Bakıda hava 22°
USD 1.7022 AZN
EUR 1.8999 AZN
27 iyun 20:25Emma Svon Axşamınız xeyir! 27 iyun 19:40Iceberg her vaxtiniz xeyir necəsiz?
37289

Düşüncə gücü ilə arıqlamaq

Düşüncə gücü ilə arıqlamaq

Bəlkə də, xəbərin adını oxuyanda gülümsəyəcək və yaxud da,inamsız yanaşaraq, "Mümkün deyil!" deyəcəksiniz...

Amma,tələsməyin.Əvvəlcə diqqətlə oxuyun...

Arıqlamaq üçün saytımızda sayı çox olan məqalələrimiz,pəhrizlərimiz,hətta layihəmiz  http://qadin.net/index.php?newsid=11853 belə var.

Düşüncə yolu ilə arıqlamaq metodu haqqında isə nəinki bizim portalda ,digər milli saytlarda da yoxdur.Bizdə ilk olacaq bu məqalə,copy-paste edənlərin nəzərinə çatdırılır ki,tezliklə bu xəbəri milli saytlara da yaysınlar fellow

Hə,indi keçək əsas məsələyə,görək düşüncə ilə arıqlama nədir,necə olur və texnikası nədən ibarətdir?

Qeyd edim ki,dünyada çox az insan bu metoddan istifadə edir,çünki,belə arıqlamağa inamsız yanaşırlar,düşüncə gücünə inanmırlar və yaxud da düşünmək üçün zaman xərcləmirlər.

Düşüncə gücü ilə arıqlamaq digər yollarla arıqlamaqdan tam şəkildə fərqlənir.Bu metodda daha çox zehnimiz işləyir.Arıqlama müddətində etdiyimiz xətaları düzgün düşünməklə ,beynimizi düzgün proqramlamaqla aradan qaldırmaq mümkündür.

Bu metodla arıqlamağı tövsiyyə edən mütəxəssislər arıqlamağa başlamazdan əvvəl bir neçə məsləhətə əməl etməyi uyğun görürlər.

Onlar aşağıdakılardır:

1.Evdə çəki alətini yığışdırın! Ümumiyyətlə arıqlama müddətində çəki alətindən istifadə etməyin!Sual oluna bilər,niyə? Çünki,çəki alətində çəkilərkən,əgər tutaq ki,1-2 kilo arıqlamısınızsa,həmin dəqiqə beyinə arxayınlıq mesajları gedir və insan öz-özlüyündə rahatlayır,bir növbəti arıqlama müddəti yavaşlamağa başlayır,bəzilərində isə hətta bu proses dayana bilər.

2.Düşüncə gücü sistemi ilə arıqlama zamanı bu haqda yaxın ətrafınızla əldə etdiyiniz nəticələr barədə paylaşmağınız məsləhət görülmür.Ən azından 40 gün.

3.Köklük problemi yaşayan bir çox insanla özünüzü müqayisə etməməlisiniz.Bu beyində arıqlamaq yerinə,daha çox kökəlməyi çağıran bir hadisədir.Tam əksinə arıq insanlar barədə düşünməlisiz.Və yaxud da xəyalınızda qurduğunuz "Özünüzün ən ideal arıq halı" nı hər gün keyifli bir şəkildə düşünməlisiniz.

4.Şkafınızda sizə bol gələn geyimlərin hamısını kiməsə bağışlayın.Qəti evdə tutmayın.Bu kimi düşüncədən "Bəlkə gələcəkdə kökələcəm,bu paltarlar lazım olacaq" qurtulun.

5.Böyük və dərin boşqablardan istifadə etməməyə çalışın.

Bu sistemlə arıqlama zamanı düşüncə şəklimizi necə dəyişməliyik?

Bunun üçün ən əvvəl öz-özümüzlə danışmağı kəsməliyik.Çünki,beyin daha çox nəyi düşündüyü ilə maraqlanır.Bu necə olur? Məsələn,siz bütün günü öz-özünüzə daxilən "Şokalad yeməyəcəm!" deyirsinizsə,beyniniz bütün günü şokalad barədə düşünəcək və nəticə olaraq sonda siz şokalad yemiş olacaqsınız.Bunun yerinə,məsələn,brokkoli və ya salat haqqında düşünsəniz daha gözəl olar.Ümüumiyyətlə,insan özü-özünə nədə isə qadağa qoyduqda,ona doğru hərəkət edər.Bu baxımdan qadağalı qida haqqında deyil,sağlamlıq üçün əhəmiyyətli qidalar haqqında düşünsəniz,beyniniz də sözə baxar.

Və yaxud da ,misal üçün,kökəlməmək barədə düşünürsünüzsə və bütün günü köklüyünüzü göz önünə gətirirsinizsə,bu zaman kökəlməyə doğru gedəcəksiniz.

Onda sual oluna bilər,bəs necə düşünməliyik,nələri düşünmək lazımdır?

Özünüzü ən ideal necə görmək istədiyinizi düşünmək lazımdır.Bir nümunə verim,məsələn,harda olmanızı,üstünüzdə hansı geyimlərin olması,hansı aksesuarlar,səsinizin tonu,saçlarınızın uzunluğu və s.yəni siz özünüzü bir bütün olaraq necə görmək istəyirsinizsə,o halınızı düşünməlisiz.Gecə yatmazdan əvvəl 10-15 dəqiqə ilk günlərdə bu cür düşünməyə zaman ayırmaq olar.Gündüzlər isə sakit bir məkana çəkilib yenə də həmin düşüncəyə diqqət kəsilib hər gün dəqiqə sayını artırmaqla düşünmək lazımdır.Mütəxəssislərə görə 40 gün bu qayda ilə düşünməyə davam edilərsə heç bir çaba göstərmədən 4-7 kq arası arıqlamaq mümkün olur.Bu rəqəmlərin sayını düşüncə gücü sisteminə idmanı da əlavə etməklə artırmaq olar.

Düşüncə gücü ilə arıqlamaq
Əziz xanımlar,bu arıqlama metodu vaxt azlığından fiziki hərəkətlərlə məşğul ola bilməyənlər üçün yeganə vasitələrdən biridir.
Düşüncə gücünə inanan hər bir insan bu yolla istədiyi çəkiyə enə bilər.
Mən öz təcrübəmdən deyim ki, hələ 30 gün içərisində ,özü də davamlı (gündüzlər düşünməyə vaxt yetmir) olmayaraq düşünərək 3 kq arıqlamışam.Mütəxəssislərə görə,arıqlama müddəti düşünənin gücü ilə və düşünmə tərzi ilə də bağlıdır.Nə qədər çox və doğru düşünsəniz,bir o qədər lazımi nəticəni ala biləcəksiniz.
Xeyirli arıqlamalar!  smile
Bundan əlavə aşağıdakı videoları da izləmək faydalı olacaq.
Səslərin sayı: 11
176
20415
Loading...
Şərhlər
Offline
Aysel İ.
Əlbəttə hər şey düşüncə gücündən asılıdır. insan ilk öncə psixoloji hazır olmalıdır.
2 mart 2015 09:11
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
aytac elizade
Salam xanimlar.men bedenden normalam ama uzum cox ariqdi nece ede bileremki bedenim uzum kokelsin?
31 avqust 2014 14:22
Offline
Deniz N-va
Uyy da neler varmis bu dunyadaaa pardon scratch_
26 may 2014 21:29
Offline
ninan ceferova
mende bugunen bawdamiwam 7kq atmaliyamm kokelmiwem yaman yeyirem recka pehrizi superdiiiii bunu da edecem sorry
9 yanvar 2014 11:12
Offline
❤Xəyalə Dilək❤(Ələkbərova)
men bele yaxwiyam Twklarr
11 avqust 2013 22:07
Offline
farida najafova
bu duzdur. men bununla 2 aya10 kq ceki atmiwam.76kq idim indi 67kq olmuwam.ancaq terezini yigiwdirmaq meselesi duz deyil.tereziye cixanda sevinmeyin eksini duwunun ne az ceki itirmiwem,bu cox azdir. onda her wey yaxwi olacaq.
24 iyul 2013 22:23
Offline
Gulum
cox maraqlidi men idmanla ve az yemekle 2 aya 8 kq ariqlamiwam amma benim buraxdigim sehfler bu yazida gosterilir gerek bu da sinaqdan kecirim teki neticesini gorum dance1 inwallah bu yay 58 kq olaram tongue
26 may 2013 15:57
Offline
Mera Limow
maraqlidi sinamaag deyer
26 may 2013 15:40
Offline
naza rustamova
bu duwunmek sayilmir sadece butun derdlerini qoyub qabaqina derd cekmekdir))))))))))))))00
23 aprel 2013 13:00
Offline
i_peqas
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
23 aprel 2013 12:54
Offline
I.N
mence sinamaqa deyer
5kq ariqlasaydim ele olardi
21 aprel 2013 15:18
Offline
jane reno
en asan ariqlama usulu.sinamaga deyer smile
22 yanvar 2013 14:32
Offline
Kemale Memmedova
BU PEHRIZ COXLARINA LAZIMDI.
10 yanvar 2013 17:43
Offline
ilahe B-va
maraqlidi meslehetlerinizi edecem neticesinide qeyd edecem smile
10 yanvar 2013 17:38
Offline
sebine eliyeva
men buna inaniram cunki mende eyni sehvleri edirim 3 kq qariqliyiram tereziye cixiram daha sonra arxayinlq gelir.sinamaga mence deyer
4 yanvar 2013 23:33
Offline
Turalka TT
düzü inanmıram nəticə verəcəyinə
22 dekabr 2012 17:55
Offline
Nata
:) maraqlidi ) idmanla davamli mewgul oluram,caliwacamki bududa edim ) twkler
22 dekabr 2012 17:40
Offline
Deniz Melek
mende 5 kilo vermek isteyirem..insallah bir gun bunu mende sizinle burda boluserem))
8 dekabr 2012 15:53
Offline
Eyvazova Durdane
ehtiyacin yoxdursa neye gore girirsen pehrize??????????bele seyleri oxuyanda lap eseblesirem eeee
belay
13 noyabr 2012 19:37
Offline
PƏRVANƏ ƏLİYEVA......
buna sama vnuweniye deyirlar..bu duzdu..men bela weylari cox sinamiwam..eziz xanimlar her hansi bir fikri dayanmadan icinizde fikirlewsas beynivizde heqq elasaz olur baw verir..sadece oz ozunuza deyinki men hamidan gozalam..men ariqam ariqlamaqa sozleri deyin gunda gorarsizki efekt var..haminiza uqurlar....ehtiyacim yoxdu..bella z
12 noyabr 2012 00:51
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış