Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Görüş

Görüş


Görüş


Hicran ona doğru gələn gənci gördüyündə özünü itirdi.Qarşısındakı Fərhad idi? 20 il ayrılıqdan sonra bu görüşün olacağı ağlına belə gəlməzdi.
Öz doğma kəndindən Bakıya oxumağa gələn Fərhadın arzusu öz kəndlərinə savadlı qayıtmaq,qoca valideynlərinə həyan olmaq idi.Öz zəhməti ilə instituta qəbul oldu.Oranı qurtardıqdan sonra təyinatını paytaxtdan uzaqda yerləşən bir kəndə verdilər.Kiçik bir evi kirayə etdi.Evin sahibəsi qayğıkeş qadın olan Sona xala ilk gündən onu oğlu kimi sevdi.Tezliklə bu qərib oğlan kənddə hamının hörmətini qazandı.İşlədiyi məktəbdə isə vəziyyət başqa cür idi.Böyük sinfin şagirdləri arasında sanki rəqabət başlamışdı.Qızlar səbirsizliklə riyaziyyat dərsinin başlanmasını gözləyir,dərs zamanı bu gənc müəllimi sual atəşinə tuturdular.Onunla söhbət etməkdən sanki zövq alırdılar.Oğlanlar da qızlardan geri qalmayaraq özlərinə daha çox fikir verir,sanki Fərhadı qızlara qısqanırdılar.Bu səbəsiz deyildi.Fərhad çox yaraşıqlı bir oğlan idi.Hündürboy,qaraqaş-qarağöz,ağbəniz bu oğlan hamının diqqətini cəlb edirdi.Təbii  ki,Fərhad bütün bunları hiss edirdi.Lakin bütün qızların gözü onda olduğu halda ,onun gözü Hicranı tutmuşdu.Sinfin ən gözəl qızı olan Hicran demək olar ki,bütün oğlanların ağlını başından almışdı.Fərhad hər dəfə dərs baradə danışmaq bəhanəsilə onu evə kimi ötürər digər oğlanların yaxınlaşmasına imkan verməzdi.Söhbət əsnasında gülümsəyən Hicranın yanağında əmələ gələn oyuqlar onu çox gözəl göstərirdi.Gözləri həmişə gülən bu qıza vuruldu Fərhad.Xəyalındakı ancaq o idi.Səbirlə Hicranın məktəbi qurtarmasını gözlədi.Bir gün dil-dodağı topuq vur-vura sevgisini etiraf etdi.Hicranın razılığını alandan sonra,doğma kəndinə gedib qoca valideynlərini Hicrangilə elçi gətirdi.Dörd qardaşın tək bacısı olan Hicranı atası Sabir kişi,uzağa vermək istəmirdi.Lakin Fərhad kimi yaxşı bir oğlana etiraz edə bilmədi. Özlüyündə qərara aldı ki,toydan sonra Fərhadla danışıb onu bu kənddə qalmağa razı salar.Qızına təmtəraqlı toy edən Sabir kişi Hicranı yola salandan sonra hər gün gizlincə göz yaşı tökürdü.İllərdir evində bəslədiyi gülünü dərib aparmışdılar,nə edə bilərdi bu həyatın bir qanunu idi.
Qara zurnanın səsi kəndi götürmüşdü.Çalınan Fərhadın toyu idi.Gəlin otağına daxıl olan Fərhad ağ paltarada qu-quşuna oxşayan Hicranın gözəlliyi qarşısında donub qaldı.Bu gözəlliyin onun olmasına inana bilmədi.
-Xoş gəlmisəm gülüm.
-Sağ ol Fərhad.
Əli ilə evin küncündən asılmış tavandan yerə kimi uzanan naxışlı, qırmızı pərdəni göstərdi.
-Bu nədir Fərhad?
-Buna bizdə gərdək deyirlər.Yeni evlənənlər üçün düzəldilir.
-Nə gözəldir bu.
-Sən dünyanın bütün gözəlliklərinə layiqsən Hicran.
Hicran gülümsədi.Yenə yanağında Fərhadın ağlını başından alan oyuqlar peyda oldu.Fərhad dodağını onun yanağına uzadıb,əlindən tutub gərdəyə doğru gətirdi.
Dünyanın ən xoşbəxt adamı idi Fərhad.Onu xoşbəxt edən Hicranın varlığı idi.Elə gecələr olurdu ki,pəncərədən düşən ay işığında sübhə qədər Hicrana tamaşa edirdi.Bu mələksimalı qıza elə bağlanmışdı ki,onsuz həyatını təsəvvür edə bilmirdi.Deyirlər xoşbəxt o kəsdir ki,səhər işə,axşam evə tələsir.Fərhad da öz dərsini tədris etməkdən ,valideynlərinə həyan olmaqdan,Hicranın gözlərindəki sevgi işıltısından yaşamağa,yaratmağa özündə böyük güc tapırdı.Hicranda isə vəziyyət fərqli idi.Heç vaxt valideynlərindən kənarda qalmayan Hicran onlar üçün çox darıxırdı.Bir gün onu məyus görən Fərhad soruşdu:
-Nə olub Hicran?
-Çox darıxıram Fərhad.
-Gözəlim, bu həyatın qanunudur,qızlar vaxtı çatanda quş kimi ata ocağından uçub gedirlər.
-Bilirəm,amma aramızdakı məsafə çox uzaqdı.Fərhad elə səninlə bu haqda danışmaq istəyirdim.Atam öz evlərinə yaxın bir yerdə torpaq sahəsi alıb.Sən yenidən atamgilin kəndində işləyərsən orada ev tikərik,mən də darıxmaram.
Fərhad eşitdiklərinə inanmadı.
-Nə danışırsan Hicran?! Mən yaşlı valideynlərimi qoyub necə gedə bilərəm?Həm də bu kənddə müəllim çatışmazlığı var.Burada mən daha çox lazımam.Darıxma gülüm,körpəmiz dünyaya gələndən sonra darıxmağa vaxtın olmayacaq.

Hicran bu sözlərdən kədərləndi.Fərhad onun alnından öpüb işə getdi.Onun gedişindən sonra Hicranı qəhər boğdu.Səhərdən bəri başı ağrıyırdı.Çarpayıda uzandı.Gözünün qarşısından valideynlərinin siması getmirdi.Ona elə gəlirdi ki,bircə dəfə anası əlini alnına çəksə,atası üzündən öpsə heç yeri ağrımıyacaq.Ah, bu qəribçilik... Nə pis,nə dəhşətli bir işdi.Hönkürtü ilə ağlayıb ürəyini boşaltı və öz kəndlərinə qayıtmaq üçün olan ümidlərini ,qəlbindən qopardıb atdı.Fərhad Hicranla olan bu söhbətindən sonra,onun gözlərində əmələ gələn kədəri görürdü.Odla su arasında qalmışdı.Bir tərəfdə sevdiyi qadın,digər tərəfdə doğma ocaq, yaşlı valideynləri.Hər dəfə işdən gələndə Hicranı darıxmaması üçün gəzməyə aparırdı.Dağların qoynunda yerləşən bu kəndin çox gözəl mənzərəsi vardı.Təbiətin gözəlliyi göz oxşayır,şırhaşır axan bulaqların səsi sanki mahnı oxuyurdu.Lakin heç nə Hicranın könlünü açmırdı.Fərhadın kədərləndirməmək üçün üzü gülsə də gözləri gülmürdü.Gözlərinə çökən kədəri Fərhad görür,qəlbən yaıb-yaxılırdı.
-Gözün aydın ay Münəvvər xala ,böyük oğlan olsun.
-Sağ ol ay qonşu balalarından görəsən.
Hicran dünyaya ay parçası kimi bir oğlan uşağı gətirmişdi.Sonsuz məhəbbətin bəhrəsi olan bu körpə valideynlərinin gözəlliyini özündə cəmləmişdi.Gözləri də eynən anasının gözlərinə oxşayırdı.Fərhad beşiyin yanından əl çəkmir,bu yaranışa baxmaqdan doymurdu.

Hicranı isə heç nə ovutmurdu.Artıq fikirdən arıqlamış, gözləri çuxura düşmüşdü.Qonşuluqda yaşayan gəlinləri atası evinə getdiyini görənədə dərdi daha da təzələnir,gözünün yaşını sel kimi axıdırdı.Nə Fərhadın nəvazişi,nə yeni dünyaya gələn körpəsi onu ovutmurdu.Qəribçiliyi ilə barışa bilmir, dözmək istəmirdi.O, bilirdi ki,Fərhad onu çox sevir və onsuz yaşaya bilməz.Bu fikir onu sonralar heç vaxt barışa bilməyəcəyi,  səhv addım atmağa vadar etdi.Bir səhər Fərhadı işə yola salıb,paltarlarını çamadana yerləşdirdi.Bir ayı təzəcə tamam olmuş körpəsini döyunca öpüb yenidən beşiyə qoydu.Fərhada yazdığı kağızı stolun üstünə qoyub otaqdan çıxdı.Qonşu otaqda yatan qaynanasına baxıb dodaqaltı:" Balam sizə əmanət"- deyə pıçıldadı.Yola çıxıb maşın tutdu,sürücüyə dəmiryol vağzalına getmək istədiyini bildirdi.Son dəfə Fərhadın evinə həsrətli baxışla baxıb yola düşdü. 

                                                                                                 Ardı var...                                                                                                                       

Səslərin sayı: 17
110
5378
loading...
Şərhlər
Offline
DENIZ
teşekkürler maraqlıydı
25 yanvar 2013 19:10
Offline
Ilayda Ismayilova
maraqlidi almaz xanim sag olun ama hicran duz elemir oxuduqca ozumu yasiyiram sanki bu ekayede mende vetenimden uzagam basqa olkedeyem cox darixiram ama hec vaxd korpmi sevdiyim insani qoyub getmerem cunki meni ailem bulardi artiq yene hicran azerbaycanlilarin icinedi,qizlarimz calismaldi i aile qurannna sora heyat yoldasdarna oyrensinler.
10 dekabr 2012 01:40
Offline
SARA91
Heyatda her cur insana rast gelmek olar.Hicranin 3-5 gunluk bir zamana ehtiyaci var, gorek korpesinden nece gun arali qala bilecek ?
29 noyabr 2012 01:12
Offline
Kemale Memmedova
vallah belkede gunahkar valideyinlerdir.
29 noyabr 2012 00:54
Offline
♥Selena♥
Ayyyy 1 aylıq körpəsini necə orda qoyub getdi? Necə bunu edə bildi. Çox təsirlidir Almaz xanim.
23 noyabr 2012 00:04
Offline
ReVuŞ
SEVİNC NƏZƏROVA,Bashi xarabdir..
(ne gozel yazmisiz) wink
21 noyabr 2012 20:05
Offline
Lezgino4ka25
aa bu lap uwaqliqdi day aile heyati quranda bilmiraen ki,bele olacaq,axirina baxaq heleee,davamli oxuyacam insaallah.
21 noyabr 2012 19:58
Offline
ureyim
bu uwaqliqdan bawqa bir wey deyil.uwaqliq sozu Hicranin etdiyi hereketin yaninda cox zeif seslenir...gorek ardi ne olacaq
5 noyabr 2012 17:07
Offline
Salaminka
Bəs övlad məhəbbəti? 1 aylıq balanı qoyub necə gedə bildi,anlamıram
2 noyabr 2012 12:16
Offline
SEVİNC NƏZƏROVA
bashi xarabdir
2 noyabr 2012 11:31
Offline
Günel Əsədova
Bezen valideyn mehebbeti qizlari dogrudan da xosbext olmaga qoymur.Maraqlidir,ardini oxuyum.
2 noyabr 2012 10:28
Offline
gulnar haciyeva
cox maraqlidi hekayeye gore tesekkur tez tez yazin
1 noyabr 2012 09:24
Offline
Vampelina
EEE NECE 1AYLIQ KORPENI QOYUB GETDI ERI HEC OMASA ARADA APAARDIDA GGORMEYE AILESINI bully
30 oktyabr 2012 01:04
Offline
yelkiyeva ezet
maraqla oxudum,amma ovladini,onu seven heyat yoldasini atib getmesi hec xosuma getmedi recourse yenede ardini gozleyecem.
29 oktyabr 2012 16:44
Offline
Gülşən29
maraqlidi ardi nece olacaq
29 oktyabr 2012 16:27
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
nuray huseynli
Maraqlidi.Bele sehvler cox olur heyatda gorek bunun sonu nece olacaq?
29 oktyabr 2012 12:41
Offline
J e a l o u s y
Maraqla oxudum ama axiri xosuma gelmedi erini , usagini qoyub hara gedir ki? Bidefelik gedir ya qonaq kimi?qayidacaq? deyesen cox sual verdim.Bagislayin bir az sebirsizem.Ardini gozleyirem tesekkurler
27 oktyabr 2012 16:05
Offline
Ellada Babayeva
Cox maraqlidi..Ardini gozleyirem.Amma bir ana ovladini nece atib gede biler axi.. angry
25 oktyabr 2012 23:27
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
AYGUN_1981.
korpesini hec olmasa aparaydi recourse ardini gozleyirem
25 oktyabr 2012 19:01
Offline
Nermin NN
Almaz S.,
duzdu..cox sglun
25 oktyabr 2012 14:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış