Bakıda hava 12°
USD AZN
EUR AZN

NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər

Hər şeydən öncə qəlbin təmiz olmalıdır. Buna mənəvi təmizlik deyilir. Mənəvi təmizlik olmadan, maddi təmizlik heç bir əhəmiyyət kəsb etməz, çünki hədisi-şərifdə də buyurulduğu kimi, “Allah insanın zahirinə və var-dövlətinə deyil, qəlbinə və əməlinə baxar”. Bununla yanaşı, hər bir müsəlman aşağıdakı hallara da nəzarət yetirməlidir:

1. Saç-saqqal və bığın artığı kəsilməlidir.

2. Saçlara qulluq edilməli, daranmalı, xüsusən də gərək varsa, tez-tez yuyulmalıdır.

3. Qoltuqlar hər gün sabunlanmalı və təmiz saxlanılmalıdır.

4. Dırnaqlar vaxtlı-vaxtında tutulmalıdır.

5. Dişlər fırçalanıb təmizlənməlidir. Bunun üçün ya misvaqdan, ya da diş fırçasından istifadə olunmalıdır.

6. Qoltuq altı və qasıqda bitən tüklər təmizlənməlidir.

7. Corablar tez-tez dəyişilməli, başqasını narahat edəcək qədər iylənməsinə yol verilməməlidir. İmkan daxilində yatmazdan əvvəl ayaqlar yuyulmalı və ya yatmazdan qabaq dəstəmaz alınmalıdır.

8. Yeməkdən əvvəl əllər, yeməkdən sonra isə əllərlə yanaşı, ağız da mütləq yaxalanmalıdır.

9. Cünub (qüslü vacib edən hal) olmasan belə, yeddi gündən bir (ən çoxu 15 gün) çimmək lazımdır.

10. Qüsldən öncə dırnaqlar tutulmalı, qoltuq altında və qasıqda bitən tüklər təmizlənməlidir.

11. Çimdiyin və ya qüsl aldığın yerdən ayaq yolu kimi istifadə edilməməlidir.

12. Çimdikdən sonra dəstəmaz almaq da unudulmamalıdır.

13. Çiməndən sonra təmiz paltar geyilməlidir.

 

Ayaq yolu ədəbi

Ayaqyoluna girmədən öncə diqqət olunacaq bir sıra şərtlər vardır ki, bunlara əməl olunmalıdır. Bu şərtləri aşağıdakı şəkildə sıralamaq olar:

1. Üstündə Allah, Məhəmməd kimi ərəb hərfləri ilə yazılı üzük varsa barmaqdan çıxarmaq.

2. Şalvar balaqlarını bükmək.

3. Ayaqyoluna sol ayaqla girmək və sağ ayaqla çıxmaq.

4. İmkan daxilində ayaq yolunda üzü və arxanı qibləyə tərəf tut­mamaq.

5. Paltara bir şeyin sıçramamasına diqqət etmək.

6. Kişilər zərurət olmadıqca ayaq üstə kiçik bayıra çıxmamalı.

Qeyd: Ayaqyolunda danışmaq, salam vermək, salam almaq, zəruri olmadığı halda, tənasül orqanına baxmaq, azan oxunduğu zaman azan cümlələrini təkrarlamaq olmaz!

Ayaq yolunda kiçik və böyük ehtiyacı gördükdən sonra təmizlənmək zəruridir. Kiçik ehtiyacı gördükdən sonra bir az gözləmək lazımdır. Tələsmək lazım deyil. Sidik kanalının tam boşalması üçün öskürmək, yürümək yaxşı nəticə verir. Kanalın tam təmizləndiyinə əmin olduqdan sonra sidik çıxan yeri su ilə təmizləmək lazımdır. Kiçik ayaqyolundan sonra kanalda qalan sidik artıqlarının təmizlənməsinə “istibra” deyilir. Ayaq yol­unda təharət işləri sol əllə görülür. Böyük ehtiyacı gördükdən sonra da nəcasət yeri təmiz olana qədər su ilə yuyulmalı və imkan daxilində qurudulmalıdır.

Qeyd: İnsan hər yerdən ayaq yolu üçün istifadə edə bilməz! Xüsusən də yol və yol kənarlarından, quyu, bulaq və su kənarlarından, hər kəsin istifadə etdiyi və ya keçdiyi kölgəli yerlərdən ayaqyolu kimi istifadə etmək olmaz!

Bu fəsli Peyğəmbərimiz Məhəmməd (sav)-in hədisi ilə yekunlaşdırırıq:

“Sidiyin bədəninizə və paltarınıza dəyməsindən çəkinin. Çünki qəbir əzabının çoxu sidikdən (istibra qaydalarına əməl etməməkdən) irəli gəlir.

NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər


Qüsl

 

Quru bir yer qalmadan bədənin başdan-ayağa yuyulmasına qüsl dey­ilir. Qüsl etməmiş insana isə cünub deyilir. Qüsl almaq fərz, üzrlü bir səbəb olmadan qüslü gecikdirmək isə günahdır.

Cünub olan şəxs:

Namaz qıla bilməz, məscidə girə bilməz, Quran oxuya bilməz və ona əl vura bilməz, Kəbəni təvaf edə bilməz. Bütün bu sayılanlar cünub olan insana haramdır.

Hansı halda qüsl almaq lazımdır?

1. Harada, nə zaman və necəliyindən asılı olmayaraq kişidən məni (sperma) xaric olarsa.

2. Cinsi əlaqədən sonra. Hətta sperma xaric olmasa belə.

3. Heyz (aybaşı) halı bitən qadınlara.

4. Nifas (zahılıq) halı bitən qadınlara.

Qadınlar aybaşı və zahılıq günlərində namaz qılmamaqla yanaşı, oruc da tuta bilməzlər. Lakin bu hal bitdikdən sonra namazın deyil, yalnız tutmadıqları oruc günlərinin qəzasını tutmalıdırlar.

  

Qadınlarla bağlı məsələlər

Heyz (aybaşı) qanı: Yetkinlik yaşına çatmış gənc qızlarda baş verən normal fizioloji hadisədir. 9-55 yaş arasındakı qadınlardan hər ayın müəyyən günlərində və müəyyən müddət ərzində gələn qana heyz qanı deyilir. Heyz qanının müddəti ən azı üç gün-üç gecə, ən çox müddəti isə on gün-on gecədir. (İmam Şafiyə görə ən çox müddət 15 gündür). İki aybaşı arasındakı ən az təmizlik müddəti 15 gündür. Bü adətən 26-28 gündən bir təkrarlanır.

Heyz qanını zahılıq müddəti sayılan 40 gün ərzində gələn qanla qarışdırmaq olmaz. Həmçinin, uşaqlıqda olan xəstəliklər nəticəsində gələn qan da heyz qanı sayılmır.

Qeyd: Heyz olan qadınlar hər gün ilıq su ilə və ya ilıq suya batırılmış bir bez ilə qasıq aralarını, qoltuq altlarını, əl-ayaqlarını yuyub təmizləməlidir. İmkan daxilində heyz olduğu günlər yaxalanmaları daha yaxşı olar. Heyz olan qadınlara bəzi şeylər qadağandır:

1. Namaz qılmaq: Qan göründüyü andan etibarən kəsiləcək anadək namaz qılmaq qadınlara haram sayılır. Bu namazların qəzası qılınmaz.

2. Oruc tutmaq: Heyz olmuş qadın namazda olduğu kimi, oruc da tuta bilməz, amma orucun qəzası tutulmalıdır.

3. Cildi olmayan Qurani Kərimə əl vurmaq və Quran oxumaq da bu dövrdə haram sayılır.

4. Məscidə girə bilmək.

5. Əri ilə cinsi əlaqədə olmaq.

6. Kəbəni təvaf etmək.

Bütün bunlar (heyz) aybaşı halında olan qadına haram sayılır. Lakin heyz olan qadına dua etmək, zikr edib qəbir ziyarətinə çıxmaq haram dey­ildir.

Unutma! Aybaşı bitdikdən sonra təxirə salmadan qüsl etmək lazımdır. Səbəbsiz olaraq qüslü təxirə salmaq günahdır.

Nifas (zahılıq)

Doğuşdan sonra qadın rəhmindən gələn qana nifas (zahılıq) qanı deyilir. Nifas qanının ən az müddəti yoxdur. Ən çox müddəti 40 gündür. 40 gündən sonra qan gələrsə, bu uşaqlıqdakı xəstəliklərlə bağlı gələn qan sayılır.

Nifas olan muddətdə qadın:

1. Namaz qılmamalı (qəzası da qılınmır)

2. Oruc tutmamalı (qəzası tutulur)

3. Cildi olmayan Qurana əl vurmaq, oxumaq olmaz.

4. Məscidə girməməli.

5. Kəbəni təvaf etməməli.

6. Əri ilə cinsi əlaqədə olmamalıdır.

Bunlar hamısı zahılıq halında olan qadınlara haramdır. Lakin heyz olan qadınlar kimi, nifas halında olan qadın da dua, zikr edib qəbir ziyarətinə çıxa bilər. Nifas qanı kəsildikdən sonra üzürlü bir səbəb olmadan qüslü gecikdirmək olmaz. Heyz və nifas qanı xaricində qadının usaqlığından xəstəlik nəticəsində gələn qana istihazə qanı deyilir. Bu qan yalnız dəstəmazı pozar. İstihazə halında olan qadın sadəcə dəstəmazını təmizləməklə kifayətlənər. Namazına da, orucuna da normal şəkildə dav­am edə bilər.

Diqqət:

1. 9 yaşından əvvəl gələn qan.

2. 55 yaşından sonra gələn qan.

3. Hamiləlik müddətində gələn qan.

4. Heyz günlərində: 3 gündən az, 10 gündən çox gələn qan.

5. Nifas zamanı, 40 gündən sonra gələn qan xəstəlik (istihazə) qanı sayılır.

Qüslün şərtləri

* Qüsl almadan əvvəl ayaqyoluna getməli.

* Üzük, sırğa və bilərzik varsa, çıxarılmalı.

* Qüsl alınacaq yerə girərək beldən aşağı nahiyəni örtməli.

* Sünnət və məhrəm yerləri təmizləməli.

* Qoltuq altında və qasıqda tüklər varsa, təmizləməli.

Bundan sonra isə aşağıdakı şəkildə qüslə başlamaq lazımdır:

Əuzu billəhi minəş-şeytanir-rəcim

Bismilləhi-Rəhmanir-Rahim

Niyyət etdim, Allah rizası üçün qüsl almağa. (Allahümə tahhir qalbi va cismi minəl cənabəti val-kərahəti, yəni “Allahım, qəlbimi və cismi­mi cünubluq və pis şeylərdən təmizlə” deyərək dua edə bilərsən.)

Əllərini biləklər də daxil olmaqla 3 dəfə yu. (Protez dişlər varsa, onlar çıxarılmalıdır). Daha sonra sağ ovcunu su ilə doldurub ağzına apar. Boğazını da isladaraq 3 dəfə qarqara et. Bu fərzdır. Oruc olduğun zaman suyu udmamaq üçün çox ehtiyatlı ol. Sağ ovcuna yenidən su doldurub burnuna çək. Buna istinşaf deyilir. Suyun burnunun dibinə qədər getməsinə çalış. Daha sonra sol əlinlə burnunu təmizlə. Bunu da eyni şəkildə 3 dəfə təkrarla. Fərzdır. Bunun ardınca sağ çiynindən aşağıya doğru su tök. Bədənini ovuşdura-ovuşdura yu. 3 dəfə eyni şeyi təkrar etdikdən sonra sol çiynindən aşağıya eyni qayda ilə su tök. Ən axırda isə ayaqlarını yu.

Beləliklə, qüsl bitmiş sayılır. Qüsldən sonra kəlimeyi-şəhadət oxumaq sünnətdir. Səhihi Müslimin təharət bəhsində rəvayət olunan bir hədisdə Allah Rəsulu (sav) belə buyurur: “Sizdən biri nöqsansız dəstəmaz alıb “Əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluh” – deyərsə, ona cənnətin səkkiz qapısı açılar, istədiyi qapıdan girsin.”

Diqqət:

Qüsl alarkən saçların dibinədək islanmasına diqqət yetirmək lazımdır. Sırğa, bilərzik, üzük və s. bəzək əşyalarını çıxarmadan qüsl alan zaman, onların altını islatmaq vacibdir. Dırnaqların altındakı çirk təmizlənməli, xüsusən də qadınlar dırnaqlarına sürtdükləri dırnaq boyası və dodaqlarına sürtdükləri dodaq boyasını silməlidirlər. Çətin olduğunu nəzərə alaraq uzun hörüklü qadınlar hər dəfə qüsl aldıqları zaman hörüklərini islatmadan sadəcə başlarını yumaqla kifayətlənə bilərlər.

Qeyd :

* Qüsl alan zaman dişlərin arasında yemək qırıntıları qalmamalıdır. Qüsldən sonra dişlərin arasında yemək qırıntısı qaldığını bilsən, dərhal təmizlə və ağzını yaxala.

* Qüsl zamanı suyu israf etmə.

* İmkan daxilində çalış ki, arxa hissən qiblə istiqamətinə düşməsin.

* Qüsl aldığın yeri ayaqyolu kimi istifadə etmə.

* Əgər qüsl etdikdən sonra qeyri-ixtiyari məni (sperma) xaric olarsa, qüsl pozulmuş sayılır. Təkrar qüsl almaq lazımdır!

Qüsl etmək üçün su yoxdursa, təyəmmüm edilir. Bütün bədəni suda islatmaq şərti ilə dənizə girib-çıxmaq da qüsl sayılır. Lakin bu zaman ağzına və burnuna su almağı unutma.


Redaktə etdi: webmaster - 3 fevral 2012
Səbəb: virtual dersler bolmesine salindi

Səslərin sayı: 64
96
679898
loading...
Şərhlər
Offline
Deniz Gozlum
Salam burda yazilanlar sunni mensebine gore yazilib yoxsa sie?
24 yanvar 2017 22:45
Offline
Aytac Xelil
salam . evvelce bele melumat verdiyniz uchun teshekkurler. bir shey qaranliq qaldi mene. eger qadindam cenabet qusuldan sonra kishiden daxil olmush sperma(meni) yeniden ixtiyarsiz gelerse qusl pozulur? xahish edirem cavab yazardiz da.
22 aprel 2015 00:01
Offline
Kamailba
Allah sizdən razı olsun. Sayənizdə çox şeyi öyrənmiş oldum.
15 iyul 2014 11:03
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
bewer
Maraqli melumatlar idi bilmediyimizi oxuduq bildik
19 may 2014 18:55
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Təşəkkürlər,bəzilərini bilmirdim sayənizdə öyrəndim.
25 aprel 2014 17:43
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Saray Cebrayilova
maraqli melumat idi... Cox sag olun. Allah razi olsun
26 mart 2014 15:17
Offline
HUSNA
QUSL SERTLERINI NEKI EVLI XANIMLAR,GENC QIZLAR DA YERINE YETIRMELIDIR.
13 noyabr 2013 21:55
Offline
nigar
cox sagolun coxunu bilmirdim
20 sentyabr 2013 12:20
Offline
Salam bacilar xais edirem bilen varsa yazin insandan adi veziyyetde yeni cinsi elaqede olmadiqa ag suyun gelmesi bilmirem sipermadi ya yox qusl almaq lazimdi???mene tecili bilmrk lazimdi.onceden tsk
20 sentyabr 2013 11:47
Offline
YAQUT
ALLAH razı olsun
12 sentyabr 2013 14:33
Offline
Rüzgar
z.n
mən başa düşürəm o həyatın qanunudusa,bir qul olaraqda ALLAHa ibadət etmək də bizim borcumuzdu.(hər çəntki çox təəssüf edirəmki,mən özümdə istəsəmdə bu borcumu hələki yerinə yetirə bilmiəm).onda hec olmasa üzürlü səbəblərdən,mən bilən namazı qəzaya saxlamaq üçün duası var onu namaz üstündə deyib namazı qəzaya saxlıyıb qəza kimi qılmaq olar,onan maraqlan,mən onu dəqiq bilmirəm deyə,onu deyə bilməyəcəm.(həmən o dua səhər namazını günorta və ya axşam,yəni hər hansı namaz vaxtında qılmaqdan ötrüdü,ama əyər səhər namazının qəzalarını səhər namazında qılacaqsansa,o duaya ehtiyac yoxdur).hər səhər, qəzaya saxladığınız səhər namazının qəzalarını qıla bilərsən.

yeri gəlmişgən,bu qüsllardan mənim xəbərim var,ama yenədə çox yaxşı iş görmüsüz,bilməyənlər öyrənir,allah razı olsun.
10 avqust 2013 22:05
Offline
z.n
ruzgar, men evli deyilem gelecekde namaz qilmagi duwunurem ama bu cetinliklere gore qalmiwam bele. Allah kecsin gunahimizdan,bele bir yazi oxumuwdum,werh yazmiwdilar ki en gozel ,ulvi hissdi onu yawamaq evliyken qismet olur.evli insanlar da demek olar ki muntezem olaraq bu yaxinliqi yawiyirlar,yawamalidirlar.demek olar ki hergun,ele de hergun subh tezden qusul etmek cetindir. Axi bu da tebietdir qanunudur,o da yawanmalidir
30 iyul 2013 23:32
Offline
Narmişa,canım çox sağol sayende bilməkdiklərimi də öyrəndim.bilmək istərdim qinekoloq baxıbsa əyər,ordan qayıtdıqdan sora qüsul almaq lazımdırmı?
29 iyul 2013 23:35
Offline
PƏRVANƏ ƏLİYEVA......
cox teshakkur edirem bacim.Allah razi olsun.bilmediklerimide bildim.
29 iyul 2013 23:06
Offline
Semra(F)
cox saqolun beziliren bilirdim tessekur
29 iyul 2013 22:58
Offline
ilhame
MARAQLI MELUMATA GORE TESEKKURLER. girl_ang girl_ang
29 iyul 2013 22:49
Offline
Fatima_
Mən bu qusulları bilmirdim Allah köməyiniz olsun

iki qusulu nece almaq olar xaiş eliyirəm kim bilirsə yszsın
29 iyul 2013 22:47
Offline
Rüzgar
z.n

sizin sualiniza bir muselman kimi cavab vermeyi ozume borc bildim.evli iken her seher qusul vermek haqda sorusduz,bagislayin sozume gore eyer cinsi eleqede olmusuzsa boynuvuza qusul dusur,olmamisizsa vermek mecburiyyetinde deyilsiz.yeni men basqa qusullardan yox,cenabet qusulundan danisiram.bezi werietlerde eyer cinsi eleqede olmasaz bele,ehtiras gelibse,onun neticesin axinti gelibse qusul verilmelidi deyirler.yox eyer axinti gelmeyibse,vacib deyil.
29 iyul 2013 00:51
Offline
z.n
salam xanimlar. cox xahiw edirem biri meni bawa salsin,uzr istyrem,cinsi elaqeden sonra qusul alinmalidir ve qusul zamani butun beden,saclarin dibi de yuyulmalidir,cimmek kimi.. bes evli insanlarda nece,onlar her seher subh namazi ucun duwa girmelidirler? axi her seher cimmek cetin olar,evli insanlar taniyiram namaz da qilirlar sadece soruwmaga cekinirem,ama bawa duwe de bilmirem. men de namaza bawlamaq istyrem ama hecvaxt atmamaq wertile,ama bu wert(qusul) meni qorxudur. evlendikden sonra hergun subh tezden cimmek..
25 iyul 2013 00:38
Offline
Gulya_R
cox sag olun melumatiniz ucun ALLAH her kesin namazini qebul etsin AMIN girl_ang
25 iyul 2013 00:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (349)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
  • Psixoloji xəstəliklə mübarizə aparmış məşhurlar

    Qaldığı oteldə hər şeyi mükkəmməl hala gətirməyə çalışdığını bildirir.
  • Qucaqlamağının bədəndə yaratdığı təsir

    Qucaqlamaq, yalnızlıq hissini azaldaraq, daxili qorxularla mübarizə aparmağa və özünə inanmağa kömək edir. Sinir sistemini yaxşılaşdırır.
  • 17:14 - Müəllif: Feride
    Film qəhrəmanları metroda (1)

    Film qəhrəmanları metroda

    Niyə belə geyiniblər ki? Velisopedi başa düşmədim
  • Məktəblərdə 5 günlük tətil olacaq

    Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir
  • 80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı

    Ozu ozunu bedbext eledi
  • Emily Ratajkowski'nin gözəl dərisinin sirri

    Emily, parıltı yaradan, A vitamini tərkibli kremlərdən istifadə edir.
  • Uşaq kitabı seçərkən nəyə diqqət etməli?

    1-3 yaş arası uşaqlar üçün: Cizgili, sevimli, cəlbedici rəsmləri olan kitablara üstünlük verilməlidir. Az kəliməli, bol rəsmli olmalıdır. Kitabın içindəkilər uşağın tanıdığı, gördüyü dünyadan, əşya və nəsnələrdən ibarət olmalıdır. Məsələn: Velosipedə minən siçanlar kimi.
  • Saç tökülməsinə qarşı 6 həll yolu

    Saçlarınıza uyğun daraqlardan istifadə etməyə çalışın. Saçlarınızı darayarkən saç dərinizə zərər vurmaması üçün saçlarınızın rahat açılmasına kömək edən daraqlara üstünlük verin.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış