Hədiyyə - plastik əməliyyat
Oyuncaq maşınlar, gəlinciklər, top və kitablar ad gününə balacalara alınan hədiyyələrdir. 2007-ci ildə Amerika mətbuatında Sara Burge adlı qadından danışılırdı. Həmin qadın Barbi gəlinciklərinə olan həvəsi nəticəsində 500000 dollara baş və ayaq hissəsində 26 əməliyyat edərək özünü Barbiyə oxşadıb. Vəziyyət o hala gəlib ki, bu qadın qızının 8 yaşı tamam olması münasibətilə ona plastik əməliyyat hədiyyə edib. Dediyinə görə, bu, qızının arzusudur. Lakin onun əməliyyat olub-olmayacağı hələ sual altındadır. Çünki 8 yaşlı uşağı heç bir həkim riskə girərək əməliyyat etmək istəmir.İndi siz deyin: mən sevinim ki, 8 yaşlı uşağın başqa arzusu yoxdur, yoxsa kədərlənim ki, ananın Barbiyə bu qədər həvəsi var?
Qum saatı formasında fiqura
30 yaşlı alman qızı İona Stanqenberq dünyada qarın bölgəsinə görə ən az ölçülü modeldir - 50 sm. Boyu 167 sm, çəkisi 38 kq olan bu xanımı formasına görə ''qum saatı'' adlandırırlar.İonanın dediyinə inansaq, o, heç də bədən formasını sevmir və bu qədər arıq olması ürəyincə deyil. Amma nə edəsən ki, təbiət onu belə yaradıb. Modellik həyatına isə onu 2006-cı ildə ailə qurduğu həyat yoldaşı sövq edib. Hazırda İonanın tək arzusu azacıq kökəlməkdir.O,buna görə gecələr şokolad, çipsi, pizza və çörək yeməkdən çəkinmir. Yazıq qız...
Pirsinqli gəlin
Keçmiş tibb bacısı Elain Devidson bədənində 7000-ə yaxın müxtəlif pirsinq daşıyır.42 yaşlı dəmir aludəçisi bu yaxınlarda sadə vətəndaş Doglas Vatsonla evlənib.Elainin bədənindəki dəmirlərin çəkisi 3 kq-dır, onlardan 192-si üzündə yerləşir.Braziliyalı bu xanım 2000-ci ildə Ginnesin Rekordlar kitabına düşüb.Mənə maraqlıdır ki, Doglas bəy bu xanımın nəyinə evlənib, axı o gecələr də pirsinqlərinə toxunmur? Bunun əvəzində 3 kq dəmir alsaydı, yaxşı olmazdımı?
Qəribə menyu
Floridada yaşayan amerikalı Tempestt Henderson ətirli sabun və yuyucu toz yeyərək yaşayır.Hələ uşaqkən anasının aldığı əl-üz sabunları, paltaryuyan tozları onu cəlb edirmiş. Vaxt ötdükcə Tempestt kimyəvi maddələrə daha çox aludə olur və onu dadmağa başlayır. Bu günədək Tempesttin menyusundan bu qəribə ''qidalar'' əskik olmur. Amma son günlərdə onun maye əvəzinə qabyuyan dərman içdiyini görən anası həkimə müraciət edib və xanımda pikaçizm xəstəliyi (yeyilməsi düzgün olmayan qidalara həvəs) aşkar edilib.Məncə, Tempesttin anası həkimə deyil, psixiatra müraciət etməliydi.
Qoca ana
Adriana İlesku qızını 66 yaşında dünyaya gətirib. İndi onun 72 yaşı var. Rumıniyalı bu qadın bütün ömrünü karyera qurmağa sərf etdiyi üçün ailə qurmayıb. İşlədiyi üniversitetin gənc tələbəsindən süni mayalanma yolu ilə hamilə qalaraq, qızını dünyaya gətirib və qızıyla yenidən doğulduğunu qeyd edib.
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR