2010-cu ilin avqust ayı idi.İnternetdən uşaq yeməkləri axtararkən http://qadin.net/-i kəşf etdim.Həm dizaynı, həm çeşidliliyi, həm də səliqəli və gözəl xəbərləri ilə diqqətimi çəkdi.O gündən izləməyə başladım bu saytı.Başqa saytlara da baxırdım, amma qadin.net tamam fərqli idi.Qoyulan xəbərlər mükəmməl şəkildə, dilimizin qaydalarına uyğun olurdu.Bəlkə də redaktə olunarkən 100 dəfə nəzərdən keçirilib, bir dəfə qərar verilirdi o xəbər haqqında. Şərhlər də pis deyildi indikinə baxanda.Mən tez-tez gələ bilməsəm də gündə bir dəfə uşaqlar yatandan sonra gəlirdim sayta.
Bu günkü qadin.net əvvəlkindən çox fərqlidir. İstifadəçilərin sayı çoxalıb, hamı xəbər göndərir.Kimisi tərcümə edir, kimisi öz əl qabiliyyətlərini nümayiş etdirir, kimisi beynindəki ideyalarını qeyd edir və s. Amma bu xəbərlərə yazılan şərhlərin çoxu başdansovdu yazılır. Ən məşhur şərh "TWK"və "tsk"dır. Çoxları kimi məni də qıcıqlandıran şərh.Məşhurluğuna görə ikinci və digər yuxarı yerlərdə "maraglidi,cox sagolun", "xebere' gore twk","eladi","qeseydi" və s. Mən bir şeyi başa düşə bilmirəm ki, niyə sözü bu qədər qısaltmağa ehtiyac görürlər.Mürəkkəbləri bitir, yoxsa kağıza qənaət edirlər? Bəs niyə ş hərfini ingilis əlifbasındakı w ['dКЊblju:] hərfi ilə əvəz edirlər? W hərfinin ş hərfinə oxşarlığı varmı? Bəli, kiril əlifbasındakı С€ hərfinə oxşayır, amma ş deyil. Təkcə bu sözdə deyil, nədənsə tərkibində ş hərfi olan digər sözlərdə də ş - w əvəzlənməsi baş verir.Əgər bu hərfi yazmaq imkanınız yoxdursa, ən azında ş-s əvəzləməsindən istifadə edin.Bəzən insanlıq mövzusunda elə xəbərlər qoyulur ki, onlara da sadəcə "tsk", "maraglidi" "sag olun" tipli şərhlər yazırlar. Nəyin xətrinə yazılır bu şərhlər? Bəlkə də heç xəbəri oxumurlar.Oxusalar o yazıya aid nəsə bir fikir bildirərlər, fikirləri yoxdursa da heç nə yazmadan keçərlər üstündən.Amma...
Yeni sistem qüvvəyə minəndən bu tip zəhlətökən şərhlərin də sayı artır.Hər kəs pul yığmaq üçün eyni şərhi bütün xəbərlərə yazırlar.Başa düşə bilmirəm ki, o pul nəylərinə lazımdır? Hansı problemlərini həll edəcək? Məhz xal sayı artırmaq üçün saytın görünüşünü korlayırlar.
Mən ingilis dilindəki biliklərimi və təcrübələrimi artırmaq üçün ingilis dilli saytlara daxil oluram, xəbərləri də oxuyuram, şərhləri də oxuyuram. Baxıram ki, hamısı mənim qrammatikasından öyrəndiyim kimi yazılır. Eləcə də həkk olunur beynimə. Bəlkə elə mənim kimi xarici dil həvəskarları olan başqa dilli insanlar dilimizi öyrənmək üçün saytımıza daxil olur? Xəbərləri, şərhləri oxuyub anlamağa çalışırlar.Onlara belə öyrədirik dilimizi?
Səhvsiz insan yoxdur.Mükəmməl bilən insan da yoxdur.Amma çalışıb bildiyimiz qədər daha mükəmməl şəkildə yazaq düşüncələrimizi.Xəbər müəllifinə hörmət olaraq, oxumadığınız xəbərə şərh yazmayıın və ya məhz o xəbər vasitəsilə xal toplamaq üçün mənasız şərhlər yazmayın.
Bəlkə də çoxlarının bu xəbərdarlıqdan xoşu gəlməyəcək, amma mən mənə verilən səlahiyyətdən lazımınca istifadə edəcəyəm.Mənasız bütün şərhləri siləcəyəm.Artıq silməyə başlamışam.Bəzən şərhləri redaktə edirəm ki, bəlkə o şərhin müəllifi utana.Amma heç uf da demirlər.Yenə də "köhnə hamam, köhnə tas".
Bir daha hər kəsdən xahiş edirəm.Dilimizə qarşı diqqətli olun.Siz nə əcnəbisiz, nə də yazmağı öyrənməkdə olan birinci sinif şagirdi.
XƏBƏR LENTİ
Heydər Əliyevin anım günüdür
Günün ulduz falı
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kəsmikli alma piroqu (foto-resept)
Prezident fəxri ad verdi
Yoxsulları qurtaran asan dizaynlar
Kim tapar?
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Nurgül Yeşilçaya ad günü sürprizi
Günəşli hava sabah da davam edəcək
Analar və qızları
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Prezident onlara fəxri ad verdi - SİYAHI
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Kardi B boşanır
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
Şirin pizza (foto resept)
Jerar Depardye azərbaycanlı rəssamın atelyesində-FOTO
Ürək pirojnası (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Limonlu brauni (foto resept)
Ermənistan Azərbaycana başqa yol qoymur
Dodaq makiyajında nəyə diqqət etməli?
İdeal almaz satılır
Ətli kesadil (foto resept)
Ən çox yayılmış burun tipləri
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Yardımlı rayonu
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Terrorçulara görə islamı günahkar saymaq olar?
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Qaliblər bəlli oldu
Azad söz (7-ci hissə)
Günəş ləkələrinə qarşı nə etməli?
Amerikasayağı Lamborghini Aventador
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Günün qoroskopu:Aktiv olun!
Əsil epilyasiya prosesi və hazırlanması
Divar saatları
Arvadının 8 il həbsini tələb edir
Qəzəblənə bilirsinizmi? (test)
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Həyatda istədiyinizi əldə etmək üçün 3 qayda
- ŞƏRHLƏR