Hər əlaqədə olduğu kimi evlilikdə də davamlılıq əhəmiyyətlidir. Bağçadan dərdiyiniz bir çiçəyi evə gətirərsiniz bir neçə gün sonra solar. Evliliyi də iki insanın ortaq aldığı bir çiçək kimi düşünün; qulluq edilməzsə solar gedər, hər iki tərəf evliliyi davam etdirmək niyyətində olmalı, bu çiçəyin günəşini, kölgəsini nizamlamalı, suyunu verməlidir ki, evlilik ömürlük davam etsin.
Evliliyi davam etdirmək üçün bəzi vacib ünsiyyət bacarıqları vardır ki, bunlar sonradan öyrənilə bilən şeylər olduğundan hər kəs bunları öyrənə bilər.
Ünsiyyət uzun-uzadı danışmaqdırmı?
Xeyr, ünsiyyət əvvəlcə dinləmək deməkdir. Ünsiyyət yalnız düşüncə paylaşması da deyil. Həm düşüncə, həm duyğu paylaşmasının birlikdə olduğu vəziyyətlərdə sağlam ünsiyyət vardır deyə bilərik. Ünsiyyət bacarıqlarına dürüstlük, qarşı tərəfi şəxsiyyət kimi qəbul etmə,fikirlərinə və seçimlərinə hörmət etmə kimi xüsusiyyətlər daxildir.
Hiss-həyəcanlarınızı gizlətməyin.
Duyğularınızı içinizdə basdırmayın. İçə atmaq demək əslində ürəyə atmaq deyil, yaddaşa, beynə həkk etmək deməkdir. Bu da bütün sinir sistemimizi pozar. Siz duyğularınızı paylaşdıqca, o da sizdən öyrənər, sizi nümunə götürər. Duyğuları deyərkən sevincinizi, həsrətinizi, kədərinizi, hirsinizi qarşı tərəfə izah edin; amma ‘mən' kəlməsini istifadə edərək.
Münasibətlərdə bağlılıq-asılılıq problemi.
Bağlılıq - həyat yoldaşına bağlı olmaq, onu sevmək, qorumaqdır. Digər tərəfdən asılılıq- onun qulu köləsi olmaq, "sən olmasan mən yaşaya bilmərəm" deməkdir. Evlilikdə tərəflərin ən böyük şikayəti, həyat yoldaşlarından asılı olmaqdır. Başqa bir insandan asılı olmaq nə qədər etibarlı ola bilər ki? İnsanın ən çox etibar edəcəyi şəxs özüdür. Əvvəl özünüzü sevin, özünüzə güvənin.
Sevgi və hörməti unutmayın.
Sevgini qarşı tərəfə çatdırmaq çox əhəmiyyətlidir. Qadın və ya kişi deyir; "Mən həyat yoldaşımı çox sevirəm, amma qarşı tərəf bunu anlamır, hiss etmir."
Qarşınızdakı adama hörmət nümayişiniz: "Sən varsan və əhəmiyyətlisən." kimi olmalıdır. Bəzən əlaqələrdə inadçılıq edirik, "o edirmi ki, mən də edim və ya əvvəl o etsin" kimi.
Siz bir sınaqdan keçirin, o duyğunu ona bir hiss etdirin, baxın, sonra nələr olacaq...
Ailələrlə əlaqələr
Ailələrin təsirindən uzaq, müstəqil yaşaya bilmək vacib amildir. Mən artıq evləndim, mənim sərhədlərim var deyə bilməliyik. Gəlin, baldız, qayınana ilə problemlər olar, ola bilər, amma problemlər harada həll edilər; evinizdə həyat yoldaşınızla birlikdə.
Mübahisəli müzakirələrdən uzaq durun.
Gördünüz ki ikiniz də çox əsəbisiniz, "Mən bir çay dəmləyim içək, yatmadan əvvəl təkrar danışarıq bu mövzunu, ya da sabah" deyə bilməliyik. Əks halda bir-birinizə sonradan peşman olacağınız incidici şeylər söyləyərsiniz; hörmət, sevgi aradan qalxar, yox olar.
Həyat yoldaşınızı olduğu kimi qəbul edin.
Qarşımızdakı insanı dəyişdirməyə çalışmaqdansa , özümüzü dəyişdirməyi sınayaq. Adam ancaq özü istəsə dəyişər. İnsan özünü dəyişdirə bilər, amma həyat yoldaşını dəyişdirmək o qədər asan deyil. Həyat yoldaşınızı da onun içinə sığa bilməyəcəyi qəliblərin içinə soxmağa çalışmayın. Çox doğru bir söz vardır; "Tanrım mənə dəyişdirə biləcəyim şeyləri dəyişdirmək üçün güc ver, dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün səbir , ən əhəmiyyətlisi bu ikisi arasındakı fərqi görə bilmək üçün ağıl ver."
XƏBƏR LENTİ
Ebola virusu qadağaya səbəb oldu
Övliya kimdir?
Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi
Toyuqlu-qaysılı piramida (foto resept)
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Bakı sakinləri, gözünüz aydın!
Saçların tez yağlanmasının səbəbləri
Qaraciyər xərçənginin müalicəsində yeni üsul tapıldı
Radio və televiziya işçilərinin peşə bayramıdır
NASA-dan XƏBƏRDARLIQ ETDİ
2018-ci ildə üçüncü analoji hadisə olacaq
Əl işlərim
Armudlu kekslər (foto resept)
"Milli Atlas" qeydə alındı
Builki abituriyentlərə ŞAD XƏBƏR
Avtobusların marşrutu dəyişir
Barmaq boyda çantalar təqdim olundu-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 3 Dekabr
Zəmzəm suyunun faydaları
Türkiyədə futbol dayandı
Ərdoğan rekorda irəliləyir
Mozaika ilə ev dekorasiyası
Sızanaq izləri üçün bal və alma
İtaliya sahillərində 311 miqrant ölüb
Telefonu bu orqanlardan uzaq tutun
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Bal pətəklərinin sirri açılır
Mayın 13-ü PARK BULVAR-da “MÖCÜZƏ” yaşanacaq!
Facebook yeni layihə hazırlayır
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Google robot şirkəti aldı
Hadise anasını belə təbrik etdi-FOTO
Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırdı
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Günün qoroskopu: şəxsi həyatınızdakı problemlər...
BÜRCLƏR bizə nə vəd edir? - 4 MART
Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın
Evdə düzəldilən maskalar
Onkoloji xəstəliklə doğulan uşaqlar və ya normal keçməyən hamiləliyin fəsadı...
İnsan ayaqdan, at dırnaqdan xəstələnər
Milyader olmadan əvvəl necə görünürdülər?
Səkkiz il yeyib içməyən yoq öldü
Günün ulduz falı
Tramp dünyanın ən böyük problemini açıqladı
Jurnalistlərin işinə artıq prokurorluq baxmayacaq
Əvvəlcə qadın, sonra "Barbie" gəlinciyi oldu- FOTO
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qışda kökəlməyə mane olan 3 təsirli vərdiş
Pəhləvanımız Məşhəddən qızıl gətirdi
Ən gözəl dəvə seçildi
- ŞƏRHLƏR