Norveçin rəsmi adı Norveç Krallığıdır (norveççə: Kongeriket Noreg). Şimali Avropada yerləşən Skandinaviya yarımadasının qərbində bir ölkədir. Finlandiya, İsveç və Rusiya Federasiyası ilə qonşu olan ölkənin qərbdə Atlantik Okeanının bir qolu olan Norveç dənizinə sahili vardır.
Konstitusiyalı monarxiya ilə idarə olunan ölkənin paytaxtı Oslodur. 324,220 km ² sahəyə yayılan Norveçin, Finlandiya ilə 729, İsveç ilə 1.619, Rusiya ilə 167 kilometr sərhədi var və 21.925 kilometrlik çox uzun bir sahil zolağı vardır.
Norveç, İsveçrə ilə birlikdə Avropanın ən inkişaf etmiş ölkəsidir. Birləşmiş Millətlər Təşkilatının qaynaqlarına görə həyat standartlarının zirvədə olduğu ölkədir. Digər tərəfdən, cinayət nisbətinin ən aşağı olduğu ölkədir. Ölkədə ildə bəzən bir və ya iki cinayət hadisəsi qeydə alınmaqdadır. Buna baxmayaraq ölkədə intihar hadisələrinin sayı çox yüksəkdir.
Norveçdə ictimai dövlət anlayışına, şəxsiyyətə dəyər verilir. İctimai təhlükəsizlik sistemi çox yaxşı inkişaf etmişdir.
Norveç həm də NATO ölkəsidir. Şimal qütbündə Rusiya ilə ABŞ arasında tarazlayıcı rola malikdir.
Avropanın ən bahalı ölkəsidir.
Norveçin milli bayramı.
Norveçdə 17 May Konstitusiya günü olaraq qeyd edilir . Milli bayramlarda xüsusilə gözəl geyimlər geyinilir. Bir çoxları "bunad" və ya digər milli kostyumlarda olurlar. Səhər uşaq keçid mərasimləri təşkil edilir.
Məktəb uşaqları keçid halında gedərkən əllərində Norveç bayraqları daşıyır və mahnılar söyləyirlər. Günün irəliləyən zamanlarında məktəb, park və qəsəbə, ya da şəhər mərkəzlərində müəyyən yığıncaqlar təşkil edilir. 17 May eyni zamanda uşaq bayramı olaraq da qeyd edilir.
Norveç mətbəxi.
Norveç mətbəxi əsasən balıq yeməklərindən ibarətdir. Balığı balla yemək kimi bizim çox vərdiş etmədiyimiz bir yemək mədəniyyətinə sahibdirlər.
Norveçin qərb sahillərində olan fyordlar dünyaca məşhurdurlar. Hər bir fyord özünə xas bir quruluşa və xüsusi cazibəyə malikdir. Ən uzun və ən gözəl mənzərəyə sahib olanlar Geirangerfjorddadır. Dünyanın ən uzun fyordu sayılan Sognefjord burada yerləşir. YUNESKO-nun "Dünya mirası" hesab etdiyi Naroyfjord, bu fyordun bir qoludur. Ölkənin qərb sahillərində yerləşən Bergen şəhəri fyordlara tamaşa etmək üçün ən əlverişlı yerdir.
Ölkənin qərb sahillərinin cənub hissəsi köhnə taxta evlərlə bəzənmişdir. Bu hissələr, sakit yaşıl sahələr və uzun ağ çimərliklərlə örtülüdür.
Ölkənin şimal bölgələri təbiətin bəxş etdiyi fərqli işıq görüntüləri (The Northern Lights) və gecə yarısı səmada görünən (24 saat boyunca üfüqdə günəş görünür) günəşin təqdim etmiş olduğu fövqəladə görüntülər (The Midnight Sun) insanın ağlını başından çıxaracaq qədər gözəldir. Norveçin şimal ucu (The North Cap), dəniz səviyyəsindən 307 metr yüksəklikdədir. Norveçin ikinci böyük buz qayaları olan Svartisen dünyadakı ən güclü anafor olan Saltstraumen və sahil boyunca yüksələn möhtəşəm dağlar insanı heyrətə gətirəcək mənzərələrdəndir.
Ölkənin cənub hissəsi; gözəl təbiət mənzərələri və çoxşahəli şəhər həyatı ilə diqqəti cəlb edir. Cənubda yerləşən istər paytaxt Oslo, istərsə də fyordlar, dağlar və meşəlik təpələr insanı ovsunlayan coğrafi quruluşa malikdir. Cənubda Lillesand, Tvedestrand, Risor, Brekkesto və Gamle kimi kəndlər bir sahil incisidir. Cənub bölgəsi, xüsusilə Telemark bölgəsi xizək həvəskarlarının ən sevimli məkanlarındandır.
XƏBƏR LENTİ
Qeyri-adi interyerlər
Körpələr üçün düyülü yemək
Bon Prixdən qadın kostyumları
Zəncəfilin faydaları
Yenə Həccə gedək, yoxsa xeyriyyəçilik edək?
İt çəkməyi öyrənək
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Ermənistanda böyük qiyam başlayır
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Gəlinlik saç düzümləri
V, VIII və X sinif şagirdləri hansı hallarda sinifdə qalacaqlar?
Dərbənd qalasının bir hissəsi dağılıb
Bakıda Novruz yarmarkaları
Çay nədir, say nədir...
Azərbaycanın lavaş zəfəri
Gözəllik inciləri
Qabaq qovurması (foto resept)
Ən təhlükəli qida hansıdır?
Dondurulmuş pomidor püresi (foto resept)
Ajda Pekkanın 8 milyonluq evi muzey oldu-FOTO
Bu peşənin sahibləri qripə yoluxmur
Lobya salatı (foto resept)
Ev dekorasiyanızı özünüz yaradın
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
İki nəfər 90 milyon avro uddu-FOTO
Azərbaycan dili - I dərs
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb
Hardan bilək ki, dostumuz zərərli insandır?
Kartof Frii (foto resept)
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Bakıdakı uşaq bağçalarında daha bir yenilik
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Aida M-ova ilə müsahibə
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Hazal Kayanın yeni tərzi-FOTO
“Məzun günü” mayın 27-də olacaq
Kokoslu-albalılı keks (foto resept)
Əgər prezident olsaydım...
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
46 yaşında yenidən tələbə adını qazandı
Yeni ildə "Küpəgirənin hiyləsi" göstəriləcək
“Android” istifadəçilərinin DİQQƏTİNƏ
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Beş ayda 11 mindən çox insan iş tapıb
Atakamanın nəhəng əli
Lady Qaqa
- ŞƏRHLƏR