Bakıda hava 18°
USD AZN
EUR AZN
09:28Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41082

Sevgimizin rəmzi mələk...

...Dünyanın bəxtəvəriyəm bu gün...çox xoşbəxtəm həm də...uzun illərdən sonra sənlə görüş günümüzdür...Birdən gözüm divardakı saatın əqrəblərinə sataşdı.Lap az qalıb ki..mənsə hələ heç yatağımdan qalxmamışam. Yadıma salmağa çalışıram, nələr edəcəydim, ilk nədən başlamalıydım...ehh, əllərim əsir, bu nədi heç bu qədər həyacanlı olmamışdım...Yadıma düşdü... səndən mənə ən dəyərli hədiyyəni götürməliyəm bu gün...Orta məktəbin son sinfindəydik utana-utana mənə bükülü bir kağız uzatmışdın...

...Zəngin gur səsi sinif otağını bürüdü, hər kəs elə bil bu anı gözləyirdi. Çantalar an içindəcə yığışıldı, hamı tələsik qapıya tərəf qaçdı.Son dərs idi evə tələsirdik. Həmişəki kimi bu gün də sinfi axrıncı tərk etdim. Pilləkənləri enib birinci mərtəbədə yerləşən müəllimlər otağına keçdim. Rəfiqəm həyətdə məni gözləməli idi, gecikməyim deyə addımlarımı yeyinlətdim.Jurnal əlimdə direktor otağına keçdim. Fizika müəlliminin bəzi qeydləri vardı onu direktorla müzakirə etməliydim. Söhbətimiz uzun çəkmədi. Otaqdan çıxarkən çevrilib müəllimlərlə sağollaşdım. Qapını açarkən üz-üzə gəldik: “Niyə hələ getməmisən?”-ilk sualım belə oldu. Həmişəki  kimi yenə gözlərimin içinə baxa bilmədi, gözünü az qala ayaqqabılarımın ucuna dikib: “Sənə sözüm var”- dedi...”Eşidirəm səni”-gülə-gülə dilləndim. Ovcunun içində nəsə saxlamışdı, hiss edirdim ki, nəsə vermək istəyir,amma tərəddüd edir. Onu bir qədər də cəsarətləndirmək üçün ərkyanə: “Səni gözləyirəm...axı məni də gözləyirlər, sözünü de”- dedim və gülümsədim...

 Əlində tutduğu kağızı mənə tərəf uzatdı: “Burda açma, xahiş edirəm, evə çatanda oxuyarsan”-dedi və sürətlə uzaqlaşdı...Rəfiqəm gəldi bu vaxt: “Harda qaldın? Səni gözləyirəm  bayaqdan”. Həyəcandan qızardığımı hiss etdi,amma nədənsə heç nə soruşmadı... əlimi gödəkcəmin cibindən çıxartmadan məktəb qapısından çıxdım. Rəfiqəm yolboyu fikirli olduğumu bəlkə dəfələrlə xatırlatdı,amma yorğunluğumu bəhanə etdim. Kağız haqqında heç bir şey demədim...Çünki ümidlərimin puç olacağından qorxurdum...Rəfiqəm də bilirdi ki, məni sevən oğlanlardan yalnız bir nəfərin sevgisi məni maraqlandırır və ancaq cibimdəki kağızın sahibinə ürəyimdə gizli sevgim var...Ancaq bunu heç kimə büruzə belə verməmişdim. Çoxları yerimdə olmaq üçün onun ətrafında dolaşır, özlərini sevdirməyə çalışardılar...mənəsə qürurum imkan vermirdi sevgimi bildirməyə... həm də elə bilirdim o yaxın qohumlarından birini sevir...qohum dediyim qız hər yay tətilində kəndə dincəlməyə gələrdi... İndi də elə bilirdim ona olan hisslərini çatdırmaq üçün məndən istifadə edir. Axı, qız bizim qonşu evin qonağı olardı...

Evə həyacanla girib otağıma keçdim. Kağız əlimi yandırırdı elə bil...Təmkinlə bükülü kağızı açdım...Üç bənd şeir və “Mən səni sevirəm!” kəlməsi...Şeirin müəllifi özü idi...çox xoşbəxtdim, sevincimin həddi - hüdudu yox idi...bəlkə də gənclik həvəsi bir duyğu idi...bəlkə də keçici bir hiss idi...yox, bu sevgi idi...bir ömür boyu insanı xoşbəxt edəcək gücə qadir bir sevgi...

Birinci dərsimiz  “İbtidai hərbi hazırlıq” dərsi idi. Məndən bir parta arxada oturardı...bir oğlan, bir qız əyləşdirmişdi müəllim bizi. Bu bölgünü böləndə mənlə onun “rəqibi” bir oğlan düşmüşdü.Lakin nədənsə ancaq bir dəfə bir otura bildik. Növbəti dərs sinfin ən fağır oğlanın gördüm yanımda. Hər şey aydındı...Nə qədər sakit olsa da bir o qədər də zəhmi vardı, sinifdəki oğlanların hamısı ondan çəkinərdi. Tənəffüsə çıxarkən sinifdə ləngidiyini hiss etdim, bildim ki, məni gözləyir...Jurnalı yazıb qurtardıqdan sonra müəllimdən alıb, sağollaşıb qapıdan çıxdım.Dəhliz şagirdlərlə qaynayırdı. Yaxınlaşıb eyni təmkin və utancaqlıqla soruşdu:- ”Oxudun, yazdıqlarımı?”. Özümü bilməzliyə vurdum: - “Hansı yazdığını?” - “Dünən sənə verdiyim kağızdakı yazını deyirəm”. - “O kağız boş idi, orda heç nə yazılmamışdı ki...” –dedim və uzaqlaşdım...

...Telefonun səsi məni şirin xəyalımdan ayırdı.

-Alo!...eşidirəm,əzizim...heç unudarammı?...gələcəm, gözlə... 

...Hərbi xidmətdən iki gün idi ki, dönmüşdü. Mənsə artıq universiteti bitirib, sahəm üzrə işə başlamışdım. Hər ikimiz şəhər həyatını  seçmişdik, burda qalıb, həyata burdan davam edəcəydik...Bəlkə də buna məcburduq deyə...Görüş yerimizi də özü təyin etmişdi...Gözdən uzaq, kimsənin bizi görə bilməyəcəyi bir yer seçmişdi...Bilirdi ki, dənizin vurğunuyam...dənizi sevgimizə şahid seçmişdi...əhdimizin bağlanacağı gün idi bu gün...dəniz bu sevgiyə şahidlik etməliydi,çünki sevgimiz ümmanlar kimi dərin, sular kimi saf, dalğalar qədər coşğun idi...dalğa sahilə,qayalıqlara necə sadiq olub hər səhər onun ətəklərini öpərək oyadırdısa,biz də bir-birimizə sadiq olacağımıza and içməliydik...bu andın şahidi isə mavi dalğalı dəniz olacaqdı...

...Gecikdim deyəsən, çoxdan gözləyirsən? Ayağı ilə islanmış qumun üzərində nəsə çızırdı. Çevrilib məni görəndə uşaq kimi qollarını açdı:”Gəl, gülüm, bu gözləmə keçirdiyim hərbi xidmət ilindən belə uzun gəldi...”Qollarının arasında məni sinəsinə elə sıxılmışdı ki...

Dənizin kənarı ilə əl-ələ tutub gəzirdik. Sözümüz bitmir, söhbətimiz qurtarmırdı... Gör neçə vaxtdı bir-birimizə həsrətdik...Hərdən ərköyün uşaqlar kimi çılğınlığım tuturdu, gah gözlərini dəsmalla bağlayıb məni tutmağını istəyir, gah da dənizin suyu ilə onu başdan –ayağa isladırdım. Əlimə bir taxta parçası alıb qumun üstündə “Mən səni sevirəm!” yazdım... Üzərində isə ürək şəkli cızdım...Yadındadır, bir zaman bu sözləri mənə kağıza yazılı halda sən vermişdin. Çantamdan çıxardığım kağızı ona uzatdım...Oxuyub qəribə hisslə gülümsədi:- "Sənin sədaqətin mənə aydındır artıq" - dedi. Bu kağız parçasını qoruya bilmisənsə, demək sevgimizi də ömrümüzün sonuna kimi qoruyub saxlaya biləcəksən...Kağızı ürək cizgisisnin tam ortasında qumda gizlətdi,qumun üstündə adımızın baş hərfini qeyd etdi...Əlimdən tutb qoşa imzamızı çəkdi...Nəfəsini hiss etdikcə həyacan məni bürüyürdü, bir bəhanə ilə əlimi əlindən çəkib şıltaq bir hərəkətlə saçını qarışdırıb uşaq kimi dənizə tərəf qaçdım...

Ürəyim quş ürəyi kimi çırpınırdı... iri bir daşın üstündə oturub xoşbəxtliklə dolu bir baxışla dənizi seyr etdim... daha çox dalğalı, coşğun ləpəli dəniz kimi tanıdığım bu mavi dəniz sanki sakit-sakit gülümsəyir kimi yırğalanırdı...Bizim xoşbəxtliyimizin şahidi kimi bu səhnəni seyr edən bir bəxtəvər sanırdı özünü dəniz də...dəniz xoşbəx idi bu gün, dəniz sevgi şahidi olmuşdu...”Niyə məndən qaçırsan?Mən ki, sənə yad biri deyiləm, gülüm...” Əllərini dənizin mehi üzümə dağıtmış saçlarımda gəzdirdi...üzümü əlləri arasına alıb: “Səni çox sevirəm, sən mənim sevgi dənizim, sən mənim ən şirin nəğməmsən...səni ömrümün sonuna kimi sevəcəyimə söz veririəm, gülüm!”...İsti nəfəsi üzümə yaxınlaşdıqca həyacanım artırdı...başımı sinəsinə sıxdı: “Sənsiz bu dünya mənə haram olsun”...

...Sakit bir hava vardı bayırda. Mətbəxin pəncərəsindən baharın ilıq nəfəsi içəri dolmuşdu. Bahar mənim ən sevdiyim fəsildi. Nə qədər kədərli olsam belə sərin bir meh, ağacın tumurcuqları, günəşin ilıq nəfəsi  bu fəsildə bütün əhvalımı təzələyə bilirdi...Radioda ən sevdiyim musiqi səslənirdi...

Bir bülbüləm xoş nəfəsli,

Həmdəmimdi bahar fəsli.

Xoşlamıram dar qəfəsi,

Bağban, məni yaralama, 

Çəmənlərdən aralama...

Bu gün kədərlənməyə əsasım da yox idi, dünyanın bəxtəvəri kimi oyanmışdım yuxudan. Ana olacaqdım...bu xəbəri bölüşmək üçün səhərdən mətbəxdə nahar üçün tədbir görürdüm. 

...gözlərimə inanmadım, aman Allah bu ki, mənim gözüm arxasınca qaldığı suvenir idi...bunu bura kim qoymuşdu, necə düşmüşdü mənim mətbəximə?!

...Yağış sel kimi tökürdü, küçələr başdan ayağa suyun içində idi. Bizsə yorulmaq birmir, istirahət günümüzü əyləncəli etmək üçün soyuğu belə təslim edirdik. Rəngbərəng şüşələri ilə diqqəti çəkən bir dükanın qarşısından keçərkən ikimiz də bir birimizə baxdıq...Vitrində qoyulan suvenirlər çox maraqlı gəldi, çətiri bağlayıb içəri keçdik. Bir qədər gəzdik, dolandıq, diqqət çəkən hər şeylə maraqlandıq...”gəl gedək gecdir artıq”- səs məni mələk təsvir olunmuş kürədən ayırdı. Ayaqlarım getsə də gözüm arxada qalmışdı...”Sənin ondan xoşunmu gəldi,gülüm? Gözlə bir dəqiqə, alım qayıdıram”. “Yox, yox, əzizim, sadəcə baxırdım,almağa gərək yox”...nə qədər inad etdisə də qayıdıb almağına razı olmadım...

İndi əlimdə tutub xəyalımda o anları mənə yenidən yaşatdıran bu suvenir, bu gündən sevgimin rəmzi oldu mənimçün...nə yaxşı bu dünyada varsan,əzizim, nə yaxşı ki, mən səni sevmişəm...nə yaxşı ki, sənin olmuşam...nə yaxşı ki, mənimsən...

...Telefonun zəngi məni yenə xəyalımdan ayırdı...dəstəyin o başından səsi eşidildi:

-Nahara gələ bilərəmmi,gülüm?...”

Səslərin sayı: 11
84
5666
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Maraqlı yazılıb..Görəsən müəllifin özünə aiddimi hekayə?
25 noyabr 2014 17:27
Offline
love story
Maraqli hekaye idi
29 mart 2014 18:02
Offline
♥NiLuFeR♥
Gözəl və maraqlı xəbərdi,təşəkkürlər
23 fevral 2014 23:54
Offline
Aysel İ.
Romantik, gözəl hekayədir.AnladığımA görə həyatdan götürülüb.Təşəkkür.
15 sentyabr 2013 17:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Rzayeva Guler
Gozel hekayedi
11 sentyabr 2013 12:10
Offline
heyatimin menasisan
Cox gozel.kas ger sey bele olardi asan ve maraqli.bes 2ci hisse?
6 sentyabr 2013 21:31
Offline
Niko_F
BEST OF ALL....    ,
Xeyallar kuresi , cox qewengdir deyilmi ?
Hekayenin ikinci hissesi mene de maraqlidi ..aylardir gozleyirik eee Sevinc abla .
1 avqust 2013 17:36
Offline
Yağmur damlası
Canim yazda ardini da oxuyaq. winked
1 avqust 2013 17:22
Offline
Serras
Louis Vuitton,
Bes neoldu bunun arxasi olacaqdi sevinc xanim tez verinde oxuyaq,,
8 iyul 2013 02:20
Offline
Belke bir gun...
bunun 2ci hissesi hacan olacaq,dostlar? wink
7 iyul 2013 18:58
Offline
S....Y SENI SEVIR BU CARESIZ UREK
her kese nesib olsun hmmm girl_ang
22 aprel 2013 10:10
Offline
alisa1971
Oxudum, gözəl sonluqla bitir, sadiqlər.
5 aprel 2013 11:36
Offline
Yasemen
yaziniz cox gozeldir Louis Vuitton buna gore xususi tesekkurler
8 mart 2013 01:27
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
AYY sixilmadan oxudum super hekaye idi cox sag olun cox romantik ve sevgi dolu idi
26 fevral 2013 19:57
Offline
Mir-Mahir
Louis Vuitton,
Amin.ALLAH Mehriban elesin onlari
11 fevral 2013 17:50
Offline
sobol
hami onu esl seven,qiymetlendiren insana qovussun!En ulvi,temiz hisslerden dadsin ve bu hissler qebre qeder qorunub saxlansin
11 fevral 2013 17:06
Offline
Louis Vuitton
bu xoshbextlik hecde hamiya qismet olmur.ALLAH sizi xoshbext elesin.

Onlar artıq xoşbəxtdilər..ALLAH bu xoşbəxtliyi onlara çox görməsin...AMİN!!!
11 fevral 2013 16:40
Offline
Mir-Mahir
Çevrilib məni görəndə uşaq kimi qollarını açdı:”Gəl, gülüm, bu gözləmə keçirdiyim hərbi xidmət ilindən belə uzun gəldi...”Qollarının arasında məni sinəsinə elə sıxmışdı ki...

bu xoshbextlik hecde hamiya qismet olmur.ALLAH sizi xoshbext elesin.


Louis Vuitton,
amin
11 fevral 2013 16:38
Offline
J e a l o u s y
Romantik yaziya gore tesekkurler love
10 fevral 2013 17:18
Offline
Louis Vuitton
NAR çiçəyi,
♥♥R.Ravana♥♥,
fereh,
NəZrİn,
Раксана,
Ayka Necef,
MILADE,
aytac sultanli,
SHahnaz,
Dərya22,
Muslimah,
Şərhləriniz üçün minnətdaram give_ros
bele sevgi yashayanlar da var,hemd olsun ))

ALLAH bəd nəzərdən qorusun smile
9 fevral 2013 00:02
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 06:01 - Müəllif: TaxistTarLY
    Hüquqşunas məsləhəti (328)

    Hüquqşunas məsləhəti

    <a href=http://offeramazon.ru/2019/10/14/wenger/>рюкзаки молодежные</a> Каково? посоветовали стильный шоп цены в идеале<a href=http://offeramazon.ru/2019/10/14/wenger/>рюкзак swissgear</a> Каково? посоветовали стильный шоп цены в идеалеКаково? посоветовали стильный шоп цены в идеале
  • Daha sağlam dodaqlar üçün şəkər pilinqi

    Daha sağlam dodaqlar üçün şəkər pilinqi
  • Modern gəlinlər üçün qara gəlinlik dəbi

    Modern toy xəyalları qurursunuzsa, qısa qara gəlinlik ideal seçimdir. Tül və dantel kimi klassik gəlin tərzini yoxlayın. Naxışlı dizaynlara da üstünlük verə bilərsiniz.
  • Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?

    Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?
  • 22:14 - Müəllif: Iceberg
    Məşhur cütlük evləndi-FOTO (1)

    Məşhur cütlük evləndi-FOTO

    Məşhur cütlük evləndi-FOTO
  • Kıvançla Beren Saat yenidən bir arada

    "Aşk-ı Memnu" serialı ilə məşhurlaşan aktyor Kıvanç Tatlıtuğ ilə aktrisa Beren Saat yenidən eyni ekran işində tərəf müqabili ola bilər.
  • Daha sağlam dodaqlar üçün şəkər pilinqi

    Dodağınızın ehtiyacına görə 1-5 dəqiqə arası bu işini görün və sonra suyla durulayaraq təmizləyin.
  • Həzm sistemini gücləndirən üsullar

    Türkiyəli cərrah Fatih Kar son illərdə ən çox müzakirə edilən prebiyotiklər və probiyotiklər haqqında məlumat verib. O, bildirib ki, bağırsaqlar həqiqətən də bədənin ikinci beyin funksiyasını daşıyır.
  • Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO

    Açıqlamada qeyd olunub ki, kralın 34 yaşlı baş kənizi Sininat Vongvajirapakdinin bütün titulları və rütbələri də əlindən alınıb.
  • Ahmet Kuralın son halı bəyənilmədi-FOTO

    Niyə yaraşıb ki. Daha səliqəli görsəndi
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!