Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Yeni balans sistemi, yeni imkanlar!

Yeni balans sistemi, yeni imkanlar!

Hörmətli istifadəçilər!
Bildiyiniz kimi son günlər ərzində istifadəçilər üçün bir neçə yeni imkanların istifadəyə veriləcəyi barədə əvvəlcədən məlumatlar verilmişdi.
Nəhayət 14.10.2012-ci il tarixindən etibarən, uzun müddətli sınaqlardan sonra Balans sistemi, Hədiyyələr və ən çox maraqla gözlənilən Əlavə parametrlər(imkanlar toplusu) bölümü istifadəyə verildi.
İlk öncə tam olaraq yenilənmiş Balans sistemi haqda:
Balans sistemi portal(sayt) daxilində müxtəlif ödənişlərin həyata keçirilməsi üçün yaradılmışdır.  Hər bir istifadəçinin öz şəxsi hesabı - balansı mövcüddur. Bütün hesablamalar üçün maliyyə vahidi, şərti olaraq "QN" seçilmişdir. QN - portalda bütün ödəmələr üçün nəzərdə tutulmuş universal pul vahididir. 10 QN şərti olaraq 1 AZN maliyyə vahidinə bərabər olaraq hesablanır. Hal-hazırda yerinə yetirilən bütün ödəmələr qeyd olunan ( 10 QN = 1 AZN ) daxili məzənnəyə əsasən həyata keçirilir.

Sizlərə Balansa sahib olmağın, onu artırmağın iki yolunu təklif edirik:
1. Bunlardan biri plastik kartlarla rahat şəkildə ödənişlər edə biləcəyiniz dünyanın ən məşhur və etibarlı ödəmə sistemlərindən olan Paypal sistemidir. Şəxsi hesab səhifənizdə Paypal seçimini etdikdən sonra balansiniza əlavə etmək istədiyiniz məbləği daxil edirsiniz. Göndər düyməsinə klik etdikdən sonra, sistem ödəniş üçün sizi 10 saniyə ərzində Paypal ödəniş sisteminə yönləndirir. Bu səhifədə Siz öz plastik kartınızın köməkliyi ilə məlumatları daxil etdikdən sonra, bu əməliyyatın uğurlu və ya uğursuz olması barədə məlumat alırsınız. Daha sonra sonda yenidən sistem sizi sayta(qadin.net) geri göndərir. Əgər ödəniş müvəffəqiyyətlə başa çatmışdırsa o zaman bunun təsdiqi kimi avtomatik olaraq seçmiş olduğunuz məbləğin artıq hesabınıza əlavə olunmuş olduğunu görəcəksiniz.

2. İkinci bir vasitə, bildiyimiz mobil telefonlardan sms göndərilməsinin köməkliyi ilə balansın artırılmasıdır. Bu xidməti dünyanın 92 fərqli ölkəsinin yüzlərlə mobil operatoru ilə əməkdaşlıq edən SMScoin şirkəti təqdim edir. Şəxsi hesab səhifənizdə SMScoin seçimini etdikdən sonra  istifadə etdiyiniz mobil operatorun hansı ölkəyə məxsus olduğunu seçirsiniz. Daha sonra, müvafiq olaraq istifadəçisi olduğunuz mobil operatoru və ən nəhayət ödəniş üçün təklif olunan məbləğlərdən birini seçib göndər düyməsinə klik edirsiniz. Bütün prosedurlar doğru yerinə yetirilmişsə, sistem 10 saniyə sonra sizi xidmətləri təqdim edən SMScoin ödəniş səhifəsinə yönləndirir. Səhifədə görəcəyiniz xüsusi rənglə fərqləndirilmiş sözü qeyd olunan qısa mesaj nömrəsinə göndərdikdən sonra sizin mobil hesabınızdan müvafiq qaydada pul çıxılır və bundan sonra sizin mobil nömrənizə təsdiq üçün kod göndərilir. Tələb olunan yerdə kodu qeyd etdikdən sonra sistem məlumatları yoxlayır və məbləğ sizin hesabınıza əlavə edilir.

Bunlarla yanaşı saytda yazılan hər bir şərh üçün hesabınıza 0.1 QN əlavə olunur. Eyni zamanda əgər Sizin adınız hər ayın əvvəlində elan olunan "Ayın qalibləri" siyahısında olarsa, həmin ay ərzində əlavə etdiyiniz, yayımlanmış hər bir xəbəriniz üçün müvafiq olaraq 10 QN daha hesabınıza yazdırmış olursunuz.
Yeni sistemə keçidlər əlaqədar olaraq, 14.10.2012-ci il tarixində bütün istifadəçi hesablarının balansı sıfırlanmış və hər bir istifadəçinin hesabına 50 QN yazılmışdır.

Əgər balansınız ondan istifadə etməyə imkan verirsə o zaman hər bir istifadəçi üçün aşağıdakı yeni imkanlar təqdim edilir:
1. İlk öncə yenilənmış hədiyyələr bölümü haqda. Yeni hədiyyələr sistemində bir neçə hədiyyə xaric bütün hədiyyələrin qiymətləri eynidir. Hədiyyələr mövzu etibarı ilə  dörd yerə bölünür: Bayram, Romantika, Geyim aksesuar və parfum, Digər.  Hədiyyə göndərmək üçün, hədiyyə göndərmək istədiyiniz istifadəçinin səhifəsinə keçid etdikdən sonra, hədiyyə göndər düyməsinə klik edərək mövcud siyahıdan seçdiyiniz hədiyyəni göndərə bilərsiniz.
2. Növbəti yenilik ekranın(saytın) sağ tərəfində olan Mənim səhifəm bölümünə əlavə edilmiş yeni əlavə parametrlərdir.

Mənim səhifəm bölümünə daxil olduqdan sonra, Əlavə parametrlər yazısına klik edirsiniz. Burada Sizə ümumilikdə 8 yeni imkan təklif olunur ki, onlardan hal-hazırda 6-sı işlək vəziyyətdədir. Digər iki seçim isə hazırlanmaqdadır. Bütün imkanların hər birini ayrı-ayrılıqda, müvafiq ödənişi yerinə yetirməklə bir aylıq(şərti olaraq 1 ay - 30 gün) əldə etmək mümkündür. Yeni imkanlar aşağıdakılardır:
1. Anonim istifadəçi - 1 aylıq sahib olmaq üçün 50 QN ödəniş tələb olunur. Bu imkana sahib olan istifadəçilər istənilən istifadəçinin səhifəsini ziyarət edərkən, həmin istifadəçinin Qonaqlarım siyahısında Anonim olaraq qeydə alınırlar. Yəni, Siz gizli olaraq istədiyiniz istifadəçinin hesabını 1 ay ərzində istədiyiniz qədər ziyarət edə bilərsiniz.

2. Deaktiv profil - 1 aylıq sahib olmaq üçün 50 QN ödəniş tələb olunur. Bu imkana sahib olan  istifadəçilərin səhifələri(profil) digər istifadəçilər üçün bağlanır. Digər istifadəçilər səhifənizi ziyarət etmək istədikdə heç bir nəticə əldə etmirlər. İstifadəçi hesabından məxfi olaraq istifadə etmək, öz anonimliyini qorumaq istəyən istifadəçilər üçün ən mühüm imkanlardan biridir.

3. Söhbət otağı - 1 aylıq sahib olmaq üçün 10 QN ödəniş tələb olunur. Bu imkana sahib olan istifadəçilər 1 ay ərzində istənilən vaxt Söhbət otağından istifadə etmək imkanına sahib olurlar. Söhbət otağından istifadə ödənişli olduğu üçün, kənar şəxslərin otaqda daha az görünəcəyinə təminat olduqca böyükdür.

4. Qadın direct 50% - 1 aylıq sahib olmaq üçün 300 QN ödəniş tələb olunur. Bu bir endirim kuponudur. Beləki, bu imkana sahib olan istifadəçilər ay ərzində əlavə edəcəkləri bütün reklam, elanlar üçün 50% endirim əldə etmiş olurlar.

5. Hədiyyələr 50% - 1 aylıq sahib olmaq üçün 50 QN ödəniş tələb olunur. Bu bir endirim kuponudur. Beləki, bu imkana sahib olan istifadəçilər ay ərzində göndərəcəkləri bütün hədiyyələr üçün sadəcə yarı qiymətini ödəyəcəklər. Məs.: əgər hədiyyənin dəyəri 20 QN olaraq qeyd olunmuşsa, bir ay ərzində həmin hədiyyədən istənilən qədərini, hər dəfə sadəcə 10 QN ödəyərək göndərə bilərsiniz.

6. Online SMS 50% - 1 aylıq sahib olmaq üçün 30 QN ödəniş tələb olunur. Bu bir endirim kuponudur. Beləki, bu imkana sahib olan istifadəçilər, ay ərzində Online SMS sətirində yazacaqları bütün smslər üçün yarı qiymətini ödəyəcəklər. Məs.: hal-hazırda 1 sms üçün balansdan 1QN çıxılır. Əgər sizin bu hədiyyə kuponunuz varsa, ay ərzində istənilən qədər sms yazaraq hər biri üçün sadəcə 0.5 QN ödəyə bilərsiniz.

7. Theme profil - Hazırlanmaqdadır... - Bu imkanın köməkliyi ilə hər bir istifadəçi öz səhifəsini, təqdim olunacaq görünüş və formaya dəyişmək hüququ qazanacaq.

8. VİP group - Hazırlanmaqdadır... - Bu qrupa üzv olan istifadəçilər yuxarıda qeyd olunan bütün imkanlara sahib olmuş olacaqlar.

 

Sonda nəzərinizə çatdırmaq istərdik ki, qaydalara zidd olaraq balansın artırılması və eyni zamanda qaydaların pozulması hallarına görə istənilən istifadəçi cərimə oluna bilər. Cərimələrə diqqət yetirməyən istifadəçilərin hesabları isə bağlanır.  Hər birinizdən bu mövzuda diqqətli olmağı xahiş edirik.

Xoş istirahətlər...

Səslərin sayı: 12
156
7386
loading...
Şərhlər
Offline
KEMALE MEMMEDOVA
Pul bize verilecmi,
8 mart 2015 12:44
Offline
Aysel İ.
Mənim də çox şüür xəbərlərim və şərhlərim əsasında QN-lərim var. Çox sevirəm onları))
11 noyabr 2014 16:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
o qnlari heyacanla gozluyurem ele bilirem maas alacam

atrıq maaş var başla fəaliyyətə
4 noyabr 2014 12:10
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Narin...
Cox qesengdir yeni sistem men her defe xeber hazirlayandaki o qnlari heyacanla gozluyurem ele bilirem maas alacam mocking belesi daha gozeldir eziyyetsiz hec ne olmaz eziyyet cekib xeber hazirlayin behresinide gorun smile men artiq gorurem Allah razi olsun qadin.net yaradicilarindan coxxxxxxxxxxxxx sevirem bu sayti girl_ten
27 oktyabr 2013 16:20
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
PePito
QN artsin deye ne etmek olar? Axi hecbir istiqamet yoxdur burda deqiq sekilde

bunun ucun basqa xeber var,orda yazilib neyneyende ne qeder QN artir,ozun axtar bax xeger tapmasan deyersen linki gonderim baxarsan,,amma esas xeber gonnderende artiq balans
13 iyun 2013 15:45
Offline
Flowers
QN artsin deye ne etmek olar? Axi hecbir istiqamet yoxdur burda deqiq sekilde

QN artsın deyə XƏBƏR HAZIRLAYIB REDAKSİYAYA GÖNDƏRMƏLİSƏN, əzizim empathy
13 iyun 2013 13:51
Offline
Semedova
QN artsin deye ne etmek olar? Axi hecbir istiqamet yoxdur burda deqiq sekilde belay
13 iyun 2013 13:39
Offline
16 mart 2013 14:56
Offline
SARA91
BU YENİ QAYDALAR MƏNİM ÜRIYİMCƏ OLMADI- DAHA DOĞRUSU XOŞUMA GƏLMƏDİ.
25 fevral 2013 20:52
Offline
Rovsana
garibe mamedova,canim menim teleffuzle yazilis arasinda ferq vareyy deyildiyi kimi yazilmer lol lol lol
11 fevral 2013 22:55
Offline
Qəribə
Amma yanvarin ilk gunlerine geder balans arterdi,serh yazdiqca indi artmer,bele cox pisdir.
20 yanvar 2013 18:35
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
NAR çiçəyi
tesekkurler..calisariq....
15 yanvar 2013 08:28
Offline
Fidan Bagirova
bu yeniliklerle artiq tanis idim. ama cox bahadir.
17 dekabr 2012 13:49
Offline
Angel
Bunlarala hamısıyla artıq tanışam bir aydan çoxdur burdayam
17 dekabr 2012 13:10
Offline
Aysel İ.
Təşəkkürlər.,ox maraqla oxudum
7 dekabr 2012 18:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Kemale Memmedova
burdan ayaqa durmaq olmaz.haydi pul yiqmaqa telesin.
28 noyabr 2012 01:32
Offline
Qidi
istifade verilen coooox bahadi burda ne qeder serh yazmalisan ki o pulu yigasan
24 noyabr 2012 17:13
Offline
tenha
ay allah gerek burada ne qeder yazasan ki istediyin parametre giresen
10 noyabr 2012 19:05
Offline
♥Röya♥
tesekkurler amma hec xosum gelmedi bu teze sistemden evveller yaxsi idi mence yenede eziyyet cekmisiz tesekkurlerrr smile
3 noyabr 2012 14:59
Offline
Melek
tesekkurler,faydalanmaq lazim......
26 oktyabr 2012 00:28
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!