Soyuq bir qış günü idi. Ailəmizə gəlmə xəbərin evimizi ,qəlbimizi isitdi .Səni səbirsizliklə gözləyirdik .Çünki sən ailələrimizin ilk nəvəsi idin. İlk gündən sənə çox bağlandım, sevdim. Sən isə hər an məni səni itirmək qorxusu ilə yaşatdın. Bətnimdəki ilk tərpənişin həyatımda duyduğum ən gözəl hiss idi .Artıq sənə qovuşmağıma bir ay qalmışdı. Ancaq sən tez gəlmək istədin .Sentyabrın 28-i axsam saat 21.00 idi - həyatımın ən kədərli dəqiqələrinin başlayacağı an .Birdən özümdə qəribəliklər hiss etdim .Mənə dəhşətli ağrılar verdin. Haradan biləydim ki, sən gəlmək istəyirsən. Bunu çox gec anladım. Xəstəxanaya güclə çatdıq və hər şey yarım saat ərzində baş verdi. Sən bu dünyaya gəldin. Oğlum, səni ilk gördüyümdə "Bu balacadır, yaşamayacaq"- dedim. Bağırdım, ağladım. Həkimlər məni aldatmağa, sakit etməyə çalışsa da sənin məni qoyub gedəcəyinə əmin idim. Səni bir dəfə də qucağıma ala bilmədən, bir dəfə o gözəl qoxunu duymadan məndən alıb sənin kimi körpələrin olduğu xəstəxanaya apardılar. İki gün sənsiz məcburi yatdığım xəstəxana mənə cəhənnəm əzabı yaşatdı . 2 gün sonra mən də sənin yanına gəlməyə hazırlaşdım. Oradakı başqa analar əllərində gül,qucaqlarında körpə ilə çıxdı. Mən isə ağlayaraq, qucağı boş çıxdım .Və sənin yanına gəldim .Sən xüsusi bir küvəzdə yatırdın.Balaca əllərinə iynələr, sistemlər taxılmışdı. O an sanki dünya başıma yıxıldı .Həkimlər sənin üçün "3 gündən çıxarsa, yaşamaq ümidi var" demişdir . 3 günün saatlarını səbirsizliklə sayırdım. Birdən ürəyim yanmağa başladı, nəfəs ala bilmədim, həyətimizdən qışqırıq səsləri eşidildi.Nənən xəstəxanadan zəng vurmuşdu. Sənin vəziyyətinin ağırlaşdığını söyləmişdi. Atanla mən sənin yanına gəlməyə hazırlaşırdıq. Birdən telefon zəng çaldı, nənən sənin daha bu dünyada olmadığını söylədi. Dünya başıma uçdu, nəfəsim kəsildi və yalnız "Yox!"- deyə qışqıra bildim. Bütün yol boyu sənə çatana qədər yalnız Allahıma yalvardım ki, eşitdiyim söz yalan olsun .Amma yalan deyildi .Sən artıq həyatda deyildin. Məni öz yoxluğunla tək buraxmışdın .Atanı və ananı unuda bilməyəcəkləri dərdə salıb son mənzilə getmişdin.
Heç bir ananın belə bir vəziyyətə düşməməsini Allahdan arzu edirəm.
Allah övladlarınızı qorusun. Amin!
XƏBƏR LENTİ
Dünyanın ən gözəl qızlarının yaşadığı ölkələr
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı
Məktəblərin açılmasını istəməyən valideyinlər var - Hikmət Hacıyev
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 44 yeni yoluxma
Fan Bingbingə 130 milyon dollarlıq cərimə-FOTO
Ulduzlar makiyajsız halda
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Ed Şeran özünə kənd aldı-FOTO
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Məşhur müğənnilər sevgilidir-FOTO
Hər gün yeni maska hazırladı
İspanaqlı kek
Cinsi zəka nədir?
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
Dəbli boyunbağılar
Sprey corab
Azərbaycanda Ramazan ayının başlanma vaxtı açıqlandı
Rodriqo Alves yenidən əməliyyat olundu-FOTO
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
HAVA necə olacaq?- 17 MART
Qızdırmalı xəstələrə qulluq
Yağış, qar, külək - Sabahın havası
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Heyvanların maraqlı şəkilləri
Prezidentin son iclasda verdiyi mesajlar
Cəbhə ilə bağlı sərəncam
Televiziya və kompüterin uşaqlara təsiri
Mehriban Əliyeva buğlama bişirdi - FOTOLAR
Hava haqqında - 26.01.2014
Kəs və yapışdır-32
Körpü altında studiya tikdi
8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"
Yuxuya rahat getmək üçün nə etməli?
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
Azra Akın ağladı-SƏBƏB
Günün qoroskopu - 26.10.2013
Bu mühəndis o mühəndisdən deyil
Çiçəklərlə eşq falı
“Bu gün yeni dövr başlayır”
Rol yoldaşlığını həqiqi sevgiyə çevirən 9 cütlük
"Zeytun bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
"Danışan" kağız yaratdılar
Zidanın yeni iş yeri
Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər
İt çəkməyi öyrənək
Qarabağın azad olunması ilə bağlı imzatoplama kampaniyası davam edir
Zövqlü çantalar
Azərbaycanda süni mayalanma üçün donorluğa qadağa qoyula bilər
- ŞƏRHLƏR