Bakıda hava 19°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Ağdam toyları

 

Ağdam toyları

Qarabağ toylarında oğlan ilə qız bir-birlərini toy günü görərdi. Qızı papaqla vurardılar, əgər qız tərpənmirdisə, hesab edirdilər ki, onu ərə vermək olar. Bu "papaq atmanı" kənd ağsaqqalı edərdi.

Ağdamda bir dəfə elçi gəlməklə qız vermirdilər. Əvvəlcə bir "kəşfiyyatçı" göndərirdilər ki, görsünlər qız tərəfi nə deyir. Ağızlarını arayırdılar. Sonra oğlanın xalası, anası, ya da bacısı qız tərəfin xalası, yaxud bibisi, daha son­ra isə qızın anası ilə danışardı. Anası isə qızın atasına deyirdi, ata da "Baxarıq" deyirdi. Bir müddət belə keçirdi... Qaçdı-qovdu ilə qız vermirdilər. Böyük-kiçik hamı yığışar, məsləhətləşərdilər. Qız verən ata nə qədər ağsaqqal olsa da, deyərdi ki, "Mən tək deyiləm, böyüyüm-kiçiyim var". Qızın dayısını, əmisini və kənd ağsaqqallarını çağırırdılar. Məclisdə onlar mütləq olmalı idi. Elçi üç dəfədən çox gəldikdən sonra razılıq olduqda "həri" verilərdi. Bu "həri"də isə oğlan evi özü ilə qənd gətirərdi. Qız evi çay süzərdi. Çay elə süzülərdi ki, suyu ilə dəmi qarışmazdı. "Hə”dən sonra çay qarışdırılıb gətirilmiş qəndlə içilərdi. Bu isə о deməkdir ki, daha qohum kimi qaynayıb-qarışdıq.

 

Ağdam toyları

 

Sonra nişan mərasimi olardı. Oğlan və qız evindən adamlar yığışardı. Oğlan evindən xonçalı adamlar gələrdi. Qızın barmağına "barmaxçıl" - üzük taxardılar, bu isə rəsmi nişanlanma sayılırdı. Əgər toya qədər bayramlar olardısa, oğlan evi qız evini hər dəfə şirniyyatlar və parçalarla bəzədilmiş xonçalarla yad edərdi. Qızın gəlinlik libası qırmızı, yaxud ağ rəngdə olardı, belinə qızıl kəmər taxılardı, başına "qızıl beşlik”lərlə bəzədilmiş duvaq qoyulardı. Nişandan sonra qız toyu olardı. Buna bəzi yerlərdə "şərbət", yaxud "paltarbiçdi" deyərdilər. Qız toyu üçün oğlan evi "başlıq" verərdi.



Bu məclisə yaxşı nitq sahibi olan qadın seçərdilər. О da hündür bir yerdə dayanaraq oğlan evindən gələn çamadanları bir-bir açaraq hamıya göstərərdi və deyərdi: "Bu gəlinin ayaqqabısı", "Bu gəlinin şalı" və s. Beləliklə, hamısını göstərdikcə уегdən hər kəs "Allah xeyir versin" deyərdi. Bundan başqa, qızın ata-anasına, bacı-qardaşına və ən yaxınlarına xüsusi parçalar, "xələt'lər gətirilərdi.

Ümumiyyətlə, toy 3 gün-3 gecə keçirilərdi. Qız toyunda ancaq çadır olardı.  Toyda  "nəmər”lər (içində noğul, konfet və peçenye olan dördkünc paketlər) olardı. Pul yazılan hər kəsə bu "nəmər"lərdən verərdilər ki, evində uşaqlarına paylasın.

Qız toyundan sonra oğlan toyunu ləngitməzdilər. Toydan əvvəl isə "xınayaxdı” olurdu. Oğlan və qız evindən yaxın qohum və qonşular çağırılırdı, oğlan evi xına gətirirdi və qız evi isə xına düzəldərək gəlinlə birlikdə məclisdə iştirak edənlərin əlinə çəkilərdi. Xüsusilə, gəlinin ovcunda bəyin adının baş hərfi yazılırdı. Oğlan evinə göndərilmiş xınayla isə bəy ovcunda qızın adını yazardı.

 

Ağdam toyları


Oğlan toyundan bir gün əvvəl kənddəki çapar xəbər yayardı. Bu xüsusi çaparı görəndə artıq hər kəs toy mərasimi olacağını bilirdi. Çapar isə kənddəki bütür qapıları döyüb, hamını toya dəvət edərdi. Toy axşamı bütün qohum-əqrəba, qohum-qonşu bir yerə yığılaraq məsləhət-məşvərət qurardı. Heyvanlar kəsilərdi, “ciyər axşamı” təşkil olunardı. Toydan bir gün əvvəl toyun azuqəsi alınardı, mağar qurulardı, gəlinin evi bəzənmiş olardı. Gəlin cehizini gətirmək üçün oğlan evi nəqliyyat vasitəsi göndərərdi. Qız evindən isə qızın yaxın qohumlarından, rəfiqəsi və bacısı “ev bəzəməyə” gələrdilər. Oğlan evi isə gələnlərə “xələt” verərdi. Cehizdə yorğan-döşək və qab-qacaq mütləq olmalı idi. Hər bir ana qızına sandıq verərdi. Toydan bir gün əvvəl qız evində aş bişirərdilər. Buna “ayrılıq aşı” deyərdilər. Hamı  masa ətrafında yığılaraq bu aşdan yeyirdi. Qızı ata evindən gətirərkən onun belini qırmızı lentlə üç dəfə düyün vurub-açardılar, bunu oğlanın qardaşı edərdi. Bu zaman deyilərdi:

Anam-bacım, qız-gəlin,

Əl-ayağı düz gəlin,

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin.

Sonra gəlini otuzdurub, qucağına oğlan uşağı verərdilər və “Qucağı uşaqlı olsun” deyərdilər. Oğlan evi isə qızın anasına “süd pulu” verərdi, bunun mənası isə o idi ki, anadan halallıq alardılar. Daha sonra gəlinin əlinin birinə qızın qardaşı, digərinə isə oğlanın qardaşı dəsmalla pul bağlayırdı. Bu pul toy gecəsi açılaraq balışın altına qoyulur ki, bu da yengəyə çatardı. Atası isə qızını üç dəfə yanan çırağın ətrafına fırladaraq ona xeyir-dua verərdi. Bu o demək idi ki, gəlinin ocağı nurlu olsun, heç zaman sönməsin. Qız evdən çıxarkən ona duz-çörək verərdilər ki, evinə ruzi-bərəkət aparsın. Qapıdan çıxarkən isə üzərlik yandırılar, müqddəs kitabımızın altından keçərdilər. Qız üçün “Gəlin atlandı” havası çalınardı, faytonda yaxud at belində aparılardı.

 

Ağdam toyları


Toy günü əsasən günortadan sonra başlayardı. Günortaya qədər çaylar qaynadılır, yeməklər bişirilirdi. Yemək zamanı gələndə isə aşbaz deyərdi ki, “Qazan açılmır”, çayçı isə deyərdi ki, “Samovar süzmür”. Hər kəs “xələt”ini aldıqdan sonra “qazan açdı” olardı. Qız evində toyda da “qazan açdı” üçün “xələt”i oğlan evi verərdi. Məclisdə əsasən plov, dolma, kabab və məşhur “Qarabağ souzu” verilərdi. Hamı yeyib-yığışandan sonra çalıb-oynamaq  başlayardı. Toyda mütləq “qara zurna” çalınardı. Zurnaçılar toy başlayanda evin damına çıxıb oradan, hamı toplaşdıqdan sonra isə mağaradan ifa edərdilər. Mağar isə xalı, gəbə və kilimlərlə bəzədilərdi. Qız-gəlin toya mütləq təzə allı-güllü libas geyinərdi.

Gəlin həyətə girəndə qurban kəsilərdi, qanından isə gəlin və bəyin alnına çəkilərdi. Şirniyyatı yarı bölərək yarısını gəlinə, yarısını isə qaynanaya verərdilər ki, mehriban olsunlar. Evin kandarında  gəlin ayağı altına qoyulmuş boşqabı sındırardı, su və buğdanı isə evə səpərdi. Bu isə özü ilə ruzi-bərəkət gətirməsinə işarə idi. Gəlin oğlan evində onun üçün xüsusi bəzədilmiş “gərdəyə” gətirilərdi. Gəlin oturmamışdan əvvəl “xələt” istəyirdi. Oğlanın valideynləri isə ona nəsə boyun olurdu. Sonra gəlin əyləşərdi.

 

Ağdam toyları


Oğlan toyunda toyun “şahı” və “fərraşı” olardı. Onlar məclisdə sakitlik yaradaraq onun maraqlı keçməsini təmin edərdilər. “Fərraş” toyun “şahı” tərəfindən buyrulardı. Məsələn, filankəsi gətir ortaya. Əllərində nar çubuğu olardı. Durmaq istəməyəni zarafatla yavaşca vuraraq ortaya gətirərdi. Nə qədər utancaq adam olur-olsun, oynamalı idi. Toyu elə idarə edirdilər ki, məclisdə dava-dalaş düşməzdi. Məclisdə “sözbaxmayan”ı isə toyun şahı cəzalandırardı.

 

Ağdam toyları

 

Toyun sonunda “bəy tərifi” olardı. Bəy sağdişi və soldişi ilə birgə mağara gələrdi. Toydan sonra isə “üçgünlük”, “üzəçıxdı” olardı. Qız evi plov, fətir və şirniyyat dolu xonçalarla oğlan evinə gələrdi. Gəlin üzə çıxaraq ailə ilə birlikdə oturardı. Qızın anası, xalası və yaxınları ona “qızıl beşliklər”, saat, üzük, sırğa və digər qızıl məmulatları bəxşiş verərdi.

Bir müddət sonra qız evi yeni ailəni qonaq çağırardı, bu isə “ayaqaçdı” adlanardı. Gələn qonaqların hər birinə “xələt” verərdilər.

Səslərin sayı: 13
130
19992
Loading...
Şərhlər
Offline
Iceberg
mubarek olsun toy))
13 iyun 2017 12:56
imza: shafaabdulla.blogspot.com
Offline
afa.rasul
bezi adetler hele de qalir.
11 aprel 2016 21:52
Offline
Aysel İ.
İnşallah bir gün Xankəndində toy adətlərini yerinə yetirək.
9 aprel 2016 17:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
. : . Sonta_Xatun . : .
Teki hemise toy oosun kiss
14 iyul 2015 19:49
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Gultekin
İndi adet enene qalmayib

İndi adet enene qalmayib
6 may 2015 20:41
Offline
איסון ממדוב.
Cox tesufki artiq adet enene deyilen bir sey qalmayib
11 fevral 2015 20:28
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
gunay
Bizim yerlerde de ferqli adetler var.
30 yanvar 2015 08:32
Offline
Xanim_Xatun
Hər bolgənin özünə məxsus adət ənənələri var.

Hər bolgənin özünə məxsus adət ənənələri var.
10 yanvar 2015 12:04
Offline
.....
ox gözəl adət ən-ənəlimiz var bəziləri hələdə qoruyub saxlanılsada bəziləri müasirləşib davamlı olsun amma bir iradım var yəqin inciməzsiz birinci və ikinci şəkillər xəbərə uyğun deyil dahada milli şəkillər seçilsəydi daha yaxşı olardı çox saq olun bizlərə gözəl ətraflı xəbər hazırlamısız
9 yanvar 2015 09:48
Offline
Aysel İ.
Bizdə də hər bölgənin öz adətlərim var. Hər biri də çlx maraqlı adətlərdir.
26 noyabr 2014 12:58
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Görəsən indi qalıb bu adətlər
20 noyabr 2014 22:43
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
HUSNA
Elimizin gozel adet eneneleri var
20 noyabr 2014 21:17
Offline
Rəmziyyə Verdiyeva
ALLAH BÜTÜN SUBAYLARA NƏSİB ETSİ AMİN kiss
18 mart 2014 21:49
Offline
Rzayeva Guler
Subaylara qismet olsun
12 sentyabr 2013 11:49
Offline
Все будет хорошо
olmuyanlara qismet coxs aolun maraqlidi
18 avqust 2013 17:48
Offline
Sevil Abbasova
subaylar ucun olsun insalllahhhh
18 avqust 2013 17:39
Offline
Ayka S
maraqlidie
6 avqust 2013 16:48
Offline
Huseynova Nigar
ALLAH cemi subaylara qismət etsin,məndə onun içində request . başlıqı oxuyanda 1ci elə başa düşdüm ki,Ağdaş toyları yazılıb,elə sevindim ki. biggrin mənim nişanlım ordandı.amma heç bir adətləri haqqında məlumatım yoxdu.soruşmaqa da utanıram cray
6 avqust 2013 16:46
Offline
Humay
Sadliq evleri her seyi unutdurub bize daha hec kim bir yere yigismir here oz evinden toya gedir
12 aprel 2013 12:55
Offline
ayan huseynzade
menim zehlem gedir yengeden.bu ne adetdi bilmirem biyabirciliqdi vallah,neye lazimdiki bu bilmirem.onsuzda indi yenge qizi yox,qiz yengeni oyredir. empathy oglan gourde onsuzda her seyi subut neye lazimki
8 aprel 2013 23:03
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır