Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

Sada

    Mən evdə tək qalanda qorxuram. Evdə tək idim, gecə saat 11 idi. Televizora baxırdım. Evimiz 1-ci mərtəbədir. Amma hündürdür. Yaşadığımız evin də əvvəlki sahibəsi rəhmətə gedib. Nə isə, mənə hərdən elə gəlir ki, o arvadin ruhu  gəzir otaqları (belə şeylərə heç inanan deyiləm əslində). Birdən hiss etdim ki, kimsə dəhlizdən keçdi. Düzü, ətim ürpəşdi, durdum əlimə də meyvə yediyim bıçağı  aldım. Balkondan dəhlizə keçdim. Yataq otağının qapısını elə bil kimsə çırpdı, lap qorxdum. Dedim yəqin oğrulardır. Bilirlər ki, yoldaşım evdə yoxdur, evə giriblər. Yavaşca otağa keçdim. Heç kim yox idi. Qorxudan ayaqlarım əsirdi. Otaqda kamodun yanında yer var,  orda gizləndim. Yenə səs yoxdur! 15 dəqiqə gözlədim,  sonra dedim ki, nə olar olar! Heç kimə də zəng etmirəm! Birdən həmin kölgə qaça- qaça balkona,  ordan da elə bil həyətə keçdi!. Qaynanam dedi ki, guya arvadın ruhu olub, amma mən inanmıram belə şeylərə.  Yəqin məndə psixolojiymiş.

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

ღஐღ A....N ღஐღ  

    Bir vaxtlar yanımda dindən danışanda mənim üçün heç bir şey ifadə etmirdi. Həmişə Allahın buyurduqlarını etmişəm. Yalandan, pis işlərdən uzaq olmuşam. Normal bir insan olmuşam əvvəl də, indi də. Amma ibadət mənə həmişə çətin görünüb. Daha doğrusu heç fikirləşməmişəm. Oruc tutmuşam, amma namaz qılmaq mənə hələ də çatmırdı. Bir müddət keçdi... 2 il bundan öncə yuxumda gördüm ki, bütün yaxınlarım, hamımız bir yerdəyik, anidən göyün üzü sapsarı oldu. Hamı çaşdı. Bir onu eşirdim ki, dünyanın sonudur. O an bir onu dedim ki, bəs mən namaz qılacaqdım?!. Çox qorxmuşdum, neçə gün özümə gələ bilmədim. Hər dəfə deyirdim ki, namaz qılacam. Amma alınmırdı. Bir neçə gündən sonra yenə yuxu gördüm. Bu dəfə Kəbə ziyarətində olduğumu gördüm, tək deyildim, yanımda əmim qızı da var idi. Onunla sakitcə orda gəzirdik. Anidən qız yoxa çıxdı və tək qaldım. Qarşımda böyük bir qara mərmər peyda oldu. Çox böyük bir daş idi. Ətrafımdan "şeytana daş at!"  deyirdilər. Nə qədər cəhd etsəmdə alınmırdı. Amma bilmirəm kimins təkidlə “cəhd elə” dediyi hələ də yadımdadır. Nəhayət ki, daşı atmağı bacardım. Yuxudan elə qorxaraq ayılmışdım ki, artıq gecələr yata bilmirdim.
     Bu olanları evdəkilər dini biliyi olan adama danışdılar, özüm maraqlandım və mənə namaz qılmağı məsləhət bildilər. Öyrəndim. Mənə namazı yuxumda gördüyüm əmim qizi öyrətdi. Təsadüfə bax... Ramazan ayının ilk günündən başladım. Artıq 2 ildir ki, namaz qılıram. Namaz mənə hədsiz qorxumun nəticəsində nəsib oldu.

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

     Bir vaxtlar namaz adı gələndə qaçan mən, bu gün onun mənə qismət olduğu üçün çırpınan bir insanam. İndi ürəyim elə rahatdır ki, inanılmaz dərəcədə... İndi keçmişi düşünürəm və Allaha çox şükür edirəm ki, mənə namaz qılmağı qismət etdi. Hardan hara gəldim. Tanrım mənə hər zaman sınaq verir və bunun sonunda mənim qazancım müsbət olur. İnamım, imanım artır. İndi insan fikirləşir ki, insana bu gücü, bütün bu gözəllikləri bəxş edən Rəbbinə həmişə şükür etməlidir. Allahıma şükürlər olsun!

Qadin.Netlilərin qorxu dolu anları (III hissə) 

Pərvanə  

     Bir çoxları kimi mənim də həyatım çox rəngarəng olub. Allaha şükürlər olsun ki, yaşayışımız həmişə yaxşı olub. Amma buna baxmayaraq neyləmək olar, həyat çox qəribədir, yolları enişli-yoxuşludur. Sevincli günlərimizlə yanaşı xatırlamaq belə istəmədiyimiz günlərimiz də var. Mən də heç vaxt unutmayacağım 3 pis hadisə yaşamışam. Birincisi: 11-ci sinifdə oxuyurdum (1996 may). Sinif yoldaşlarımdan biri çox sakit, mədəni, ailələrinin böyük oğlu və göz bəbəkləri idi. Atasi o uşaq olanda rəhmətə getmişdi. Bir gün məktəbimizin stadionunun yanında qalmışdıq qızlarla. Stadionun hasarı çöldən alçaq, içəri tərəfdən isə hündür idi. Biz çöldə qalmışdıq, sən demə içəri tərəfdə də düz bizimlə bərabər 2-3 sinif oğlanlarımızdan oturubmuş. Onları görəndə əyildik baxmağa, əlimi qoydum hasarın üstünə. Elə bu an yekə bir daş hasardan qopdu və az qala düşürdü aşağı. Bir anlıq şoka düşdüm daşı necə saxladığımı indi də xatırlamıram. Əgər daş mənim əlimdən buraxılsaydı, düz həmin oğlanın başına düşəcəkdi. Bilmədim Allah kimin üzünə baxıb o hadisəni döndərdi. Bu günə qədər də həmin hadisə yadıma düşəndə damarımda qanım donur. İkinci unutmadığım hadisə böyük oğlum Əlinin uşaq arabasından düşməsidir: uşaq 3 aylıq idi (2000 avqust). Axşam ona kostyum geyindirib xeyli oynatdıq. Eləcə yuxuya getdi. Mən də ki naşı ana. Əlini ehtiyatla qoydum arabaya. Qıyıb paltarını dəyişmədim ki, gör nə gözəl yatıb, dedim: "bir azdan oyanar dəyişəcəm". Özüm də yatdım. Tərslikdən daş kimi yatmışdıq. Bir də gecəyarı oyandım ki, uşaq yoxdur, düşüb yerə. Şalvarını isladıb, üst-başı su içində. Soyuqdan ya nədən bilmirəm yazıq uşaq qup-quru quruyub göyərmişdi. İnanın ki, havalanmışdım. Tez körpənin əynini dəyişib, basdım bağrıma nəfəsimlə onu qızdırırdım. Şükürlər olsun ki, 10-15 dəqiqəyə uşaq özünə gəldi. Biz nə gündəydik onu bir Allah bilir. Sonra başladım ağla ki, ağlayasan. Üçüncü isə kiçik oğlum Əlvanın qucağımdan düşməsidir: uşaq qucağımdan betonun üstünə necə düşdüsə (o guppultu hələ də qulağımdadı) nəfəsi getdi, rəngi göyərdi və başladı boğulmağa. Qaynanamla ikimiz idik. Uşağın dilini tutub saxlamaq istəyirdim amma bacarmırdım. Nəhayət Allah yardımçım oldu, körpəm özünə gəldi. Elə bilirdim dilini buraxsam öz əlimlə uşağımı itirəcəm. Yazıq balamın ağzı al-qan içindəydi, dırnaqlarım onun dilin yaralamışdı. Nə isə, çox çətindir, çox. Allah heç bir anaya balasının pis gününü göstərməsin.  Amin!

 

Margo  

     Xaricdə gimnaziyada oxuyurdum. Bildiyimiz kimi,  bir çox gimnaziyalar yatılı olur. Ancaq mənim valideyinlərim "Xam ölkə" olduğu üçün, məni orda qalmağa qoymurdular. Bir gün, yalvar-yaxar, axır ki, 1 günlük icazələrini aldım. Gecə rəfiqələrimin otağında qaldım və hər şey də elə bundan sonra başladı. Gecəni bizi yuxu tutmadı ki, tutmadı. Qaldıq neyləyək. Rəfiqələrimdən biri ruh çağırma fikrini ortaya atdı. Bu fikir məndən başqa hamının marağına səbəb olduğu üçün oyun başlandı. Onları bu fikirdən döndərməyə çalışsam da, heç nə alınmadı. Qorxumdan yatağıma girib, gizlincə yorğanın altından olanları seyr etməyə başladım. Hamı gözlərini yumub, öz- özlərinə nəsə təkrarlamağa çalışırdılar. İndiyə qədər, yorğanın altında qorxudan necə tir-tir əsməyimi heç unutmuram. Axı mən bu yerin adamı deyiləm? Neynirəm mən burda? Bir az keçmədi ki, otağda sərin meh əsdi. Dedim qış ayıdı, yəqin pəncərələrin altından yel vurur. Daha sonra meh yazı stolunu üstündəki kitabın vərəqlərini elə tərpətməyə başladı ki, mən yerimdən dik atıldım. Qızlar mənə gülməyə başladılar. Elə bu zaman qapı döyüldü və bir anda işıqlar söndü. Nə olduğunu anlamadan var gücümüzlə bağırmağa başladıq. Mənə elə gəlirdi ki, az qala ürəyim dayanacaq. Həyatımın ən çətin anını məhz o 15 dəqiqədə yaşadım. Artıq ağlayıb-çağırmaqdan yorulub, göz yaşımız quruyub, səsimiz isə batmışdı. Birdən qapının axasından xadiməmizin səsi gəldi. Yavaş-yavaş, bir- birimizin əlindən tutaraq qapıya yaxınlaşdıq. Qapını açıb dərhal arxaya keçdik. Bəli bu həqiqətən də gecə növbəsinə qalan xadiməçi Tanya xala idi. Sən demə yazıq qadın, bizim otağa gəlirmiş ki, işıqların sönəcəyini xəbər versin. Qapını döyər-döyməz işıqlar sönüncə, qışqırığımızı eşidəndə qapını bərk döyüb ki, eşidə bilək. O an qarşımda duran qadını öpüb qucaqlamaq, qızları isə  döymək istədim. Həqiqətən çox qorxmuşdum. İndi də bilirəm ki, həmin hadisə bir daha təkrarlansaydı belə, mən yenə də həmin hissləri keçirərdim.

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

Elnarə

     Başıma gələn ən qorxunc hadisə atamın vəfatı oldu. O gün- atamın gözlərinin bağlandığı  gün dünya başıma yıxılmışdı. Amma indi ondan da qorxunc hadisəni hər an, hər saniyə yaşayıram. Həyatda olan yaxınlarımı da bir gün atam kimi itirəcəyim qorxusu. Hər gün namaz üstdə dualar oxuyuram. Ölüm haqqdır. Gec-tez hamının qapısını döyəcək. Allahdan ən böyük istəyim- Allah cavan ölümü, vaxtsız ölümü sevdiklərimizdən uzaq eləsin!

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

Nəzrin

  Şükür olsun ki, başıma çox da qorxulu bir şey gəlməyib. Mən  metroya minəndə çox qorxuram. Bəlkə 1 ay olar bu hadisə oldu. Mən metroya minəndə adam çox idi. İstədim ki, mən də minim. Gördüm sıxılıram, baxdım ki, metronun qapıları arasında qalmışam. Hamı da mənə baxır, elə pis pərt oldum, qıpqırmızı qızardım. Oğlanlar sağ olsun, kömək etdilər. O gündən sonra metroya minəndə əllərim əsir, qızarıram. Əvvəl də maşın yolunu keçməkdən qorxurdum. Bu nəqliyyat vasitələri mənim axırıma çixacaq  winked

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

INCI_ELIYEVA

    Mən ən çox ildırımdan qorxuram. İldırım çaxanda beynim qopur yerindən, həddindən artıq çox qorxuram. Bəzilərinə gülməli gələ bilər,  amma bu mənim üçün  fobiyadır. İndi başıma gələn  əhvalatımı danışım sizə. Bir gün gecə yatmışdıq, birdən ildırım çaxdı, özümə yer tapa bilmirdim, qorxudan əsirdim. Mənim də  yadımda bir şey qalıb ki,  ildırım dəmirə gəlir.Barmağımda üzük  var idi, tez çıxardıb tulladım evin ortasına. Səhər anam durub üzüyü evin ortasından tapıb, məndən soruşur ki, bu burda neyniyir? Mən də gece olanları danşıdım. Onlara gülməli gəldi, amma o gecə şokda idim. Allahdan bir arzum var ki, qoy hamımızın ürəyində Allah qorxusu olsun, imanımız artsın, əsas budur.

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

Rəna

     Mən insandan başqa her şeydən qorxuram. Heyvanlardan daha çox qorxuram,  fərqi yoxdur hansı heyvan olur olsun, qarışqadan tutmuş filə qədər. Sizə başıma gələn bir əhvalatı danışmaq istəyirəm. Ümumiyyətlə, yay aylarından xoşum gəlmir. Yay gələndə mənim  psixologiyam pozulur, çünki yayda heyvanlar çox olur. Bir gün gecə idi, təzə uzanmışdım ki, yuxuya gedim, bir də gördüm otaqdan may böcəyinin səsi gəlir. Yorğanı çəkdim başıma, bir az gözlədim gördüm yox səs nəsə yaxından gəlir, daha da dəli oldum, qışqırdım.  Bacım oyandı, amma mənə kömək etmədən üstümə acıqlanıb yatdı. O, belə şeylərdən qorxmur. Mən artıq  qorxudan dəli olmağa başlayırdım, gecəni  ağlayaraq keçirmişdim, yorğanı da başıma çəkmişdim. Beləcə səhəri gözlədim, sonra düz bir ay bacımla danışmadım. Deməli, may böcəyi mənim  ən çox qorxduğum həşəratdır.

Gümüş

   Yaşadığım ən qorxulu hadisələrdən biri  mən uşaq olanda, təxminən 8 yaşımda olub. Bir gün qardaşım, bacım və mən tonqalın ətrafında oturmuşduq. Tonqalın alovu getdikcə sönürdü, qardaşım butulkadakı benzini alova atanda mənim başıma və kürəyimə töküldü. Başım, kürəyim od tutub yanmağa başladı.  Mən həyətimizdə o tərəf-bu tərəfə qaçırdım, birdən anam məni gördü və alovu söndürdü. Əynimdə tülə bənzər paltar vardı,  paltar kürəyimə yapışmışdı. Anam tez məni həkimə çatdırdı. İndi 25 yaşım var, 2 uşaq anasıyam, amma hələ də alovdan qorxuram, dünənki kimi yadımdadır o hadisə. O, yanığın izi hələ də kürəyimdə qalıb. Alov ürəyimdə qorxu, kürəyimdə iz qoyub.

Qadin.Netlilərin qorxu dolu anları (III hissə)

Mədinə Nəsirova

     Mənim həyatımda bir çox qorxulu hadisələr olub, amma ən qorxduğum hadisə 2010-cu ildə olub. Bir çox səbəblər üzrə uşağımı keyseriyyə əməliyyatı ilə dünyaya gətirməli oldum. Ürəyimdə problem olduğuna görə, əməliyyatın çətin keçəcəyini söyləmişdilər. Əməliyyata girməmişən əvvəl, yoldaşıma vəsiyyət də etmişdim. Anamgil ağlaşma qurmuşdular (onsuz da anam birini üzülən görsə fərq etməz kimdi, oturub ağlayır). Lazım olan alətləri qoşub mənə narkoz verdilər, 4-ə qədər sayanda artıq özümdən getmişdim. Özümü ağ xalatda, ağ  uzun işıqlı yolda dua edə-edə getdiyimi gördüm. Deyirdim: "Rəbbim, mənimlə bərabər  kim əməliyyat olursa, hamısına kömək ol". Bir də maraqlı odur ki, çərəkə duaları oxuduğum kitabdan əzbər bilmədiyim duaları oxuyurdum. Bunu ayılandan sonra həkimlər də təsdiqləmişdi. Ayılanda başımın üzərində fırlanan ağ xalatlı həkimləri gördüm, qızımı soruşdum. Dedilər "yaxşıdır, narahat olma!" dedim: "bəs niyə ağlamır, səsi gəlmir?" Sən demə uşaq az qala boğulurmuş, rəngi də yamyaşıl. Həkimlərin müdaxiləsindən sonra uşaq özünə gəlib, ağlayıb. Məni apardılar reanimasiya otağına. Otaqda 4 qız var idi, 5-miz də ağrıdan zarıldayırdıq. Axşamtərəfi uşaqlarımızı  gətirdilər göstərməyə. Hələ yerimizdən tərpənməyə, uşaq götürməyə qoymurdular, ona görə uşağımıza tibb bacılarının qucağında baxdıq. Mənim balam çox arıq, balaca, çəlimsiz idi. Uşağın burnu əyri,  yanağına bitişmiş formada doğulmuşdu. Çox narahat oldum, qorxdum, dərhal həkimimi çağırtdırdım. Dedi: "uşaq ana bətnində üzüqoylu çox qalıb, ona görə belə olub". Məni sakitləşdirdi, sən demə aşağıda uşağı göstərəndə qaynanamgil də görübmüş, deyiblər ki, uşağı götürəndə zədələmisiniz. Səhər cərrah çağırmalı olduq. Səhərə qədər həm ağrıdan, həm də balamın fikrindən yata bilmirdim, elə hey dua edirdim. Səhər cərrah gəldi,  yoxladı, dedi: "narahat olmayın, heç bir sınıq yoxdur. Hər gün uşağın burnunu xəfifcə sola doğru masaj edin, düzələcək". Ürəyim sakitləşmişdi. Xəstəxanada hamı uşağıma görə məni tanıyırdı, deyirdilər: “Əyriburun uşağın anası sənsən?” Çox pis olurdum. Uşağıma gedib baxanda ağlayırdım, amma balamın o qədər mənalı, gözəl gözləri (gecə mavisi get –gedə açıldı, dəniz mavisi oldu) var idi ki, sanki mənə deyirdi: "anacan ağlama, hər şey yaxşı olacaq. Bir az keçsin, gör mən necə gözəl qız olacam". Həqiqətən də  elə oldu, tədricən balamın burnu düzəldi, gözəl, şipşirin qız oldu. İndi şükür Rəbbimə  3 yaşındadır. Bu mənim qorxduğum, üzüldüyüm anlarım idi. Amma onu da deyim ki, orada o qədər analar var idi ki,  övladının həyatda qalıb- qalmayacağından qorxurdular. Bəlkə də  mən düzgün etməmişəm. Uşağımın o halına da şükr etməliydim,  amma nə edim? Özümdən asılı olmadı, "ana ürəyi" ifadəsi bu imiş demək. Rəbbim hamıya sağlam övlad nəsib etsin. Amin!

Səslərin sayı: 5
40
5186
loading...
Şərhlər
Offline
Rzayeva Guler
Mende qorxumusam evde tek idim
10 sentyabr 2013 19:27
Offline
Melek
ama ele heyvanlar varki insanlardan (bezilerinden) yaxwidr/ hec olmaya arxadan vurmurlar/ may boceyinden indide qorxursan?

cox duzdu bacim give_ros
xebere gore cox sag olun,maraqli alinib xowuma geldi
20 iyul 2013 13:15
Offline
rustemova nurane
mende namaz qilmaq isteyirem ama her zaman mene nese mane olur
19 iyul 2013 23:03
Offline
toma676
mene ele gelirki meni hecne qorxuda bilmez.........

allah qorxusundan basqa hecbir sey meni qorxudamaz
15 iyul 2013 20:08
Offline
Sema,Refiyeva
Men qaranliqdan cox qorxuram,bawqa elede boyuk 1qorxularim yoxdu ruh cagirmaq cox boyuk riskidi bele 1wey varki harda ruh cagirdizsa tek 1 ruh yox 3-4 dene ruh geler ve cagirilan yere musallat olar bu geleneler hemcinin pis ruhlar olar,ruh deyirem ama eslinde ruhlar hecvaxt gelmezler cinler geler,ruhlar astral seyahet ede bilmezler
11 iyul 2013 14:31
Offline
H_Meleyi
dash MENDE QURBAGADİ
10 iyul 2013 14:28
Offline
teleaparici
ALLAH QORXUSU UREYIMIZDEN EKSIK OLMASIN girl_ang .DIGERLERINE QALAN YERDE ALLAH HAMINIZA SEBR VERSIN.MENDE ITLERDEN COX QORXURAM.TERSLIKDENDE COX QOHUMUMUZUN EVINDE IT VAR. girl_cray
10 iyul 2013 12:32
Offline
Aysel İ.
Amin.Mənim həyatımda cavan ölümlər olub,insanı necə yandırdığını bilirəm.Ona görə də gecə-gündüz dua edirəm ki,Allah o acıları birdə yaşatmasın.Allah heç bir anaya övlad,heç bir bacıya qardaş dərdi verməsin,heç bir qadına və kişiyə də tək ailə başçısı olmağı qismət etməsin. Amin.

Amin.Amin.Amin.
10 iyul 2013 11:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ToRmEnTo
Elnare
Allahdan ən böyük istəyim- Allah cavan ölümü, vaxtsız ölümü sevdiklərimizdən uzaq eləsin!

Amin.Mənim həyatımda cavan ölümlər olub,insanı necə yandırdığını bilirəm.Ona görə də gecə-gündüz dua edirəm ki,Allah o acıları birdə yaşatmasın.Allah heç bir anaya övlad,heç bir bacıya qardaş dərdi verməsin,heç bir qadına və kişiyə də tək ailə başçısı olmağı qismət etməsin. Amin.
9 iyul 2013 23:58
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Sevil Abbasova
sadaninki dehsetdiiii
9 iyul 2013 23:38
Offline
Angel
Hamısının yazdığlarını oxudum o qorxuların hamısı mende var esasende Sada xanımın yazdıqları.
9 iyul 2013 20:26
Offline
Aliya_Edd
Qorxan gözə çöp düşər!Qorxularınıza elə sinə gəlin ki,onlar sizə yaxın durmaqdan qorxsunlar wink
9 iyul 2013 19:24
Offline
AY İŞIĞI
Qizlar haminizin yazdiqlarini oxudum inaninki o qorxularin hamisi mende var
9 iyul 2013 19:18
Offline
Aminim
Allah her birinizə o anları yaşatmasın
9 iyul 2013 17:44
imza: qadin.net
Offline
alisa1971
Ay qızlar, hamınızın qorxu dolu anlarını oxudum, sanki, hərənizlə ayrı-ayrılıqda mən də yaşadım bu anları.O ruh məsələsini oxuyanda lap halım xarab oldu. Deyim ki, ildırımdan mən də yaman qorxuram, hamınızın Allah köməyiniz olsun. Bundan sonra Allah sizə qorxu dolu anlar nəsib etməsin. Bu nə mövzudur, ya ürəyim indi duracaq.
9 iyul 2013 17:22
Offline
PƏRVANƏ ƏLİYEVA......
ღஐღ A....N ღஐღ Gozel bacim Allah namazioni qebul etsin give_ros

Pərvanə Can bacim Allah uzune baxib.Cox shukur ki her shey yaxshi qurtarib, give_ros

Elnarə Canim bacim Allah Atana rehmet etsin.Qebri nurla dolsun.

INCI_ELIYEVA Bacim bizim evde hami senin kimi ildirimnan qorxur..Allah komeyin olsun.
Gümüş Allah komeyin olsun bacim..Allah butun qorxulari ureyinnen cixarsin.

Mədinə Nəsirova Canim bacim Allah balani qorusun.Heyatdi.Her birimizin bashina gele bilerdi,Allah derdden beladan uzaq etsin.

Gilarem canim xeberine gore sene teshakkuur edirem.Cox gozel xeber hazirlamisan hemishaki kini. give_ros
9 iyul 2013 16:57
Offline
Dərya
Hər dəfə deyirdim ki, namaz qılacam. Amma alınmırdı.
Eyni menim kimi recourse
9 iyul 2013 16:34
Offline
Nigar
burda elnarenin qorxusu meni kovreltdi cunki mende her zaman o hissleri yawayiram cox sagol gulare xebere gore Allah butun qorxulari cumlemizden uzaq etsin amin
9 iyul 2013 15:58
imza: Allahın cümləmizə yar olsun amin
Offline
sebnem
men en cox sevdiklerimi itirmekden qorxuram.evveller Allaha yalvarirdimki ana atamin olumunu gormeyim men tez olum.sonra 2 cavan insani itirdim,qrup yoldasim ve sinif yoldasim,yasinda oldum ana,atasinin feryadini gordum,etdiyim duanin ana atanin goreceyi en agir hadise oldugunu basa dusdum,mende anayam ovladima nese olsa olerem.olum haqqdir duzdu amma Allah vaxtsiz olum vermesin,Allahima dua ediremki sevdiklerimizi bizden zamansiz ayirmasin.sevdiklerimi itirmekden yaman qorxuram
9 iyul 2013 15:43
Offline
Seli
Kas bu xeberi oxumazdım, daha dogrusu Sadanın yazdıgını. Bunu oxuyub hamama girdim, yadıma dusdu ele o andada isti gelen su qfilden soyuq geldi. Bu bizde ilk defe deyil, amma yaman qorxdum. Müellif incimesin, İnsallah xeber efirden tez goturuler, yoxsa her girende deli oluram..
9 iyul 2013 14:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )