Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Bir qadının taleyindən sətirlər (7-ci hissə)

 

 Gecəni gec yatmışdı.Səhər açılmış,qaynanası onu oyatmadan Farizi yola salmışdı.Belə günlərdə Hicran balaca oğlunun yanına uzanıb yatardı.Onun körpə qoxusundan,mışıl-mışıl yatışından canına bir rahatlıq gələrdi.Gözlərini açdı,saata baxdı.Gec idi.Saat on idi artıq.Tələsik yerindən durmaq istədi,bu gün bazar günü olduğunu və axşamkı əhvalatı  xatırladı.  Yenidən uzandı.Əlini balasının saçlarına çəkdi.Ürəyi  sıxıldı,verdiyi qərar ona ağır gəldi.Balalarına yazığı gəldi.Axı o özü də anasız idi.Səlimə ona nə qədər qayğıkeş olsa da,o ,öz anasını arzulamşdı həmişə.İndi bu tifilləri necə anasız qoysun?Necə qıysın ciyərparalarına?Dərin bir ah çəkdi.Farizin ona etdikləri yenə də yadına düşdü.Gözləri yol çəkdi,fikrə getdi.

   Bir gün istixanaya bir kişiylə gəldi Fariz.İçəri keçdilər.Kişinin istixana bitkilərindən yaxşı başı çıxırdı deyəsən.Onlar içəridə xeyli söhbətləşdilər.Çıxanda Fariz kişini  yola salıb,anası ilə Hicranı səslədi.Onlar gəldilər.Farizin əlində bir bağlamada  bitkilər üçün gübrə vardı.Əlindəkini yerə qoyub,anasına tərəf döndü:

  -Ay ma,bu dərmanı hər vedrəyə bir qaşıq tökürsünüz,qarışdırırsınız.Hər pamidor ştilinin dibinə bir litr tökürsünüz.Başdan ayaga kimi.

Hicran bilirdi ki,belə dərmanlar çox zəhərli olur,onunla belə yaxından təmas insana çox zərərlidir.Lakin etiraz etmədən işə başladılar.Tez-tez  asqırmaga başladı.Burnu çox qıcıqlanırdı.Dodaqları belə acışırdı.Fariz o başa-bu başa gedir,Hicranın əsəbləşdiyini hiss edirdi.Hicran dözə bilməyib dedi:

             - Axı ,bu zəhrimarı çöldə həll edib ,şlanqla da suvarmaq olardı da,niyə bu qədər əziyyət verirsin bizə?Bir də ki,bəs bu insanlara zərər deyil,bunu niyə verirsən bu bitkilərə,yeyənlər yazıq deyil?

-Qorxma,heç kəsə heç nə olmaz!Əlində işini gör!

Hicran çox asqırır,gözləri sulanırdı.Dodaqaltı söylənirdi.

-Sənin nə vecinə,indi çıxıb gedəcəksən,Biz gör nə qədər burda iş görməliyik,məgər görmürsən,nə günə düşmüşük?

Zərnişan arvad da artıq şikayətlənirdi.Elə bu zaman Hicran kürəyinə dəyən zərbədən yerə sərildi.Ağrıdan nəfəsini belə çəkə bilmədi.Sanki ,öləcəkmiş kimi heç cür nəfəs ala bilmir,sanki boğulurdu.Onu Fariz  ayaqqabılı ayağı ilə,təpiklə vurmuşdu.Ona elə gəlirdi ki,Hicran yalandan asqırır,iş görmək istəmir.Lakin hava doğrudan da boğucu idi.Əslində, gəlib məsləhət verən adam bərk-bərk tapşırmışdı ki,gübrəni çöldəki çəndə həll etsinlər.Lakin Fariz bu uzun-uzadı işi görməyə hövsələ eləməmişdi.Çünki,onun gedəsi yeri var idi.

 

Bir qadının taleyindən sətirlər (7-ci hissə)

 

   Hicran ayağa durmaq istəyərkən Fariz yenə də onun yanına gəldi.Hicrana elə gəldi ki,Fariz onu yerdən qaldıracaq,lakin,Fariz ayağı ilə ona toxunub dedi:

  - Dur aaz,artistlik eləmə!

  Eşitdiyi söz Hicrana bayaq dəyən zərbədən də ağır gəldi.Qaynanasının köməy ilə ayağa qalxdı.Evə gəldi.Zərnişan arvad oğluna söylənsə də,gəlininə acıgı tutur,onu işini sakit görməməsində günahlandırırdı.

    Hicran gözündən axan yaşı silə bilmirdi,qolu aldığı zərbədən yuxarı qalxmırdı.Evə getdi.Uşaqlar yenə da anasını ağlar gördülər.Bir tərəfə çəkilib oturdular.Hicran isə  divarın dibində oturub ,divara söykəndi.Uşaqların görkəmi onu daha da sarsıtdı.Özündən zəhləsi getdi.Ağrıyan kürəyini sakit etmək istədi.Lakin ağrı dözülməzdi.Beləcə orada nə qədər ağladıgını bilmədi.

Hər dəfə belə şeyləri Səliməyə danışanda,Səlimə onu sakitləşdirər,daha pis ailələri misal gətirib dözməyi tövsiyə edərdi.Belə şeyləri bir dəfə də olsun Əhməd kişiyə deməzdilər.Onun edəcəklərndən qorxardılar.

     Bütün bunlar Farizin yolunu azması iləmi əlaqardar idi? Niyə bu qədər əzazil oldu Fariz,Hicran anlaya bilmirdi.İndi də belə bir məsələ çıxdı ortaya."Gör kimdən ötrü məni nə günə saldı bu?"-deyə düşünürdü.

Odur ki,indi Hicran artıq ata evinə getməyin yersiz oldugunu düşünür,bu  zülmə birdəfəlik son qoymaq istəyirdi.

  Azərlə,Asəf durmuşdular,Nahid də oyanıb anasının yanında uzanmışdı.Anasının pəjmürdə halı,uşağı  lap qorxudurdu.Hicran qalxıb yır-yıgış elədi.Övladlarına səhər yeməyi verdi.Hava xoş idi.Gün çıxmışdı.Ona görə də uşaqları həyətə çıxartdı.Özü isə ev işlərini görməyə başladı.Tələsirdi.Kiminsə gəlib ,onu fikrindən daşındıracağından narahat idi.Odur ki,dayanmadan bütün işləri qurtarıb,hər yeri səliqəyə salmaq istəyirdi.Bəzən  başı işə elə qarışırdı ki,fikrində tutduğunu  belə unudurdu.Nəhayət yeməyi bişirdi.Uşaqlar hələ yemək istəmirdi,başları oynamağa qarışmışdı.Hicran paltarını yığıb hamam otağına keçdi.Həmişə Heyran xalanın dediyi söz yadına düşdü:”Evini təmiz saxla,vaxtsız qonağın gələr.Özünü təmiz saxla,vaxtsız ölümün gələr.”

 Hamamlanıb çıxmışdı.Paltarlarını səliqə ilə geyinmiş,saçlarını  qurudub daramışdı.Uşaqları yanına çağırdı.Onları bir-bir öpüb oxşadı,üst başlarını qaydaya saldı.Onları yenidən həyətə yolladı.Özü isə evdəki dərmanların bir neçəsini götürüb otaga keçdi.Ürəyində xəfif bir çırpıntı,eyni zamanda buz kimi soyuq bir laqeydlik də vardı.Sanki ölümə meydan oxuyurdu.Divanda əyləşdi.Suyu və dərmanları yanına qoydu.Fikrə getdi:”Bu da son.Bu da arzuların bitdiyi yer.Məyər mən həyatımı beləmi təsəvvür edirdim?Məyər mən bunun üçünmü gecə-gündüz oxuyurdum.Niyə atama qulaq asmadım,İlahi?Niyə onun sözlərini eşitmədim?Nə bağladı gözümü?Sevgimi?Məhəbbətmi?Axı mən niyə tələsdim ailə qurmağa? Axı mən Farizdən ötrü dəli-divanə deyildim.Mənim nə yaşım vardı ki?Bəs mən niyə arzularımın dalınca getmədim?Axı mən həkim olacaqdım.Axı mən tamam başqa bir həyat yaşamalı idim.Bu taledirmi?Qismərdirmi?Bəs onda,niyə bu qədər arzularımın əksi oldu?Bəs onda niyə bu qədər acı,ədalətsiz oldu? Indi mən bu addımı atsam,bəs mənim balalarıma kim baxacaq?Kim onların nazını mənim kimi çəkə biləcək? Yox,bu fikrimdən məni kimsə döndərə bilməyəcək! Bu sondur artıq.Daha dözə bilmirəm,məni heç kim anlamır.”

 

Bir qadının taleyindən sətirlər (7-ci hissə)

 

   Hicran gözündən axan yaşları silib,dərmanları içməyə başladı.İki,üç,beş,on.Artıq sayı itirdi.Mədəsində bir ağırlıq hiss etdi.Başı gicəllənirdi sanki.Fərqinə varmadan içmişdi dərmanları.Dərmanın kağızlarını aparıb zibil vedrəsinə atdı. Gəlib divana uzandı.Yenə də keçmişləri xatırladı.Uşaqlıq illərinə döndü.Sən demə uşaq vaxtı dünyanın xoşbəxti imiş  Hicran.Qoca   babası onu gəzməyə aparar,dondurma alar,baba nəvə bir yerdə yeyər,sonra parkda gəzərdilər."Eh..Kaş o illər olaydı"-deyə düşündü.

   Hicran bərk yuxuya getmişdi.Lakin üzündən ağrı  içində olduğu görsənirdi.Uşaqlar evə gəlib bir neçə dəfə  onu səsləsələr də,Hicran eşitməmiş, yenidən həyətə çıxmışdılar.Onlar heç nə başa düşməsələr də,analarının heç vaxt belə bərk yatdığını görmədikləri üçün çaşıb qalmışdılar.

 Zərnişan qızıgildən qayıdanda həyətdəki sakitliyə çaşıb qaldı.Uşaqlar həyətdə oturmuş,Hicran isə görünmürdü.Azər nənəsini görüb yanına qaçdı:

-Nənə,anamı çağırırıq ,cavab vermir,yatır.

Onun yaraşıqlı ağ üzü heyrət içində idi.Qırmızı dodaqları bir cüt gilası xatırladırdı.

   Zərnişan təlaşla içəri keçdi.Gəlinini divanda uzanmış gördü.Əvvəl elə bildi yatıb,amma ona baxanda rənginin agappaq olduğunu görüb qorxdu.Tez yaxın gəldi.Əlini gəlininə tərəf uzadıb əlindən tutdu.Əli buz kimi idi,amma nəfəs alırdı.Hicran sanki üşüyürmüş kimi büzüşmüşdü.Zərnişan həyəcandan,qorxudan nə edəcəyini bilmədi.Ətrafda heç nə gözə dəymirdi.Həyətə qaçdı.Elə bu zaman Fariz də gəldi.Maşını küçədə saxlayıb həyətə girəndə anası ilə rastlaşdı.Zərnişan qıpqırmızı olmuşdu:

  - Razı qaldınmı tutdugun işdən?Get bax .Arvadın ölür.Sənə demişdim ki,bəsdi,yığışdır bu dava-şavanı.

  Bu sözü eşidən Fariz evə qaçdı,ona yaxınlaşdı.Əlini üzünə yaxınlaşdırdı.Buz kimi idi.Fariz onu yavaşca silkələyərək oyatmağa çalışdı.Bir neçə dəfə onu səsləsə də,cavab almadı.Qorxudan ürəyi bərk-bərk döyünməyə başladı.Bir an dayanmadan,maşına əyləşib həkim gətirməyə yollandı.


Ardı var...

Səslərin sayı: 13
116
5996
loading...
Şərhlər
Offline
Melahet
Men 8 bolumu haradan oxuya bilerem?
4 may 2015 21:06
Offline
Fidan
çox maraqlı idi cox sağolun
25 may 2013 00:49
Offline
pure love
baci cox maraql idi feel
25 may 2013 00:46
Offline
Gulxare
Çox maraqlı idi, kişinin özünə gücü çatmayanda zəiflərə təpik atar. Topuxları qırılsin onun.
23 yanvar 2013 00:52
Offline
♥Selena♥
Bu hissə mənim gözlədiyimdən daha təsirli idi. Oxuduqca ürəyim parcalandı. Allah bütün gəlinlərə səbr versin. Amin.
21 yanvar 2013 12:57
Offline
Meni Unutmayin
ardi hacan olacaq
11 yanvar 2013 16:13
Offline
gulay mehdizadee
baci cox maraqlidi,nolar bunu birdefelik yaz ureyim partladi feel Allah hec kimi neyese gore pewman etmesin.cox qorxulu heyatdi.bilmirsen ne edesen.yaziq Hicran Allah axirini xeyir etsin bari
10 yanvar 2013 10:51
Offline
MAYA EL
Günel xanım bu hissə çox təsirli idi göz yaşlarımı saxlaya bilmədim Allah bütün qadınlara səbr versin kişilərədə insaf
9 yanvar 2013 11:29
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ardini sebirsizlikle gozleyirik!
7 yanvar 2013 17:41
Offline
dombish.
men fikirleshdim ki artiq bu fikirinden yayindi crying
Ay Gunel xanim artiq kecen ilden bizi intizarda saxlamisiniz winked yazin gorek ne oldu. 4 gozle gozleyirem!
7 yanvar 2013 09:53
Offline
Samir Aliyev
Ardini sebirsizlikle gozluyurem
2 yanvar 2013 16:00
Offline
Fərid Rüzgar
Salam, Gunel xanim. Bu hisseni oxudum. Maraqli geldi mene bir qeder.. Saytda kohne deyilem. Yeniyem deye diger hisse oxumamisam hele. Amma, ilk hisseden oxumaga baslayacam. Bilirem ki, cox maraqli olacaq.
30 dekabr 2012 02:58
Offline
Kemale Memmedova
dalini hacan vereceysen bacican.
30 dekabr 2012 02:46
Offline
Nermin NN
Elnarə
Vayy... Siz nə danışırsız? mən sizdən şübhələndim.bu şərhinizi oxuyan hər hansı müstəntiq yaxınlığınızda cinayət baş verərsə ilk şübhəli kimi sizi saxlayar. [/color

zarafatin oz yeri...amma geleceyi de dusunmek lazimdida.Allah uzaq elesin tebikii onun yerinde olsam,bele 1 insanla yasamazdim.ozumu oldurmek aglimin ucundan da kecmezdi.eger hec 1 cixis yolu yoxdusa onun olmeyi daha meslehetli olardi wassat
28 dekabr 2012 14:30
Offline
Günel Əsədova
SARA91,
Necə deyərlər,mərdi qova-qova namərd edərlər.

Sizə çox təşəkkür edirəm,Sara xanım.

nelli7263,
Sizə də təşəkkür edrəm.
28 dekabr 2012 08:08
Offline
SARA91
ALLAH SİZƏ CAN SAGLIĞI , QƏLƏMİNİZƏ DƏ VÜVVƏT VERSİN .
MƏHƏBBƏT OLAN EVDƏ İNSAN HƏR ÇƏTİNLİYƏ DÖZÜR , İNSANDA GÖZƏL XASİYYƏTLƏR ORTAYA ÇIXIR . SÖZ-SÖHBƏT OLAN EVDƏ HƏR ŞEY İNSANI ƏSƏBLƏŞDİRİR VƏ İNSANDA PİS XASİYYƏTLƏR ƏMƏLƏ GƏLİR.
28 dekabr 2012 02:14
Offline
Nelli7263

Gunel xanim teshekkur edirem chox gozel yazmisiz.Oxumaqdan doymur insan.Chox tesirlidi. Zehmet olmasa bu eserinizi butovlukde bir yerde neshr edin. Heftelerle gozlemekden birteher olur insan. Chox sag olun!
28 dekabr 2012 00:46
Offline
Miss lady-89
Cox xaiw edirem ardini yazasiz. Cox maraqlidi.
27 dekabr 2012 22:02
Offline
Elnarə
onun yerinde olsam farizi oldurerdim.hem de ele yolla ki hec kim subhelenmesin.

Vayy... Siz nə danışırsız? mən sizdən şübhələndim.bu şərhinizi oxuyan hər hansı müstəntiq yaxınlığınızda cinayət baş verərsə ilk şübhəli kimi sizi saxlayar. lol
27 dekabr 2012 14:29
imza: Hər insan səhv edər. Əsas odur ki, səhvini anlayıb təkrar səhvə yol verməyəsən.
Offline
Nermin NN
onun yerinde olsam farizi oldurerdim.hem de ele yolla ki hec kim subhelenmesin.axi usaqlara ana da lazimdi..
teessufki bele kisiler coxdu.belelerine fahise qadinlar lazimdi.Allah lenet elesin.cox pis oldum heqqi dozulmezdi.
27 dekabr 2012 14:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!