Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Görüş (III hissə)

Görüş  (III hissə)


Görüş  (III  hissə)
İcazəsiz kopya etmək qadağandır!!!
Nahid əlində məktəb çantası, evlərinin qarşısında dayandı,qapını aralayıb içəri boylandı.Təranə   qarşısına iri bir tiyan qoyub paltar yuyurdu.Arxası qapıya tərəf olduğundan Nahidi görmədi.Nahid qapını sakitcə açıb, asta addımlarla evə daxil oldu.Futbol oynamağa başı qarışdığından evə gec gəlmişdi.Əynindəki məktəb paltarları da həmişəki kimi tozun-torpağın içində.Təranə onu belə  görsə  yenə danlayacaqdı.Mətbəxdə yemək bişirən nənəsinin yanından sivişib otağına qalxmaq istədikdə,nənəsinin səsini eşidib dayandı:
-Nahid, ay bala, hardasan indiyə kimi?Əvvəl adam dərsdən çıxıb evə gələr,əynini dəyişər, sonra oynayar də.Vay-vay... Üst- başın nə gündədi?!
Mətbəxin qapısından ona baxan,Münəvvər nənə başını buladı.
Nahid özünü doğrultmaq üçün dil-boğaza qoymadı :
-Salam nənə.Rəsul mənə dedi ki,sən  futbol oynaya bilmədiyim üçün qorxudan qaçırsan,mən də məcbur oldum dəə neyniyim?Nənə,Rəsul həmişə məni cırnadıree...Hələ məndən də 3 yaş böyükdü,amma ağlı yoxdu. Bizim komanda futbolda onları udur deyə paxıllığından bilmir nə etsin.
-Yaxşı ağrın ürəyimə.Sən ona fikir vermə.Artıq 10 yaşın var.Böyük oğlansan.Ağıllı ol.Əynini dəyiş gəl, yemək ye.
Nahid mətbəxdə  iştahla nahar edirdi.Başı oyuna qarışdığından,ac olduğunu indi hiss etmişdi.Bu zaman qardaşı Farizin ağlamaq səsi eşidildi.Pəncərədən bayıra boylandıqda qardaşının  ağlaya-ağlaya anasına nə isə danışdığını gördü. Danışıqları aydın eşıidilməsə də 5 yaşlı Farizin  yıxılıb özünü əzməsini hiss etdi.Təranə əlinin işini yarımçıq qoyub ,onu qucağına alıb ovudur, ağrıyan ayağını ovxalayırdı.Anasının qucağında ovunan uşaq səsini kəsdi.Onunla üzbəüz oturub bunu seyr edən Münəvvər nənə Nahidə baxdı.Uşağın üzündə elə kədərli ifadadə vardı  ki,sanki dünyanın dərdi balaca çiyinlərinə çökmüşdü.Nahid böyüdükcə atasına çox oxşayırdı.Lakin gözləri Hicranınki idi.Ən çox da kədərlənəndə adama elə baxırdı ki...O, belə baxanda arvadın yadına Hicranın getməmişdən qabaqkı kədərli gözləri düşürdü:
-Nənən gözlərinin qadasını alsın ay Nahid.Nə oldu  sənə, nənən boyuna qurban.
-Nənə, anam məni  Farizdən az istəyir?
Münəvvər nənənin bədəni üşəndi:
-Yox gözümün işığı.Niyə soruşdun?
Nahid ah çəkdi:
-Məni çox danlayır ona görə dedim.
-Sən nadinclik edirsən də Nahid.Amma  anan ikinizi də  eyni sevir.
Nahid onun bu sözünün qarşısında heç nə deməyib ayağa durdu:
-Sağ ol nənəcan, acından ölürdüm.Mən getdim oynamağa.
-Nənən qurban,evə gec gəlmə.Yoxsa atan hirslənər.Dərslərini də hazırlamamısan.
Artıq qapıdan çıxan Nahidin dalınca qışqırdı:
-Rəsulnan da dava etmə,uzaq ol ondan.Şər Mənzərin nəvəsidi, xatasını bizdən uzaq eləsin.
 
Nahidin bayaq dediyi sözlər canına üşütmə saldı.Bu uşaq niyə belə sual verdi?
 Gəlini Təranədən razı idi, indiyə kimi də Nahidi şübhələndirəcək bir hərəkət edən olmamışdı.Təranə bu evə gəlin gələndən, hər işdə qaynanasına kömək olsa da Nahidə  Münəvvər ana özü baxmış, bir an belə özündən ayrı saxlamamışdı.Ona görə də bütün dünya nənə üçün bir yana idi,Nahid bir yana.Heç vaxt gəlininin onun yanında Nahidin üstünə qışqırdığını və yaxud vurduğunu görməmişdi.Amma Nahid artıq böyüyür və körpəlikdəki kimi onu hər şeydən qorumağa nənənin gücü çatmırdı. Təranə üzdə uşaqlar arasında ayrı-seçkilik salmasa da, Nahid deməli nə isə hiss etmişdi.Bəs bu "Nə isə" nə idi? Münəvvər ana gəlininə hər cür irad tuta bilərdi.Amma ona" Nahidi qəlbində də öz balan kimi qəbul et!" deyə bilməzdi.Bu mümkünsüz idi.Yoldaşı dünyasını dəyişəndən sonra Münəvvər ana da nə vaxtsa köçünü sürəcəyini bilirdi.Nigarançılığı bircə Nahiddən idi.Onun balaca qəlbi hələ bu zərbələrə hazır deyildi.
Nahidin belə düşünməyi səbəbsiz deyildi.Evdə nənəsi  yemək çəkəndə" birinci böyüyə"- deyib yeməyi Nahidin qarşısına qoyurdu.Təranə yemək çəkəndə isə birinci Farizə çəkirdi.Həmişə elə şərait yaradırdı ki, Nahidə elə gəlirdi evdə böyük uşaq Farizdi.Bir dəfə Farizlə top üstündə dava etmişdi.Nənəsi evdə yox idi.Topu ona vermədiyi üçün Fariz bərkdən ağlamağa başlamış,onun səsinə gələn anası Nahidin onu vurduğunu zənn edərək, ona bir  şıllə vurmuşdu.Nahidə bir anlığa elə gəldi ki,bu  şillə üzünə deyil, ürəyinə dəydi.Əlini ürəyinin üstünə qoyanda Təranə təccüblə ona baxmışdı.Onu arxadan çağırmasına  baxmayıb birnəfəsə qonşu kənddə yaşayan bibisigilə qaçmış və sonra Təranədən heç kimə şikayət etməmişdi.Lakin bu onun balaca qəbinə dərd oldu.Ağlayanda ,inciyəndə ovunmaq üçün qardaşı kimi  Təranənin deyil, nənəsinin qucağına qaçırdı.Təranədən çəkinirdi sanki.Nənəsinə daha çox bağlı idi.Bilmirdi niyə?  
 

Fərhadla ailə qurmaq üçün Təranə tərəddüd etmədən razılıq vermişdi.Çünki kəndin bir çox qızları kimi, o da qəlbində bu yaraşıqlı gəncə vurulmuşdu.Məhəbbətin gözü kor olar deyiblər.Əvvələr ümidini üzməsə də,illər keçəndən sonra anladı ki, onun sevgisi qarşılıqsız olacaq.Bunu illərlə bir yerdə yaşadıqdan sonra anladı.Toy gecəsində onu yalnız qoymağını da Hicranla əlaqələndirirdi.Düzdür, kənardan  baxanda ideal bir ailələri var.Heç vaxt dava-dalaş etmirlər,Fərhad da onunla çox yaxşı rəftar edib, hörmətini saxlayır.Evdə  heç vaxt Hicran haqqında danışılmır.Bütün bunlara baxmayaraq bir qadın fəhmi ilə Hicranın varlığını həmişə öz aralarında hiss edirdi.Bir dəfə Fərhadın iş stolunu səliqəyə salarkən siyirtmədən  Hicranla birgə çəkdirdiyi şəkil tapmışdı.Fərhadın elə xoşbəxt gözləri vardı ki.Hansı ki,Təranə özü  bu ifadəni  Fərhadın gözlərində heç vaxt görməyib.Hələ yanındakı Hicran... Necə də gözəldi.Hirsindən şəkli cırıq-cırıq etdi.İmkanı olsaydı Fərhadın beynində,ürəyində Hicranla bağlı nə vardısa onları da məhv edərdi. Çünki çəkdiyi acıların səbəbkarı o idi.O olmasaydı Fərhad onu sevərdi-Təranəni.Bir də onu unutmağa qoymayan Nahid var,anasına oxşayan gözləri ilə həmişə atasına baxan Nahid.Fərhada ərə gələndə Nahidin varlığını qəbul etsə də,bilsə də bu işdə  uşağın heç bir günahı yoxdu,onu ögey ana kimi incitməsə də ürəyi qəbul etmirdi Nahidi.Onun günahı isə Hicranın oğlu olmasında idi.Təranənin yeganə istəyi,arzusu Hicranın varlığını Fərhada unutdurmaq idi.Nahid isə onsuz da onun varlığından xəbər tutmayacaqdı.Buna Təranə heç vaxt imkan verməyəcəkdi. Hicran isə unudulmağa məhkumdu-unudulmalıdı.
Yaşıl düzənlikdə futbol oynayan uşaqların səsi ətrafı götürmüşdü.Nahid növbəti qolu qarşı qapıya vurub "Qool!" deyə, qışqıraraq qaçmaq istəyərkən,kimsə onu möhkəm itələdi.Özünü yıxılmaqdan güclə saxlayan Nahid, onu itələyən Rəsulun üstünə cumdu.Uşaqlar araya girib ayırsalar da Rəsul Nahiddən yağlı bir yumruq yedi.Rəsuldan yaşca balaca olsa da, boyu onunla tən idi.Rəsul ağzının qanını qoluna silib, artıq getməyə hazırlaşan Nahidə:
-Yetim-yesirin əlində qalmışıq dəə.Yazığım gəliree sənə, yoxsa yaxşı payını verərəm-dedi.Nahid yenidən onun üstünə cumub yaxasından yapışdı:
-Nə dedin?Ay axmaq, yetim niyə oluram? Atam da var, anam da.Ağlın çaşıb nədi?
-Təranə sənin anan hardan oldu?Anan səni körpə vaxtı atıb gedib.Guya bilmirdin?
Nahid duruxdu, qolları boşalıb yanına düşdü.Rəsulun sözləri əks-səda verdi qulaqlarında.Onu tanıyan uşaqlar təəccüblə baxışdılar.Bu sakit dayanmaq ona xas deyildi axı.Nahid bir müddət hərəkətsiz qaldı və qəfildən onlardan ayrılıb evlərinə sarı qaçdı.
Artıq atası işdən gəlmişdi.Öz otağında yazı  yazırdı.Yox..Hələ atasının gözünə görünmək istəmirdi.Mətbəxə keçib sakitcə oturdu.Nənəsi eynəyini gözünə taxıb ,məcməyidə düyü təmizləyirdi.Eynəyin üstündən Nahidi süzdü:
-Yenə nə olub ay bala?Dava etmisən?Niyə dillənmirsən?
-Nənə mənim anam kimdi?Rəsul dedi ki,mənim doğma anam atıb gedib məni,Təranə mənim doğma anam deyil.
-Nəəə?
Qəfildən peyda olan Təranənin səsinə ikisi də diksindi.
-Qələt edib belə söz danışır şər Mənzərin nəvəsi.Mən  sabah gedərəm onun anasının yanına.Görüm niyə oğluna tərbiyə vermir ki, o da ağzına gələni danışır.Sən də hər deyilənə inanma,bu söhbətə də bir də qayıtma!Sənin anan mənəm,mənəm,mənəm!Vəssalam!
Hirslə qapını çırpıb mətbəxdən çıxdı.Nahid nənəsinə baxdı, nənəsi başını aşağı salıb dinməzcə dayanmışdı.Nahid:
-Mən bibimgilə gedirəm -deyib sürətlə mətbəxdən çıxdı.Münəvvər ana əlindəki  məcməyini qoyub onun dalınca getdi:
-Nahid, ay bala, bayır axşam  olur, nənən qurban.Gəl evə,sabah gedərsən .Nahid! Nahid!-deyə arxasınca səslənsə da,Nahid artıq qaça-qaça gözdən itmişdi.Münəvvər nənə əlini dizlərinə çırpdı:
-Qorxduğum başıma gəldi.İndi mən qaragün, başıma haranın daşını töküm?!
Ardı var...

Səslərin sayı: 7
71
3711
loading...
Şərhlər
Offline
S.S.E.
Tesekkur edirem.
26 yanvar 2015 13:42
Offline
.....
maragli oxudum sag olun
25 yanvar 2015 09:07
Offline
.....
ELA XEBERDI TWK EDIREM girl_smi
24 yanvar 2015 15:06
Offline
MAYA EL
Allah heç bir övladı anasız qoymasın çox təsirləndim yazan əlləriniz var olsun
24 dekabr 2012 10:33
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
a.angel
ardını sebrsizlıklə gözləyirəm.çox sağ olun
5 dekabr 2012 14:47
Offline
Almaz S.
nuray huseynli,
Heç maraqlı olmazdı smile
30 noyabr 2012 16:16
Offline
SARA91
Ardini, daha dogrusu Hicrani gozleyirem.
29 noyabr 2012 02:10
Offline
Kemale Memmedova
bele hadiseler cox olur.
28 noyabr 2012 16:34
Offline
Ayten( Totu )
ardini tez paylasin cooox maraqlidi
28 noyabr 2012 11:32
Offline
J e a l o u s y
Tesekkur edirem.Elleriniz yorulmasin.Men bele hekayer oxumagi cox xoslayiram.Amma indi oxumuram butun hisseleri cap olunandan sonra birdefelik oxuyacam.
25 noyabr 2012 15:14
Offline
nuray huseynli
tewekkurler,hamisini birden yazsaydiniz lap ela olardi feel
24 noyabr 2012 18:20
Offline
Almaz S.
Hamınıza təşəkkür edirəm.Sizi maraqlandıran sualların cavabı gələn hissədə olacaq.
Sen menimcun bir dunya.....,
I hissə
http://qadin.net/index.php?newsid=17982
II hissə
http://qadin.net/index.php?newsid=17982
oxuya biləsiniz.
23 noyabr 2012 18:33
Offline
Kemale Memmedova
ardini tez gonderin.maraqli idi.

ureyim aqridi inanin.tifil isaq.
23 noyabr 2012 02:07
Offline
duygu
Nahidə üzülürəm((((Kaş anası getməzdiiii.
Ardını səbirsizliklə gözləyirəm.
Almaz S.yazan əlləriniz var olsun.
22 noyabr 2012 17:58
Offline
E.XEYALE
BU HEKAYENI COX MARAQLA IZLEYIREM,ARTIQ 10 IL KECIB,HICRANDAN BIR XEBER YOXDUR,GORESEN ONUN TALEYI NECE OLDU? ARDINI SEBIRSIZLIKLE GOZLEYIREM.
22 noyabr 2012 11:09
Offline
Elnarə
Bu roman ya da hekayə mənə bir serialı xatırlatdı. Türk serialı : Kalbin seni seçti. Orda da hadisələr belə axırdı. Uşaq parkda ikən sonsuz bir qadın tərəfindən oğurlanır. Bunun üstündə mübahisələri olur, evlilikləri uçuruma gedir, boşanırlar. Daha sonra atası uşağını tapır.Amma bu dəfə anası, yəni gəlinin qaynansı oğluna icazə vermir ki, gəlinə uşağın tapıldığını bildirsin. Yeni gələn gəlinin qucağına verərək " Əmrənin anası sənsən" deyir. Amma ögey ana Əmrəyə , yəni ərinin oğluna öz övladından daha yaxşı davranırdı. Axırda sirrlər açılır, Əmrə hər ikisini də qucaqlayıb " ana" deyir. Atasını isə bağışlamır. Atası hər iki arvaddan da olur.Tək-tənha yaşamağa məhkum olur.

http://www.youtube.com/watch?v=rju6aXBE-Yo bu linkdən baxa bilərsiniz.
Kalbim seni seçti...
22 noyabr 2012 10:57
imza: Hər insan səhv edər. Əsas odur ki, səhvini anlayıb təkrar səhvə yol verməyəsən.
Offline
Gulu
Ardini tez yazin cox xahiw
22 noyabr 2012 09:31
Offline
Günel Əsədova
Çox təşəkkür edirəm,Almaz xanım.Çox təəsirlidi,məni kövrəltdiz.Yadıma "Ögey ana"filmində Nəsibə xanımın(Allah ona rəhmət eləsin.)"öyöy anadır e,öyöy ana"kəlməsi düşdü.Yazıq Nahid,gör körpə ürəyi ilə necə hiss eləmişdi.
Allah heç kəsi anasız eləməsin,heç kəsi ögey ana ömidinə qoymasın.Amin.
Bir daha çox sag ol,Almaz xanım.
22 noyabr 2012 07:51
Offline
.....
indi anlamaq olur Terane niye bele edib.insan onu sevmediyi biri ile aile qurmagla gelecek ovladina da zerer vurur....Fariz qisa zamanda atasiz qalacaq bu arti melumdur...Nahid ise anasini axtararken belke de atasi ,nenesi,bibisi ondan bu gerceyi saxladigi ucun onlari itirecek.Heleki Hicran baresinde bir melumat yoxdu....yeqin gizlinden oglunu gormemiw olmaz.gorek ardi nece olacaq.cox saqolun
22 noyabr 2012 01:10
Offline
S.S.90...Samir...
cünki Nahid evvel axir anasiz oldugunu bilib( bedbext demeyim) xoshbext olmamaga mehkumdur... Fariz ise atasi-anasi dogma ola-ola "ortaliqda" qalacaq.

NAHIDIN YAWADIQLARINI ALLAH HEC BIR UWAGA YAWATMASIN.
22 noyabr 2012 00:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )