Bakıda hava 29°
USD 1.7007 AZN
EUR 2.0309 AZN
11:10Xəyalə Murad Gülçin xanım, sizi görmək xoşdur 09:27GÜLÇİN Hər vaxtınız xeyir olsun Xəyalə xanım 09:22Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37686

Həqiqət acı olsa da...

Həqiqət acı olsa da...

Bir əfsanəyə görə, həqiqət çox çirkin olur, amma onu anlayanlar çox gözəl olduğunu söyləyirlər.  Hər şeyin həqiqi olması, onun özü üçün dəyişməz olan vücudunun gözəlliyidir. Hər cismin də dəyişməz bir həqiqəti var, yəni gördüyümüz kimidir, o vaxta qədər ki, bir insan tərəfindən dəyişdirilməsin... 

Bəs  haqqı danan, dilinə düz söz gəlməyən insanları necə, dəyişmək olarmı?

 İki nəfər bir-biriylə mübahisə edir. Öz bildiyini, məntiqini qəbul etdirməyə çalışır. Heç düşünürsünüzmü bəlkə də onlardan biri ola bilsin ki, lap ikisi də özünü kiməsə göstərmək üçün çənə-boğaza çıxıb? Bu düşüncə insanda obyektivlik hissini öldürür, yəni sən də daha doğru olanı deyil, sənə sərf edəni söyləmək, qarşı tərəfi dolaşdırmaq üçün susdurmaq istəyirsən.  

Səbəbi isə kiminsə xoşuna gəlməkdir. Yalan sözlərlə kiminsə xoşuna gələ bilər. Sonra yalanı üzə çıxsa necə? O insan kimi necə formalaşacaq başqalarının gözündə?
Qəribə görünsə də bu cür və ya başqa buna oxşar münasibətlər məktəbli uşaqlardan tutmuş, saçı ağarmış bir çox adamların da başına gələ bilər.
"Kiminsə xoşuna gəlmək" çox pis vərdişdir. Bu vərdiş uşaqlıqdan beyinə psixoloji olaraq yeriyir və insanı şeytana çevirir.
Həqiqət acı olsa da...
Həqiqət başa bəla olsa belə, ondan imtina etmək çox günah sayılır.  Bütün haqqı qucaqlayan bir həqiqətin olması Allah deməkdir.
Əgər söhbətə müdaxilə edib, həqiqəti söyləməyəcəksənsə onda sus. Əsas olan həqiqətin tərafdarı olmaqdır, haqqı söyləməkdir.
Qoy buna görə hər kəs səndən üz döndərsin, təki Allahın yanında üzün ağ olsun.  Nə qədər ki, yalan ayaq tutur, amma yerimir.
Haqq  gec də olsa,  öz yerini tapır. Həqiqətdən qaçmaq, insana olan inamı zədələyir, onun haqqında olan müsbət insani keyfiyyətlərə xələl gətirir. Həqiqəti danan insanla heç kim, hətta yalançı insan olsa belə, yol yoldaşı olmaz, dərdini, sirrini bölüşməz. 
Həqiqət acı olsa da...
Bir nəfər Peyğəmbər(s)-ın yanına gəlib deyir:
-Üç günah etmişəm, zina, içki, yalan.
Peyğəmbər(s) adama deyir;
- Mənim üçün yalanı  bir də ağzına alma.
-Yaxşı-deyərək adam gedir və bir də yalan danışmır.
Amma bir gün o biri günahları etmək istəyəndə öz-özünə;
-Əgər bu günahları etsəm, Rəsulallah soruşanda, bəli desəm, günahım aşkar olacaq, yox desəm, onda da yalan demiş olacağam.- deyir və o biri günahlarından da əl çəkir.
Təki, hər kəs öz vicdanı ilə baş-başa qalıb, özünü sorğu-suala tuta biləydi.  Həqiqət olan Allaha sığınıb, günahları üçün dua edə biləydi.
Səslərin sayı: 8
48
18188
Loading...
Şərhlər
Offline
Iceberg
Yalan daniwmaga mecbur deyilik, amma her zaman duz hesab etdiyimizi ortaya atmaq da duz deyil mence
23 mart 2016 23:04
imza: shafaabdulla.blogspot.com
Offline
Ehmedova Fidan
Aci heqiqeti istiyirem, sirin yalandansa, aci heqiqet yaxsidi,Ailemi de onun ustunde qurmusam yalani hec sevmirem sonda ustu acilir pis neticeler olur.
23 yanvar 2013 19:23
Offline
MAYA EL
yalanı heç sevmirəm acı olsun amma yalan olmasın
13 yanvar 2013 16:59
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
ayan qedirli
hami yalan danishir eslinde
9 yanvar 2013 19:41
Offline
J e a l o u s y
Eslinde tam yalansiz heyat yasamaq cetindir.Amma yalanlar da boyuk ve kicik olur.Zereli ve zeresiz yalanlar var.Ne qeder zerersiz de olsa yalan ele yalnadir.Hemise yalan danismaqdan qorxmusam.En azi ona gore ki bir gun ustu acilar ve men pis veziyyetde qalaram.O zaman da mene guvenen insanlarin guvenini itirerem ki bundan da pis sey yoxdur.Bu heyatda ise en dadli sey heqiqeti soylemekdir.
6 yanvar 2013 20:01
Offline
Gulxare
Qızlar bütün şərhlərinizə görə təşşəkkür edirəm, hamının şərhini oxudum. Onu demək istəyirəm ki, ağ yalan var, qara yalan var, ağ yalan varki, olanın üstünə beşini də qoyub ev yıxasan, qara yalan da var ki, yola vermək üçün yalan danışasan. Amma o yalanı ALLAH bağışlayar ki, ara düzəldəsən. Özümə qalanda isə bir adamın yalan danışdığını görəndə o insana qarşı bütün inamım sarsılır. Hər dəfə o insana şübhəylə yanaşıram.
4 yanvar 2013 17:44
Offline
Aliya_Edd
Bezen adam dogrunu esitmek istemir.....
Bezende yalan danismaga mecbur olursan sad Tesekkur edirem
4 yanvar 2013 17:33
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Heqiqeti soylemeyi bacarmaq en boyuk keyfiyetdir insan yalandan qacmagi kas ki, bacara bilerdi... crying
4 yanvar 2013 17:26
Offline
Samir Aliyev
Duz soz aci olar crying
2 yanvar 2013 17:53
Offline
ureyim
Həqiqəti demək ən böyük bacarıqdır.Öz səhvini görüb ondan nəticə çixarmaqda.Yaıan isə insan həyatini uçuruma aparan bəlalı bir yoldur.ALLAH hamıya doru yolda addimlamagi nesib etsin.AMİN!
2 yanvar 2013 15:00
Offline
gul
FATMA xanim sozlerinize gore cox saqolun ama eminemki sizde meni tanisaniz belkem bele demesiniz.ehatemdeki insanlara hecne deye bilmerem heqiqeten buna haqqi catmir,haminin ozune gore duzleri var,nebili axi.her seyin yaxwsini duzunu eyrisini ulu tanri bilir .bawqa hecne deye bilmerem.
2 yanvar 2013 00:31
Offline
FIRUZA
hrqiqet aciolsa da danmaq olmaz
1 yanvar 2013 21:34
Offline
Fəridə Əliyeva
Mən şirin yalandansa acı həqiqətə üstünlük verirəm.
1 yanvar 2013 21:28
Offline
Kemale Memmedova
bezi yazilari oxudum,men deyerdim ki (men yalani sevmirem deyenler) en cox yalan danisanlardir.
31 dekabr 2012 21:53
Offline
PƏRVANƏ ƏLİYEVA......
YALANI BILIRSIZ NECA DANIWMAQ OLAR?INSAN NEYASA GORA MECBUR OLANDA NEYASA GORA CIXILMAZ BIR VEZIYYATDA QALANDA..MECBURIYYATDA..AMA HEYATI BOYUNCA YALAN OLMAZ..MEN SEVMIRAM YALANI..WIRIN YALANNANSA ACI DOQRU YAXWIDI..YALAN DANIWAN VAXTLARIM OLUB..AMA DIRANANDA NEYASA GORA.(((((.YALAN AYAQ TUTAR AMA YERIMAZ)))).....
31 dekabr 2012 16:48
Offline
sevil aliyeva
Yalan danışmamaq mümkün deyil.
31 dekabr 2012 15:51
Offline
dombish.
men yalan danisha bilmirem gul meyim gelir yada ki, yalan deyenden 5,10 deqiqe sonra ureyim dozmur gedib deyirem ki, yalan dedim.
Calishdiqca duzunu deyirem yada susuram no
30 dekabr 2012 15:40
Offline
Ayka Nəcəf
maraqli xeberdi.
30 dekabr 2012 14:08
Offline
MEMMEDOVA BAKINKA
Həmişə diyirlərki düz söz yandırır deməli mən həmişə yandırıram kimisə çünki həmişə sözün düznü diyirəm insanların üzünə nə fikirləşirəm onuda deyirəm çem dalıycan danışanacan üzünə deyərəmdə belədə həmişə edirəm ona görə bəzilərinin məndən xoşu gəlmir bu xasiyyətimə görə
30 dekabr 2012 13:48
Offline
♥TuTu ♥
dünya yalandır deyə gərək bizdəmi yalan olaq özümüzü yalanlarla kiməsə bəyəndirək kimsə yalanlarıyla bizi özünə inandirsın bir birimizə yalandan xoş sözlər deyək nədir nədirki 5günlük dünyadir yalanda olasa xoş yaşayaq budurmu dünya budurmu isdək budurmu sevgi yanı insan budurmu?!yalan düşünüb kiməsə özünü bəyəndirib sorada xoflu yaşamaqki birdən yalanım açılar və getdikce bağışlanmaz yalanlarla davam etmək sonda yalanlardan özündə yorulmaq olmazmı nəsənsə onu təqdim edəsən səni sən olduguncün qəbul etsinlər səndə vicdanınla bu həyatı rahat yaşayasan...
30 dekabr 2012 13:48
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır