"Bəli, özümü çox yaxşı hiss edirəm, ailəm sağlam, bir işim var, bu, mənim xoşbəxt olmağım üçün yetərlidir".
"Xeyr, heç xoşbəxt deyiləm, həyat həmişə mənə pis üzünü göstərib. Ətrafımdakı hər kəs çox xoşbəxtdir, mən isə bədbəxtəm və istədiklərimə hələ nail ola bilmədim".
"Xeyr, münasibətim sona çatdı və onun üçün çox darıxıram, özümü yaxşı hiss etmirəm".
" Eh, tam olmasa da bir az xoşbəxt olduğumu deyə bilərəm. Kifayət edər".
Arzular, xəyallar, hədəflər, düşüncələr və duyğular. Hamısı insandan-insana dəyişir. Buna görə də xoşbəxtlik nisbidir.
Hamımız üçün xoşbəxtliyin tərifi fərqlidir. Bu səbəblə kitablarda yazılan "Xoşbəxt olmaq üçün nələri etməliyik" kimi təkliflər sizə kömək etməyə bilər.
Hər kəsin xoşbəxtliyi özünə uyğundur. Keçmişdə yaşadığın yaxşı və ya pis olan hər şeyin səndə yaratdığı duyğu və düşüncələr, bu günə qədər verdiyin qərarların, davranışların, istəklərin, bəzən istəmədiklərin, həyatın sənə gətirdikləri nə qədər xoşbəxt olduğunu müəyyən edər.
Bəzən özünü həyatın ən şanslı adamı kimi gördün, həyatın artıq sənə güldüyünü düşündün, bəzən də içində böyük bir daşın olduğunu hiss etdiyin zaman dünyanın başına yıxıldığını və ya göz yaşlarının necə axdığını...
Sən və sənin hayatın, sənin duyğuların, düşüncələrin, qərarların. Hamısının eyni anda yaxşı olması üçün çalışsan da xoşbəxt olmağın üçün sənin əlində olmayan bir şeylər olduğunu unutmamalısan! Ətrafındakı insanlar və ya dəyişən hadisələrin meydana gətirdikləri bəzən bunu poza bilər, bilərəkdən və ya bilməyərəkdən zərər verə bilər. Xoşbəxtliyini əlindən bir müddət də olsa ala bilər. Ən əsası, burada özün üçün göstərəcəyin səy əhəmiyyətlidir. Xoşbəxt olmağın, özünü yaxşı hiss etməyin üçün göstərəcəyin hər səy yuxarıda verə biləcəyini düşündüyümüz mənfi cavabların dəyişməsini təmin edə bilər.
"Bəli, indi çox xoşbəxt deyiləm. Məni kədərləndirən bir neçə şey yaşadım. Gücüm azaldı. Bu hadisələr mənə çox pis təsir etmiş olsa da bundan sonra özüm üçün nəsə etməliyəm" deyərək yavaş-yavaş hərəkətə keçməli, xoşbəxtliyini hadisələrə və insanlara bağlamamalısan.
Bu səy üçün lazım olan gücü özünüzdə tapa bilmədiyiniz zamanlar da ola bilər. Hər vaxt çox güclü olacaqsınız deyə bir şey yoxdur. Gücünüz azaldığı zaman bir az istirahət edə, sizi yoran şeylərdən, insanlardan bir müddət uzaqlaşa bilərsiniz. Özünüz üçün yaratdığınız kiçik səylərlə yavaş-yavaş bu gücü yığa bilər, gücü tam hiss etdiyiniz zaman hərəkətə keçib yeni qərarlar ala bilərsiniz.
Gücünüzü təkrar qazanmağınız üçün ətrafınızdakı insanların dəstəyini gözləməyiniz çox normaldır. Amma dəstək almasanız, həmin dəstəyi gözləməyin lazımsız olduğunu bilməlisiniz. Gözlədikcə gəlmədiyini görmək sizi daha çox kədərləndirə bilər.
Yaxşı, bəs özünüz üçün göstərəcəyiniz kiçik səylər nələr ola bilər?
Müsbət mənada sahib ola biləcəyiniz hər şey!
Bu, insandan-insana dəyişə bilər, edə biləcəyinə inandığınız, sizə uyğun gələn və ya gücünüzün çatdığı qədər olandan başlaya bilərsiniz.
Hər kəs üçün eyni olan, dəyişməyən, bədən və ruh sağlamlığını yaxşılaşdıran səylər də vardır:
Yaxşı yuxu, düzgün qidalanma, idman, təmiz havada yaxşı bir musiqi müşayiəti ilə gəzinti, təbiətə yaxın olmaq və s.
Hər gün özünüzü yaxşı hiss etmək üçün bir şeylər etməyi, planlamağı unutmayın!
Özünüz üçün edəcəyiniz hər şey əvvəl sizə, sonra həyatınızın axışına, sevgilinizə, həyat yoldaşınıza, uşağınıza, ailənizə, işinizə, gələcəyinizə çox yaxşı təsir edər.
Hər zaman xoşbəxt olmanız diləyi ilə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
HAVA necə olacaq?-17 FEVRAL
Azərbaycana xüsusi taksilər gətirildi
Əllərə necə qulluq etməli?
Hadiseyə ağır itki
Məzuniyyət zamanı necə istirahət etməli?
Pizza bişirmək üçün pomidor sousu (foto resept)
Gürcü xingəli (foto resept)
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Evdə hazırlaya biləcəyiniz 3 oyuncaq
Sonsuzluğun çarəsi tapıldı
Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?
Hollandiyada "Qarabağ"dan danışdılar
Zlatan İbrahimoviç Bakıya gəlir
Lobyalı tort (foto resept)
Azərbaycanı böyük təhlükə gözləyir
Prezidentdən ordumuzda muzdluların döyüşməsi iddialarına SƏRT REAKSİYA
Qarğış edənləri hansı cəza gözləyir?
Məhərrəm ayı ilə bağlı fətva verildi
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dəbli yarımboğaz çəkmə modelləri
Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı
"Eurovison" klipi təqdim olundu-VİDEO
Cookie-lərə hökm edin!
Şəhzadədən maraqlı açıqlama: "Övladlarım homoseksual olsa..."
Türkiyə Gözəli Geyimi ilə Diqqət Çəkdi-FOTO/VİDEO
Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi
Masa-planşetlərin satışı başlandı
15 yaşlı girov geri qaytarılıb
Zökəmdən necə qurtulmalı?
Siz də istəyirsiniz?
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
Işın Karaca virusa yoluxdu
Doğulan körpələrin çoxu oğlandır
Güllü və fıstıqlı keks ( foto resept)
Ən təhlükəli adalar
İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq
Şokoladlı desert
2015-ci ildə hər səkkiz uşaqdan biri...
Putinin bitməyən erməni sevgisi
Saç üçün minimal sancaqlar
Arda Turan evləndi -FOTO
Daha iki güləşçimiz Avropa çempionu oldu
Bir saniyə əvvəl: Çox güləcəksiniz
""Azerspace-1" peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu"
Pensiyalar artırılacaq – RƏSMİ
Skarlet Yohanson film üçün "kişi" olacaq -FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Əlvan qızılgül
- ŞƏRHLƏR