Bir gün külək qarşıma rəngi saralmış, üstünü toz basmış, əzilmiş bir kağız parçası atdı. Nədənsə diqqətimi çəkdi, əyilib götürdüm. Üstünü təmizləyib cizma-qara yazılmış sözləri oxudum. Belə yazılmışdı:
"Xoşbəxtəm bir övlad, bir bacı, bir ana kimi,
Mən bu gün etiraf edirəm sənə-
Heç xoşbəxt deyiləm bir qadın kimi..."
Çox təəssüf ki, nə şeirin əvvəli var idi, nə də müəllifi.Bu kağız parçası mənim qarşıma niyə çıxmışdı görəsən? Bilmədim, düşünüb təskinlikmi tapım, yoxsa içimi qəhərlə doldurmuş qayğılarımamı hiçqırım?...Yoxsa illərdir içimdə yığılıb qalmış suallara cavab tapım deyəmi?...
"Həyat bir imtahandır", "Qismətin beləymiş", "Özü yıxılan ağlamaz" və s. bu kimi sözləri yazmaq bəlkə də şablon alınacaq. Amma bu həyatda çətinliklə qarşılaşanda ən çox eşitdiyim sözlərdir. Axtardığım suallarasa bu cavablar sözün əsl mənasında cavab deyil...
Axı necə cavab tapım? Şablondan qaçım, adiləşmiş suallardan və cavablardan bezmiş kimi baş götürüb hansı məkana üz tutum? Hansı məkana gedim ki, orda məni anlayıb üst-üstə qalaqlanmış suallarımın çözümünü tapa biləcək birini tapım? Varmı elə bir məkan, varmı elə biri? Hansı ki, məni dinləyərkən öz dərdinə qalmış kimi davranıb sözümü yarımçıq kəsmədən, hayqırıb qışqırmadan, tənbeh etmədən, yerli-yersiz yol göstərmədən sonadək səbrlə dinləyəcək biri? ...
Dinləsin, sadəcə dinləsin, sözünü, qərarını vicdanına görə versin. Qarşısındakını anlayaraq versin. Özünü, öz mənafeyini güdmək olmasın fikri...Bəlkə də heç onun qərarı belə cavabsız suallarıma cavab olmayacaq. Amma yetər ki, sonadək dinləsin,səbrlə dinləsin, yanaraq dinləsin...
Belə "dialoqlarda" çox iştirak etmişəm. Çox olub ki, yerli-yersiz ittihamlarla günahlandırılıb cəzalanmışam. Amma heç məni sonadək dinləyən olmayıb. Yanlış addımda, yanlış yerdə, yanlış qərar qəbul ediblər, amma dinləməyiblər...Sonu nə olub? Sonu yenə də dünəndən qalmış sualların daha çoxunu ürəyimin bir kücündə əsir edib, cavabsızlığa məhkum etmişəm..
Həyatın qəribə qaydaları, yazılıb möhürlənən qanunları var. Kənardan baxanlar üçün sən dərdi-qəmi olmayan, arxalı-dayaqlı biri kimi görünürsən. Bu yalnız kənardanmı görünüşdür? Bunu ancaq mən bilə bilərəm... Çünki həqiqətdə üzümün nuruyla, ətrafdakılara münasibətimlə, davranışım, zövqümlə kimlərinsə gözündə mən bu təəssüratı yarada bilərəm. Kimlərsə ehtiyacım olanda mənə arxa durub, mənə qayğıyla yanaşa bilərlər. Lap bıçaq sümüyə dirənəndə kiməsə,hansı doğmamasa sığınıb imdad da diləyərəm, bu imdadıma hay da verərlər. Amma bu mənim suallarıma cavab verməz...Bu mənim sualarımın sual doğacaq yeni ünvanı ola bilər...
Nədir səni narahat edib, bu qədər düşündürən suallar deyə bilərsiniz. Haqqınız da var. Amma bilirəm ki, yenə də cavabımı ala bilməyəcəm...
Niyə? Çünki, bu sualların cavabını vaxtında verməliydim, özüm verməliydim. Necə ki, bu sualların yaranmasına səbəb kimi həm özüm özümü, həm də elə çoxları məni səbəb bildiyi kimi özüm də vaxtında verməliydim cavabımı. Gecikmiş cavab cavab deyil ki, yaranacaq yeni sualdır...
Suallarla çarpışmamaq üçün gərək hər hansı bir addımı atarkən tələsməyək.Yüz ölçüb, bir biçək. Qayğısız yaşadığınız anın qiymətini bilib onu asanca tərk etmək üçün can atmayaq. Gəncliyi, cavanlığı (hər yaşın öz qayğıları olduğu kimi sevinci, fərəhi də var), bax o sevincdən məhrum olmayaq deyə, o xoşbəxt anları ömürdən salıb itirməyək deyə gərək tələsməyək...
Bizə dəyər verə biləcək insanların yanında olaq. Çoxumuzda var belə hal bizi sevənləri biz sevmirik, amma bizim sevgimizə məhəl qoymayanlar üçün vuruşmağa hazır oluruq. Niyə axı? Axı niyə biz beləyik?... Bu sualları verməyək deyə bizi sevənlərdən yapışaq, həm də bərk yapışaq. Sevgiyə dəyməz birinə sevgi verməyə dəyməz...
O insanın yanında olmağa dəyər ki, kövrəlib dolanda , hərdən uşaq kimi ağlamaq istəyəndə sinəsinə sıxılıb ovuna bilək. Ovuda bilsin bizi nəfəsiylə, sözləriylə...Yanaqdan axan göz yaşımızı əlləriylə silib,bircə kəlməylə könlümüzü ala bilsin, ümid versin...Bax, belə birinin yanında qalmağa dəyər...
Elə bilməyin ki, bu suallar qarşısında təkcə qadınlar acizdirlər. Yox,sadəcə olaraq kişilər "kişi" adlarının arxasında gizlənib ağlayıb, sısqaya, kədərlənə bilmirlər...Bu suallar qarşısında təkcə qadınlar cavabsız qalsaydı, onda qocalar evinin sakinləri də təkcə qadınlar olardı...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kişilər üçün: Boynu qılıncdan qoruyan istidə özü bıçağa dönür
Sarkisyan Azərbaycandadır
Quş qripi yenidən xortladı
Uzun omurlu evlilik
Ata oyuncaqdan ölmüş oğlunun ürək döyüntülərini eşitdi – VİDEO
Məsamələri kiçildən 3 təbii maska
HAVA necə olacaq?-9 dekabr
Messi imicini dəyişdi-FOTO
Marsda növbəti həyat əlamətləri
Əroğanın qızının toyundan FOTOlar
15 yaşlı girovdan xəbər var
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
Rusiyada koronaviruslu körpə doğuldu
Silvestr Stallone məhkəməlik oldu
Heç vaxt görmədiyiniz tərzdə ayaqqabılar
Çingiz xanın qəbri haradadır?
İlk Avropa Oyunlarının yayımı üçün 60-dan çox şirkətlə razılaşma əldə olunub
Payız depressiyası
Bananın ziyanı və xeyri
Dəriyə parlaqlıq verən 2 gözəllik maskası
Dikkensdən Qoqola ədəbiyyatda yeni il ənənəsi
Anası sizi sevmirsə...
Bakıda bağçalarda yoxlamalar başladı
Azərbaycan 4 ölkə ilə Anlaşma Memorandumu imzalayacaq
190 manatlıq ödəmələr üçün nə qədər vəsait sərf olunacaq? - RƏSMİ
TƏBİB: “Koronavirusdan sağalmış şəxsin təkrar test olunması tələb edilməməlidir”
Təhsil Nazirliyindən müəllimlərlə xəbər
Eşqin 7 səviyyəsi
Nemtsovun qətlinin motivi bəlli oldu
Şuşada ilk çörək sexi fəaliyyətə başladı - VİDEO
Salam Allahın salamıdır: Bəs biz kimik?
Konqresmen Azərbaycandan yazdı
Burak və Fahriyə 18 milyonluq ev alır-FOTO
"The Hill": Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti müsəlman və ərəb dünyası üçün nümunə oldu
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Gülməli heyvan şəkilləri
Günün ulduz falı - 09.02.2014
Binə hava limanı bağlanır
BDU-dan karantinə alınan çinli tələbə ilə bağlı - Açıqlama
Ər və arvad mübahisə zamanı nələri etməməlidir?
Azərbaycanda erkən nikah problemləri: nə etməli?
Obamanın qızı Harvardda oxumağa başladı
Arda Turan doğulacaq oğlunun adını açıqladı-FOTO
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
"Tısbağa" tortu və "Zebra" piroqu
Azərbaycanda əhalinin dolanışığı qonşu ölkələrlə müqayisədə qənaətbəxşdir
Dərini gəncləşdirən 11 qida
Gəlinlik modelləri
Müəllim olmaq istəyən abituriyentlərə müjdəli xəbər
- ŞƏRHLƏR