1992-ci ilin baharı idi.Müharibənin qızğın döyüşləri gedən zamanlardı.Hər gün cəhbədən bir əsgər meyidi gəlir,hər səhər ağlaşma səslərinə oyanırdıq.Anaların ağlaşması,fəryadını eşitdikcə artıq biz uşaqlar gülməyi belə unutmuşduq az qala.
Bu səhər həmişəkindən fərqli olaraq qonşu qadının və qızlarının gülüş,sevinc səsiinə yuxudan oyandıq.Bir neçə il əvvəl Qərbi Azərbaycandan qaçqın gələn qonşumuzun ailəsi idi sevinən.Ailənin böyük oğlu Babək bir neçə gün sonra Almaniyadan qayıdacaqdı.Nişanlısı Səidə bir neçə il idi ki,onun yolunu gözləyirdi.Bir-birini sevib nişanlanmışdılar.Babəkin ata-anası oğlunun gəlişini gözləmədən artıq Səidənin cehizlərini də gətirmişdilər.Səidə özü də gəlmişdi.Bu səs-küyün səbəbi də bu idi.Babəkin 2 bacısı,2 qardaşı vardı.Evin böyüyü olduğu üçün ailədə ilk toy onun olacaqdı.Bacılar,xalalar elə sevinirdilər ki..Axı qaçqın düşəndən bəri bu onların ailəsində ilk şadlıq olacaqdı.
Qonşular onların səs-küyünə yuxudan yarımçıq oyandıqlarına görə əvvəl bir az deyinsələr də səbəbi biləndə onlar da xeyir-dua vermək üçün həyətə düşdülər.
Babəkin anası Lətafət xala,bacıları Aynur və Lalə şeyləri yerləşdirəndən sonra da Səidəni buraxmadılar.
-Onsuz da qaqaş 3 günə gəlir.Gələn kimi bir həftəyə toy edəcəyik.Restoranla da danışmışıq.Hər şey demək olar ki,hazırdı.Daha bu qədər uzaq yolu hara gedirsən ki?-Bunu deyən böyük bacı Aynur idi.
Səidə yetim qız idi.Valideynləri o hələ uşaq ikən maşın qəzası nəticəsində dünyasını dəyişmişdilər.Onu uzaq qohumu saxlayib böyütmüşdü.O ailənin də uşağı olmadığına görə Səidənin babasına çox yalvarandan sonra kişi razılaşdı.Əsas da qonşu olduqlarına,Səidəni hər gün görə biləcəyinə görə razılaşdı.Bir gündə oğlunun və gəlininin itkisinə dözməyən qoca da çox yaşamadı.Səidəni övladlığa götürən Saleh kişi və Xanım arvad bu 10 ildə bir dəfə də olsa onun xətrinə dəyməmiş,qəlbini qırmamışdılar..İndi bu xoş günündə ötən günlərini,həyatının ən qəmli səhifələrini vərəqlədikcə düşünürdü-“Ehh ata,ana,hardasızzz?Kaş ki,indi burda yanımda olub xoşbəxtliyimin şahidi olardınız.Sizə o qədər ehtiyacım var ki,indi.Həmişəkindən daha çox..”
-Gündə bir meyid gəlir Qarabağdan,bunlar utanmayacaq toy etməyə?
-Bir də harda görünüb ki,toydan əvvəl gəlin gəlib otura oğlan evində?
-Həə,day demə.Həm də Babək özü də burda yox.
-İnanırsan ki,bu qızı sevib Babək?And içərəm ki,heç xəbəri də yoxdu onun.Hamsı Lətafətin işidi.Oğlunu bu yolla müharibədən saxlatdırmaq istəyir də yəqin.
Qonşular belə düşünürdü.Əlbəttə ki,hamsı yox.Dedi-qodusuz,qeybətsiz keçinə bilməyənlər.Onların qeybət üçün yeni “mövzu”su vardıi artıq.
Əslində Babək Almaniyaya gəzməyə,və ya müharəbədən yayınmaqçün getməmişdi.O 2 il idi ki,Almaniyada hərbi xidmətdə idi.(1990-cı ildə hərbi xidmətə çağırılmış,o zaman hələ SSRİ mövcud olduğu üçün o sovet ordusunun tərkibində Almaniya Demokratik Respublikasında hərbi xidmətini davam etdirirdi).Artıq 2 il keçmiş,hərbi xidməti başa çatmışdı.Bu həftə isə qayıtmalı idi.Dedi-qoduçu qonşuların düşündüyünün əksinə olaraq çox vətənpərvər idi.Hələ 4 il əvvəl onları isti yurd-yuvalarından didərgin salan ermənilərə bəlkə də hamıdan çox o nifrət edirdi..
..Nəhayət Babək qayıtdı.Onun gəldiyini də Səidənin cehizi gələn gün kimi səhər yuxudan sevinc,gülüş səsinə oyananda bildik. 2 gün onun qayıtmasını bayram etdilər evlərində.3-cü gün isə...ona hərbi komissarlıqdan çağırış vərəqi gəldi.Həftə sonunda cəbhəyə yola düşməli idi.
Bu xəbər hamını sarsıtdı.Tək sevinən özü idi.Axı indiyədək özgə vətəni üçün xidmət etmişdi.İndi isə öz vətəni onu koməyə çağırırdı.Vətənin ona ehtiyacı vardı.Atası ona Babək adını elə-belə verməmişdi ki..Oğlunun da Azərbaycanı ərəb əsarətindən qurtarmağa çalışan,-“40 il qul kimi yaşamaqdansa 1 gün azad yaşamaq daha yaxşıdır!”-deyən qəhrəman Babək kimi igid,qorxmaz olmasını arzulamışdı..Amma hardan biləydi ki,taleləri də eyni olacaq-Vaxt gələcək vətənimizin üzərini yenə qara buludlar örtəcək,oğlu Babək də vətəni işğaldan qurtarmaq uğrunda vuruşacaqdı.
Oğul sevinirdi,bacı-qardaşlar kədərli,ata narahat.Ana isə..Ananın gözünün yaşı qurumaq bilmirdi.
-Niyə ağlayırsan,a bacı?Bəs Babək doğulanda əhd etmişdin.”Oğlum böyüyüb əsgər getsin,qurban kəsəcəm.”-deyən sən deyilmiydin?Bəs indi niyə gözünün yaşını qurutmusan ağlamaqdan?-bunu deyən Babəkin xalası idi.Ucqar kəndlərin birindən Babəkin toyunda iştirak etmək üçün gəlmişdi.Amma hadisələrin gedişi qəfil elə dəyişdi ki..Ürəyi sıxılsa da özünü tox tutub bacısını sakitləşdirməyə çalışırdı.Ana isə ağlayır,ağlayırdı..Sanki ürəyinə nəsə dammışdı.
Səidə evlərinə qayıtmadı.Nədənsə çox inanırdı ki,müharibə tezliklə qurtaracaq və onların toyu baş tutacaqdı.Necə inanmasın ki,hər gün Xəbərlərdə bu barədə danışırdılar,hakimiyyətdə olanlar söz verirdilər.Lətafət xalayla qızları da heç onu buraxmaq istəmirdilər.Axı Babəkin qoxusunu ondan alırdılar indi..
..Cəbhədə komandirin və cəbhə yoldaşlarının sevimlisinə çevrilmişdi Babək.Ən çətin döyüşlərdə belə yoldaşlarını ruhlandırar,öz yumorundan da qalmazdı.Döyüşdə həmişə öndə olardı..İnanırdı,o da çox inanırdı ki,müharibə tezliklə bitəcək və o sağ-salamat evinə,sevdiyinin yanına dönəcək..Bu arzu,Səidınin sevgisi idi ona güc verən,inam verən.
Gələn həftə ad günü olacaqdı.24 yaşı tamam olurdu.Əslində Səidənin məktubunu oxuyandan sonra xatırladı öz ad gününü.Məktubu cibindən çıxarıb yenidən oxumağa başladı:-
“Əzizim,səninçün o qədər darıxıram kii..Burda qonaq kimiyəm.Bacıların,anan ev işlərində onlara kömək etməmə də razı olmurlar.Həyətə də düşmürəm.Qonşulardan utanıram.Axı heç toyumuz da olmayıb.Bütün günüm ancaq səni düşünməklə,yolunu gözləməklə keçir.Sənin otağını ayırıblar mənə.Dünən otağı yığışdıranda sənin albomunu tapdim.Bax,indi əlimdə albomunu tutmuşam,baxıram.Az qala hər şəklin arxasına sevdiyim şerlərdən bir bənd yazmışam.Ən maraqlı şəkillərin uşaqlıq şəkillərindi.Heç vaxt göstərməmişdin mənə.Budur sənin uşaqlıq şəkillərindən biri.Hirsli,çox acıqlı baxışların var burda.Deyəsən ağlamısan da.Anan dedi ki,bu şəkli məktəbə getdiyin ilk gündə çəkdiriblər.Məktəbə getmək istəməyib elə hey ağlayırmışsan.Hər dəfə buna baxanda gülürəm.Axı səni həyatda belə acıqlı gözrməmişəm.Bu şəkli sənə göndərirəm ki,sən də mənim kimi baxıb güləsən..Hə,az qala unutmuşdum deyim.Gələn həftə ad günündü sənin.Bilirəm sənə qalsa yadına da düşməz,unutmusan yəqin.Hamının hədiyyəsi artıq hazırdı.Mənimki də.Deməyəcəm nə almışam.Qoy sürpriz olsun.Amma xoşuna gələcək,bilirəm.Çox xahiş edirəm,çalış bir günlük də olsa gəl.Heç bir bəhanə etmə.Bilirik ki,döyüşlərdəki fəallığına,yaxşı vuruşduğuna görə bir həftəlik məzunuyyət veriblər sənə,razı olmamısan.Qonşumuzun oğlu dedi.Səninlə bir yerdə vuruşan.Heç bir etiraz qəbul olunmur.Gələn həftə yolunu gözləyirik.”
Məktubun hər kəlməsini oxuduqca Səidəni yanında hiss edirdi.Onu daha çox arzuladı.Düzü son dəfə ad gününü nə zaman qeyd etdiyini də unutmuşdu.Bir günlük ailəsiylə,sevdiyiylə bərabər olmaq pis fikir deyildi amma.Niyə də getməsin?
Bir həftə keçdi..
Babəkin ailəsi süfrə hazırlayıb,evi bəzəyib onun yolunu gözlədilər.Hava qaraldı.O gəlmədi.Səhər açıldı.O gəlmədi..Süfrə açıq qalmışdı,heç kim süfrəyə yaxın da getməmişdi.İştahı qaçmışdı hamının.Axı Babək söz vermişdi ki,gələcək.O heç vaxt sözündən qaçmazdı.Görəsən nə olmuşdu?Atası bir az acıqlı,bir az narahat idi.Səhəri gözü açıq açdılar.Günortaya az qalmış həyətdə fəryad,ağlaşma səsi bir-birinə qarışmışdı.Ağlayan tək qadınlar deyildi.Kişilər də ağlayırdılar.Kişilərin ağlaması,fəryadı necə dəhşətli olurmuş,İlahi??
Babəkin meyidini gətirmişdilər.Çox dəhşətli səhnə idi.Bu ay onun həm ad günü,həm toyu olmalı idi.Yeni yaşına,yeni həyata-evlilik həyatına qədəm qoyacaqdı.İndisə yeni mənzilə-son mənzilə yola salırdılar onu..
Dəfn oldunduğu günün səhəri Səidə heçkimə xəbər etmədən,vidalaşmadan evdən çıxdı.Sübh tezdən hər kəs yuxuda ikən evi tərk etdi.Evdəkilər oyananda Babəkin otağında (Səidə qalırdı orda) albomun üstündə yazılı kağız tapdılar:-“Gedirəm.Məni axtarmayın.Bu amansız həyat bütün sevdiklərimi əlimdən aldı.Daha yaşamaq istəmirəm.O yoxdusa,mən də yoxam..Haqqınızı halal edin..”
Səidə “Məni axtarmayın!”desə də onu çox axtardılar.Amma heç yerdə tapmadılar.Onu ”Gördüm” deyən olmadı..
...O vaxtdan 20 il ötsə də bu əhvalatı unutmadım.Müharibə çox adamın həyatını məhv etdi və hələ də davam edir...
XƏBƏR LENTİ
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Festivala bir gün qaldı
10 dəqiqədə 10 min xərclədi-FOTO
Soyuqdəyməyə qarşı "şorba" (foto-resept)
Heydər məscidi müsəlman birliyini təsdiq edən simvoldur
68 yaşlı qadın ilk dəfə ana oldu - FOTO
Hamiləliyi riskə salan səbəblər
Bürclərin aciz olduğu xəstəliklər (2)
Ezgi Mola ərə gedir-FOTO
Məktəbi bitirməyənlərə fürsət
Quru maya maskası
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Toxumaq dərsi-7
Ebola necə yayılır
Bir yerdə idman edək-5
Ailə quracaq şəxslərə qadağa
Pinqvin salati (foto resept)
Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Polyaklar dilimizi öyrənəcəklər
"Oskar"da İLK: Quran ayəsi oxundu, məşhurlar alqışladılar
Ariana Grande yeni klipi ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ_VİDEO
İnsan bədəninə ziyan vuran ayaqqabılar
Ölümə meydan oxuyan model-FOTO
Yumurtalı pomidor dolması (foto-resept)
Cəhənnəm dəhşətini yaşamış insanlar
Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-16 Sentyabr
Hər birimiz Ermənistana zərbə vuraq!
Yun çırpdığı üçün dəlixanaya salınan azərbaycanlı
Quru saçlar üçün yumurta maskası
Göbələkli taco (foto-resept)
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
Bu ölkənin əhalisi 150 min azalıb
Erməni əsgərləri geyinməyə forma tapmır - FOTO
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - RƏSMİ AÇIQLAMA
Dağda ruhlarla danışdılar
LC Waikiki
Eşq
Yaponiyanın ən uzun müddətli Baş naziri
Pizza xəmiri (foto resept)
Vitaminlərin sirləri
Makiyaj etmədən gözəl görünməyin yolları
20 dəqiqəyə arıqla
Braziliya yığmasından rekord
Fərqli manikür nümunələri
Tanrıya yetərincə şükür edirikmi?
Məryəmin qızı ilə rəqsi 2 milyon izlənildi-VİDEO
Sezarın ölümü haqqında bilmədiklərimiz...
Vanna qəbulu
- ŞƏRHLƏR