Bakıda hava 29°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
10:55Ayla Ayla Sürayyə yerin məlum canım 10:52Ayla Ayla Bu nə şirin reseptdi bəhbəhhhhh 09:24Xəyalə Murad Sabahınızli gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40752

Kaktusa qulluq

Kaktusa qulluq

Mən kaktusu çox sevirəm. Bu qədər tikanlı  olmasına baxmayaraq gözəl çiçəklər açır.

Əsas odur ki, bəhrəsi insanda xoş təəssürat yaradır. Mən kaktusu əzablara dözən, həyatın çətinliklərində sərt mövqe tutan, lakin öz övladlarını sevgiylə yetişdirən və cəmiyyətə layiqli övlad verən insanlara bənzədirəm.

Əslində kaktuslara baxmaq o qədərdə çətin deyil. Kaktusların əsas düşmanı rütubət və çox sulanmaqdı. Əgər sulamaq qaydasını düzgün yerinə yetirsəz görəcəksinizki kaktusunuz necədə surətli inkişaf edərək çiçək açır.

Sulayarkən istifadə edilən qab hər dəfə sulayarkən eyni ölçüdə, eyni gündə və eyni miqdarda su tökülməlidir. Əgər kaktusda böyük bir dəyişiklik yoxdursa sulanmada istifadə edilən qab, ölçü və su miqdarı dəyişdirilməməlidir.

Kaktusa qulluq

Fevral-Mart aylarında seyrək halda(təxminən 15 gündə bir) sulanır. Yayada 4-5 gündən bir yaxşı sulanaraq saxsı torpağının suya yaxşıca doyması təmin edilməlidir.

İsti havalarda üzərinə su səpə bilərsiz. Payızda verilən suyu yenidən azaldılmalıdır. Qışda (istirahət və tumurcuq meydana gəlməsi dövründə) isə xüsusilə soyuq yerlərdə saxlanılmalı və kaktus heç su verilməməlidir. Ancaq, Noyabr-Fevral ayları arasında istiliyin 10 oC'den daha yüksək olduğu yerlərdə saxlanılan kaktus ayda bir püskürtmə ilə çox az su verilə bilər. Ən uyğun suvarma suyu yağış suyudur. Yağış suyu təmin edilə, bulaq və ya quyu suları ən az 24 saat qaldıqdan sonra istifadə edilə bilər. İstirahət dövründə olduqları zamanda kaktusa su və xüsusilə gübrə verilmir. Versəniz böyük ehtimalla öləcəklər.

Kaktusa qulluq

Çoxaldılması zamanı köklərindən ayrılan kaktus dərhal ayrılan köklərindən başqa bir saxsının içinə əkilərək çoxaldılır. Saxsı dəyişməsi 5-6 ildə bir dəfə olsa kifayətdir. Kaktusun saxsısısı digər bitgilərdən fərqli olaraq böyük deyil hətda özündən balaca olmalıdır. Onda daha yaxşı inkişaf edir. Kaktus bitkisinin çoxaldılması üçün ən uyğun zaman isti aylardır.

İndi sizə katusların çiçəklərini göstərəcəm. Baxıb, heyran olmamaq mümkün deyil. Unutmayaq ki, kaktus digər çiçəklər kimi daimi su istəməsə də qayğıya ehtiyacı var. Axı o da canlıdır. Nə qədər sevgiylə yanaşıb düzgün qulluq etsəniz, o da sizə gözəl çiçəklər verər.

Əgər qışda şaxta 10 dərəcədən aşağı olmamaq şərtiylə, nə qədər soyuqda saxlasaz yaz və yayada daha çox çiçək açar. İstidə də saxlaya  bilərsiniz amma belə etsəniz bahar və yay aylarında çiçək açmayacaqlar. Sizin evdə əgər 5-6 kaktus yanaşıdırsa, onlar çox zaman eyni vaxtda çiçək açır. Çünki kaktuslar yanlarında yerləşən güldən və çiçəklərdən ilham alır.  

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq
Səslərin sayı: 16
92
47394
loading...
Şərhlər
Offline
gunay
Men kaktusu sevmirem eslinde. Lakin gulunu cox beyenirem
11 fevral 2015 02:13
Offline
S.S.E.
men hec kaktusu acan gormemisem
6 fevral 2015 13:38
Offline
ramaska
Menimde kaktuslarim var iki defe gul acib winked winked winked
26 mart 2014 19:07
Offline
♥NiLuFeR♥
7CI SEKILDEKI KAKTUSDAN MENDE VAR smile AMA MENDEKI AG RENGDE GUL ACIR smile
24 dekabr 2013 09:57
Offline
Elmar Isayev

Bizdede kaktuslar var ve onlari cox sevirem esasda toxunmagi
ve bizim kaktusumuz ag uzun gozel gul acir ilde 3 defe cox gozel olur, istinide coox sevirler amma cox balalayirlar :)
17 dekabr 2013 16:43
Offline
♥AyTaDj HəSəNzAdə♥
menimde kaktusum var ve nece davranmaq lazim oldugunu bilmirdim tewkkur edirem melumata gore gullerinede bayildimmmmmmmm menim kaktusum hele gul acmayib((( təşəkkür give_ros
20 noyabr 2013 01:46
Offline
Yegane Huseynova
mende de kaktus var men gulleri cox sevirem 7-dene kaktusum var birisinin 10-dene balasi var men size cox cox cox cox cox cox cox cox cox cox cox cox cox tessekkur edirem cox sagolun allah sizden razi qalsin amma bilmirem bu sozlerden netice cixar amma yenede cox sagolun :lo man_in_l kiss give_hea wacko ve:
27 oktyabr 2013 20:05
Offline
KALENDULA
TƏŞƏKKÜR EDİRƏM. MƏNİM DƏ KAKTUSUM VAR. MƏSLƏHƏTLƏRƏ QULAQ ASACAM.
15 iyun 2013 19:05
Offline
ILKIN
Kaktus gorende qawinma tutur meni girl_smi
31 may 2013 17:42
Offline
Fidan
xebere gore cox sagolun give_ros
31 may 2013 17:38
Offline
Gunel Memmedli
cox ela melumatdi men tez tez sulayirdim ama yaxsiki bildim mende deyirem niye göresen gül acmir
27 mart 2013 21:06
Offline
Nice Girl
Kaktus saxlamağı xoşlayıram, ancaq bəzi qaydaları bilmirdim. Öyrəndim sağ olun.
2 mart 2013 22:52
Offline
canim
SUPERDILER MEN DE GULLERI COX SEVIREM KAKTUS SAXLAYIRAM ANCAQ HELE GUL ACMIR
2 mart 2013 20:22
Offline
Qabriella
Ciceklerin icinde kaktusu ayrica sevirem amma ustunde gul olanda ele bilirem gozelliyin itirir ee.Gulleri ayri sevirem,kaktusu ayri.Tesekkur edirem! give_ros

mənim də evdə kaktusum var.amma illərdir bir dəfə də çiçək açmayıb.

Yox xanim cicek acan kaktuslar basqa sortdandilar.Her kaktus cicek acmir ki....
24 yanvar 2013 20:35
Offline
Sabrina Melodi
Çoooox gözəldirlər love
Kaktuslardan xoşum gəlir,çiçəkləri də əladır. i_am_so_
24 yanvar 2013 20:28
Offline
J e a l o u s y
ooooyy kaktusa yaxinlasmaq olarr??? negative Tesekkurler
21 yanvar 2013 00:16
Offline
Hemolina
mənim də evdə kaktusum var.amma illərdir bir dəfə də çiçək açmayıb.
16 yanvar 2013 11:44
Offline
MAYA EL
ayyyy nə gözəl çox xoşlayıram kaktusu istəyirəm bütün novlərindən məndə olsun çox saq olun məlumat üçün
16 yanvar 2013 11:33
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
name
mende kaktus gulu var cox gozel gul acir
15 yanvar 2013 17:10
Offline
kamile
Sizinle tamamile raziyam heqiqeten de kaktuslarin cox gozel gulleri olur,siz burda az vermisiz sekillerini hedden coxdur onlarin novleri,adama da xos tesir bagislayir baxanda sanki uzerine suni gul qoyulmus kimi gorunur.Maraqli xeber ucun minnetdaram,basqa guller haqda da xeber hazirlasaniz yaxsi olar.
14 yanvar 2013 20:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )