Bakıda hava 10°
USD AZN
EUR AZN
10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41130

Sadə tutmac (foto-resept)

Tərkibi:

500 qr. un

1 ədəd yumurta

1 xörək qaşığı "Azərduz" yodlu narın xörək duzu
 50 qr. duru yağ
Aparacağı qədər su.
 Əvvəlcə suyu isidib ( adi xəmir suyu kimi) bütün ərzaqları una əlavə edərək xəmir yoğururuq. Bükərək 30 dəqiqə saxlayırıq.

 

 

 

 

16-14 kündəyə bölüb, kündələri  yayıb açırıq.


 

Odun üzərində sacda bişiririk. Əgər sac yoxdursa, yuxanı dörd hissəyə bölüb qızdırılmış tavada da hazırlamaq olar.

 

 

 

Bir neçəsini üst-üstə sərib xəmir kəsən qayçı ilə kiçik hissələ bölürük. (Adi xəngəl xəmirindən kiçik)

 

 

 

Şəkildə gördüyünüz 4 litirlik qazana 3 litr su, 1 xörək qaşığı duz töküb qaynadırıq. Su qaynadıqdan sonra 6 yuxanı kiçik hissələrə bölüb qaynayan suya tökürük. Tez-tez qarışdırırıq ki, dibi yapışmasın, əgər xəmirlər qazanın dibinə çökürsə deməli bişib və odun üstündən götürürük.


 

Təqribən bir stəkan lobyanı qaynadıb, təmiz-təmiz yuyuruq.

 

 

Lobyaları bişmiş xəmirin üzərinə əlavə edib qarışdırırıq.


 

 

Artıq tutmac hazırdır.

 

 

    Qatığı yaxşı açıb, zövqə görə bir diş doğranmış sarımsaqla qarışdırılır. 

 

   

Qatıq əlavə edilərək süfrəyə verilir.

 

Nuş olsun!

Səslərin sayı: 8
92
17524
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Gecə vaxtı lap ürəyim istədi necə dadlı görsənir.

Pəriş sizdə belə edirsiz?
12 mart 2015 17:17
Offline
Pərvanə
Gecə vaxtı lap ürəyim istədi necə dadlı görsənir.
25 yanvar 2015 00:21
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
İlk dəfə gordum belə yeməyi...Ələrinizə sagliq gozəl gorsənir..
10 dekabr 2014 17:28
Offline
♥NiLuFeR♥
Çox sevirəm bu yeməyi nyam
6 mart 2014 22:32
Offline
SEVA
Xengelin lobyali variantidi tesekkur
24 yanvar 2014 23:27
Offline
Rzayeva Guler
Qisin yemeyi. Lezetli gorsenir
21 sentyabr 2013 15:45
Offline
BIBIXANIM
QEWEY ELLERINIZ DERD GORMESIN
21 iyul 2013 15:19
Offline
xalilova munavvar
lOBYA ÇOX XEYİRLİDİR , YEMƏYİN MƏSLƏHƏTDİR.

duzdur baci coooooox xeyirlidir dadlidir xoslayiram bunuda sinayacam gorum neca dadi var tsk
13 may 2013 13:49
Offline
Afaq Qeniyeva
bu lobyali xingal sayilir diyesen? maraqlidi 100% hazirlayacam
13 may 2013 13:45
Offline
Nigar
ureyim yaman xingal istedieeeeeeeeeeeeeeee nyam
21 aprel 2013 19:58
imza: Allahın cümləmizə yar olsun amin
Offline
MAYA EL
qış üçün çox gözəl yeməkdi yoldaşım heç sevmir bü cür yeməkləri amma az da olsa hazırlayıram bunu mütləq hazırlayıb dadına baxacam davamlı olsun seçilmiş edirəm
23 mart 2013 00:23
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Lamie Babayeva
lobyanin yerine qovrulmus et olardi beh-beh agzim sulandi
7 mart 2013 20:35
Offline
Sevinc Geçer
elinize sağlıq superdi
26 fevral 2013 21:10
Offline
NAR çiçəyi
ellerinize sagliq...
26 fevral 2013 21:04
Offline
gulyaz
CFBBGY8YHGGCFJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJ
26 fevral 2013 15:25
Offline
MIF
pis yemeye oxsamir amma ele bil bu sekilde xemirler cox bisibler
26 fevral 2013 14:30
Offline
Gulxare
Jale memmedova,
Men lobyani sevmirem ona gorede bilmirem nece olar

lOBYA ÇOX XEYİRLİDİR , YEMƏYİN MƏSLƏHƏTDİR.
26 fevral 2013 11:15
Offline
Hayat Mamedova
ilk defe lobya ile gordum.xemir yemeklerini ailelikce sevirik.ellerinize sagliq
26 fevral 2013 01:33
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.

Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
25 fevral 2013 18:49
Offline
Afət
Əllərinə sağlıq canım, əsl qış yeməyidir. Soyuq havada ləzzət edər adama.
25 fevral 2013 16:50
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )