Bakıda hava
USD AZN
EUR AZN
20:07Ayla Ayla Mən də dincələ bilmədim.Yeni il tətilini dözlüyəcəm 16:51Surayye Guya 5 gun tetil idi 3 gun oldu 16:51Surayye Qizlarim qizillarim necesiz? 15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41136

Hamiləlik dövrləri (11-19 həftələr)

Hamiləlik dövrləri (11-19 həftələr)

On birinci həftə
Yəqin ki, əhval-ruhiyyənizin sonsuz dəyişmələri Sizi təngə gətirib. Qadınların bir çoxu menstruasiyadan əvvəl olduğu kimi, hamiləlik zamanı da emosional sferanın qeyri-sabitliyini (sinir sisteminin hədsiz qıcıqlanması, narahatlıq və səbəbsiz həyəcan, kövrəklik) hiss edirlər. Bunun da səbəbi Sizin orqanizminizdə gedən hormonal dəyişikliklərdir.
Hər bir qadın özünəməxsus tərzdə belə emosional qarışıqlıqdan çıxış yolu tapmağa çalışır. Kimi başını ev işləri ilə qatır, kimi xobbisi ilə daha da sıx məşğul olur. Bəzi qadınlar təsdiq edirlər ki, ən yaxşı çıxış yolu öz hisslərini nəzarət altına almaq, yəni meditasiya ilə məşğul olmaqdır. Bunun üçün satışda olan xüsusi audio, video kasetlərdən, CD disklərdən istifadə etmək olar. Peşəkar psixoterapevtin məsləhəti də effektiv ola bilər.
Təbii ki, Sizin qeyri-sabit əhvalınız həyat yoldaşınız üçün də ağır yükə çevrilir. O hər şeyi anlayışla qarşılamalıdır. Sevən insan hər cür yardıma hazır olmalıdır. Çox vaxt bu yardım sadəcə olaraq, təsəlli verməkdən, səbirli olmaqdan, qayğı göstərməkdən ibarət olur. Bunda çətin nə var ki? Buna baxmayaraq, heç vaxt ona təşəkkür etməyi unutmayın. Bu Sizə nə qədər asan gəlsə də yaddan çıxarmayın ki, bizim yaşadığımız keşməkeşli zamanda hətta sadəliklər üçün belə, onlar bütün mənəvi imkanlarını səfərbər etməli olurlar. Həyat yoldaşınız bu dövrdə əsil mənada arxa olmalıdır.
Əgər Sizi narahat edən psixoloci problemlər dayanıqlıdırsa, hətta getdikcə artırsa, ixtisaslı həkimə müraciət edin. Yadda saxlayın: Sizin kimi problemləri olan qadınların 100-dən 99-na tez və müsbət nəticə verən yardım göstərmək olar.
Birinci həftə üçün olan tövsiyyələr hələ də öz mənasını itirməyib.
GƏLƏCƏK UŞAQ

Böyüyürük! Artıq körpənin çəkisi 7 qramdır. Xarici görünüş öz qeyri-adiliyini saxlayır: yuxarı ətraflar aşaği ətraflara nisbətən daha uzun görünür. Bədənə nisbətən baş hissəsinin ölçüləri daha böyükdür. Qoy bu Sizi narahat etməsin  dünyaya gəlişinə yaxın bütün bu uyğunsuzluqlar aradan qalxacaq (nə vaxtsa, Siz də bu şəkildə olmusunuz). Bu həfə döş sümüyünün formalaşması sona çatır. Əl və ayaq barmaqları hələ də inkişafdadır.
Yeni xəbər: gözün qüsehli qişası (göz rəngini göstərən hissə) inkişafa başlayır.
Sonoqramda döl delə görünür:
Ümumi vəziyyətin yaxşılaşma əlamətləri yarana bilər. Dölün çəkisi 14 qram, uzunluğu 9 sm-dir!
On ikinci həftə.

Bir çox hamilə qadınlar bu həftəni köklü dəyişikliklərin başlanğıcı kimi yadda saxlayacaqlar. Istərdik ki, Siz də bu xoşbəxt qadınlar sırasında olasınız və nəhayət Siz erkən toksikozun sərt caynaqlarından azad olasınız.
Hamiləliyin normal gedişi üçün lazım olan hormonların ifrazında aparıcı rol ciftin üzərinə düşür. Hamiləliyin lap əvvəlində bu vəzifə yetkin yumurta hüceyrənin yerində yaranmış sarı cismin öhdəsində idi. 2,5 ay ərzində Sizi narahat edən də məhz onun fəaliyyəti idi. Indi Siz solmaqda olan sarı cismin ölümünə sevinəbilərsiniz. Amma yaxşı olar ki, bütün şıltaqlıqlarını ona bağışlayıb, xoş sözlə yola salasınız. Çünki, yaratdığı bütün əziyyətli, xoşagəlməz hadisələrə baxmayaraq, gələcəkdə Sizin həyatınızın mənasını təşkil edəcək körpənin dünyaya gəlməsində onun da rolu var, həm də çox böyük rolu!
Lakin bəzi hamilə qadınlarda toksikoz əlamətləri daha uzun müddət davam edir, xüsusən, çoxdöllü hamiləliklərdə.
GƏLƏCƏK UŞAQ

Inkişaf tam həcmi ilə davam edir. Artıq körpənin qara ciyəri öd (gələcəkdə yağların həzminə xidmət edəcək maddə) ifraz etməyə başlamışdır. Bağırsaqlar da öz qabiliyyətini yoxlamlq məqsədi ilə ara-sıra yığılmalar yerinə yetirirlər. Belə yığılmalar peristaltika adlanır. Bağırsaqların peristaltikası qəbul edilmiş qidanın tədricən əks istiqamətdə deyil, məhz ağız boşluğundan ... doğru hərəkət etməsini təmin edir. ÜÇ nöqtənin yerinə lazım olan sözü özünüz qoyun.
Baş beynin inkişafı davam edir. Indi o, yetkin insanın kişik ölçülü maketini xatırladır. Bu təəccüb doğurmamalıdır, çünki, onun çəkisi cəmi 13-14 qrama qədərdir, ümumi uzunluğu isə 9 sm-dir.
Ikinci kvartalda Sizi xoş gördük! Körpənin süd dişləri formalaşmışdır.
On üçüncü həftə.
Ikinci kvartalda Sizi xoş gördük! Sizi təbrik edirik  yolun üçdə birini arxada buraxdınız. Əgər Sizə verilən proqnozlar özünü doğrultmayıb və hələ də toksikozdan əziyyət çəkirsinizsə, ruhdan düşməyin. Tezliklə vəziyyət yungulləşəcək.
Bu mərhələdə Əlahəzrət Hamiləlik qadınlara daha bir sürpriz təqdim edə bilər. Söhbət qəbzlikdən gedir. Bu hal bir qədər əvvəl və bir qədər sonra da yarana bilər.
Qəbzliyin yaranması hamilə qadının bağırsaqlarında peristaltikanın zəifləməsi ilə əlaqədardır. Bu o deməkdir ki, qida hissələri bağırsaqların daxilində əvvəlkinə nisbətən daha zəif sürətlə hərəkət edir, buna görədə orada bərkiyir və tıxanıb qalır. Peristaltikanın pozulması hormonal dəyişikliklərlə bağlıdır. Eyni zamanda böyüməkdə olan uşaqlıq da qəbizliyin yaranmasına təsir göstərir. Get-gedə uşaqlığın ölçülərinin artması qarın boşluğunda bağırsaqların yerini dar edir. Halbuki, uşaqlığın böyüməsi daha sonrakı dövrlərdə qəbizliyin yaranma səbəbinə çevrilir.
Qəbzlik gələcək anaya heç də yaxşı ümidlər vermir. Bu hal özü  özlüyündə mənfi hisslər yaratması ilə yanaşı, həm də ağırlaşmalar verə bilər. Hamiləlik zamanı qəbzlik, sonralar əksər hallarda babasil deməkdir. Bu, düz bağırsaq venalarının müxtəlif ölçülü düyün şəkilli varikoz genişlənməsidir. Babasil düyünləri həm daxildə (düz bağırsaq mənfəzində) həm də xaricdə (anal dəlik nahiyyəsində) yerləşə bilər. Babasil düyünlərinə hamiləlik zamanı kifayət qədər tez-tez təsadüf olunur. Lakin onlara diqqətlə yanaşdıqda, özlərini sakit aparırlar. Əks halda babasil düyünləri iltihablaşaraq, Sizə kəskin ağrı və qanaxma şəklində narahatlıqlar yarada bilələr. Babasildən yaxa qurtarmaq az faiz təşkil edən xoşbəxt qadınlara müyəssər olur, lakin qəbzliyə müharibə elan etməklə bunun qarşısını almaq olar.
Sizə bir neçə məsləhət verə bilərik:
Qəbul etdiyiniz qida əsasən bitki mənşəli olmalıdır. Bitki məniəli qida tam həzm olunmur lakin nəcis kütləsinin həcminin artmasına, bu da öz növbəsində dolmuş bağırsağı daha fəal işləməyə məcbur edərək, azad olmasına səbəb olur. Doğrudur, bəzi bitkilər məsələn, lobya, kələm qazəmələgəlmə prosesini artıraraq, qarnın köpməsinə səbəb olur. Yaxşı olar ki, bu məhsullardan imtina edəsiniz. Əgər Siz bu məhsulları qəbul edib, belə halla qarşılaşmısınızsa, o zaman, bir neçə fincan çobanyastığı çayı və ya bir neçə həb aktivləşdirilmiş kömür qəbul edin. Bununla Siz körpəyə heç bir ziyan vurmayacaqsınız.
Təbii xüsusiyyətləri hesabına qarına yumşaldıcı təsir göstərən məhsullardan istifadə edin. Rəndələnmiş çuğundur vəya onun şirəsi əksər qadınlara belə təsir göstərir.100-150 ml qaynadılmış suya bir dessert qaşığı bal əlavə edib, içmək də yaxşı effect verə bilər. Bu eliksiri ac qarnına içib, sonra ilıq isitqac qoymaqla, sol yanı üstə uzanmaq lazımdır. Rəfiqələrinizlə məsləhətləşin, yəqin ki, qəbzliyə qalib gəlmək üçün onların da Sizə verə biləcək yoxlanmış üsulları vardır. Lakin əgər əldə etdiyiniz məlumat Sizə inandırıcı gəlmirsə, onu tətbiq etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Bu, xüsusilə qarına yumuşaldıcı təsir edən dərman preparatlarına aiddir. Bu preparatları ancaq həkim təyin edir.
Qarnı bağlayan məhsulların (bəzi armud növləri, düyü, çoxlu miqdarda xaş-xaş və s.) qəbulundan imtina edin. Bu məhsullarsız da qəbizliyin yaranması üçün kifayət qədər səbəb var.
Mümkün qədər aktiv hərəkət recimini saxlamağa çalışın. Piyada gəzin, su hovuzunu və fiziki məşğələləri yaddan çıxarmayın. Əgər bütün bu tədbirlər Sizə kömək etməzsə, həkimə müraciət edin. Indi satışda geniş çeşiddə dərman preparatları var və mütəxəssis Sizin üçün optimal olanını təklif də bilər.
GƏLƏCƏK UŞAQ
Bu həftədə çox mühüm hadisələr baş verir. Bütün 20 ədəd süd dişi artıq formalaşmışdır (onlar səbirsizliklə öz vaxtlarını gözləyirlər). Döl bağırsaqları qarın boşluğunda öz yerini tutur, onun daxilində həzmdə böyük rolu olan kirpiklər əmələ gəlir. Artıq körpənin mədəaltı vəzi insulin ifraz edir.
Döl, təqribən, 28 gramdır.
Şəklə diqqət yetirin  dölün ayağı demək olar ki, tam formalaşmışdır. Təəccüblüsü burasıdır ki, bu hadisə çox böyük sürətlə gedir.
Qarın divarının ortasında tünd rəngli xətt əmələ gələ biər.
On dördüncü həftə
Bir çox qadınlar bildirirlər ki, hamiləliyin nə olduğunu ancaq toksikoz bitdikdən sonra hiss etmişlər.
Bu doğrudan da belədir, çünki, qadınlarda analıq hissi məhz birincidən ikinci kvartala keçid dövründə yaranır. Bu hiss gün-gündən möhkəmlənir və bu, hər bir qadının keçirə biləcəyi ən möhtəşəm hissdir. Bu hissi əzizləyin, onun qədir-qiyəmtini bilin. Məhz bu hiss hamiləlik zamanı baş verə bilən irili-xırdalı bütün çətinliklərdən keçməyə Sizə kömək edəcək.
Beləliklə, Siz hamiləliyin çiçəklənmə dövrünün astanasındasınız. Ona görə indi irəlidə yarana biləcək müxtəlif çətinliklərdən söhbət açmaqla, Sizin kefinizi pozmaq istəməzdik. Hələ bu barədə danışacağıq.
GƏLƏCƏK UŞAQ
Dölün uzunluğu 12,5 sm-dir.
Körpənin orqanizmində artıq sidik əmələ gəlir və o, sidiyi dölyanı sulara ifraz edir. Həmçinin, döl, dölyanı suları ağciyərlərinə çəkib sonra xaric etmək yolu ilə doğulduqdan sonra tənəffüs etmək üçün məşq edir. Mədəaltı vəz boyatmada və maddələr mübadiləsində çox böyük rolu olan insulin hormonu ifraz etməyə başlayır.
Alfa  fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır.

Hamiləlik dövrləri (11-19 həftələr)

On beşinci həftə.
Beləliklə yəqin ki, Siz Hamiləliyin II kvartalı adlı tamaşada aldığınız rolu hərtərəfli qavramısınız. Ümid edirik ki, belə bənzətmələr Sizin də xoşunuza gələcək. Qürur hisi ilə Gələcək Ana adını daşıya bilərsiniz. Sizin ailə üzvəriniz də bu faktı hər an yadda saxlamlıdır. Adətən, bu dövr üçün artıq baş verəcək artım hadisəsinə ailədə işçi bir münasibət yaranır. Hər bir ailə üzvü bacardığı kimi yardım göstərməyə və dəstək olmağa çalışır. Bu cür münasibəti düzgün qiymətləndirməyə çalışın, çünki bütün bu hadisələr ailə münasibətlərini daha da möhkəmləndirir.
Güzgüyə baxdığınızda imicinizdə daha bir dəyişikliyin baş verdiyini görə bilərsiniz. Bu, qasıq bitişməsindən göbəyə qədər uzanan tünd rəngli xətt ola biər. Melanin piqmentinin toplanması olan bu xətt, hormonların daha bir şıltaqlığıdır. Narahat olmağına dəyməz, doğuşdan sonra bu xətt itəcək.
GƏLƏCƏK UŞAQ
Uşağın başında tük əmələ gəlir. Əlbəttə ki. bunlar sonralar daraqla daradığımız saçlar deyil. Dərisi hələ çox zərifdir, rəngi çəhrayıdan daha çox qırmızıdır. Alimlərin hesablamalarına görə bu dövrdə körpənin kiçicik ürəyi sutka ərzində 23 litr qan qovur!
Körpə vaxtaşırı sidik kisəsini boşaldır. Sidik amnion sularına qarışır və onun tərkibini sabit saxlayır. Lakin körpənin sidiyindən başqa dölyanı suların əsasını döl qovuğunun hüceyrələrinin ifraz etdiyi maddələr təşkil edir.Bu hüceyrələr sutka ərzində 8-10 dəfə yeniləşir. Bu proses lazımi kimyəvi tərkib (suyun, mineral maddələrin və kimyəvi maddələrin nisbəti) saxlamaqla, sterilliyi qorumağa imkan verir.
Döl qovuğunun və dölyanı suların çox böyük əhəmiyyəti var. Həm dölü mexaniki zədələnmələrdən qoruyur, sərbəst hərəkti təmin edir, həzm sisteminin ağciyərlərin və böyrəklərin inkişafına yardım edir. Birinci növbəfə döl qovuğu və onun içərisindəki maye körpənin yaşadığı ilk məkandır.
Körpə aktiv olaraq bu məkanı tədqiq edir, onunla kimyəvi maddələr və informasiya mübadiləsi aparır. Bu məkanın çox komfortlu olduqunu da qeyd etməliyik. Təsəffür etməyə çalışın  ilıq, təmiz, demək olar ki, şəffaf maye; həyatın kəskin reallıqlarını  dünya ətalət qanunu, gözqamaşdırıcı işıq, sənaye hay-küyünün xaosu kimi narahatlıqların hiss olunmadığı bir məkan, çəkisizlik, tutqun işıq, dölyanı sulardan keçən müxtəlif ahəngli səslər.
Durmaq bilməyən yapon alimləri süni uşaqlıq yaratmışlar. Bu, içərisindəki şərait bətndaxili şəraitə yaxınlaşdırılmış bir kameradır. Kamera elastik materiallardan hazırlanıb, içərisi də xüsusi maye ilə doldurulub. Böyük adam dölə xas tərzdə forma alarsa, orada tam yerləşə biər. Bu süni uşaqlıqda olmuş insanların keçirdiyi hissləri xəbər alarkən, bu cür yüngüllük, komfort, relaksasiya və müdafiyə hissinin heç vaxt keçirmədiklərini söyləmişlər (daha doğrusu uzun zamandan bəri keçirmədikləri).
Su  körpənin ən sevdiyi və alışdığı bir məkandır. Bu səbəbdən suda doğuş və çox erkən zamanlarda uşaqlara üzməyin öyrədilməsi ideyası geniş populyarlıq qazanmışdır. Qabaqcıl uşaq klinikalarında müxtəlif çatmamazlıqları olan uşaqlara bərpa tədbirləri apararkən, su məşğələlərindən və quru immersiyadan (çəkisizlik şəraitinin yaradılması) istifadə edirlər.Sizin körpə dünyaya göz açdıqdan sonra, onun çimizdirmə mərasimərini, ona sevinc bəxş edəcək sehrli bir hadisəyə çevirməlisiniz. Bu hadisə hələ 6 ay sonra baş verəcək. Lakin, indidən bu barədə fikirləşmək ziyan etməz (körpənin yolunu gözləyərək, xəyal qurduğunuz axşamlarda).
Bu dövrdə körpənin görünüşü belədir. Onun baş barmağını necə sorduğunu irəlidə görəcəksiniz.
Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etməkmümkündür.
On altıncı həftə.
Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür. Əgər bu birinci hamiləlik deyilsə, və ya, hamilə qadın bədən quruluşuna görə zərifdirsə, bunu hiss etməsi daha realdır. Qadınlar təkrar hamiləlik zamanı birinci hamiləlikdən fərqli olaraq, dölün tərpənməsini 2-4 həftə əvvəl hiss edirlər. Bunun səbəbi odur ki, belə qadınlar artıq bu hisslə tanışdırlar. Ilkin hamiləlik zamanı qadınların 22-23 həftəyə qədər dölün tərpənməsini hiss etməməsi heç də təəccüblü deyil: bu tərpənişlər sonrakı təpiklərdən çox daha zəifdir.
Ilk tərpəniş tarixi doğuş tarixini hesablamağa kömək edə bilər. Lakin bu göstəricinin dəqiqliyi o qədər də yüksək deyil.
Alfa  fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır. Bəzi fərdi xəstəliklər (məs: Daun sindromu, kəllə-beyin yırtığı, anensefaliyalar, qarnın ön divarının parçalanması və s.) zamanı bu göstəricilər normadan uzaqlaşa bilər. Belə müayinələrin nəticələri bu cür xəstəliklərə olan şübhələri ya təsdiq ya da inkar edə bilər. Bu müayinələrin aparılması üçün qanınızı gələn həftədə də verə bilərsiniz. Əsas olan odur ki, 15  ci və 20 - ci həftələr arasındakı müddət ərzində 1-2 həftəlik intervalla 2 dəfə qan verəsiniz. Məsələn, 16 və 19-cu həftədə, və ya 17 və 20-ci həftədə. Bu məqsədlə ginekoloqunuza və ya tibbi  genetik məsləhətxanaya müraciət edin.
GƏLƏCƏK UŞAQ
Körpə Sizin və Tanrının köməyi ilə öz üzərində yorulmadan çalı.maqda davam edir.
Indi onun qulaq seyvanları demək olarki, öz yerini tutmuşdur. Daha öncə onlar daha aşağıda yerləşirdilər (yəni, boyuna daha yaxın). Daha bir cizgi  dırnaqlar tam olaraq, formalaşmışdır.
Böyrəklər və sidik kisəsi tərəfindən də irəliləyiş var  hər 45 dəqiqədən bir körpə sidik ifraz edir. Əl ayaq hərəkətlərinin koordinasiyası artır. Körpənin boyu da artmışdır  onun tam uzunluğu 16 sm-dir!
Bu isə söz verdiyimiz görüntü: körpə baş barmağını sorur. Bu, belə qəbilədən olan son şəkil deyil (çünki, bu vərdiş doğuşa qədər davam edir).
Körpənin çəkisi 140 qr-dır.
On yeddinci həftə.
Uşaqlığınızın dibi qasıq bitişməsi ilə göbək arasında olan məsafənin tam ortasına uyğun gəlir. Əgər qasıq bitişməsinin harada yerləşdiyini bilmirsinizsə, aydinlaşdırırıq: barmağınızı göbəkdən aşağı düz xətt boyunca aparın , sumuk hiss etdiyiniz yer qasıq bitişməsidir.
Orqanizminiz dövran edən qanın həcmini artırır. Bu, dölü qidalandırıcı maddələr və oksigen ilə təmin etmək üçün vacibdir. Ürəyinizin işi də bu arada artmışdır, çünki, əlavə qan həcmini damarlara qovmaq üçün əlavə səylər gərəkir. Ürəyin nasos funksiyası 20% artır. Bəzən bu əlavə səy özünü göstərir. Ola bilər ki, tərləmə və uşaqlıq ifrazatı artsın  bu, orqanizmdə həmişəkindən daha çox mayenin dövran etməsindən irəli gəlir. Bunlar təhlükəli deyil. Sadəcə olaraq, qigiyena tədbirlərinin artırılmasını tələb edir. Alfa  fetoproteinləri unutmayın (əvvəlki həftəyə bax).
GƏLƏCƏK UŞAQ

Dölün çəkisi  140 qrama yaxındır.
Bu həftədə yeni strukturlar yaranır. Körpə əldə etdiyi nailiyyətlərdən istifadə etməyi öyrənir. Sizdən çox uzaq olmayan səslərə reaksiya verir. Bəzi elmi tədqiqatlar göstərir ki, ultrasəs skanerindən istifadə eyməklə, ananın qarın divarına yaxın yerləşdirilmiş dinamikdən səs siqnalları verildikdən sonra dölün hərəki aktivliyinin dəyişilməsini aşkar etmək olar. Bu o deməkdir ki, körpənizin estetik tərbiyyəsi ilə məşğul olmağın vaxtı çatmışddır. Bu həftədən başlayaraq Dinləyicilərin arzusu ilə rubrikası altında konsertlər təşkil etməyə başlayın. Istənilən ifaçı ola bilər. Özünüz də müşayətlə və ya müşayətsiz mahnı ifa edə bilərsiniz. Repertuar zəngin olmalıdır  folklor xalq mahnılarından başlamış indi populyar olan mahnılara qədər.
Körpənin atasını da bu işə cəlb edin - əgər oxumağı sevmirsə, şer desin. Sadəcə körpə ilə söhbət etsin.
Aktiv şəkildə audio apparatlardan istifadə edə bilərsiniz. Körpə hələ səsləri və musiqi alətlərinin səslənməsini qiymətləndirə bilməsə də ,bu işi gecikdirməyin. Sonralar belə müsiqi təhsili almış körpə ilə oynamaqdan həzz alacaqsınız. Çünki. bir neçə aydan sonra Sizin körpəniz əsil sənət bilicisinə cevriləcək, o, həm qiymətləndirməyi, həm də tənqid etməyi bacaracaq. (Sizin ona təklif etdiyiniz konsert proqramlarına cavab olaraq, etdiyi təpik və itələmələr vasitəsi ilə öz fikrini bildirəcək  həm də özünəməxsus qaydada).
Yatmaq və uzanmış vəziyyətdə dincəlmk artıq Sizin üçün çətin ola bilər.

Hamiləlik dövrləri (11-19 həftələr)

On səkkizinci həftə.
Yatmaq və uzanmış vəziyyətdə dincəlmk artıq Sizin üçün çətin ola bilər. Beləki, üşaqlıq böyüyür və get  gedə özü üçün garın boşluğunda daha geniş yer tələb edir. Yatmaq və uzanaraq istirahət etmək üçün daha optimal vəziyyət tapmağa çalışın, döş nahiyyəsinin və ayaqların altına döşəkçələr qoyun. Fantaziyanızı işə salaraq, döşəkcələrdən optimal rahatlıq yaradan bir taxt qurun. Üfqi vəziyyət almazdan əvvəl, çanaq hissəsi ilə əyilmə və fırlatma hərəkətləri edə bilərsiniz. Tez-tez sidiyə getməyi unutmayın. Dolu sidik kisəsi diskomfort hissini daha da artırır.
GƏLƏCƏK UŞAQ
Dölün ümumi uzunluğu  artıq 20,5 sm-dir! Çəkisi təxminən 200 qramdır. Sümüklər bərkimyə başlamışdır. Əl və ayaq falanqaları formalaşmışdır. Barmaqların üzərində barmaq izləri adlanan təkrarolunmaz naxışlar əmələ gəlir.
Ümid edirik ki, doğuş üçün psixo-profilaktik hazırlığı və Analıq məktəbini unutmamısınız?!
On doqquzuncu həftə.
Ümid edirik ki, doğuş üçün psixo-profilaktik hazırlığı və Analıq məktəbini unutmamısınız?!
Əgər bu barədə məlumatınız yoxdursa, ginekoloqunuza sorun. Əgər bu məşğələlərin tarixi təyin olunubsa, gözləyin. Bir sıra məişət çətinliklərini bəhanə gətirməklə bu məşğələlərdən boyun qaçırmaq məsləhət deyil.
Rusiyada, Yaponiyada və ABŞ-da aparılan statistik tədqiqatlar birmənalı olaraq, təsdiq edir ki, bu növ hazırlıq kursu keçmiş qadılarda doğuş ağırlaşmaları daha az olur.
GƏLƏCƏK UŞAQ

Boy artmaqda davam edir. Bu həftə döl artıq 230 qrama yaxın çəkidədir. əgər döl qadın cinsindəndirsə, onunyumurtalığında artıq primiti yumurta hüceyrələri var. Bu yumurta hüceyrələri Sizin gələcək nəvələriniz ola bilər!
Dölün bədənində tüklər əmələ gəlir (lanuqo). Doğuşdan az əvvəl bu tüklər itəcəkdir. Bəzən körpə doğulduqda bədənin ayrı-ayrı yerlərində lanuqo qalıqları müşahidə olunur.
Süd dişlərindən dərində yerləşən daimi dişlərin əsası qoyulmuşdur.
Artıq hamiləliyin orta həddini keçmisiniz!
Təbriklərimizi qəbul edin!

Səslərin sayı: 29
0
85762
loading...
Şərhlər
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış