1920-1991-ci illəri əhatə edən Sovet hakimiyyəti. Bu hakimiyyətin Azərbaycana vurduğu maddi və mənəvi zərbələr. Xalqımız öz milli tarixindən, mədəniyyətindən, çox əsrlik tarixindən, dinindən uzaqlaşdırıldı. Ən böyük bəla isə bir xalq kimi azad şəkildə düşünmənin qadağan olunması oldu. Bu 72 illik əsarət nəticəsində dövrünün qabaqcıl ziyalıları, elm və din xadimləri ya vətənlərindən didərgin salındı, ya da Vətən xaini, Xalq düşməni adı ilə damğalanaraq, sürgün olundu, öldürüldü. Doğma Azərbaycandan didərgin düşənlərin arasında gələcəkdə Egey Universitetinin professoru olacaq Dilşad xanım Elbrus Talıbxan və ailəsi də vardı.
Dilşad xanım Elbrus 1916-cı il may ayının 31-də milli mənəvi dəyərlərə sadiq bir ailədə – Qarabağ quberniyasında tanınmış Qarabağ xanlarından olan Talıb xanın ailəsində doğulmuşdur. Talıbxan Talıbxanbəyov Çar Rusiyası və Azərbaycan Xalq Cumhuriyyəti dövründə Qubada, Şamaxıda və digər rayonlarda polis rəisi vəzifəsində çalışmışdır. Lakin Sovet hakimiyyəti qurulduqdan sonra Talıbxan öldürülmüş, bütün əmlakı müsadirə olunmuşdur. Sovet hakimiyyətinin bəy-xan ailələrinə düşmən mövqedə olmasının nəticəsi kimi 1927-ci ildə Dilşad xanım, anası Xeyransa xanım, bacıları Sürəyya və Qəmərlə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində Azərbaycanın tarixində şərəfli iz buraxmış, Parlamentdə Qanunvericilik şöbəsinin rəisi işləmiş, sonra isə Türkiyəyə mühacirət etmış dayısı Hüseyn bəy Mirzəcamalov – Hüseyn Camal Yanarın köməkliyi ilə Türkiyəyə pənah aparmışlar. Ailə İstanbula yerləşdikdən sonra Dilşad xanım qızlar liseyində təhsil almış, liseyin məzunu olduqdan sonra 1931-ci ildə İstanbul universitetinin fikiza-kimya bölümünə daxil olmuş və 1934-cü ildə bitirdiyi fakültənin Təcrübə Fizika İnstitutunda assistent kimi fəaliyyətə başlamışdır. 1949-cu ildə dissertasiya müdafiə etmiş və 1954-cü ildə dosent adı almışdır. 1957-ci ildə isə İzmirdə Egey Universitetinin tibb fakültəsinin Fizika İnstitutuna dəyişdirilmişdir. Dilşad xanımın İzmirə getməsinə səbəb kimi onun fizika professoru Adnan Sokullu ilə ailə qurub, bir müddət sonra ayrılması və keçmiş həyat yoldaşı ilə qarşılaşmaq istəməməsi güman olunur. Dilşad xanımın bundan sonrakı elmi fəaliyyəti Egey universiteti ilə bağlı olmuşdur. O, 1961-ci ildə İzmirdə həmin fakültədə professor olmuşdur və 3 ay sonra yeni qurulan Egey universiteti fənn fakültəsi təcrübi fizika kafedrasına və daha sonra isə 1969-cu ildə həmin universitetin mühəndislik elmləri fakültəsinə dəyişilmişdir. Dilşad xanım Elbrus Talıbxan 2 kitab və 6 məqalənin müəllifi, nüvə fizikası sahəsində elmlər doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın professordur.
Seçdiyi ixtisasın aktuallığı ilə əlaqədar olaraq, Dilşad xanım müxtəlif illərdə elmi araşdırmalar aparmaq üçün Almaniya, İngiltərə və Amerikada uzunmüddətli yaşamışdır, bunun nəticəsidir ki, Dilşad xanım rus, alman və ingilis dillərini mükəmməl mənimsəmişdir. Bununla belə, Dilşad xanım türk-Azərbaycan dilinin incəliklərini bütün həyatı boyu qoruyub saxlamışdır. Dünyanın bir çox ölkələrində yaşaması, lakin doğma vətəni Azərbaycana qayıtmasının qeyri-mümkünlüyünü dərk etməsi onda Azərbaycana sonsuz məhəbbət yaratmış və onsuz da qəlbini parçalayan vətən həsrətini daha da alovlandırmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu bütün ömrü boyu acı bir xatirə kimi ürəyində yaşatmış və həyatı boyunca aprel ayını matəm yubileyi kimi qeyd etmişdir.
Dilşad xanım Elbrus səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq 1977-ci ildə təqaüdə çıxır və 1979-cu il aprelin 11-də uzun sürən ağır xəstəlikdən dünyasını dəyişmişdir və dayısı Hüseyn Camal Yanarın qəbrinin yanında dəfn edilmişdir. Onun vəfatı ilə əlaqədar türk mətbuatında belə bir xəbər dərc edilmişdir: ”Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərlərinin və elmi kəşflərin müəllifi, Egey universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus vəfat etmişdir ”.
Ən ağrılı hal isə fəxr ediləcək bir azərbaycanlının vəfatından Azərbaycanın xəbərsiz olması olmuşdur.
XƏBƏR LENTİ
Rihanna 30 yaşını qeyd etdi-FOTO
Yaz xəstəlikləri
Azərbaycanda xəstənin razılığı olmadan müalicə üsulu qadağan ediləcək?
Qadin.Netlilərin ixtisas arzuları - 1
Jeniffer Aniston yeni FOTOsu ilə diqqət çəkdi
Azərbaycanda yeni zavod tikilir
Geometrik dekorasiya
Somon balığı kotleti (foto resept)
Aslı Enverdən Təəccübləndirici Paylaşım
"Qızıl Qlobus - 2019" namizədlərinin adları açıqlandı
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Vanqanın xəbərdarlığı şok yaratdı
Duzlu tort (foto resept)
Ərinizin anlayışsızlığını necə başa düşmək olar?
Noyabrın hava proqnozu
Obamadan dünya ölkələrinə çağırış
"Qarabağ"da Reynaldo şoku
Yemək yeyərək sərvət qazanır - FOTO
Priyanka Çopra “Matrix 4”də çəkiləcək
Azərbaycana qar yağdı - FOTO
Nanə ilə gözəlləşin
“Eşkıya dünyaya hükümdar olmaz”dan QOVULDU- FOTO
14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO
Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!
Sabah da yağış yağacaq
Multikultiralizm nədən başlayır?
Ardanın xanımı bilərziyinin qiyməti ilə TƏƏCCÜBƏNDİRDİ-FOTO
"Sihirli annem"in uşaq ulduzu illər sonra efirə qayıdır - FOTO
Alla Puqaçova və Maksim Qalkin boşanır?
Toy adətlərimiz
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Yalançı adamı necə tanımaq olar?
Robot "Sofiya" Azərbaycan haqqında danışdı-FOTO
Günün qoroskopu: ideyalar soyuq qarşılanacaq
Gözəlliyin karyerada rolu
Aslı Özcanla bağlı iddialara cavab verdi
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
Günlük vərdişlər xarakterinizi göstərir
Əlifba
Pişikləri sahibləndirmək üçün...
Makiyajdan asılı olduğunuzu göstərən xüsusiyyətlər
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Mətbəx mebeli dizaynı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Arda oğlunu illiyi 70 minlik bağçaya yazdırdı
Leysan yağacaq, dolu düşəcək!- XƏBƏRDARLIQ
HAVA necə olacaq?-20 İyul
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
Almaniyada keçirilmiş konsertdə "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilib
- ŞƏRHLƏR