Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Pendirli, ispanaqlı piroq(foto-resept)

Tərkibi:

Un 
1 stəkan su
50 ml. duru yağ
250qr. kərə yağı.
1 çay qaşığı sirkə(uksus)
Azərduz yodlu narın xörək duzu

İçlik üçün:
2 ədəd soğan
1 dəstə ispanaq
2 ədəd yumurta
Bir az bərk pendir

 

Suyu bir az isidib, duru yağı, sirkəni, duzu əlavə edib yumuşaq xəmir edib 30 dəqiqə saxlayırıq. Xəmir bir az qaldıqdan sonra iki hissəyə ( biri balaca, biri böyük) ayırırıq.

 

 

Əvvəlcə iri kündəni yayırıq.

 

 

Kündəni yaydıqdan sonra 250qr. yağı yuxanın yalnız kənarlarına sürtürük. Orta hissə isə qalır.

 

Yağlanmış kündənin orta hissəsini kəsmədən kənarlarını kəsirik. Və kəsik hissələri ortaya bir-birinin üstünə yığırıq. Təpə kimi kündə alınır, üstünə un səpib təzədən yayırıq.

 

Yaxşı olardı ki, 10-15 dəqiqə  saxlayıb sonra yayılsın.


 

 

Kündəni yaydıqdan sonra bir qaba yerləşdiririk, amma kənarları qabdan çıxmalıdır.

 

 

İçliyi hazırlamaq üçün isə,ispanağı, soğanı bir az yağda oldürüb, üstünə pendiri əlavə edib  xəmirin üstünə səpirik. 2 yumurtanı bir qabda yaxşıca qarışdırıb bu içliyin üstünə gəzdirərək tökürük.

 

 

İkinci kündəni də qabın içi boyda yayıb içliyin üstünə sərib, qabın kənarında qalan hissıni də içəri doğru bura-bura bükürük.

 

200 dərəcədə 40 dəqiqə ərzində bişməlidir. Piroq artıq hazırdır.

 

Nuş olsun!


Səslərin sayı: 15
75
10668
loading...
Şərhlər
Offline
Pərvanə
Bu resept çox dadlı olur edirəm arada bunu.
25 yanvar 2015 00:20
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Tvdə görmüşdüm bu resepti.Yaman təriflədilər..
10 dekabr 2014 20:10
Offline
aska
Ellerine sagliq! give_ros
3 may 2014 18:10
Offline
♥NiLuFeR♥
Təşəkkürlər reseptə görə give_ros
28 fevral 2014 01:14
Offline
Rzayeva Guler
qeseng piroqdu tesekurler
24 sentyabr 2013 01:55
Offline
♥Sevgilimi çox sevirəm♥
cox saqolun tesekkuler
31 avqust 2013 10:26
Offline
Fidan
dadını bilmirəm.çox sağolun
19 avqust 2013 20:50
Offline
Afaq Qeniyeva
men bunu yemiwem cox dadlidi twkler
13 may 2013 13:57
Offline
NURANE IBISHOVA
SUPER COX GOZEL
13 dekabr 2012 14:00
Offline
MAYA EL
pendirli ispanaqlı piroqu xoşlayıram amma bunun üzərinə yumurta çəkilsəydi dahada gözəl alınardı davamlı olsun
12 dekabr 2012 13:00
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
J e a l o u s y
Secilmislere elave etdim,coox tesekkur

10 ədəd iri yuxa, göyərti zövqə görə, pendir, bir də zövqə görə qiymə də götürə bilərsən.
Sousu üçün: 100 qram kərə yağı, 1 ədəd xama, 1ədəd yumurta. Bunları yaxşıca qarışdırırsan, yağı əritmək şərti ilə. Sonra yuxanın birini listə yerləşdirib üzərinə sousdan çəkirsən, digər yuxanı qoyursan.Yenidən sous çəkib doğranmış göyərti əlavə edirsən(doğradığın göyərtiyə duz, istiot da əlavə etməlisən),sonra yenə lavaş, sous, pendir, lavaş sous, göyərti əlavə edirsən axırda iki yuxanı yenə üst-üstə qoyub üzərinə də sous çəkib sobaya bişməyə qoyursan.

Bu lap ela oldu,Resept ucun tesekkurler
12 dekabr 2012 03:16
Offline
seva gulya
men lavawla edirem ela alinir bu da gozeldi
10 dekabr 2012 20:18
Offline
seadet19
əladi əllərinizə saliq winked
10 dekabr 2012 13:07
Offline
10 dekabr 2012 09:44
Offline
K.G.C
gozel gorunur ispanagi xowlamiram amma bawqa bir terevezle evez edib hazirlayacam
10 dekabr 2012 01:06
Offline
Nara Ibrahimova
mmmm dadli olar yeqinki
9 dekabr 2012 18:31
Offline
mavi kelebek
xanimlar mene komek edim men bu xeberi secilmisler sirasina daxil etmek isteyirem. nece edim? cox xosum geldi borekden
9 dekabr 2012 16:07
Offline
Mahira
cox xowuma geldi pendirli ispanaqli borekleri sevirem cox atdim secilmislere.tesekkurler
9 dekabr 2012 15:16
Offline
Louis Vuitton
men isteyirem,yazin da zehmet olmasa resepti,ele oxuya-oxuya fikirlesirdim ki goresen hazir yuxadan etmek olar?

Səninçün buyur:
10 ədəd iri yuxa, göyərti zövqə görə, pendir, bir də zövqə görə qiymə də götürə bilərsən.
Sousu üçün: 100 qram kərə yağı, 1 ədəd xama, 1ədəd yumurta. Bunları yaxşıca qarışdırırsan, yağı əritmək şərti ilə. Sonra yuxanın birini listə yerləşdirib üzərinə sousdan çəkirsən, digər yuxanı qoyursan.Yenidən sous çəkib doğranmış göyərti əlavə edirsən(doğradığın göyərtiyə duz, istiot da əlavə etməlisən),sonra yenə lavaş, sous, pendir, lavaş sous, göyərti əlavə edirsən axırda iki yuxanı yenə üst-üstə qoyub üzərinə də sous çəkib sobaya bişməyə qoyursan.
9 dekabr 2012 12:35
Offline
ceferova vefa
cox xosuma gelir tez tez hazirayiram.pendiri cox olanda daha dadli olur.
9 dekabr 2012 00:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!