Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Bir qadının taleyindən sətirlər (6-cı hissə)

 

 

Bir qadının taleyindən sətirlər (6-cı hissə)
 

 Uşaqların yanına getmədi.Artırmada dayandı.Bankaları stolun üstə qoydu.Gözlərini sildi.Dünyaya nifrət edirdi.Ayaqyalın, başıaçıq anasının qəbri üstə qaçmaq istədi.Anasının baş daşını qucaqlayıb aglamaq,dərdini ona danışmaq istədi. İstəyirdi  desin ki,"ay ana,məni niyə tək qoydun bu dünyada,sənsiz görürsənmi,nələr gəlir başıma.Niyə məni də özünlə aparmadın ay ana?Niyə elə məni dünyaya gətirəndə ölmədin?Ölürdünsə,gərək onda öləydin,mən də səninlə birgə öləydim ay ana". Ürəyindəki acıları onunla bölüşmək istədi.Bir an anasının rəsmi gözü önündə canlandı.Qara, məsum gözləri ilə  naməlum bir nöqtəyə baxırdı.Ağappaq üzü,qırmızı,biçimli ,gülümsər dodaqları vardı. Anasının o qədər gözəl,o qədər saf siması var idi ki, ,sanki,göydən enmiş bir mələkdi.Səlimə ona nə qədər mehriban,qayğıkeş olsa da,anasının o olmadıgını bildikdən sonra,sanki bir az çəkingən olmuşdu.Ürəyindəkiləri Səliməyə desə də,sanki,incəliyi ilə ona çatmadığını hiss edirdi,ya bəlkə ona elə gəlirdi.Bu hisslərlə bəzən özünü tamam yalqız hiss edirdi.

 Hicran köksünü ötürdü. Düşündü ki,yaxşı ki,görmür bu günlərimi.Yuxarı evin pəncərəsinə baxdı.Qaranlıq idi.Fariz hələ də orada idi.Lakin,bu zaman Hicran onu qısqanmırdı,   sadəcə olaraq etdiyi səhvin nə qədər böyük olduğunu anlayırdı. Vaxtında atasının məsləhətinə qulaq asmamasının peşmanlığını çəkirdi.Axı nə o,nə də ailəsi belə təhqirlərə,belə sözlərə layiq deyildi.Dəfələrlə boşanmaq istəmişdi,mümkün olmamışdı.Gah Fariz roldan-rola girər,özünü peşman göstərər,gah qaynanası gəlib saatlarla danışıb Hicranı evə gətirərdi

 Hicran  xəyalından ayrıldı .Demək bütün bunlara səbəb Aynur müəllimə imiş.Onu özü tapmşdı.Böyük oğlu Azərə əlavə olaraq rus dili öyrətmək istəyirdi.Məktəblərində bu dərs çox zəif keçilirdi.Aynur isə onun atasıgillə qonşu idi.Uşaqlıqdan bir yerdə böyümüşdülər.Gah Aynurgildə,gah da öz evlərində o qədər evcik-evcik,qaçdı-tutdu oynamışdılar ki. Aynur ailə qurmuş olsa da,bir neçə ildən sonra boşanmışdı.İndi anasının yanına qayıdıb,orada yaşayırdı.Rus dilindən uşaqlara evdə dərs deyirdi.Buna görə də Hicran ona müraciət etmişdi. 


Bir qadının taleyindən sətirlər (6-cı hissə)

 

 İnsanların necə vəfasız,necə dönük olduqlarına mat qalmışdı.Bəs, mənim gözümə necə baxacaq bu qız,ürəyi şeytan ürəyidimi deyib,düşünürdü.Amma o qədər əsəb içində idi ki,bir gözü qapıda Farizi gözləyirdi.Baldızının dediyi sözlər qulağında tez-tez təkrarlanırdı.

 Qaynanası qıpqırmızı olmuşdu.Gəlinini hələ bu qədər əsəbi görməmişdi.Hicran sanki,ətrafını da,balalarını da unutmuşdu.Hər şeyi töküb qırmaq,dağıtmaq istəyirdi.O qısqanmırdı.O mədəniyyətdən,alicənablıqdan  çox uzaq olan,nə ailəsinin,nə balalarının qədrini bilməyən həyat yoldaşının daha bir iyrənc hərəkətinə dözə bilmirdi.Bu uşaqlar onun deyilmi,niyə özünü onlara bir yaxşı ata nümunəsi kimi göstərmir, niyə onların gələcəkdə kim olacağını ağlına gətirmir,deyə düşünüb dəli olurdu.Düşündüklərini hərdən dilə gətirir,üzünü qaynanasına tutub onu sual yagışına tuturdu.

 Birdən maşın səsi gəldi,ikisinin də nəzəri qapıya çevrildi.Fariz idi.Qapıdan girən kimi,heç kəsə nəzər salmadan əynini soyunub vanna otağına keçdi. Zərnişan arvad gözləri ilə Hicrana yalvarırdı sanki.O isə,artıq belə şeyləri nəzərə alacaq halda deyildi.O, kişilərin yolunu azmasını çox eşitmişdi,bəs, ona verilən bu zülm nə idi,anlamırdı.Hicran tələsik onun telefonunu götürdü.Lakin istifadə etməyi bilmirdi.Onun heç vaxt telefonu olmamışdı.Əlində tutdugu telefona nifrətlə baxdı.Sanki bütün günahlar onda idi.Fariz otağa keçdi.Telefonu Hicranın əlində görüb heyrətləndi.Bir az gülümsəmək istədi,lakin Hicranın qəzəbli səsi onu diksindirdi:

 - Hə, demək bununla mənim günümü qara eləmisən, hə?- Deyərək telefonu var gücü ilə divara çırpdı.

Fariz bu hərəkəti gözləmirdi, əsəbdən, harınlıqdan Hicranı  bir göz qırpımında öldürmək,başını bədənindən ayırmaq istədi.İrəli şığıdı,yumruğu ilə Hicranın sifətinə vurdu.Başına,üzünə daha bir neçə zərbələr,şillələr vurdu.Səsə çöldən Zərnişan arvad gəldi,oglunu dartışdırdı:

 - Əə,dəlimi olufsan,öldürəcəksənmi,xalxı,qac görüm.

Hicranın   zərbələrdən dili ağzında yandı.Lakin ağlamadı,baldızından eşitdiklərini Farizə dedi və izahat istədi:

 - Məni  nə qədər alçaldacaqsan?Mən sənin uşaqlarının anası deyiləm?Neçə vaxtdır nə zülmlər verirsən mənə,deyirəm dözüm,bu gün düzələr,sabah anlayar.Amma yox ,sən daha da irəli gedirsən, hə?Elə bilirsən heç nə edə bilmərəm hə?

Zərnişan arvad gəlini sakitləşdirmək istəsə də mümkün olmurdu.Fariz yenidən Hicrana yaxınlaşdı,dişlərini qıcıldadaraq dedi:

 - De görüm, bunları sənə kim deyib?Kim?-gözü hədəqəsindən çıxacaqdı sanki,nəfəsi tıxanırdı,elə bil xeyli məsafəni qaçaraq gəlmişdi.

  Hicran ağrıdan əlini üzündən çəkə bilmirdi,amma yenə də dava etmək,hər şeyə birdəfəlik son qoymaq istəyirdi:

- Deməyəcəyəm kim deyib,öldürsən də deməyəcəyəm,od olmasa tüstü çıxmaz.Demək mən uşaga müəllim tuturam ,sən də ağlına gələni edirsən, hə.O utanmaz da hələ mənim balamla danışır,ona evində dərs keçir, hə?Nə qədər utanmaz insanlarsınızmış.Elə o da,sən də!  


Bir qadının taleyindən sətirlər (6-cı hissə)

 

Hicran qorxmurdu. Get-gedə qızışırdı.Farizin hərəkətləri ,özünün əziyyətləri gözünün qabağına gəldikcə,dünyanın altını üstünə çevirmək istəyirdi.Fariz isə ondan əl çəkmir,sözü kimin dediyini bilmək istəyirdi.

 Elə bu zaman olaca]ın qapısı açıldı,Əhməd kişi içəri girdi.O ya özünü bilməməzliyə qoydu,ya da səsi eşitməmişdi.Çox güman ki,araya düşən sükut zamanı darvazadan girmişdi.Hamı donub qaldı.Farizin rəngi ağappaq olmuşdu.Əllərində yüngül titrəyiş hiss olunurdu.Həm tutdugu əməllərdən,həm də Əhməd kişinin zəhmindən qorxuya düşmüşdü.Zərnişan arvad da  özünü itirmişdi, elə dili söz tutar tutmaz :

  - Xoş gəlifsən.-dedi.

  Hicran isə birtəhər özünü ələ alıb atasıyla görüşdü və onu görməməsi üçün özünü çay hazırlamaqla məşğul kimi göstərdi.Əhməd kişi uşaqlarla bir-bir görüşüb ,onlarla zarafat etdi.Donub qalmış uşaqlar bir söz demədən babalarına sığındılar.Evdəkilərin üzündəki çaşqınlıgı sezsə də,nə baş verdiyini anlamadı. Belə bir hadisənin baş verməsi  onun ağlına da gəlməzdi.O,kürəkəninin o deyən insan olmadığını bilsə də,işgüzarlığına görə ona hörmət edirdi. (Hicranla Səlimə, olub keçənləri çox vaxt ondan gizləyər,bir hadisə törədəcəyindən qorxardılar.)Həm də bu gözəl nəvələrinin atası idi axı.Üstünü vurmadı.Özünü bilməməzliyə vurdu.Ailədə olan şeydi,deyib, özünü sakitləşdirdi.Hicran atasının xasiyyətini bilirdi.Bilirdi ki,əsl həqiqəti atasına desə,atası uf demədən Farizi öldürər.Ona görə də ona bildirməməyə çalışdı.Sonra özü bu məsələyə bir son qoyacaqdı.

 Yanağının kənarına dəyən zərbədən ağzını çətinlikıə açırdı,qıc olmuşdu sanki bir tərəfi.Onun ağrısından çox qəlbinin harayı yandırırdı onu.Onun xəyalları,arzuları məhv olmuşdu.Gənclik,qızlıq dövründəki Hicran ölmüşdü sanki.

 Saçı ilə birtəhər üzünü örtüb atasına çay apardı.Onlar televizora baxır,söhbət edirdilər.Fariz quzuya dönmüşdü,Hicranın sakit durması,atasına bir söz deməməsi, onu az da olsa ürəkləndirmişdi.Əhməd kişi qızının qəribə davranışından bir az narahat oldu.Amma üzündəki şişi görmədi.Hicran otaqdan tələsik çıxdı.Yox ,o bu dəfə atasıgilə getməyəcəkdi,onun fikri başqa idi bu dəfə.Bilirdi ki,ora getsə gec-tez onu geri gətirəcəklər. 

 

Bir qadının taleyindən sətirlər (6-cı hissə)

 

 Gecəni səksəkə içində yatdı.Xeyli gözünə yuxu getmədi.Əynini geyinib həyətə çıxdı.Göyün üzü ulduzlarla dolu idi.Gəncliyində ulduzlu səmalara baxmaqdan doymazdı.Artırmada döşək salıb bacıları ilə uzanar,göydəki ulduzlara tamaşa edər,gah da saymağa başlayardı.Həmişə də bəlli bir yerdə çaşar dayanar, gülüşərdilər.Ağ saçlı nurani Hüseyn babaları onlara baxar,ag bığlarının altından gülümsəyərdi.Çox xoşbəxt idilər ata-baba ocağında.Bu ocağa bu nurani qocanın hənirtisi,nəfəsə də bir istilik,bir rahatçılıq verirdi. Köksünü ötürdü.Hava çox da soyuq deyildi.Baharın gəlişi özünü göstərirdi. Havada xoş bir ətir vardı.Baharı da sevirdi.Ağacların yeni yarpaqladığı,çəmənlərin yenicə göyərdiyi vaxtı gənc qızlara bənzədirdi Hicran. Nazik qəlbli idi.Gözəlliyi,incəliyi,saflığı çox sevirdi, qiymətləndirirdi.   İndiki həyatında isə bunlara yer yox idi.Necə böyük səhv etdyini dəfələrlə anlayar və bütün bunları etdiyi səhvin cəzası kimi qiymətləndirərdi.Lakin artıq heç bir şeylə sakitləşdirə bilmirdi özünü.Axşamdan verdiyi qərarı həyata keçirəcəkdi.Lakin indi yox.Sabah bütün işlərini bitirib ,balaları ilə vidalaşdıqdan sonra. 

 

Ardı var...

 

Səslərin sayı: 10
70
5411
loading...
Şərhlər
Offline
Gulxare
Neyif ki, belə ailələr az deyil
23 yanvar 2013 00:59
Offline
♥Selena♥
Allah kimsəyə Hicranın çəkdirklərini yaşatmasın.

Amin. Heç bir qadın bunlara layiq deyl. Üstəlik Hicran, bir gəlin kimi həmişə öz yerini bilmiş və ətrafındakılara hörmət etmişdir bu ona ediləcək hərəkət deyildi.
21 yanvar 2013 12:44
Offline
dombish.
Cox gozel yazmisiniz. Ama Allah hec kime bu yasham terzini nesib etmesin Amin
7 yanvar 2013 09:38
Offline
MAYA EL
Allah heç bir qadına bu cür zülümlər yaşatmasın çox acınacaqlı vəziyyətdi
27 dekabr 2012 13:45
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥TuTu ♥
catdim 7ci hisseye...
26 dekabr 2012 16:50
Offline
Meni Unutmayin
bu gun ujey 20 gundu verinde ardini
25 dekabr 2012 14:43
Offline
FIRUZA
ardini gozleyirem
21 dekabr 2012 01:08
Offline
♥ TƏRİŞ .H. ♥
Gunel xanim ardini oxumaq isdeyirem.lutfen tez yazin.
20 dekabr 2012 00:41
Offline
Yağmur damlası
Günel Əsədova,
Gunel xanim Hicranin hekayesini oxuyarken ozumu tuta bilmedim,cox yaxin geldi mene bezi hisseler.men atami da anami da iller evvel torpaga vermisem.Allah sizin de olenlerinize rehmet etsin.


Ləman_   نقر,

sag ol bacim Allah senin de rehmet etsin,atana.


SeRRas,

bitanem Allah olenlerine rehmet etsin.
8 dekabr 2012 19:14
Offline
duygu
ardini sebirsizlikle gozleyecem.

məndə
7 dekabr 2012 15:00
Offline
Günel Əsədova
gulay mehdizadee,
Inşallah,rəbbim səni də,bütün gənclərimizi də xoşbəxt,bəxtiyar edər canım.Amin!
Milana.M (XƏYALƏ MURAD),
Atalar yaxşı deyib:"Mərdi qova-qova namərd edərlər"Amma Hicran namərd yox,get-gedə fagırlıgın daşını atır,pis rəftarın nəticəsində.Sag ol Xəyalə şərhinə görə.
7 dekabr 2012 00:00
Offline
Xəyalə Murad
Hər zamanki kimi maraqlı anında saxladız. Hicranın nə edə biləcəyini düşümək belə qorxuncdur. Fağırdan qorxmaq lazımdır deyirlər. Səbrli insanın da bir gün kasası dolur. O zaman qarşısında kimsə dayana biləcək cəsarətə sahib olmur. Fariz kişilik etmir. Uşaqların da nə hisslər keçirdiyini anlamaq hec də çətin deyil. Allah kimsəyə Hicranın çəkdirklərini yaşatmasın. Davamını səbrsizliklə gözləyirəm.
6 dekabr 2012 21:35
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
vusale babayeva
ardini gozleyirik
6 dekabr 2012 21:27
Offline
soniya
ardi gelsindaaa ureyim partlad
6 dekabr 2012 19:58
Offline
gulay mehdizadee
baci,cox maraqlidi.inwallah menim axirim bele olmaz.ele qorxdum ki...ozun bilirsen menim haqq -hesabi belay
6 dekabr 2012 18:36
Offline
Günel Əsədova
Lale...,
Elədir Lalə xanım,Allah Hicran kimiləri pənahında saxlasın.Ayka Necef,
Sag ol canım.
hər kəsə təşəkkür edirəm.
6 dekabr 2012 18:04
Offline
Fidan Bagirova
ardini sebirsizlikle gozleyecem.
6 dekabr 2012 16:08
Offline
Aygün:)
cox tesir edici idi Allah hamiya komey olsun

cox tesir edici idi Allah hamiya komey olsun ardinida gozelyirem
6 dekabr 2012 15:46
Offline
Ayka Nəcəf
canim Gunel xanim.cox tesiredicidir.sizin yaziniz bu qeder de maraqli olmaliydi.heyatda da bu cur hadiseler cox olur
6 dekabr 2012 12:22
Offline
A.Nursen
Belə qadınlarımız çoxdu,övladlarından ötrü hər şeyə tab gətirir.Ancaq ,məncə, Hicran bunlara qarşı ayaqda durmağı bacarmalıdır,yenilməməlidir.Yoldaşına necə bir qadını itirdiyini göstərməlidir,zəiflik Hicran kimi 1 qadına yaraşmaz.Günel xanım ardını səbrsizliklə gözləyirəm,yazan əlləriniz ağrımasın.
6 dekabr 2012 12:14
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )