Sonay Quluzade (Redaktor)
Saytı analıq məzuniyyəti vaxtı pəhriz üçün axtarışa çıxanda tapmışam. Bir müddət qeydiyyatdan keçmədim, 1 ilin tamamına az qalıb ki, qeydiyyatdan keçmişəm, peşman deyiləm, ən azından hər gün ziyarətimdən məlumdur Qadın.Net-ə olan sevgim. Hər şeyi bəyənirəm, bəyənmədiyim pəncərənin sağ və sol tərəfindəki reklamlar idi (mənim işdə otaq yoldaşlarımın hamısı kişi olduğuna görə ya onlar olmayanda açırdım, ya da pəncərəni kiçildib, sağa-sola gizlədə-gizlədə oxuyurdum xəbərləri), indi həmin reklamlar yoxdur, mən də böyük pəncərədən baxıram “Qadın.Net”-ə. Heç xəbərim olmayıb deyə redaktorlardan bir narazılığım yoxdur, dəqiq bilmirəm, məncə, heç bir şərhim də silinməyib, ümumiyyətlə, saytdan narazılığım yoxdur. Heç kimə, heç kimdən və heç nədən şikayət etməmişəm, düzü, şikayəti heç sevmirəm, həm də şikayət edəcək biri yoxdur axı. Bütövlükdə sayt tamdır, yalnız müəyyən mövzulara, məsələn, maarifləndirici məzmunlu xəbərə dolğun cavab yazan istifadəçilərin qıtlığı var saytda. Bunun həlli isə başqa problemdir. Qadın.Net mənim qulaq yoldaşımdır, fikrimi anladacaq dostumdur. Ümumiyyətlə, beynimin bir hissəsini elə Qadın.Net məşğul edir və mən bundan çox məmnunam.
Kamailba
Google-da ananas salatının resptini axtarış edəndə təsadüfən Qadın.Netdə olan ananas salatını açdım və həmin gün - 2012-ci il, mart ayının 31-də qeydiyyatdan keçdim.
Bu sayta çox bağlanmışam.Bir gün Qadin.Netə gəlməyəndə elə bilirəm nə isə çatmır. İlk dəfə şərh yazdım, daha sonralar istifadəçilərə status veriləndə marağım daha da artdı.Artıq mən də çalışdığım qədər gözəl, dəyərli saytımıza maraqlı xəbərlər hazırlayıram.Hörmətli baş redaktorumuz Ceylan xanım başda olmaqla bütün redaktorlar - Afət xanım, Milana xanım, Ro-Xe-Sa xanım, Buket xanım, Selvi xanım mənə çox əziz və doğmadırlar. Redaktorlarımızın zəhmətini çox dəyərləndirirəm.
Qadin.Netdə hədsiz bəyəndiyim həkim məsləhəti bölümüdür. Həkim, terapevt-psixonevropotoloq, fəlsəfə elmlər doktoru alimlik dərəcəsinə yüksəlmiş, Azərbaycan Milli Elmlər Akademiyasının həkimi Natəvan xanım Kərəmova sağ olsun, bütün sualları cavablandırır.
Daha sonra biz xanımlara ən çox maraqlı gələn bölmələrdən - Qadin.Net ,qadın və cəmiyyət, fitnes və pəhriz, sağlamlıq, münasibətlər, gözəl xanım, moda, hamiləlik və analıq, mətbəx, həyat tərzi - bütün mövzular barəsində yeni məlumatlar öyrənmiş oluruq.
Qadin.Netdə özümə yeni dostlar tapmış oldum.Burada xanımlarımızla mehriban münasibətlərimiz var. Hər birinin xətrini çox istəyirəm.Qadın.Netə yeni-yeni nailiyyətlər arzulayıram!
NAR çiçəyi
Saytımızın istifadəçisi kimi ilk növbədə yenilikləri bəyəndim.Burda əməyi olan hər kəsə təşəkkür edirəm.Çox bəyəndiyim saytdır. Niyə? Çünki daimi inkışafdadır. Qadın.Net-ə gəlməmişdən öncə demək olar ki, bütün qadın saytlarına qonaq oldum... Amma təkcə Qadın.Net diqqətimi çəkdi. Həm səviyyəsinə görə, həm də gözəl kollektivi olduğuna görə. Düşünmədən qeydiyyatdan keçdim. Burda yeni olduğum üçün redaktorları adları ilə yaxşı tanımıram. Amma xəbərlərin gözəl şəkildə ərsəyə gəlməsi və bizlərə təqdim olunması onları yetərincə tanıdır. Hələ ki, heç kəsdən narazılığım yoxdur, inşAllah, bu, belə davam edər. Açığını desəm, bir dəfə xəbərlərin birində kobud şərh yazan istifadəçidən şikayət etmişəm. Bir neçə nəfərdən də etmək istəmişəm, amma etməmişəm (özlərini düz aparmasalar edəcəm). Məncə, saytımız belə gözəldir, daha yeniliklərə ehtiyac yoxdur.Hər kəsə uğurlar.
Xedice 033
İlk növbədə saytımız çox qəşəngdir, neçə vaxtdır sayta gələ bilmirəm, amma çox darıxıram saytımız üçün, vaxt tapa bildikcə sayta gəlirəm. Amma necə deyərlər, yarı canım burdadı, saytımızda hər şeyi çox bəyənirəm.Redaktorlardan Allah razı olsun, bizim xəbərlərimizi də dərc edirlər.Saytımız superdi, o biri redaktorlar inciməsin, ən çox Louis Vuittonu istəyirəm. Saytımıza göz dəyməsin.
MEMMEDOVA BAKINKA
Əslində bu saytla tanışlığım 2009-cu ildə olub. Hər gün daxil olub bütün xəbərləri oxuyurdum, amma şərh yazmırdım. Bu saytda bütün axtardıqlarımı tapırdım. Daha sonralar sayta olan marağım daha da artdı. Çox bilmədiyim yeməkləri, şirniyyatları, din haqqında, xəstəliklər haqda, maraqlı hadisələr,yeni texnologiyalar, bütün məlumatları burdan öyrəndim. Ən əsası da mehribançılıq var bu saytda. Hamı bir-birinə can deyib, can eşidir. Məncə, böyük ailəyik burda. O ailə ki, orada ayrıseçkilik yoxdur, hamı səmimidir. Beləcə, günlər keçdi, bu sayt mənə sözün əsl mənasında doğmalaşdı. Mən də bildiklərimi paylaşıram Qadin.Netlilərlə. Hər gün kompüteri yandıran kimi səbirsizliklə bu saytda daxil olub vaxtımı burda keçirirəm.
NəZrİn
14 iyul 2012-ci il, saat 12:51. Artıq Qadın.Netli oldum. Onu deyə bilərəm ki, Qadin.Net hər halı ilə gözəldir. Şükür, redaktorlardan şikayətim yoxdu, hər işlərindən razıyam, hamısını bəyənirəm.Bu günə kimi heç bir istifadəçidən şikayət etməmişəm və etmərəm də. İnşAllah, heç kimin də məndən şikayəti olmaz. Hər zaman maraqlı şərhlər yazmağa çalışıram.
aysum
Mən Qadın.Netə sentyabrdan üzv olmuşam.Düzdür, əvvəldən girib yemək reseptləri götürürdüm, lazımlı xəbərləri oxuyurdum, amma nədənsə üzv olmurdum. Sentyabrdan etibarən darıxdığım zaman və boş vaxtım olduğu zaman daim Qadın.Netə üz tuturam. Ən çox moda xəbərlərini,şirniyyat reseptlərini sevirəm. Heç kimdən narazı deyiləm, redaktorların da hamısından razıyam, hamısı öz dəyərli vaxtlarını sərf edib əziyyət çəkirlər. Hamısına təşəkkür edirəm. Bəzən xəbərlərə sərt rəy yazanlar xoşuma gəlmir. Çünki ən adi bir xəbər hazırlamaq üçün insanın çox vaxtı gedir və əziyyət çəkir. Məncə, bunu da dəyərləndirmək lazımdır. İradı elə bildirmək lazımdır ki, müəllif də inciməsin. Məncə, buranın ən yaxşı cəhətlərindən biri də həkim məsləhətinin olmasıdır.Yeni sistemi də bəyəndim. Ümumilikdə bu saytdan çox razıyam, nə yaxşı ki, bu sayt açılıb və hamı bundan bəhrələnir.
SHahnaz
Mən bu sayta yoldaşımın təklifi ilə gəlmişəm.Evdə boş vaxtlarda darıxırdım, yoldaşım təklif etdi ki,"Belə bir sayt var qadınlar üçün, gəl qeydiyyatdan keç, başın qarışsın, darıxma". İndi isə buranı təklif etdiyi üçün peşman olub. Deyir ki, "Sən daha bizimlə maraqlanmırsan, işin ancaq Qadın.Netlədir. Buranı çox sevirəm. Burda çoxlu dostlarım-bacılarım var. Gözəl yemək reseptləri, maskalar öyrənib istifadə edirəm.Ən əsas da maraqlı mövzular var, hansı ki,oxumaqdan yorulmuram. Buradakı redaktorları çox tanımasam da işlərindən narazı deyiləm. Çox şükür, hər şey qaydasındadır,yeniliklər edirlər. Xüsusilə həkim və kosmetoloq məsləhəti indi daha çox xanımlarımızın köməyinə çatır.Burada hər şey çox gözəldir, çox sevirəm saytımızı. Məncə, həqiqətən də biz bir ailəyik! Çünki burada hamı çəkinmədən öz problemlərini bölüşür və birlikdə həll yolunu tapmağa çalışır. Nə yaxşı ki, sən varsan, Qadın.Netim. Yenə də təşəkkür edirəm rəhbərliyə, bütün Qadın.Netlilərə bol-bol uğurlar arzu edirəm. Rəbbim hamımızı xoşbəxt etsin, inşAllah.
Emila
Mən həmişə maraqlı bir şey axtarırdım, evdə də deyirdim ki, maraqlı nə edim?! Axtarış zamanı qarşıma Qadın.Net çıxdı və qeydiyyatdan keçdim.Yaxşı ki, keçmişəm. Saytdan çox məmnunam, gündən-günə də gözəlləşir. Buradan reseptlər götürürəm, bilmədiklərimi öyrənirəm, dostlar qazanmışam. Hər kəsdən də razıyam, çox səmimi qızlardır. Redaktorların hamısından razıyam, narazılığım yoxdur. 2 aydır ki, bu saytdayam. Heç vaxtımın necə keçdiyini bilmirəm, bir sözlə, çox gözəl saytdır. Uzun ömürlü olsun, inşAllah, uğurlarınız bol olsun.
Sumeyya Musevi
Qadın.Net saytı mənim üçün doğma bir məkandır. Saytda 2012-ci ilin mart ayında qeydiyyatdan keçmişəm. Hamiləliklə bağlı Google-də axtarış verdim, o da məni gətirdi sizə. Elə hamiləliyimi də bu saytla keçirib bu saytla da başa vurdum. Yadımdadır, xəstəxanaya gedəcəyim gün də bura girmişdim. Qızlar bilirdi ki, getməliyəm, soruşurdular. Burda bəyənmədiyim nəsə yoxdur. Ən sevdiyim və bəyəndiyim isə müsabiqələrdir. Heyif ki, mən gələndən bəri az olub. Amma köhnə xəbərlərə baxanda deyirəm ki, "heyf, mən o zaman burda yox idim". Redaktorlardan da, rəhbərlərdən də razıyam. Şikayətim yoxdur, amma nigaranlığım var ki, xəbərlərim ötən ildən qalıb, amma hələ dərc edilmir.
Burda özümü çox rahat hiss edirəm. Bir sözlə, həmişə yaşa, Qadin.Net!
Ilayda
Bir neçə müddətdir ki, bu saytdayam. Sayta daxil olmamışdan öncə gileylənir və darıxırdım, məcburən günüm iş görməklə keçirdi. Təsadüfən sayta daxil oldum, Gültən və Fatma xanımın "Deyəsən, burada yenisiz, xoş gəlmisiniz" sözləri sayta marağımı artırdı. Sonra oğlumun ad günündə Lovable_madamın ona göndərdiyi hədiyyə şəkilləri, təbriklər məni ziyadəsi ilə məmnun etmişdi. Anladım ki, evdə oturaraq, hər şeydən uzaq olaraq da özümə sağlam dostlar tapa bilərəm. Artıq çoxlu dostlarım, hətta "bacı" deyə müraciət etdiyim insanlar da var. Bir sözlə, bura mənim üçün maraqlıdır.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu qəribə yeməklərdən xəbəriniz var?
Adel pərəstişkarlarını məyus etdi
Xoşbəxtlik gətirən qidalar
BÜRCLƏR bizə nə vəd edir?-26 yanvar
Artur Rasizadə qanunu dəyişdi
Valideynlərin davranış xətaları
Mervenin sirri məlum oldu-FOTO
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)
McLaren yeni sirr açır
Yayla bağlı ilkin HAVA PROQNOZU
Bakıdan İrəvana sərt cavab
Rihannadan yeni FOTOsessiya
Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Kreativ mebellər (2-ci hissə)
Berrak yeni ili yeni evində qarşılayacaq-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Mixail Qurfinkel: "V Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvəti məmnuniyyətlə qəbul etdim"
"Time 100" Qırmızı Xalça
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Günün ulduz falı
Şeyma bikinili FOTOlar paylaşmağa davam edir
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Avtobusların marşrutu dəyişir
HAVA necə olacaq? 10 İyul
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Qazaxıstana naməlum obyekt düşdü - FOTO
COVİD-19-dan sağalanlar və donor olmaq istəyənlər hara müraciət etsin?
Yeni il gecəsi üçün don toxuyaq
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
Üzdəki ləkələri yox edən 4 maska
"Qəbələ" "İnter"ə qarşı
Messinin ən böyük arzusu
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Serialların dillər əzbəri olan sevgiləri
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
"Azərbaycan donor ölkə statusu qazanıb"
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Körpələrin zəkasını inkişaf etdirən vərdişlər
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Sarımsaqlı plov (foto resept)
Yeni il üçün peçenye(foto resept)
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Swatch saatları
HAVA necə olacaq?-12 APREL
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
- ŞƏRHLƏR