Hörmətli istifadəçilər!
Saytımızda MÜSABİQƏLƏR keçirilməsi qərarına gəlməmiz yəqin ki,sizləri də sevindirəcək. Çünki, ilk yarışmanı elə sizin güldən əziz, şirin-şəkər balalarınızın foto yarışması ilə başlamağı düşündük. Məncə də çox maraqlı olacaq. Ümumiyyətlə, yarışmalar həmişə maraqlı olur.
İlk yarışmanın mışıl-mışıl yatan balacalara həsr olunmasını düşündüm. Yatdıqları yerdə onların mələk simalarının fotosunu çəkməklə yarışmanın qalibi ola bilərsiniz.
"Balacaların foto yarışması"nın qaydaları:
1. Müsabiqə və səsvermədə saytda qeydiyyat müddəti bir ayı doldurmuş istifadəçilər iştirak edə bilərlər.
2. Müsabiqə üçün göndərilən 2 fotoşəkil keyfiyyətli və maraqlı olmalıdır. Bu sizin qələbəyə olan şansınızı artırar, üstəlik də fotolara baxılan zaman xüsusi estetik zövq alarıq.
3. Foto müəlliflərinin kimliyi səsvermə sonuna qədər gizli qalmalıdır. Əks halda müəllif müsabiqədən kənarlaşdırılır!
4. Fotoyarışmada yalnız istifadəçi uşaqlarının fotoları qəbul olunacaqdır.
5. Elementlərlə olan(uşaqların cinsi orqanları açıq şəkildə) fotolar yarışmaya çıxarılmayacaq!
MÜSABİQƏ qalibinə mükafat:
1. Növbəti yarışma bitənədək xüsusi "Qalib" statusu
2. 50 bonus xal
3. 500 manat məbləğində "virtual pul"
Heç bir administrator, redaktor və ya digər statuslu istifadəçilərin email ünvanlarına rəsimlər göndərməyin! Rəsimlərinizi yalnız [email protected] elektron poçt qutusuna yollayın!
P.S - Statuslu istifadəçilərdən biri qalib gələrsə, bu statusu öz seçdiyi istifadəçiyə hədiyyə edə bilər!
İştirak edəcək hər bir kəsə uğurlar!
Beləliklə müsabiqədə iştirak arzusunda olan və öz şirin-şəkər körpələrinin rəsimlərini redaksiyaya göndərən istifadəçilərin rəsimləri səsvermə üçün hazırdır...
Rəsimlər üzərində, səsvermə zamanı qeyd edəcəyiniz iştirakçı nömrəsi qeyd edilmişdir. Səsvermədə istirak etmək üçün, bəyəndiyiniz iştirakçının nömrəsini şərhinizdə qeyd edirsiniz! Məsələn: Mən 15-ci iştirakçıya səs verirəm! Əlavə şərhlərə ehtiyac yoxdur! Müzakirələrinizi səsvermə bitdikdən sonra davam etdirə bilərsiniz. Səsvermə zamanı, yalnız qeydiyyat tarixindən minimum 1 ay ötmüş istifadəçilərin səsləri etibarlı sayılır! Səsvermənin son günü: 2 oktyabr 2010-cu il saat 23:59!
Bu müsabiqənin ilk olduğunu nəzərə alaraq, administrasiya redaksiyaya göndərilən bütün rəsimlərin müsabiqədə iştirakına icazə verib! Yalnız iki şəxsin göndərdiyi rəsimlər istisna olmaqla. Səbəb: gondərilmiş rəsimlər müsabiqə şərtlərinə uyğun deyil və göndərənin "kimliyi" - hansi istifadəçi olduğu bilinmir!
Rəsimlərin kimliyini bildirən, rəfiqələrindən, dost və tanışlarından səs istəyən istifadəçi müsabiqədən avtomatik kənarlaşdırılır!
* * * * *
Beləliklə uzun sürən, araşdırma, yoxlama və təhlillərdən sonra nəhayətki qalib müəyyən olundu! Qalibi elan etməmişdən öncə Sizləri səsvermə zamanı qeyde alınan kiçik statistika ilə tanış etmək istərdik.
Beləliklə 3 gün davam edən səsvermə zamanı ümumilikdə 73 səs qeydə alındı, 39 lazımsız, səsverməyə aid olmayan şərh məlumat bazasından silindi! Göndərilmiş 73 səsdən 40 səsin etibarlı 33 səsin isə etibarsız olduğu aşkarlandı. Ən çox etibarsız səs sayını 9-cu rəsimlə müsabiqəyə qatılan istifadəçi əldə etdi - 10 səs. Ümumiyyətlə etibarlı səs toplamayan, yarışmadan gəldikləri kimi tər-təmiz gedən iki istifadəçi qeydə alındı: 4 və 6-cı rəsimlərlə müsabiqəyə qatılan istifadəçilər. Eyni zamanda 6-cı rəsimlə müsabiqəyə qatılan istifadəçinin rəsminə yalnız etibarsız səslər gəldiyi üçün, heç bir etibarlı səsə sahib ola bilmədi - 9 etibarsız səs sayı.
Ümumiyyətlə qeydə alınmayan, etibarsız sayılan səslərin 99%-i qeydiyyatdan yenicə keçmiş və ya qeydiyyatdan keçdiyi zamandan bu günə kimi 1 ayı tamam olmamış istifadəçilərin göndərdiyi səslərdən ibarət oldu!
Sonda ilk 3 pilənin sahiblərini və ümumilikdə bütün istifadəçilərin göstəricilərini Sizlərə təqdim edirik:
3-cü yer - 6 səs sayı ilə 8-ci şəkil (musi123)
2-ci yer - 8 səs sayı ilə 7-ci şəkil (shefeq)
1-ci yer - 12 səs sayı ilə 3-cü şəkil (Aynur_Qurbanqizi)
Ümumilikdə bütün göstəricilər:
1-ci şəkil - 2 etibarlı, 3 etibarsız səs
2-ci şəkil - 4 etibarlı, 1 etibarsız səs
3-cü şəkil - 12 etibarlı, 4 etibarsız səs
4-cü şəkil - 0 etibarlı, 1 etibarsız səs
5-ci şəkil - 2 etibarlı, 0 etibarsız səs
6-cı şəkil - 0 etibarlı, 9 etibarsız səs
7-ci şəkil - 8 etibarlı, 2 etibarsız səs
8-ci şəkil - 6 etibarlı, 2 etibarsız səs
9-cu şəkil - 4 etibarlı, 10 etibarsız səs
10-cu şəkil - 1 etibarlı, 0 etirbarsız səs
11-ci şəkil - 1 etibarlı, 1 etibarsız səs
Sonda qalibi təbrik edir, ona can saglığı, xoş həyat arzulayıb, hər zaman həyatda valideynlərinin fəxri olmasını arzulayırıq!
P.S. - Son olaraq söyləmək istədiyimiz odurki, qalib gələn Aynur Qurbanqızı administrasiyada və ya redaksiyada yer alan məsul insanlardan heç kimin qohumu deyil və xanımın statusu olduğu üçün qeyd edildiyi kimi qazandığı statusu istədiyi istifadəçiyə hədiyyə də edə bilər.
Bəzilərinin yersiz iradlarına cavab olaraq, müsabiqənin nəticələrinə baxmalarını rica edərdik.
Sonda unutmayın: İnsan istənilən real varlığı aldatma kimi bir qüvvəyə sahibdir amma qaça bilmədiyi tək bir şey var: oda günlərin birində üzləşəcəyi bütün gerçəklərdir!
Allah hər şeyi könlünüzcə etsin
XƏBƏR LENTİ
Evlənməkdə say məhdudiyyəti varmı?
Sabirabadlının başına "dövlət quşu" qondu
Şəkil çəkdirməyin qadağan olunduğu məşhur turistik məkanlar - SİYAHI
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Gözəl maşınlar
Qaz smart-kartlarına 10 manat hədiyyə edilməsi ilə bağlı söhbətlərə aydınlıq gəldi - RƏSMİ
Hunzalılar -ən sağlam xalq
Rusiyaya daha bir şok
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı
Gözəllik üçün praktik məsləhətlər
Bu gün Məhərrəm ayı başlayır
Kağızdan əl işləri
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Vafli (foto resept)
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Uşaqlara Vulkan, Leysan adlarının qoyulmasına icazə verilməyib
Günün ulduz falı - 22.12.2013
Prezident: “Təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik”
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
Google sensor ekranlı noutbuk göstərdi
"ASAN xidmət" mərkəzlərində işləmək istəyirsiz?
Azərbaycanda könüllü donorların sayı AÇIQLANDI
190 manat nə vaxt ödəniləcək? - AÇIQLAMA
Bergüzar Korel hamilədir?
Kolleclərə tələbə qəbulu başladı
Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər
Kəsmikli xəmirdən burma (foto-resept)
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Avtomobilə hansı hallarda həbs verilir?
Obamadan şok etiraf
Oxşar ulduzlar
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Avropa çempionatında inanılmaz dəyişiklik
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kriştianu Ronaldu möcüzə edə bilmədi
Emosional zəka
Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Heyvansevərlər üçün maraqlı şəkilər
Meşələri istirahətə qurban verməyək
Sabahın HAVAsı
Smarfonların bu ziyanını bilmirdiniz
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
Kəsmik kürəcikli, şokoladlı keks (foto resept)
5 möhtəşəm oval dırnaq manikürü
İngilis dili-Mm
2020-ci ilin ayaqqabı trendləri
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
İngilis mediası Meqanı tənqid etdi-FOTO
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO