Fikrimcə, hər valideynin, yəni ata və ananın ən böyük arzusu doğulacaq körpəsinə öz sevdiyi adı ünvanlamasıdır. Ancaq bu arzu hər bir valideynə nəsib olmur. Düşünsək ki, biz ailə əhatəsində, ən əsası da oğlanın valideynləri ilə yaşayırıq, onların da ad qoymaq arzusu ön plana çəkilir. Təbii qəbul edirəm. Onlar öz övladlarını həddi-buluğa çatdırır, təhsilə yiyələndirir, evləndirir. Övladdan tək təmənna isə nəvə olur.Nəvəm olsun ona ad qoyacam, onu gəzdirəcəm, onunla yeni bir nəfəs tapacam. Əbəs yerə "nəvə baladan da şirindir" deməyiblər. Açıq danışaq ki, qoymaq istədikləri hər ad valideynin, ələxsus da, ananın könlünə yatmaya bilir. Bu vəziyyətdə neynəməli? Razılaşmalı, yoxsa imtina etməli?
Dinimizlə götürdükdə valideynin övlad qarşısında olan ilk vəzifəsi ad qoymaqdan başlayır. Hətta adın mənası, mənasındakı gözəllik ən vacib şərtlərdəndir. Qulağa xoş gələn hər bir adı övlada qoymaq olmaz. İlk öncə həmin adı analiz etməli, ondan aydın bir məna çıxarmalıyıq. Məna heç nəyə dəlalət etmirsə övlada qoymağımız düzgün olmaz.
Bəs, bu zaman nə etməli?
Şərtdir ki, adlar mütləq Qurandan, peyğəmbərlərdən qoyulsun?
Xeyr. Hətta elə dini adlar vardır ki, insanlar kor-koranə övladlarına şamil edir. Ancaq düşünmürlər ki, mənasını aydınlaşdıraq. Məsələn, Uca Allaha ünvanlanan tək, yeganə, əvəzedilməz kimi mənaları daşıyan adlar var ki, onları övladlarımıza qoymağımız düzgün deyildir. Ancaq ümumilikdə götürdükdə dinimizdə elə gözəl, mənalı, düşüncəli adlar var ki, hər bir valideyn seçib qoya bilər.
Fikrimcə ad qoymaq önəmli faktordur. Çalışaq, heç kəsin qəlbinə toxunmayaq. Ad gözəl mənanı daşısın, hansı ailə nümayəndəsinin qoymasının fərqi yoxdur. Bir də ki, övlad seçilən həmin ada layiqli övlad olsun. Adının gözəlliyi hər zaman onu daşıyanın xarakterində, addımlarında əks olunsun. Valideynin ən zəngin xəzinəsi onun tərbiyələndirdiyi, cəmiyyət qarşısına çıxardığı övladlarıdır.
Allah hər birimizin övladlarını qorusun.Olmayanlara da tezliklə bu hissi ürək sevinci ilə yaşatsın. Amin!!!
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?
- ŞƏRHLƏR