
Gülşən29
Ramil bəyi səmimi qəlbdən təbrik edirəm.
Ən vacibi can sağlığı sonra xoşbəxtlik arzu edirəm. Allah hər şeyi könlünüzcə versin AMİN.
24 avqust 2013 16:25
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Louis Vuitton
Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...

Bu sözler Size aiddi, Siz demisinız indi de biz deyirik:
Ne yaxşı ki, varsınız, Ramil bey. Ne yaxşı ki, Azerbaycan xanımları üçün bu şeraiti yaratmısınız.
Doğum gününüz mübarek! Her zaman uğurun zirvesinde olun, her zaman bax, bu cür sevilen olun!
Xoşbext bir ömür payı qismetiniz olsun!
24 avqust 2013 14:50
Offline
♥Sevgilimi çox sevirəm♥
Tebrikler!100 yasayin!
24 avqust 2013 13:50
Offline
PePito
Ramil bey mende yazilan butun tebriklere qosuluram.Ad gununuz mubarek nece bele gozel iller keviresiniz sevdiklerinizle yaxinlarinizla bilrlikde.Heyatda her shey konlunuzce olsun bir daha tebrikler...
24 avqust 2013 13:47
Offline
أحبك
Ramil bəy, Ad Gününüzü Təbrik Edirəm! Neçə belə Ad günlərini ailənizlə birlikdə sevinclə qarşılayıb, gülə-gülə yola salasınız. Sizə uzun və mənalı ömür, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Hər zaman irəlidə olun. good
24 avqust 2013 13:34
imza: فراق
Offline
Farida_Asadova
BUTUN QADIN. NET LILERI TEBRIK EDIREM,
24 avqust 2013 12:39
Online
Xəyalə Murad
Çox hörmətli RAmil bəy, qonaq kitabçanızı bağladığınız üçün bura yazıram. sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı, ailə səadəti və yaradıcılıq uğurları arzu edirəm. Allah bütün arzu və istəklərinizi çin etsin, Hər il saytımız günü gündən (sayənizdə təbii ki,) çiçəklənsin, sayımız ildən ilə dəfələrlə artsın və səsimiz ən yüksək zirvələrdən gəlsin inşAllah. Allah sizdən hər zaman razı olsun. Yorulmadan usanmadan biz xanımlar üçün yaratdığınız imkanlar üçün sizə sonsuz minnətdarıq. Bir daha sizi təbrik edirəm.
24 avqust 2013 12:38
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Fatma xanım
təbrik edirəm arzu edirəm ki tortun üstünə düzdüyünüz şamların sayı o dərər olsun ki sayınıda unudasız , və 111-cə şam düzəsiz
24 avqust 2013 12:31
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ceylan Mumoğlu
Hörmətli adminimiz, xanımların istəklisi Ramil bəy !
Siz nə qədər gizlənsəniz, profilinizi bağlayıb təbriklərə şərait yaratmasanız da, bizlər bir yolunu tapıb Azərbaycan xanımları üçün bu qədər dəyərli işlər görən bir insanı təbrik edəcəyik onsuz da blum

Əziz qardaşım, ad günün mübarək! Hər şey könlüncə, ürəyincə olsun həyatında. Xanımlarımız üçün etdiyin işlərin, gözəlliklərin, rahatlıqların Allah qarşılığını versin tezliklə. Amin.


P.S.Xanımlar, təbriklərinizi, ürək sözlərinizi burda yazıb davam edə bilərsiz :)
24 avqust 2013 12:25
Offline
Məryəm.
Gec olsa da məndə təbrik edirəm.
22 iyun 2013 14:28
Offline
Nice Girl
Men de sizi semimi qelbden tebrik edirem.Size islerinizde ugurlar arzu edirem.Umid edirem ki,sizin sayenizde men ozum ucun lazim olan melumatlari taplaya bilerem.
27 fevral 2013 20:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )