Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Görüş (IV hissə)

Görüş  (IV hissə)

 Görüş  (IV hissə)
İcazəsiz kopya etmək qadağandır!!!
Nahid tənəffüsdə atasına yaxınlaşıb,dərsdən sonra  bibisigilə getmək üçün icazə aldı.Nənəsinin  ölümündən sonra mehrini bibisinə salan Nahid , özünü onlarda çox yaxşı hiss edir, heç sıxılmırdı.Əgər atası icazə versəydi elə həmişəlik onlarda qalar,oradan da məktəbə gedərdi.Böyüdükcə atasına çox bənzəyən Nahidi bibisi çox sevər, hər gördüyündə "Bibin boyuna qurban!" deyib, başına pərvanə kimi dolanırdı.
Bibisigilin həyət qapısının, içəridən bağlı olduğunu görüb,kənd uşaqlarına məxsus cəldliklə darvazadan içəri tullandı.Alabaş bir-iki ağız hürsə də, bu evin sevimli qonağını tanıdıqdan sonra qarşısına gəlib quyruğunu buladı.Nahid Alabaşın başını tumarlayıb evə doğru yönəldi, qapını döyüb, bibisini səslədi:
-Bibi,ay bibi!Mənim gül-çiçək bibim, hardasan?
Lalənin evdən səsi eşidildi :
-Bibin sənə qurban,nə yaxşı gəldin.Evə gəl, bayıra çıxa bilmirəm,əlim xəmirdi.
Nahid evə keçdi.Bibisinə yaxınlaşıb üzündən öpdü:
-Bibi, səninçün darıxmışdım eee...
-Darıxmalısan da ay kişi qırığı, neçə bibin var ki?Elə ürəyimdən sən keçirdin.Təndirə çörək bişirəcəm.Qoy xəmiri yoğurum,sənin sevdiyin yarpaq dolmasından gətirəcəm sənə.
Nahid əllərini ləzzətlə bir-birinə sürtdü:
-Bəh-bəh kefdi ki...Bibi,təksən evdə?
-Həə ,uşaqlar oynamağa gediblər.
Bu zaman həyətdən Lalənin əri Seymuru səsi eşidildi:
-Lalə,ay Lalə.
-Nahid, bax gör nə deyir ay bala.
Seymur Nahidlə görüşdü:
-Nahid xoş gəlmisən!Niyə gec-gec gəlirsən?Bibin az qala yuxuda da səni çağırır.
-Eeh... Dərslərin əlindən vaxt olur ki.
-Adə, nə dərs ?Səsin futbol meydançalarından gəlir.Yaxşı, mən tələsirəm, Laləyə de mənim sənədlərimi evdən versin.
Nahid bibisinə yaxınlaşdı:
-Bibi, Seymur əmi sənədlərini istəyir.
-Lap yadımdan çıxmışdı.Nahid, hazırlayıb şifonerin yuxarı gözünə qoymuşam gətir ver.
Nahid şifonerin qapısını açdı.Sənədləri götürmək istəyəndə üst-üstə yığılmış kağızlar yerə səpələndi.Tələsik  sənədləri Seymura verib otağa qayıtdı.Əyilib yerdən kağızları yığışdırmağa başladı.Bu zaman gözünə bir şəkil sataşdı.Atasının cavanlıq şəkli idi, yanında gözəl bir qız.Ortadan yapışqanla yapışdırılmış şəkildəki qıza diqqətlə baxdı.Bu qədər ona doğma gələn bu insan kim idi?Nahid gözlərini şəkildən ayıra bilmirdi.Ona elə gəlirdi ki,onu hardasa görüb,lakin yadına sala bilmirdi.Şəklin arxasında yazı vardı"Hicran səni  sevirəm.Fərhad".Nahid şəkil əlində bibisinə yaxınlaşdı.Lalə artıq işini qurtarıb əllərini yuyurdu:
-Bibi, bu qız kimdi?
Lalənin rəngi ağardı:
-Nahid, bu şəkli haradan götürdün?Bu...Bu...Atanın tələbə yoldaşıdı.
-Atamın tələbə yoldaşlarının şəklini görmüşəm.Belə qız oxumayıb onunla.
-Nahid, bilmirəm.Yəqin bir tanışıdır.
-Bibi, siz məndən gizlətsəniz də,uşaqlar mənə danışıblar.Mənim anamdı bu?
-Sən keçən dəfə məndən soruşanda dedim axı,axmaq uşaqların sözünə qulaq asma.Sənin anan Təranədi.
Nahid artıq özünü idarə edə bilmirdi.Şəkli tutan əlləri əsir, səsi titrəyirdi:
-Bibi qurban olum,ölüm ayağının altında, onsuz da hər şeyi hiss etmişəm,olanları danış mənə.Mənim artıq on dörd yaşım var.Daha uşaq deyiləm ki.İstədiyim qızdan da danışacamee  sənə,sirr saxlaya da bilirəm.Nə olar bibi.
Lalə halsız halda stula oturub,gözlərini naməlum nöqtəyə zillədi.
-Sənə hər şeyi danışacam,amma indi yox.
Nahid dizi üstə çökdü:
-Bibi, sən məni bir də görmək istəmirsən?Yoxsa qaçacam evdən!Özüm hər şeyi öyrənəcəm.Gedib tapacam onu.Atamgildən qorxursan bilirəm, sənə kişi kimi söz verirəm ki,bu bizim aramızda sirr qalacaq.
Lalə onun saçlarını tumarlaylb,yaşarmış kədərli gözlərinə baxdı.Artıq olanları  gizlətməyin mənasız olduğunu görüb,sözə başladı...
Bibisi danışdıqca Nahid gözlərini şəkildən ayırmır,barmaqlarını Hicranın sifət cizgilərində gəzdirirdi.Görəsən səsi necədi?Hələ də belə gözəl qalıbmı?Qəribədir birinci dəfə gördüyü bu qadına qarşı,qəlbində sonsuz bir sevgi baş qaldırmışdı.Birdən ağlına  gələn fikirdən yerinın dik atıldı:
-Bibi, bəlkə o ölüb.Bu qədər zamandır ondan xəbəriniz yoxdu.
Lalə gülümsədi:
-Nahid, mən onu heç unutmadım.Atam ölüm ayağında olanda, məni yanına çağırıb vəsiyyət etdi .Dedi "Hicran uşaqlıq etdi,onun hərəkətinin qarşısında gərək idi ki, mən böyüklük edim,bacarmadım.Ayırmamalıydım onları.Nahidin yanında üzüm qaradı.Səndən bir xahişim var, zamanı gələndə onları görüşdürərsən, mən də qəbrimdə rahat olaram".Onun sözləri indi də qulaqlarımda səslənir.Axtardım onu,öyrəndim ki,neçə illər Fərhadın yolunu gözləyib,ümidini kəsməyib.Sonra eşitdim ki, beş il olar ailə qurub,uşaqları var,özü də şəhərdə yaşayır.
-O, məni unudub yəqin bibi.
-Ana balasını unudarmı heç?Atan ona çox acıqlı olduğundan sənin öldüyünü demişdi.Müxtəlif yollarla sənin sağ olduğunu öyrəndi, sonra sənin şəklini istədi.Şəkli belə qıymadı atan.
-Bəs mən onu necə görə bilərəm?Onu elə görmək istəyirəm ki,bibi.
-Sən onu görəcəksən.Amma indi bu mümkün deyil.Səncə aramıza bu qədər məsafə varkən, indi onunla necə görüşmək olar?Onun yaşadığı şəhərə getmək üçün heç bir səbəbimiz yoxdu.Mənə diqqətlə qulaq as!Bunun bir yolu var.Onunla görüşmək üçün instituta qəbul olub, şəhərə getməlisən. İnstituta qəbul olmaq üçün əla oxumalısan.Mən də bu müddətdə Hicranın ünvanını dəqiq öyrənər, onunla əlaqə saxlayaram.Sən oxumağa şəhərə getdikdən sonra yanına gəlmək üçün  o qədər səbəbim olacaq ki...-Lalə, o danışdıqca gözləri yol çəkən ,xəyalında artıq Hicranla görüşən Nahidin burnuna çırtma vurdu-Eyy... Cavan oğlan, sən hara getdin?Tezdi hələ.
Nahid xəyaldan ayılıb diksindi, sonra da bibisinə qoşulub ləzzətlə güldü.
Lalənin danışdıqlarından sonra Nahidin qəlbində cavabını bilmədiyi suallar baş qaldırdı.Anası onu qoyub niyə getdi?Atası niyə onun arxasınca getmədi?Bunları düşündükcə çox sıxılırdı.Ancaq bibisinin qəlbində yandırdığı ümid çırağı bu qaranlığa işıq saldı.Bibisigildə gecələyəndə o şəkli titrək əlləri ilə yerindən götürür,öpür,sinəsinin üstünə qoyub, sonra yuxuya gedirdi.Yuxusunda Hicranı eynən şəkildə olduğu kimi gülümsəyən vəziyyətdə görürdü.Lakin dodaqlarında təbəssüm olduğu halda  gözlərindən yaş axırdı.Səhər yuxudan oyananda onu yuxuda gördüyü üçün sevinsə də,bu sevinci ürək dolusu olmurdu.Hər şeyi ətraflı düşünəndə bütün yaxınlarından küsürdü qəlbində.Lakin bu küskünlüyü çox çəkmirdi.Yaşanmış bir sevginin bəhrəsi olduğu üçün balaca qəlbində nifrətə yox yalnız sevgiyə yer vardı.Bir dəfə Lalə onun üstünü örtmək üçün otağa daxil olanda,sürüşüb yerə düşmüş şəkli ehmalca yenidən onun sinəsinə qoymuş,əyilib alnından öpmüşdü.Çiyinləri hələ bərkiməmiş bu yeniyetmənin çəkdiyin dərdin ağırlığında özünü də günahkar bilirdi.Çarpayının önündə diz çöküb əllərini qaldırdı:" Hər şeyə qadir olan ALLAHIM, sənə yalvarıram,boynuma götürdüyüm işi layiqincə yerinə yetirməyimdə mənə yardımçı ol".
Fərhad Nahiddə olan dəyişiklikləri görür və özlüyündə buna sevinirdi.Dərslərinə daha çox zaman ayırır, futbola çağıran dostlarına məhəl qoymurdu.Həmişə nadincliyindən şikayət edən müəllimləri indi onu görəndə razılıq edirdilər.
Nahidin əziyyəti hədər getmədi.O, instituta qəbul olanda Fərhad sevincindən özünə yer tapmırdı.Valideyn üçün bu çox fərəhli bir andır.Nahidi şəhərə aparıb kirayə ev tutdu.Onun şəhər həyatı başladı.Heç vaxt belə böyük şəhərdə olmayan Nahidin  həyatında yeni səhifə açıldı.Addımını qoyduğu hər yerdə gözü Hicranın əksindəki simasına oxşar adam axtarırıdı.Lakin heyhat... Bu qədər insan kütləsinin içində bu mümkün deyildi.Şəhər həyatına da çox tez alışdı.Təbiətən ünsiyyətcil olduğundan hamı ilə dil tapmağı bacarırıdı.Bibisindən məktub almışdı.Yazırdı ki, narahat olma, qış tətilində yanına gələcəm.İnsan gözləyəndə, vaxt gec geçir.Əvvəl heç sevmədiyi qış fəslini,indi həsrətlə gözləyirdi.Nəhayət Lalədən teleqram aldı" Məni qarşıla, gəlirəm".
Dəmiryol vağzalında insan əlindən tərpənmək olmurdu.Biri əzizini qarşılayır,digəri yola salırdı.Nahid bibisini uzaqdan gördü.Əlində dolu çanta ,ətrafa baxıb onu axtarırıdı.Sakitcə arxadan yaxınlaşdı:
-Mənim gül-çiçək bibim,bəs demirsən səni don vurar?!Qış hara? Lalə hara?-Laləni hop edib qucağına aldı.Bibisindən çox hündür olduğundan hər dəfə onu uşaq kimi qucağına alıb cırnadırdı.
-Adə,  qorxudan ürəyim düşdü.Adam belə sakit gələr?Hələ də ağıllanmamısan? Ayıbdı qoy yerə məni,görən olar.Dayan bir öpüm səni.
-Həə ...Doğurdanee bu boyda camaatın içində birdən "Görən olar?"-Bibisinin sözünə ürəkdən güldü.-Darıxmışdım dəə bibimçün .
-Mən də darıxmışam.Atangil də həmçinin.Sən heç bilsən sənin üçün nələr gətirmişəm?
-Elə uzaqdan ətri vurdu məni,dayan, çantaları götürüm.
Lalə Nahidin qoluna girib zarafatlaşa -zarafatlaşa yola düzəldilər.Hər tərəf ağapaq qar idi.Şəhər sanki ağ paltar geyinmişdi.Gəzdikcə çox gözəl bir mənzərə açılırdı qarşılarında.
Lalə çox çətinliklə Hicranın ünvanını öyrənib onunla əlaqə saxlamış,görüş yerini təyin etmişdilər.Nahidin təkidi ilə danışdıqları vaxtan bir saat tez gələn Lalənin artıq ayaq barmaqları donmuşdu.Nahidin isə dayanmadan var-gəl etməkdən alnında tər damcıları görünürdü.Əynindəki qara palto,boynundakı  uzun ağ şərf ona yaraşırdı.Havanın soyuq olmasına baxmayaraq başı açıqdı.Külək şəvə kimi qara saçlarını oynadırdı.Bibisinə yaxınlaşdı:
-Bibi, birdən gəlməz?
Lalə ağzını açıb etiraz etmək istəyirdi ki,qarşıdan gələn qadını görüb susdu.Qarşıdan 37-38 yaşlı çox gözəl bir qadın gəlirdi.Həyacanlı olduğu uzaqdan nəzərə çarpırdı.Lalə Hicranı tanıdı.Hicran onlara yaxınlaşıb dayandı.Gözlərinə inanmırdı, Fərhad da gəlmişdi?Axı Lalə  onun haqqında heç nə demədi.Bəs niyə heç dəyişməyib?Nahid çevrilib bibisi baxan səmtə baxdıqda, Hicran yanıldığını hiss etdi. İstədi yerindən tərpənsin amma elə bil ayaqları keyimişdi.Lalə gərginliyi azaltmaq üçün onu qabaqladı-Xoş gördük, Hicran.- deyib onunla görüşdü.Əli ilə Nahidi göstərib:
-Bayaqdan Nahidlə gözləyirik.-dedi.
Hicran Nahidə yaxınlaşdı-Oğlum!-deyib ayaqlarına döşənmək istədikdə Nahid qoymadı,anasının boynuna sarıldı. Lalə özünü saxlaya bilməyib onlardan aralandı.Hicran "Körpəm mənim,Nahidim!" -deyib onu öpüşlərə qərq etdi.Saçlarından öpəndə ona elə gəldi ki,Nahidin saçlarından hələ də körpə ətri gəlir.Neçə illər həsrətini çəkdiyi bu ətri ciyərlərinə çəkdi.Çiyinlərindən bərk-bərk tutub sinəsinə sıxdı.Sanki kimsə elə bu dəqiqə gəlib,Nahidi onun əlindən alacaqdı.Bütün bu illər ərzində qəlbində yığılıb qalan nəvazişli sözləri demək üçün, həsrətlə bu günü gözləyən Hicranın bütün sözlər yadından çıxmışdı sanki.Nahid özünü ələ alıb Hicranın gözlərini sildi:
-Ağlama ana,bundan sonra məni tez-tez görəcəksən.Gəl gedək bir yerdə oturaq bura soyuqdu.Sənə danışacaq o qədər sözüm var ki.
Nahid özünü toxtadmaq istəsə də göz yaşları ixtiyarsız yanaqlarından axıb gedirdi.Hicran "Körpəm mənim!"-deyib, əlini onun üzünə sürtdü,saçlarını sığalladı.İnanmırdı  həsrətindən qovrulduğu balasının indi qarşısında durmasına.Nahid onun qoluna girdi.Bibisinə yanaşdı:
-Ay mənim gül-çiçək bibim, gəl eyy gəl... Səni don vurar bu şaxtada.Lalə hara, qış hara?-zarafat edib, ona dünyada ən əziz olan hər iki qadını güldürdü.Hicran oğlunun qoluna girdi.Lakin illərdən bəri qəlbini deşən kədər onu tərk etmədi.Bu illər ərzində o özünü bağışlamayıbsa,Nahid onu bağışlayacaqmı?
Son.
Səslərin sayı: 6
79
3999
loading...
Şərhlər
Offline
MAYA EL
çox təsirli yazıydı nəhayət oğul anasına qovuşur .belə bir hadisə mənim riyaziyyat müəlliməmin başınada gəlib oğlu əskərlikdən qayıdıb anasın axtarıb tapıb görüşürlər
27 dekabr 2012 15:33
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Nermin NN
ne demeliyem bilmirem.ayrilmaqla usaqlara deyir butur zerbeler.oxuduqca asan gelir.nece il kecib nece dozub hicran bu ayriliga?
27 dekabr 2012 13:19
Offline
Kemale Memmedova
TEZE ESERLERINI GOZLEYIREM.
16 dekabr 2012 16:11
Offline
Almaz S.
Milana.M (XƏYALƏ MURAD),
Bu gozel heyat hekayesini sehifelere tokmek hec de asan deyil ehsen sene. Maraqli yazirsan. Her fesilde Hicrani da Ferhadi da qinadiq bir parca ushagin ne gunahi vardi ki bu qeder qiriq qelble boyuye ana sevgisi ana hesreti ile eziyyet ceke. lale de bibi kimi deyil ana kimi ona Teraneden cox mehriban ve qaygikec yanashdi ona heqiqetleri gosterdi. nahidin bu cur insan kimi boyumesinde Ilk Lalenin rolu var. anasina qovushan insan ister 50 yashinda olsun ferq etmez sevincinden korpe ushaq tek sevuner. Allah kimseni ayirmasin. heder oldu o iller Nahidin anasiz , Ferhadin Hicransiz qalan ureyi.. Yeni hekayelerini oxumaq umidi ile

Çox sağ ol Xəyalə.Düz deyirsən bir az çətinlik çəkdim,çünki oxucular bunun sonunu başqa çür görmək istəyirdilər.Əvvəl istədim dəyişiklik edim sonra fikrimdən daşındım.Bu hekayəni HƏYAT yazdı mən köçürtdüm.Əgər mən özüm yazmış olsaydım Hicranı hər cür çətinliyə salsam da onu nə Fərhaddan ,nə Nahiddən heç ayırmazdım.
Kemale Memmedova,
Sağ olun xanım.

Lezgino4ka25,

Amma bir wey mene catmadiyee,niye Hicran Ferhaddan ayrilib,yenede aile heyati qurub ozde Bakida,yene de valideynlerinden uzaq bawim cixmir indi darixmir valideynleri ucun,mentiqsizdi bir az.

Həyatda o qədər heç bir əndazəyə sığmayan hadisələr olur ki,bu da onlardan biri idi.
15 dekabr 2012 15:30
Offline
Xəyalə Murad
Almaz her defe texire salirdim amma bu gun oxudum. Bu gozel heyat hekayesini sehifelere tokmek hec de asan deyil ehsen sene. Maraqli yazirsan. Her fesilde Hicrani da Ferhadi da qinadiq bir parca ushagin ne gunahi vardi ki bu qeder qiriq qelble boyuye ana sevgisi ana hesreti ile eziyyet ceke. lale de bibi kimi deyil ana kimi ona Teraneden cox mehriban ve qaygikec yanashdi ona heqiqetleri gosterdi. nahidin bu cur insan kimi boyumesinde Ilk Lalenin rolu var. anasina qovushan insan ister 50 yashinda olsun ferq etmez sevincinden korpe ushaq tek sevuner. Allah kimseni ayirmasin. heder oldu o iller Nahidin anasiz , Ferhadin Hicransiz qalan ureyi.. Yeni hekayelerini oxumaq umidi ile
15 dekabr 2012 14:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Lezgino4ka25
hmmm bagiwlayar Insaallah,
Amma bir wey mene catmadiyee,niye Hicran Ferhaddan ayrilib,yenede aile heyati qurub ozde Bakida,yene de valideynlerinden uzaq bawim cixmir indi darixmir valideynleri ucun,mentiqsizdi bir az.
15 dekabr 2012 11:03
Offline
Kemale Memmedova
ALLAH RAZI OLSUN.AXIRI UREYIMDEN OLDU.
15 dekabr 2012 01:37
Offline
Almaz S.
Louis Vuitton,
Hicrana başdan haqq qazandırmamışam uşağını atdığı üçün. Amma bu gün ailə həyatı qurduğu üçün də qınamıram. Necə ki, Fərhadı qınamamışdım. Burda ən ağrılı həyatı yaşayan Nahid oldu. Nahid sinə gərdi hər çətinliyə. Bu çətinlik, bu sıxıntılar onu anasından soyuda bilmədi, ilk fürsətdə tapdı anasını, həsrətinə son verdi. Bu hər övladın edə bilməyəcəyi iş, ata bilməyəcəyi addımdı. Buna bibisi də səbəbdi. Çünki illər keçsə də doğma anasını Nahidin gözündə salmadı heç vaxt, əksinə onu tapmağa kömək oldu. Bu hekayədə alqışlanacaq iki surət var. Lalə və Nahid. Dünya belə insanlarla dolu olsa, həyat başdan-başa gül-çiçək olar...

Mən də Nahidin hərəkətindən duyğulanıb bunu yazdım,mənim fikrimi bilmək istəyirsənsə Fərhadı da qınayıram Hicranı da.Nahidi isə alqışlayıram
14 dekabr 2012 13:04
Offline
Gunes
Goz yaslari icinde oxudum Allah hec kese bele tale nesib etmesin hec 1anani baladan balanida anadan ayirmasin Amin
12 dekabr 2012 19:55
Offline
Louis Vuitton
Almaz, nəhayət bu hekayənin sonunu oxuya bildim. Çox təsirli qurtarır...
Nə yaxşı ki, Lalə kimi bibilər var, nə yaxşı ki, Nahid kimi oğullar var...
Hicrana başdan haqq qazandırmamışam uşağını atdığı üçün. Amma bu gün ailə həyatı qurduğu üçün də qınamıram. Necə ki, Fərhadı qınamamışdım. Burda ən ağrılı həyatı yaşayan Nahid oldu. Nahid sinə gərdi hər çətinliyə. Bu çətinlik, bu sıxıntılar onu anasından soyuda bilmədi, ilk fürsətdə tapdı anasını, həsrətinə son verdi. Bu hər övladın edə bilməyəcəyi iş, ata bilməyəcəyi addımdı. Buna bibisi də səbəbdi. Çünki illər keçsə də doğma anasını Nahidin gözündə salmadı heç vaxt, əksinə onu tapmağa kömək oldu. Bu hekayədə alqışlanacaq iki surət var. Lalə və Nahid. Dünya belə insanlarla dolu olsa, həyat başdan-başa gül-çiçək olar...
12 dekabr 2012 09:57
Offline
Almaz S.
aydan mirzoyeva,
S.S.90,
Məryəm.,
seva gulya,
Ayka,
Siz də sağ olun fikirləriniz maraqlı idi.

Sonay Quluzade,

Hicran 17-18 il gecikib, balasına nəvaziş göstərmək üçün. İtirdiyi ən böyük hədiyyədir bu. Mən olsaydım, qürurumu yenərdim balam üçün. Öldü, o da çarəsiz oturdu ata evində. Heç maraqlanmadan. Nə getsin gecə-gündüz Allaha şükür eləsin ki, oğlu onu normal qarşıladı. Bəlkə də heç qəlbən onu bağışlamayıb. Deyəsən, kəskin yazdım. Mən öz adıma deyirəm, Hicran kimi eləməzdim.


Kəskin yazmadınız xanım,fikrinizi bildirməkdə sərbəstsiniz smile

Ellada Babayeva,

Son..Belədə sonluq olar heç..


Sujet xətti realda həqiqətən olmuş hadisədən götürüləndə olar smile
11 dekabr 2012 11:21
Offline
Ayka S
yalan olan yerde hec kes heckesi bawislamir Nahitde tebiiki bawislamaz cox sagolun

yalan olan yerde hec kes heckesi bawislamir Nahitde tebiiki bawislamaz cox sagolun
10 dekabr 2012 19:45
Offline
seva gulya
sebirsizlikle gozleyirdim bu hekayeni tewekkurler cox beyendim davamli olsun
10 dekabr 2012 19:38
Offline
Sonay Quluzade
Hicran 17-18 il gecikib, balasına nəvaziş göstərmək üçün. İtirdiyi ən böyük hədiyyədir bu. Mən olsaydım, qürurumu yenərdim balam üçün. Öldü, o da çarəsiz oturdu ata evində. Heç maraqlanmadan. Nə getsin gecə-gündüz Allaha şükür eləsin ki, oğlu onu normal qarşıladı. Bəlkə də heç qəlbən onu bağışlamayıb. Deyəsən, kəskin yazdım. Mən öz adıma deyirəm, Hicran kimi eləməzdim.
10 dekabr 2012 13:27
Offline
Ellada Babayeva
Son..Belədə sonluq olar heç.. recourse
9 dekabr 2012 23:21
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Məryəm.
aaaaaaaaaaa nə maraqlı idi ..Son oldu?...Məncə bağışlayacaq..
9 dekabr 2012 22:05
Offline
S.S.90...Samir...
Cox maraqli bir son oldu,tewekkurler ALMAZ xanim.
8 dekabr 2012 23:54
Offline
aydan mirzoyeva
maraqla oxudum.yəyqin ki bağışlayar. mənə maraqlıdı görəsən hicran atdığ addımdan peşman olub
8 dekabr 2012 23:38
Offline
Almaz S.
ReVuŞ,
Heqiqetende cox pis oldum.Halaldi bele ogulaki hec nifret elemedi kim olsa fikirleserdiki meni atib gedib demeli sevmiyib mende onu axtarmicam.Ne yaxsi ki sonu gozel oldu.Tesekkurler size.

Siz sağ olun xanım oxuyub fikrinizi bildirdiniz smile

feride memmedova,
cox saq olun tesirli yazidir. Amma yeqin Ferhad bunu esidende,bilende bacisindan,oqlundan inciyecek he? siz nece bilirsiz?

İlk əvvəl gizlin görüşürdülər.İndi artıq Nahid ayaqlarını yerə möhkəm basmış yetkin bir insandır, anası ilə görüşməyə də ona heç kim mane ola bilmir.

Gulu,

Allah sizə ana olmağı nəsib etsin amin!


a.angel,
AYTEN ALLAHVERDIYEVA,
Muslimah,
Siz də sağ olun xanımlar.
8 dekabr 2012 18:56
Offline
Muslimah
cox kovreldim,yazan elleriniz var olsun
8 dekabr 2012 14:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış