Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Bir qadının taleyindən sətirlər (8-ci hissə)

 

Bir qadının taleyindən sətirlər (8-ci hissə)


                               

 

  Uşaqlar heç nə başa düşməsələr də təlaş içində idilər.Analarına nə olmuşdu?Niyə  oyanmır,niyə qalxıb onlara yemək vermirdi? Hicranın gözlərinə bənzəyən,tünd qəhvəyi  gözlərində kədər qarışıq bir təşviş vardı .Onlar nənəsinə,gah da anasına baxırdılar.Zərnişan arvad çox narahat,həm də əsəbi idi.Gəlininə bərk acıgı tutmuşdu.Gözü pəncərədə, qapıda qalmışdı.

  Fariz təcili yardım məntəqəsinə çatıb hövlnak içəri girdi.Dili söz tutar-tutmaz, vəziyyəti izah etdi.Həkimlər tələsik təcili yardım maşınına əyləşib onlara getdilər.Fariz isə çox təlaşla onların arxasınca maşını sürüb getdi.

   Hicran gözünü açanda başının üstündə ag xalatlı, nur sifətli qadını, bir də baldızı Rəfiqəni gördü.Heç nə anlamadı bir an.Ona nə olmuşdu,niyə bu qədər çox yatmışdı?Bunlar niyə gəlmişdi?Mədəsindəki agrıdan,üst-başının su içində oldugundan sanki  indi xəbər tutdu. Bir an hər şeyi xatırladı.Başı bərk agrayırdı,yaddaşı sanki yüz illik yuxudan ayılmış kimi pozuq idi.Ətrafa göz gəzdirdi,uşaqları axtarırdı.Amma gözünə dəymədi balaları.Onları Heyran xalagilə aparmışdılar.Rəfiqəyə isə Fariz yolda zəng etmiş,vəziyyəti ona xəbər vermişdi.

  Rəfiqə eşitdiyi xəbərdən qorxsa da,gəlinlərinə bərk əsəbləşmişdi.Onun bu hərəkətini yersiz və yüngüllük kimi qiymətləndirdi.Onun fikrincə, qadın dözümlü,götürümlü olmalı,kişinin qabağında haqlı-haqsız dillənməməli idi.Çünki özü də çox əziyyət çəkmişdi.Yoldaşı əzazil adam idi.Acı dilli idi.Lakin həssaslığı  da var idi.Qarşısındakı insanı tez anlayar,hər kəsə əlindən gələn köməyi edərdi.Lakin bircə xoşuna gəlməyən sözə güllə kimi açılar,qarşısındakı insanı sözlə öldürərdi.Buna görə də Rəfiqə dünyanı belə görür,hamını da özü kimi,ərin qarşısında lal-dinməz olmalı oldugunu düşünərdi.Lakin onu unudardı ki,hər kişi də belə həssas və anlayışlı olmur.Bəzən kişinin bircə sözdən qadını anlaması,onun yüz acı sözünü yuyub aparır.Farizdə isə bunlar yox idi.Öz istədiyi kimi düşünər,öz istədiyi kimi qiymət verərdi.Hicranın bu qədər qohum-əqrəbasına hörmətlə yanaşmasına,nənəsinə,bacılarına yetirdiyi qayğıya bir dəfə də olsun qiymət verməmiş,Allahın bir "sağ ol"unu belə deməmişdi.

   Həkim Hicranın mədəsini yumuş,bir neçə iynə vurmuşdu.Hicranı sanki yenidən yuxu aparmaq istəyir,gözləri  yumulurdu.Rəfiqə ilə həkimin söhbətini ala-çula eşidirdi.Həkim onun təzyiqini bir də ölçdü.Hələ də normallaşmamışdı.Hicran etdiyi işdən  və nəticədə ölmədiyindən çox utanırdı.Çox peşman olmuşdu.Ağlamaq istəyirdi.Bu dünya başına dar idi sanki. Bu dünyada yaşamağı bacarmırdı sanki.Bu dünya onun düşündüyü kimi sakit və mülayim deyildi.Onun gücü çatmırdı artıq ətrafında yaşananlara.

    Hicran yenidən yuxuya getdi.Qaynanası soyuq baxışlarıyla ona baxırdı.Sanki üzündəki ifadə ilə gələnlərə "Görün,necə bir çətin adama rast gəlmişəm" demək istəyirdi.Həkimlər qorxulu bir şey olmayacagını  deyib,yatıb bir az istirahət etməsini tövsiyə edib getdilər.Rəfiqə də yoldaşı  Sadiq ilə birlikdə evlərinə getdi.Getməzdən əvvəl  anası ilə bir az söhbət etdi:

 -  Sən heç bir şeyə qarışma,nəvələrinə bax,bir də gözün üstündə olsun,birdən sabah qalxar,yenə bir dəlilik edər.

  Anası qəzəb dolu bir səslə dedi:

  -Nəyə qarışıram ki,görmürsən qardaşının  hoqqalarını.Bunun da tutduğu işə bax,gəlib bir mənə məsləhət eləməmiş,gürpədən gəlinin ovcuna qoymağına bax.Çox günüm ag idi,indi də belə.

-Denən, az, başın xarabdı,qardaşından söz eşitmisən,gəl bir bizə de ,bir gənəş,gör bu sözü demək olar,ya yox.

Onlar Şəlalənin bu hərəkətini qınayır,onu düşüncəsizlikdə günahlandırırdılar.Lakin onun içərisindəki  kin-küdurətdən xəbərləri yox idi.Xəbərləri yox idi ki,Hicran ona nə qədər hörmət etsə də,bir o qədər Hicrana nifrəti böyüyürdü.Bəlkə də bunun səbəbini özü də bilmirdi.Çünki o,ətrafındakı yaxşı insanlara həmişə paxıllıq hissi ilə baxardı.

  Hicran gözünü açdı.Bir an hər şey yadına düşdü.Ürəyində elə bir sıxıntı var idi ki,sanki havası çatmırdı.Yerindən qalxıb,yatağında oturdu.Başı gicəllənirdi.Halsız idi.Uşaqlar yatağında yatırdılar.Gecə Fariz uşaqları nənəsigildən gətirmiş, yatırtmışdı. Özündən, balalarından utandı.Etdiyi hərəkətə çox peşman oldu.”Bu balalarımı kimə qoyub gedirdim, ilahi?Sənə çox şükür,Ya Rəbbim, mənə qıymadın.Yoxsa bunlaramı qıymadın?Bu məsum körpələrimi anasız buraxmadın.İlahi,keç günahımdan!Bir də bu səhvi təkrar etmərəm.Nə yaman agılsızlıq etdim.Ay Allah,özümü necə biabır etdim.Balalarımı qorxutdum.Mən nə yaman pis adamam.Məyər mən balalarım üçün yaşamıram?Məyər mən onlara qurban olmaga hazır deyiləm?Bəs onda niyə hər əzaba dözüb,onları düşünmədim mən?”

Bu fikirlərlə gözündən sel kimi yaşlar tökürdü.Yerindən qalxdı.Yıxılacaqdı sanki.Zorla özünü ələ alıb,bir-bir övladlarına yaxınlaşdı.Onları qucaqladı,qoxladı,öpdü.Bu zaman qaynanası otağa daxil oldu. Soyuq ifadə hələ də üzündə idi:

 -Necəsən indi?-deyə soruşdu.

-Yaxşıyam,sag ol.Bir az halsızam.

-Farizə demişəm,get bir-iki gün anangildə qal.İstirahət elə,gələrsən. - Ötkəm səslə dedi.

Hicran bu səsin soyuqlugundan üşüdü sanki.Qaynanasına baxdı.Onun gözünqə rəhm axtardı,sevgi axtardı.Yox idi,yalnız qəzəb var idi.Üzüldü. "Demək, yenə də məni günahkar bilir" deyə düşündü.Hicran gözləyirdi ki,qaynanası oğlunun qarasınca deyinəcək,onu günahkar biləcək,gəlininə verdiyi əziyyətə görə onu qınayacaq.Yox,əsla, bir kəlmə belə bir söz eşitmədi.

 Fariz həyətdə gözləyirdi.Hicran birtəhər hazırlaşıb,kiçik oğlu Nahidlə atasıgilə getdi.O biriləri oyadıb geyindirməyə halı yox idi.Zərnişan "Qoy onlar qalsın,sonra göndərərəm" demişdi.Hicran ürəyində razı olmasa da,halsızlıqdan,ürəkbulanmasından onları geyindirib hazırlamağa gücü çatmadı.Uşaqlar da gec yatmışdılar.Ataları gələnə qədər Heyran nənəgildə oynamışdılar.Heyran arvad onları yedirtmiş,yanlarında oturub,nigarançılıqla xəbər gözləmişdi.Farizin gəlişindən sonra sakitləşsə də,getməmişdən nəvəsini xeyli danlamışdı. O,Hicranı çox istəyir,nəcib bir insan oldugunu başa düşürdü.

Bəzən Hicrangilə gedər,Hicran onu çimizdirər,saçlarına xına qoyar,sonra yuyub darayar,onu səliqəyə salardı.Paltarlarını yuyub ütüləməmiş verməzdi.Buna görə də onu sevər,əzizləyərdi.İndi baş verənlərə çox pis olmuş,nəvəsindən incimişdi.

 Hicran maşında bir kəlmə də olsa Farizlə danışmadı,ona baxmadı.Fariz isə siqareti-siqaretə calayır,həyəcanlı görünrdü.Onu düşündürən,həyəcanlandıran Hicranın atasıgildə deyəcəkləri idi.Dogrularımı söyləyəcəkdi,yoxsa bir yalan danışıb Farizin canını qurtaracaqdımı?Bilmirdi.Amma bu axrıncı fikrinin gerçəkləşməsini istəyirdi.Hicran həm əsəbdən,həm ürəkbulanmasından,həm də siqaretin qoxusundan tamam halsızlamışdı.Onlar Əhməd kişinin evinə çatdılar.Hicran maşından düşdü.Fariz kiçik oglunu və çantanı əlinə alıb,ölümə gedən insan kimi əlacsız addımlayırdı.Həyətdə Əhməd kişini gördülər.O,həyətdə agacın altında oturmuşdu.Fikirli idi.Səsə qapıya tərəf döndü.Qızı ilə yeznəsini görüb ayağa durdu.Onlara sarı gəldi.Qızını bu halda görüb,təşvişə düşdü:

-Nə  olub ,ay qızım,bu nə haldı?

Hicran atasını görəndə və bu sözünü eşidəndə,özünü ağlamaqdan zorla saxladı:

-Heç,ay ata,bir az soyuqlamışam deyəsən,gəldim ki,mamam  bir az məni müalicə etsin.

Atası onu qucaqlayıb öpdü,qızdırmasını yoxlamaq üçün əlini qızını alnına qoydu.

-Buz kimisən ki?!- deyib balaca Nahidə tərəf getdi,yeznəsinə əl verib görüşdü.Nahidi ondan alıb öpdü,oxşadı.Yeznəsi ilə hal-əhval tutdu.Fariz özünü zorla ələ alıb danışır,bir gözü Hicrana baxırdı.

 Onlar pilləkənləri qalxdılar.Səlimə işdə idi.Doğum evində işləyirdi.Xəstələrə yemək paylayırdı.Bacısı  Aidə ilə  Vəsilə evdə, qardaşı Siyavuş məktəbdə idi.Hicran birtəhər  evə keçib uzandı.Bacıları onu öpüb oxşadılar.Hicran ağlayır,heç nə demirdi.Qızlar dəqiq nə oldugunu anlamasalar da, onun niyə bu vəziyyətdə olduğunu anladılar.Ailədə pis bir şeyin baş verdiyini sezdilər.Vəsilə balaca Nahidi öpüb qucağına aldı.Aidə isə anasına zəng eləməyə getdi.Fariz yuxarı çıxmayıb,işə tələsdiyini deyib getdi.Əhməd kişi yuxarı çıxıb qızının yanına gəldi:

-Niyə xəstələnibsən,a qızım,deməmişəm həyətdə iş görəndə qalın geyin,başını ört.

Qızın ağladıgını hiss edib,duruxdu.Daha heç nə demədi.O biri otaga keçdi.Ürəyinə nəsə damdı elə bil.Qızını heç vaxt belə görməmişdi.Siqaret çıxarıb eyvana çıxdı,yandırıb fikrə getdi.Səbirsizliklə Səlimənin gəlişini gözlədi.Bilirdi ki,qızı ona heç nə deməyəcək.Körpəlikdən uşaqlar nə sözləri olsa  ilk əvvəl analarına deyər,Səlimə də Əhməd kişiyə deyərdi.Bu qayda hələ də belə idi.

Səlimə Hicranı dinləyib ağlayır, nə edəcəyini bilmirdi.Lakin bu dəfə Əhməd kişidən gizlədə bilməyəcəyini düşünürdü.Onun ciyərparası, bacısının yadigarı ölümdən dönmüşdü.Ya başqa cür olsa idi?Səlimə  Hicranı qucaqladı,bagrına basıb ağladı:

 -Ay qızım,bəs sən məni heç düşünmədin,bəs demədinmi,mən neyləyərəm sənə bir şey olsa.

Qızlar da onlara baxırdı,kövrəlirdilər.Bilirdilər ki,anaları Hicranı daha çox sevir. Səlimə bir az toxdayıb,Əhmədin yanına gəldi.Hadisəni ona danışdı.Əhməd kişini elə bil ilan vurdu.Ürəyi sinəsindən çıxacaqmış kimi döyünməyə başladı.Bir an iki gün öncə qızıgilə getdiyini  və qızının bir az qəribə davranışını xatırladı.Bir də Farizin niyə belə tez getməsinin səbəbini indi başa düşdü.

  Fariz qaynatasının həyətindən çıxıb maşına əyləşdi.Maşını işə salıb yola düşdü.İki ev aşağıda yaşayan Aynur müəlliməgilin həyətinin önündən keçəndə həyətə boylandı.Qapı örtülü olsa da Aynurun küçəyə çıxacağına ümid etdi.Lakin o görsənmədi,küçəyə çıxmadı.Fariz  düşdüyü vəziyyətə çox əsəbləşirdi.Düşünürdü ki,”Bunun nəyi çatmır axı,nə istəyir məndən,geyimi-kecimi,yeməyi-içməyi,isti evi.Kişinin işinə niyə qarışmalıdı bu? Bircə bunu ona kimin dediyini bilsəydim,boğazını üzərdim". Siqaret yandırdı.Siqaretin dumanında Aynuru gördü sanki.Ürəyi gənc bir oğlan kimi döyünməyə başladı.Aynuru yola gətirmək üçün nə qədər bahalı hədiyyələr almışdı ona,nə qədər şirin sözlər demişdi.Bu görüşün çoxları həsrətində idi əslində.Aynur müəllimə bahalı hədiyyə almağa öyrəşmişdi.Onu bəyənən,həsrətindən alışıb-yanan çox idi.Onunla münasibət yaratmaq üçün ona çoxlu bahalı hədiyyələr alıb göndərərdilər.O,bu hədiyyələrdən imtina etməzdi.Lakin görüş hər kəsə nəsib olmazdı.Aynur  hədiyyə yağışını uzadar,görüşə ümidlər verər,lakin hər kəslə görüşməz,uzun-uzadı telefonla danışardı.Bütün bunlardan Hicranın xəbəri olmamış və o,sevimli balasını bu qadının yanına rus dili fənnini öyrənməyə yollamışdı.Onu əvvəlki kimi saf bir qadın bilmişdi.Bu da Fariz üçün əla fürsət yaratmış,onunla tanış olmuş və  bu görüş nəsib olmuşdu.Onun ilanı yuvasından çıxaran şirin dili Aynuru yola gətirmişdi.İndi evdə nə qədər qalmaqal olsa da,bu görüşün təəssüratı onu xoşbəxt edirdi.Yeni bir görüş arzulayırdı.Və bunun üçün yeni bir hədiyyə almağı düşünürdü.Bu fikirlə də telefonu götürüb nömrəni yığdı.

 

Ardı var

Səslərin sayı: 7
79
5076
loading...
Şərhlər
Offline
Gozel Qasimzade
Farizi ozum tike tike dograyardim da.
3 mart 2013 21:23
Offline
toma676
ardini gozleyirem.
15 fevral 2013 14:56
Offline
Meni Unutmayin
COX MARAQLIDI. ARDINI TEZLIKLE GOZLEYIREM.
4 fevral 2013 15:59
Offline
sabina s-va
COXX MARAQLIDIR ARDIN TEZ YAZSANIZ SUPER OLARDU...
3 fevral 2013 15:27
Offline
xanim cabarova
COX MARAQLIDIR.XAHIS ELEYIREM ARDINI TEZLIKLE YAZASINIZ cray
1 fevral 2013 12:44
Offline
Samir Aliyev
Ardin tez olsa yaxsi olar ireful
28 yanvar 2013 18:54
Offline
mukkuni
men coxdandir sayta gelmirdim gelen kimi hamisini oxudum ne olar tez tez yazin da bunu. cunki evveli yadimdan cixir. cox maraqlidir give_ros
25 yanvar 2013 20:38
Offline
Melek
coooooooox uzundur,sorry,basqa zaman oxuyaram insallah.......
23 yanvar 2013 17:02
Offline
aydan mirzoyeva
qadın bilə bilə ki kişi evlidir onunla niyə yaxinlıq edir bu mənə çatmir.elə kişilərdə də az yoxdur negative
23 yanvar 2013 14:44
Offline
Seadet Sexavet
Indiki heyatda cox evliliklerde bu var.Sadece oz balalarinin xatirine.hem de ki bele kiwiye gore ozune qesd etmeye deymez.Fariz kimileri sonradan oz ailesinin qedrini bilir.Amma onda neinki aile hec uwaqlar da o cur ataya hormet etmir.........
23 yanvar 2013 10:26
Offline
S.S.90...Samir...
Sonda Farizin dolawib donduyu yer yene de Hicranin yani olacaq.....davamini gozleyirem,tewekkurler.
23 yanvar 2013 00:47
Offline
Gulxare
offf o fariz kimiləri bir dama yığıb elə yandıraram, onda bilərlər arvadlarının necə yandığını. diablo
Oxuduqca ürəyim sıxıldı.
23 yanvar 2013 00:42
Offline
♥TuTu ♥
indi Farizlər coxdur Allah cavablarını versin davamini sebirsizliklə gozləyirəm...
22 yanvar 2013 21:07
Offline
Sabrina Melodi
Utanmaza bax bir!Yoldaşı nə vəziyyətdədi özü hələ də o biri qadına hədiyyə almağı düşünür :no:
22 yanvar 2013 17:55
Offline
Hayat Mamedova
bir mesel var pis gelmese yaxwinin qedrin bilen olmur.qeleminize quvvet sonun sebirsizlikle gozleyirem
22 yanvar 2013 17:00
Offline
MadaM_Roshe
ardini ne vaxt yazacaqsiz? Maraqlidir axirir nece olacaq. Allah agil versin farize
22 yanvar 2013 16:23
Offline
serdce-v-rejime-off
aydaaa cox uunduyee ureyyim sixildiyee oxuyammadimm.
22 yanvar 2013 16:10
Offline
MAYA EL
Allah bu axilsız kişilərə insaf versin bu qədər düşüncəsiz olmaq olar çox pis oldum Allah bellələrinə ağıl versin
22 yanvar 2013 15:13
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ellada Babayeva
Mən yenə əsəbləşdime ireful Bu Fariz deyilən tip heç ağıllanmadıda..Deyəsən onun təpiyə ehtiyyacı var 100%.Ardını neçə vaxtdı gözləyirdim.İndi gözüm yolda qalacaq. i_am_so_
22 yanvar 2013 13:59
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Almaz S.
Günel Əsədova,
Bu qədər üzüldüyünüz üçün az qala yarımçıq dayandırmaq istəyirəm.Axı sizi kədərləndirmək istəmirəm.Bilmirəm ardını qısaca tamamlayıb dayandırımmı?

Onda da sizi topa-tüfəngə tutacaqlar winked
Ay bu farizin nə döyülən yeri vaaar, adamlığı heç yoxdu ki bunun
22 yanvar 2013 09:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!