1.
Bizim aramızda pəncərə vardı.
Pəncərənin arxasında mən dayanardım.
Pəncərənin o üzündə sən.
Amma sən dayanmazdın, səhər pəncərənin önündən o tərəfə tələsərdin, axşam bu tərəfə.
Səni pəncərədən izləyirdim.
Gedəndə də, gələndə də...
Sən gedərdin, gələrdin. Mən səhər-axşam həsrətində, intizarında qalardım.
Sən mənim üçün həyat idin. Bəs mən?
Mən deyəsən, pəncərə idim sənin nəzərində.
Bəs niyə baxırdın ? Pəncərəyə ki, baxmazlar.
Bəlkə təəccüblənirdin ki, bu pəncərə niyə açılmır. Axı yolunun üstündəki bütün pəncərələr açılardı.
2.
Mən bilirdim ki, əvvəl-axır bu pəncərəni açmaq lazımdır. Lakin tələsmirdim.
Bir də gördün pəncərənin bir tayını açdım və salamladım səni.
Yaxud salamlamadım, eləcə çağırdım.
Adını bilməsəm də, çağırdım və danışdıq.
Sanki bunlar hamısı olmuşdu, amma pəncərəmin bu üzündə: sənin xəbərin olmadan.
Bəlkə sən də salamlaşmısan, danışmısan mənimlə, bəlkə bunlar da olub, amma pəncərənin o üzündə: mənim xəbərim olmadan.
3.
Bir səhər sən gedəndə dönüb nigaran-nigaran pəncərəmə baxdın, elə bil bir də qayıtmayacaqdın.
Qərarım qəti oldu: sən qayıdanda açacaqdım pəncərəni, səni intizardan qurtarmaq üçün.
Axşam gələndə tək deyildin. Birinci dəfə idi ki, ötürürdülər səni.
Bütün pəncərələr açılmışdı.
Birdən-birə darıxdım, qəlbimə tənhalıq qorxusu çökdü, vurub pəncərəni taybatay açdım.
Sən səksəndin, görünür, mənim pəncərəmin səsini ilk dəfə idi eşidirdin.
Qeyri-ixtiyarı :
- Axır ki, açıldı – söylədin.
Bəlkə də belə deməmişdin, lakin mənə elə gəlirdi ki, sən indi yalnız bu sözləri deyə bilərdin.
Sən isə dayanıb pəncərədəki adamın get-gedə əriyərək pəncərəyə qarışmasına baxırdın.
2001.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Merve Bolğur bütün dostlarını sildi
Daha bir ölkə İŞİD-i vuracaq
Biz niyə dəyişə bilmirik?
Eyeliner çəkilmə qaydası
Gündəlik salat (foto resept)
Uyğun cütlüksünüzmü?
Ev üsulu pilinq
Ölkələrə görə gəlin və bəy
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Sneyder üsyan etdi
Nazarbayev yenə prezident oldu
Kabaklı toyuq kababı (foto resept)
Yeriş qaçışdan yorucudur
Uğurlu ünsiyyət üçün
Azərbaycanın poçt xidmətində yenilik
Futbolçulara dəstək vermək üçün bunu etdi-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral
"WhatsApp" sərhədini genişləndirdi
Yaponiyada koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ
İki əsgərlə erməni postunu alıb adını Sumqayıt qoyan şəhidimiz - VİDEO
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Polad Bülbüloğlunun ad günüdür
Quru dərini nəmləndirməyin yolları
Adınızın baş hərfinə görə sevgi
Albalı keksi (foto resept)
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Böyürtkən xərçəngin qarşısını alır?
Günün qoroskopu:Sevdiklərinizə dəyər verin!
Bu qəsəbələr içməli suya həsrət qalacaq
Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
DÇ-2014: Hollandiya Meksikaya, Kosta-Rika Yunanıstana qarşı
Nə qədər diqqətlisiniz?
Millimizin futbolçusu türk klubundan qovulub
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi
Bakıda tank mərmisi tapıldı.
İşğal altında olan Qarabağdan ən son fotolar
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-2
Azərbaycan neftinin qiyməti 46 dolları keçdi
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
Hamilə qadınların mənəvi qidaları
HAVA necə olacaq?-17 yanvar
BÜRCLƏR bizə nə vəd edir? - 8 MAY
Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Qarabağda müharibə qızışa bilər
Körpələr musiqini necə anlayır?
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Qadınların kişilərdə axtardığı...
- ŞƏRHLƏR