Bakıda hava 18°
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Hamiləlik dövrləri (20-31 həftələr)

Hamiləlik dövrləri (20-31 həftələr)

Iyirminci həftə.
Uşaqlıq daha da yuxarı qalxır və artıq qarnınız irəliyə doğru çıxa bilər. Bu əlamət hamiləliyin müddətinin artması ilə yanaşı tədricən özünü daha qabarıq göstərəcək. Bu mərhələdə elə tənəffüslə probleminiz yarana bilər, çünki, qarın boşluğu orqanları diafragmanı yuxarı itələyir, bununla ağciyərlərin sərbəst hərəkətini məhdudlaşdırır. Adətən bu əlamət döl çanaq boşluğuna oturana kimi davam edir. Ilk hamiləlikdə bu, doğuşdan bir neçə həftə əvvəl, sonrakı hamiləlikdə isə tam doğuşdan əvvəl baş verir.
Siz daha tez-tez sidiyə getməlisiniz, bu Sizə qəribə gəlir, deyilmi?
Artıq hamiləliyin orta həddini keçmisiniz! Təbriklərimizi qəbul edin! Həyat yoldaşınızdan hədiyyə istəyə biərsiniz  siz bunu haqq etmisiniz!
GƏLƏCƏK UŞAQ
Soyulan dəri və tökülən lanuqadan pendirvari maddə yaranır. Bu ağımtıl  krem rəngli maddə körpənin qırışlarını, bəzi nahiyyələrini örtür. Onun vəzifəsi dərini qorumaqdır. Bəzən bu maddə doğuşa qədər saxlanılır və doğuşdan sonra onu ilkin tualet zamanı steril salfetlərlə silirlər.
Siz artıq körpənin hərəki aktivliyi əsasında onun yatma və oyanma vaxtlarını təyin edə bilərsiniz. Dölün çəkisi  230 qramdır, boyu 25 sm-dir.
Bu həftədə dölün xarici görünüşü. Diqqət yetirin: bəlkə gələcək körpənin cinsi barədə mülahizə yürüdə bildiniz?!
Sizin döl hələ də uşaqlıq daxilində istədiyi kimi hərəkət edir.
Iyirmi birinci həftə.
Yəqin ki, bir çoxları Sizin gələcək körpənizin hansı cinsə mənsub olduğunu müəyyən etmək istəmişlər. Lakin onların istifadə etdiyi üsullar artıq bir əfsanə, nağıl kimi səslənir. Buna baxmayaraq, əksər hamilə qadınlar, xüsusi ilə birinci hamiəlik zamanı, bu üsullara əl atırlar. Bu bir əyləncəyə çevrilir. Bəziləri isə bu üsulları sinirləndirici hesab edirlər.
Dölün cinsini təyin etmək üçün istifadə edilən üsullar (məs. populyar curnal və qəzetlərdə çap olunan çin diaqramları kimi) əyləncəli ola bilər , lakin əldə olunan proqnozun duzgunlüyü böyük sual altındadır. Ona görə, gələcək körpənin cinsi Sizi çoz maraqlandırırsa, körpə özü bunu aydınlaşdırmağa mane olursa (bəzən körpələr ultrasəs müayinəsi zamanı elə vəziyyət alırlar ki, onların cinsi orqanlarını görmək mümkün olmur), o zaman hələlik bu üsullarla başınızı qata bilərsiniz.
GƏLƏCƏK UŞAQ

Sizin döl hələ də uşaqlıq daxilində istədiyi kimi hərəkət edir. Bu o deməkdir ki, körpə səhər baş aşağı, günorta yer səthinə paralel, axşama doğru isə başı ilə uşaqlıq dibinə dirənmiş şəkildə dayana bilər. Bu yerdəyişmələr zamanı Sizin nə hiss etdiyiniz onu tamamillə maraqlandırmır. Hamiləliyin bu kvartalının sonuna doğru döl bu vəziyyətlərdən birində dayanır. Bəzi döllər daha gec dövrlərə qədər hərəkət etməkdə davam edirlər.
Körpəniz artıq 370 q cəkidədir.
Körpənin öz baş barmağına olan sevgisini göstərən daha bir fotoşəkil.
Çox vaxt ailə cütləri hamiləlik müddəti boyunca cinsi əlaqə problemini müzakirə edirlər.
Iyirmi ikinci həftə

Bu arada Sizin sağlığınızın yaxşı olmasından əminik. Çox vaxt ailə cütləri hamiləlik müddəti boyunca cinsi əlaqə problemini müzakirə edirlər. Bəzən isə bu məsələ heç müzakirə olunmur. Bəzən insanlar bu dövrdə aparılan cinsəl həyat haqqında yanlış fikirdə olurlar.
Hamiləliyin ilk üç ayında toksikoz vəziyyətində olarkən, təbii ki, qadınların seksual aktivliyi enir, kişilərdə isə eyni səviyyədə qalır. Bu səəbdən ilk 12 həftə ərzində cinsi əlaqə alternativ formalarda aparıla biər (adi vaginal forma olmaya da bilər).
Ikinci kvartal başladığında, hamilə qadının əhval yaxşılaşdıqca, onun seksual aktivliyi də artır. Cinsi həvəs(libido) də artır. Qadın orqanizmində dolaşan qanın miqdarı artdığından cinsi orqanlardan olan ifrazat da güclənir, erogen zonalar daha həssas olur. Qadınlar cinsi əlaqədə olarkən daha tez orqazm keçirirlər. Hətta multiorqazm yaşayanlar da ola bilər. Statistik məlumata əsasən bəzi qadınlar məhz bu dövrdə orqazm keçirməyə başlayırlar. Kişilərin əksəriyyəti bu dövrdə cinsi əlaqələrin dölə ziyan  verəcəyindən ehtiyat edirlər. Gələcək atalar sevgi səhnəsinin baş verdiyi yerin çox yaxınında yerləşən lal bir seyrcininhər şeyi hiss edə biləcəyini düşünərək, sıxılırlar.
Bəlkə də aşağıda verdiyimiz informasiya bu şübhə və sıxıntıları aradan qaldırmağa kömək edə bilər. Bu dövrdə cinsi əlaqəni məhdudlaşdıran bir neçə səbəb var. Yəqin ki, bu səbəbləri ginekoloq Sizə söyləyib. Bu Sizi narahat edirsə - həkimə sual verin.
Digər hallarda isə olum və ölüm? sualı yersizdir. Ürəkli olun! Siz dölə ziyan vura bilməzsiniz. Əvvala, döl, qişalar və dölyanı sular vasitəsilə mühafizə olunur. Ona görə adi cinsi akt ona heç bir zərər verə bilməz. Ikincisi, ailə cütlərinə arzuolunmayan hamiləlik qorxusu olmadan cinsi əlaqədə olmaq fürsəti çox az halda verilir. Hamiləlik dövründə isə bu qorxuya yer yoxdur.
Sonuncusu, indiyi qədər valideynlərinin cinsi əlaqəsinin körpə tərəfindən qavarnılmasını təsdiq edən elmi məlumat yoxdur. Hətta, körpənin baş verənləri anlamasının mümkünlüyünü qəbul etsək belə, o, bir ali varlıq kimi, bunları daha düzgun qiymətləndirə bilər. Bu, fizioloci bir proses olub, öz qanunauyğunluğu və harmoniyası ilə ən gözəl Təbiət qanunudur vəYeni Həyatın başlanğıcıdır.
GƏLƏCƏK UŞAQ

Döl böyüməkdə və uşaqlıqdan kənar yaşama hazırlaşmaqda davam edir. Qızınızda və ya oğlunuzda  qaş əmələ gəlib! Çəkisi 420 q, üzünlüğü  27,5 sm-dir.
Əlinizi qarın divarına qoyduqda, tanış olmayan əzələ yığılmaları hiss edə biərsiniz.
Iyirmi üçüncü həftə.
Qəbul zamanı ginekoloq qarnınızı palpasiya edir (əlləyir). Palpasiya vasitəsi ilə dölün vəziyyəti təyin olunur. Bu, dölün qarın boşluğunda necə yerləşdiyini göstərir. Bundan başqa sm-lenti ilə uşaqlıq dibinin hündürlüyü ölçülür. Əvvəl deyildiyi kimi, uşaqlığın dibi onun ən yüksək nöqtəsidir. Bu ölçmə dölün böyümə sürətini müəyyənləşdirir. Bəzən bu göstəricilərin çox böyük və ya çox kiçik olması Sizi narahat edir, lakin Sizi rahat etmək üçün deməliyik ki, bəzən yuxarı-aşağı meyllər ola bilər. Təhlükəli bir hal olarsa, ginekoloq mütləq Sizi xəbərdar edəcək. Tam sakit olmaq üçün bu sualı ona verə bilərsiniz.

Hamiləlik dövrləri (20-31 həftələr)


Bu dövrdə Brekston Xiks yığılmaları hiss edəbilərsiniz. Başqa sözlə, əlinizi qarın divarına qoyduqda, tanış olmayan əzələ yığılmaları yarana bilər. Buna görə narahat olmayın,uşaqlıq əzələləri öz qüvvəsini yoxlayır. Uşaqlıq bir orqan kimi qadının həyatında çox mühüm bir rol oynayır, buna baxmayaraq, o çox vaxt kölgədə qalır. Uşaqlığın vacibliyini, dəyərini göstərən yeganə məqam  hamiləlikdir.
GƏLƏCƏK UŞAQ

Dırnaqlar tam foamalaşıb. Tükləri tündləşir.bağırsaqda ilk nəcis (mekonium) əmələ gəlir.
Bu həfətə cəkisi  510q-dır.
Vaxtından əvvəl doğuş əlamətləri ilə tanış olmaq vacibdir.
Iyirmi dördüncü həftə

Uşaqlıq dibi göbəkdən bir qədər yuxarıda yerləşir. Vaxtından əvvəl doğuş əlamətləri ilə tanış olmaq vacibdir (3 dəfə kənara tüpürək ki, Sizdən uzaq olsun.). Lakin, bu əlamətləri bilməniz, gözlənilməz halların yaranmasının qarşısını ala bilər.
Vaxtından əvvəl doğuş çox vaxt yay aylarında baş verir, bu, yəqin ki, qadın orqanizminin küllü müqdarda maye itirməsi ilə izah olunur. Ona görə yay aylarında üçünçü kvartalın sonundasınızsa, optimal maye recimini unutmayın.
Vaxtından əvvəl doğuş əlamətləri aşağıdakılardar:
uşaqlığın 5 saat və daha artıq müddətdə yığılması;
cinsi yollardan al qanın axması;
üzün və əllərin şişməsi, preeklampsiya ;
ağrı ilə müşayət olunan sidik ifrazı;
qarında kəskin və uzun müddətli ağrı (preeklampsiya əlamətləri);
kəskin və ya kəsilməyən qusma (preeklampsiya əlamətləri);
cinsi yollardan qəflətən şəffaf mayenin axması;
beldə monoton, inləyici ağrılar;
çanağın aşağı hissəsində təzyiq hissi.
Bu əlamətlərdən birinin və ya bir neçəsinin birlikdə baş verməsi zamanı dərhal həkimə müraciət etmək lazımdır.
GƏLƏCƏK UŞAQ
Dərialtı qonur piy toxuması toplanır. Bu toxuma yüksək enrgetik əhəmiyyətə malikdir  onun yanması orqanizmdə yüksək istilik və ATF (Sizin həyat fəaliyyətinizi təşkil edən bütün prosesləri təmin edən maddə) yaranmasına səbəb olur.
Yeni doğulmuşlar, xüsusilə də, vaxtından əvəl doğulanlar bədən temperaturunun çox pis qoruyurlar. Ona görə çox tez soyuqlamaya məruz qalırlar və bu vəziyyətdən çıxma şansı çox cüzidir. Bu dövrdə dünyaya gəlmiş uşaqlar da belə şansızların sırasına daxildirlər. Çox az saylı bəxtli körpələri həyatda saxlamaq üçün həkimlər hədsiz əmək sərf etmişlər və belə körpələr13-14 həftə ərzində xüsusi isti inkubatorda yerləşdirilmişlər. Buna görə Sizin körpəniz aktiv şəkildə tünd piy toplamaqla məşğuldur.
Çəkisi 600 q-a yaxın, uzunluğu 30 sm-dir.
Yeni  doğulmuş üçün xüsusi yer hazırlamaq üçün vaxt gəlibçatmışdır.
Iyirm i beşinci həftə.

Əhvalınız bu həftədə də yaxşıdır. Bir azdan mama-ginekoloqla daha tez-tez görüşəcəksiniz. Yeni  doğulmuş üçün xüsusi yer hazırlamaq üçün vaxt gəlib çatmışdır. Bir çox valideynlər ilk bir neçə ayı körpə ilə bir otaqda keçirirlər. Bu, gecə yedizdirmələrini və körpənin altının dəyişdirilməsi prosesini asanlaşdırır. Həmçinin, bu, valideynləri daha az narahat etmək imkan verir. Əgər Sizin yataq otağınızla yanaşı ayrıca uşaq otağı varsa, və Siz körpənin ayrıca olaraq, orada yatacağını qərara almısınızsa, əlavə olaraq xüsusi cihazlar  yenidogulmuşlar üçün monitor, yedizdirmə taymerləri də əldə edin. Bu variantın öz müsbət cəhətləri var: körpə ilk gündən tək yatmağa alışır və gələcəkdə valideynlərini terrorizm aktlarına məruz qoymur. Bundan başqa, ailə münasibətləri (intim) problemi də yaranmır (bəzi insanlar körpənin yanında cinsi əlaqəyə girməyə utanırlar).
Lakin ikinci variant bizə o qədər də uyğun deyil. Ona görə onun üzərində dayanmayaq. Həmçinin, üşaq dünyaya gəldikdən sonra həyat öz korrektivlərini verir, odur ki, neonatoloqla məsləhət edin.
GƏLƏCƏK UŞAQ
Körpə günbəgün deyil, saatbasaat böyüyür!
Çəkisi 700 q-a yaxındır. Sümük-oynaq sistemi dayanmadan inkişaf edir.
Sonoqramda körpə belə görünə bilər. Sizin üçün bu görüntünü seçmək çətin ola bilər  amma ruhdan düşməyin! Ultrasəs həkimləri məhz bu çətinlikləri aradan qaldırmaqda yardım göstərə bilərlər.
Iyirmi altncıı həftə.

Sizin monopoliyanızın sonu gəlib çatdı!
Indi artıq körpənin etdiyi hərəkətləri digər ailə üzvləri də seyr edə bilər. Ilk növbədə atanı sevindirin (əgər bunu daha əvvəl etməsinizsə). Yeni çətinlik yaranır: yatmaq və uzanaraq istirahət etmək üçün münasib vəziyyət tapmaq. Bütün vaxtı sol və ya sağ (daha əlverişlidir) böyru ustə uzanmaq mümkün deyil: hamilə qadınlar üçün çoxfunksiyalı yataqlardan istifadə etmək olar. Lakin bunları satışda tapmaq çətindir. Ona görə də yenə yaşasın dədə-baba qaydası. Müxtəlif forma və ölçülü döşəkcələr Sizin köməyinizə gələ bilər. Amma bu da yataqda yer darlığı yarada bilər.

Hamiləlik dövrləri (20-31 həftələr)

GƏLƏCƏK UŞAQ
Sizin körpəniz içəridə və ətrafda baş verən hər bir şeyi eşidir. Körpə az olsa da, əvvəllər də bunu edə bilirdi. Indi bu daha təkmilləşmiş formada baş verir. Varisinizi bir qədər şirnikləndirin. Əvvəllər o, ancaq Sizin ürək döyüntünüzü, qarın qurultunuzu, məişət səslərini, Santa Barbara serialının qəhrəmanlarının dialoqlarını və musiqi treklərini dinləyirdisə, indi onun üçün Motsartı. Vivaldini, Çaykovskini, Ştrausu səsləndirin. Müasirlərimizi də uutmayın. Lentə alınmış təbiət səsləri də yaxşı nəticə verə bilər.
Bunu daha erkən dövrlərdə də etmək olar. Biz inanırıq ki, Siz məhz belə etmisiniz!
Körpənin çəkisi  800 q, uzunluğu  32,5 sm-dir.
Bu dövrdə çəkiniz çox arta bilər.
Iyirmi yeddinci həftə.
Bu dövrdə çəkiniz çox arta bilər. Insanlar arasında müxtəlif fikirlər yürüdülür, lakin qeyd etməliyik ki, hamiləlik ərzində əldə eydiyiniz artıq kq-lar Sizi narahat etməməlidir. Çəkinin artması hamilə qadının orqanizmində sağlam dəyişikliklərin baş verməsini göstərir.
Demək olar ki. bütün qadınlarda döş vəzilərinin ölçü və çəkisinin artması müşahidə olunur. Adi halda qadınların süd vəzilərinin çəkisi orta hesabla 200 q-r, lakin hamilə qadınlarda isə 780 q-r ola bilər.
Əldə etdiyiniz artıq çəkinin böyük hissəsi dölyanı suların və əlavə qan həçminin hesabınadır. Körpənin və ciftin də çəkisini ora əlavə etməyi unutmayın. Belə olduğu halda Sizin əldə etdiyiniz şəxsi çəki çox cüzi olur. Orta hesabla, qadın bütün hamiləlik boyunca 11-13 kq ala bilər.
Yadda saxlayın ki, hamiləlik, arıqlama məqsədi ilə saxladığınız müxtəlif pəhrizləri davam etdirmək üçün heç də uyğun vaxt deyil.
Artıq çəkiniz Sizi narahat etsə belə, onu azaltmağa çalışmayın  bu körpəyə ziyan vura bilər.
GƏLƏCƏK UŞAQ
Körpə daim suda olduğu üçün dərisi qırışlıdır. Doğuşa bir neçə həftə qalmış bu qırışlar itəcək.
Körpənin çəkisi 900-q-a yaxındır.
Doğuş, vaxtından əvvəl baş verərsə, körpənin yaşama şansı var.
Iyirmi səkkisinci həftə.

Qadın.
Mama-ginekoloqla görüşləriniz 2 dəfə artacaq. Mütəxəssislə gələcək doğuşun perspektivləri barədə danışmağın tam zamanıdırı. Doğuşun ağrısızlaşdırılması, epiziotomiya, doğuş fəaliyyətinin stimulyasiyası kimi vəziyyətləri əvvəlcədən aydınlaşdırmaq pis olmazdı. Bunların hər biri ilə doğuş zamanı üz-üzə gələ bilərsiniz, ona görə də, bu barədə məlumatlı olmanız çox əhəmiyyətlidir.
Bəlkə də süd vəziləriniz molozivo adlanan qatı maddə ifraz etməyə başlamışdır. Lakin bunun hələ olmaması heç də mənfi bir əlamət kimi qiymətləndirilməməlidir.
Rh-konflikti olan qadınlara bu dövrdə ana və döl orqanizmləri arasında konflikti azaltmaq məqsəi ilə bəzi xüsusi maddələr (Rhogam tipli) yeridilir.
Əgər həyat yoldaşınız Rh (-), Sizdə Rh (+) dirsə, bu Sizi narahat etməməlidir.
GƏLƏCƏK UŞAQ
Körpənizin kiprikləri də var!
Əgər oğlandırsa, bu həftədə yumurtalar xayaya düşür (onlar qarın boşlüğünda idilər). Uzunluğu 35 sm-dir, çəkisi 1 kq-r.
Bu həftədə doğulmuş uşaqlaq müasir tibbi texnologiyanın köməyi ilə yaşama şansı əldə edirlər.
Döl, doğuşa və uşaqlıqdan kənar həyata hazırlıq işləri ilə məşğuldur.
Iyirmi doqquzuncu həftə.

Qadın.
Sonu ncu kvartala xoş gəlmisiniz!
Döl böyüməkdə davam edir və Sizin narahatlığınız arta bilər. Bu təbiidir, çünki hamiləlik vəziyyətində olan uşaqlığın yaxınlığında yerləşən daxili orqanlarınızın yeri getdikcə daralır.
Xoşagəlməz hissləri azaltmaq üçün qamətinizi düz saxlayın, yeməyinizə diqqət yetirin (köp verən qida məhsullarını qəbul etməyin), idman və istirahət edin. Lakin bütün bunlara ramən tənəffüsün çətinliyi, beldə və ayaqlarda ağırlıq hissi Sizi tərk etməyə də bilər. Möhkəm olun!

Hamiləlik dövrləri (20-31 həftələr)

GƏLƏCƏK UŞAQ
Döl, doğuşa və uşaqlıqdan kənar həyata hazırlıq işləri ilə məşğuldur. O, artıq bədən temperaturunu nisbətən tənzim etməyi öyrənmişdir. Onun orqanizmində qirmızı qan kürəciklərinin yaranması üçün tam məhsuliyyəti qırmızı sümük iliyi daşıyır. Gün ərzində körpə dölyanı sulara yarım-litrə yaxın sidik ifraz edir!
Dölün hərəkətləri bir qədər başqa xarakter daşıyır. Vəhşicəsinə yuvarlanmalar artıq diz və dirsəklə edilən təkanlarla əvəz olunmuşdur. Bu qanunauyğundur , beləki, döl artıq kifayət qədər böyükdur və bu küçə ona dar gəlir. Bu hərəkətləri saymaqla, körpənin vəziyyətinə nəzarət etməyə çalışın.
Dölün çəkisi  təxminən 1150 qramdır.
Siz artıq körpənin yatma və oyanma vaxtını təyin edə bilərsiniz.
Otuzuncu həftə.
Qadın.
Qamətinizin düzgünlüyünə diqqət verin. Bu, diskomfortu azaltmaq üçün hələ də vacibdir. Indi Sizin bədəninizin ağırlıq mərkəzi yerini dəyişir.
Əhvalınızın və energetik vəziyyətinizin saxlanmasında fiziki məşğələlər də böyük rol oynayır. Bu məşğələlr, həmçinin, doğuşa hazırlaşmaqda da kömək edə bilər. Lakin həddinizi aşmayın. Əgər hamiləlikdən əvvəlki yaşamınız fiziki məşğələlər cəhətdən zəngin olmayıbsa, xüsusilə diqqətli olmalısınız. Piyada yürüş və üzmə ən optimal fiziki yük olmalıdır. Bu yürüşlər çox uzun məsafəli və sürətli olmamalıdır. Müxtəlif növ dartınmalar da xeyrli ola bilər. Bunlar xoşagəlməz hissləri azaldır.
GƏLƏCƏK UŞAQ

Körpənin onu əhatə edən məkan haqqında ətraflə məlumatı var. Bizə elə gəlir ki. uşaqlıq qaranlıq bir yerdir, həqiqətdə isə bu belə deyil. Hamilə qadinin yerləşdiyi məkanın işıqlanmasından asılı olaraq, uşaqlığın işıqlanması da dəyişir. Yəni, körpə işıq və qaranlıq anlayışları ilə tanışdır.
Siz artıq körpənin yatma və oyanma vaxtını təyin edə bilərsiniz. Bəzi analara elə gəlir ki, onlar aktiv işlə məşğul olduqda, körpə yatır və əksinə, ananın yuxusu gələndə körpə ən aktiv vəziyyətdə olur. Lakin bu o demək deyil ki, uşağın yuxusu qaçıb.
Əgər özünüzdə Brekston  Xiks yığılmaları hiss edirsinizsə (bu barədə əvvəl deyilmişdi), onları Analıq Məktəbində əldə etdiyiniz vərdişləri (doğuş üçün psixo-profilaktik hazırlıq) möhkəmləndirmək üçün istifadə edin. Sizin bədəniniz aktiv olaraq, doğuşa hazırlaşır. Döl uşaqlıq yığılmalarını hiss edir. Lakin bunlar körpəyə ziyan etmir.
Körpəniz təqribən 1400 qramdır. Uzunluğu  37,5 sm-dir.
Döl özünə get-gedə daha çox yer tələb edir... uşaqlıq digər orqanları həmişəki yerindən edir.
Otuz birinci həftə.
Qadın.

Qarnınız böyüməkdə davam edir. Döş qəfəsində və çanaqda xoşa gəlməz hisslər Sizi narahat edir. Bu təbiidir. Böyüməkdə olan döl get-gedə daha böyük ərazi tələb edir. Bəzi qadınlarda bu dövrdə dayanıqlı mədə qıcqırması yaranır (əvvəllər də bəzən mədə qıcqırması ola bilərdi). Bunun səbəbbi də eynidir  böyüməkdə olan uşaqlıq digər orqanlarıın yerini dəyişdirir, mədənin işini çətinləşdirir. Çalışın tez-tez və az-az yemək qəbul edəsiniz. Yeməkdən sonra yarı-oturaq vəziyyət alsanız, bu da mədə qıcqırmasının qarşısını almaqda yardım edə bilər.
Tez-tez rast gəlinən şikayştlərdən biri də bel nahiyyəsində ağrıdır. Bu ağrılar müxtəlif dövrlərdə yarana bilər. Bəzən isə doğuşdan bir neçə ay sonra da ola bilər. Bu ağrı hissini azaltmaq üçün qamətinizi düz saxlayın. Həyat yoldaşınız yadda saxlamalıdır ki, onun gündəlik vəzifələrindən biri də Sizin belinizi sığallamaqdır. Qadın orqanizmi xüsusi hormon  relaksin ifraz edir. Bu hormoh canaq sümükləri bitişmələrini daha yumuşaq edir, bu isə öz növbəsində, çanaq halqasına dartılmaqabiliyyəti verir. Əgər körpə dünyaya gələn kimi danışa bilsəydi məhz bunun üçün Sizə öz təşəkkürünü bildirərdi. Ananın çanaq halqası nə qədər yumşaq və hərəkətli olsa, körpə doğuş zamanı bir o qədər az əziyyət çəkər. Hamilə qadın üçün isə relaksin hormonunun ifrazı daha bir xoşagəlməz haldır, çünki bunun nəticəsində onun yerişi ördək yerişini xatırladır. Narahat olmayın  hamiləlikdən sonra bu da keçib, gedəcək.
Bəzi qadınlar hamiləliyin bu fazasında da kəskin narahatlıqlar hiss etməyəcəklər. Bu o demək deyil ki, Sizin orqanizminiz doğuşa hazırlaşmır. Sadəcə olaraq, hər bir qadının hamiləliyi keçirmə qabiliyyəti onun fərdi keyfiyyətlərindən  ağrıya dözümlülük, fiziki inkişaf və s. asılıdır. Əgər Siz bu sinifə aidsinizsə, Sizə ancaq paxıllıq etmək olar!
GƏLƏCƏK UŞAQ
Piyada yürüşlərdən sonra, hətta sakitlik halında yaranan təngnəfəslik sizi narahat etməməlidir. Plasenta körpəni qorumaq üçün əlindən gələni əsir gəmir.
Bu vaxt dölün bəbəkləri yetişmiş insanlarda olduğu kimi işığa və qaranlığa reaksiya verir. Dəri altında ağ piy toxuması toplanır, odur ki, dəri çəhrayı rəng almağa başlayır (əvvəlllər qırmızı idi). Dırnaqları barmaqların (demək olar ki) ucuna çatır.
Dölün çəkisi 1500 qrama yaxındır.

Səslərin sayı: 20
0
58977
loading...
Şərhlər
Son şərhlər
  • Ballı, darçınlı alma cipsi (foto-resept)

    Bunu yemişəm yaxşı olur. Darçınlı lap əladı
  • 13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB

    Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı
  • 14:55 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (352)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/856669160354557857 http://vk.com/topic-904332_40125390 http://vk.com/topic-904017_43524955 http://vk.com/topic-904173_40732918 http://vk.com/topic-904310_40755561 http://www.pinterest.ru/pin/583990276665226167 http://vk.com/topic-904173_40725276 http://www.pinterest.ru/pin/780811654129717837 http://www.pinterest.ru/pin/765189792923061220 http://vk.com/topic-904174_39901772 http://vk.com/topic-904173_40731020 http://www.pinterest.ru/pin/606367537314071282 http://vk.com/topic-904252_40131971 http://www.pinterest.ru/pin/769341548830047296 http://vk.com/topic-904332_40136576 http://vk.com/topic-904168_40537910 http://vk.com/topic-904141_39884207 http://www.pinterest.ru/pin/674343744189981060 http://vk.com/topic-904173_40725759 http://vk.com/topic-904334_39902477 http://vk.com/topic-904263_40725563 http://www.pinterest.ru/pin/859272803887633188 http://vk.com/topic-904039_40160667 http://vk.com/topic-904310_40741350 http://vk.com/topic-904431_39876790 http://www.pinterest.ru/pin/738097826415140543 http://www.pinterest.ru/pin/608478599639615970 http://vk.com/topic-904173_40722181 http://vk.com/topic-904218_40532261 http://vk.com/topic-904111_39884461 http://vk.com/topic-904197_43515699 http://vk.com/topic-904218_40535717 http://www.pinterest.ru/pin/765189792923066809 http://vk.com/topic-904334_39901207 http://vk.com/topic-904237_43509642 http://www.pinterest.ru/pin/775463629573121242 http://vk.com/topic-904334_39902308 http://www.pinterest.ru/pin/831969731147491291 http://www.pinterest.ru/pin/576671927270870651 http://vk.com/topic-904141_39884758 http://vk.com/topic-904482_40125488 http://vk.com/topic-904431_39880270 http://vk.com/topic-904332_40138242 http://vk.com/topic-904332_40136916 http://vk.com/topic-904173_40728473 http://www.pinterest.ru/pin/766104586597283780 http://www.pinterest.ru/pin/672373419351673177 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://agrotnk.kz/contacts/ http://rockby.net/profile.php?mode=viewprofile&u=151929
  • 9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır

    Əslində yaxşı deyil ki. uşaq uşaqlığını yaşaya bilmir
  • 2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

    İle 180 milyonu necə qazanır axı
  • 13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB

    Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı
  • 9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır

    Hollandiyanın Eyndhoven Texnik Universitetində təhsil alan 9 yaşlı Simons artıq məzun olmağa hazırlaşır
  • Məşhur model körpəsinin cinsiyyətini açıqladı

    Ana olmağa hazırlaşan kök model Eşli Qraham övladının cinsiyyətini açıqlayıb.
  • Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO

    Hazırda "Hakan Muhafız" serialında rol alan türkiyəli aktyor Çağatay Ulusoyun son görüntüsü pərəstişkarlarını məyus edib.
  • 2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

    Qadin.Net axşam.az-a istinadən məlumatına görə, 2019-ci ildə sərvətinə sərvət qatan sənətçilər siyahısına 185 milyon dollar gəlirlə Teylor Svift liderlik edib.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!