Bakıda hava 11°
USD AZN
EUR AZN
17:49Sima axsamiz xeyir herkese salam 10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41231

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

Ah,Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.

Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məmməd Əmin Rəsulzadəyə aiddir.

 1884-cü ilin soyuq yanvar ayının 31-i idi. Bakının Novxanı kəndində Azərbaycan üçün tarix yazacaq bir körpə dünyaya göz açdı.  “Rus-müsəlman” məktəbində təhsil alan Məmməd Əmin Rəsulzadə Bakı texniki məktəbində elə rus dilində də təhsilini davam etdirdi. Gənc yaşlarından inqilabi fəaliyyətə başlayan M.Ə.Rəsulzadə 17 yaşında ikən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” nı yaratdı. 

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur.ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir.

Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığını da davam etdirən M.Ə.Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur.  Ə.Rəsulzadənin Əli bəy Hüsenzadənin  redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1908-ci  il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi.  

M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini,  Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini  göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930)jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində"Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.

1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. 

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

1955-ci il mart ayının 6-da gecə saat on birə on dəqiqə qalmış Məmməd Əmin Rəsulzadə dünyaya gözlərini əbədi bağladı... Ölərkən də dilində “Azərbaycan, Azərbaycan, Azərbaycan!” kəlməsi bitən bu dahinin vəfatı bütün türk dünyası üçün ağır bir itki oldu.

 Məmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.

Bundan əlavə ulu öndərimiz Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.

Bu gün "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.

Sonda isə sizlərə Məmməd Əmin Rəsulzadənin öz səsi ilə xalqa müraciətini təqdim edirəm. 

  

Səslərin sayı: 12
96
65098
loading...
Şərhlər
Offline
Aysel İ.
Bir kərə yüksələn bayraq bir dahaa enməz.
3 fevral 2015 07:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Bir kərə yüksələn bayraq bir dahaa enməz.M.Ə.Rəsulzadə.
31 yanvar 2015 02:16
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Qəribə
Allah rehmet etsin.
9 noyabr 2014 12:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Sevincim,ne qeder istiyirem susum,alinmireee(((( biraz cesaretli yazmaq olardi."önder" sözü böyük sözdü,onu "kiminse" adinin yanina yazan millet,Memmed Emini niye de unutmasin???! dogrulari danishmaga biraz gecikmirikmi??

Səninlə tam razıyam canım.
15 sentyabr 2013 17:50
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fidan Nuriyeva
Allah sizdən razı olsun bu dahi şəxsiyyəti xatırladığınız üçün.
17 avqust 2013 17:03
Offline
Aliyeva Nigar
cox gözel mövzudu sağ olun keşke her kes sözun duzunu deyerdı Allah rehmet elesın böyuk ınsandı ıller keçse bele doğrular böyuk şexsıyyetler unudulmayacaq mene bır şey catmır nıye M.Resulzadenın adı çekılmır
29 may 2013 02:08
Offline
Belke bir gun...
Bu heyatda dahi saydigim 3 shexsiyyet vardir
1)Shah Ismayil Xetai
2)Memmed Emin Resulzade
3)Ebulfez Elcibey

Eynennnn....
Sevincim,ne qeder istiyirem susum,alinmireee(((( biraz cesaretli yazmaq olardi."önder" sözü böyük sözdü,onu "kiminse" adinin yanina yazan millet,Memmed Emini niye de unutmasin???! dogrulari danishmaga biraz gecikmirikmi??
7 mart 2013 05:29
Offline
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ
Menimcun umummilli lider,xalq atasi yerin behiwt olsun,tarix durduqca yawayacaqsan
6 mart 2013 23:43
Offline
Seadet Sexavet
Turkler Ataturku andigi kimi biz M.E.Resulzadeni anmiriq.Bu bizim eybimizdi.Movzu ucun tewekkurler
6 mart 2013 23:04
Offline
Titi
cox boyuk ve dahi sexsiyyetdi, onu daima yada salmaq her birimizin haqqidi. Allah sizlerden razi olsun.
6 mart 2013 22:20
Offline
Kamailba
Səs keyfiyyəti o qədər də yaxşı olmasa da hər halda, bu səsi eşitmək mənim üçün çox qürurverici idi.
Millətimizin fəxr etməyə əsası olan nümayəndələri doğurdan var. Dinlədikcə azadlığın necə vacibliyini bir daha başa düşürsən sanki.Belə Şəxsiyyətlər heç bir zaman unudulmayacaq.Allah Rəhmət Etsin Liderimizə.
6 mart 2013 21:52
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
♥Selena♥
Məmməd Əmin Rəsulzadə - qəlblərdə və beyinlərdə!
Dahi və unudulmaz insan haqqında hazırladığınız xəbərin yenidən dərc olunduğu üçün təşəkkür edirəm. Bu xəbər hələ dəfələrlə də dərc olunmalıdır. Unutmayaq və unutdurmayaq!
6 mart 2013 21:52
Offline
FIRUZA
Amma o qeder de yada salinmir bu dahi insan bomb
6 mart 2013 21:33
Offline
pure love
Böyük Şəxsiyyət olub.Allah rehmet etsin cray
6 mart 2013 20:46
Offline
MELEYIM
inci_ok,
tewekkurler bacim werhimi beyenmisen
6 mart 2013 20:38
Offline
inci_ok
yazi ucun tesekkurler,dahi insanlari hemise anmaq lazimdir,
Ruhuna boyuk ehtiramla!1
6 mart 2013 19:55
Offline
♥ TƏRİŞ .H. ♥
Allah rehmet etsin.

Şəkilin biri sonuncu düşməyib deyəsən?
6 mart 2013 19:28
Offline
duygu
ALLAH rəhmət eləsin. Ətraflı yazı üçün çox sağolun Seva xanım.
6 mart 2013 18:19
Offline
MELEYIM
Azerbaycanin yaradicisi Memmed Emin Resulzade ama coxdan yaddan cixib daha dogrusu cixartdilar.yeni gelen nesiller hec tanimayacaq onu.ama bele getmez haqsizliq cox cekmez Inwallah.bir kere yukselen bayraq bir kere enmez cox sevirem bu wuari.
6 mart 2013 17:30
Offline
Gümüş
Çox gözəl yazmısız bu bizim tariximizdir.
6 mart 2013 16:48
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış