Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Baş rolda özüm- Final

Baş rolda özüm- Final

 

Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...

İcazəsiz kopya edilməsiq adağandır!!!

Hər kəlməsi ilə Bərfimin heykəlindən bir damla qopub tökülürdü, qəlbimdəki büt qırılıb-parçalanırdı sankı və ən qəribəsidə budur ki,mən buna kədərlənmirdim. Bərfim susmağımı razılıq bilib divanda uzandı, əlimi yenə dodağına apardı, barmağım dodaqlarına toxunanda diksindim, kəskin hərəkətlə əlimi çəkib qalxdım.

-Həyatımızdan bacardıqca həzz alaq, istəsək elə edərik ki, münasibətimzi heç kim bilməz.

-Yox! Mən Cengizin arvadı ilə yatıb sonra heç nə olmamış kimi onun üzünə baxa bilmərəm! Mən səni sevmişdim! Bu sözü sənə deməyin neçə formasını xəyalımda qurmuşdum! Amma onların heç biri belə iyrənc formada olmamışdı! Mən 1 ildən çoxdur it zülümü çəkirəm, sənə görə hirslənib atamla savaşdım, öldü, sənə yan baxdığını düşünüb Aslanı cəhənnəmə göndərdim! Sizin rəqsi görüb zəncinin cənginə verdim özümü, səninlə bağlı əl-ayağımın bağlı olduğunu fikirləşib konyak şüşəsindən acığımı çıxdım, hansını deyim? Sən mənim üçün mayak idin, Allah idin, həyat idin, işıq idin. Sən mənim sənlə qurduğum ən müqəddəs arzuları bir anın içində dar hamam küncündə divara çırpırsan, və sonra da heç nə olmamış kimi ”Hər şey əvvəlki kimi olacaq, mən gecə Cengizlə, gündüz səninlə sevişəcəm, gizli-gizli, iyrənc-iyrənc” Deyirsən!

-…

-Sən nə qədər də qəbul etmək istəməsən də bunlar fərqli məsələlərdir. Mən belə bacarmaram…bacarmaram.

Bərfimə baxdım, yatmışdı…Keçib yanında uzandım.

Yatmışdım, yuxuda da Ziyanı görmüşdüm…

-Öldük, Elxan,ikimiz də öldük…

Yuxudan ayıldım, əllərimin içi su içindəydi, başımın diblərindən də tər axırdı, ürəyim şiddətlə döyünürdü. Ziyanın səsi hələ də qulaqlarımda cingildəyirdi “İkimiz də öldük” bu nə yuxu idi, İlahı?? Dəbərmək istədim. Bərfimin başı sinəmin üstündəydi. Nə vaxt yuxuya getmişdik biz? Saata baxdım, axırıncı dəfə baxandan heç 20 dəqiqə keçməmişdi. Bu 20 dəqiqə ərzində yuxulumışdım. Ziyanı da yuxumda görmüşdüm. ”İkimiz də öldük!”

Dikəlib Bərfimin başını kənara çəkdim. Rahat halda üzü üstə sərildi. Elə sərbəst, rahat forması var idi ki, sanki çoxdankı arzusuna mən yox bu çatmışdı… Çılpaq kürəyinə səpələnmiş saçlarına baxdım və elə o an qərar verdim, sabah Bakıya qayıdıram! Elə indi, bu saat bilet axtarıram. Heç kimə demədən qayıdacaqdım. Tüpürüm işə də, pula da, Cengizə də Bərfimə də! Bərfimə də bəli! Ona baxdıqca uzun saçları ilanı xatırladırdı mənə. Sankı bir dəstə ilan yatmışdı bayaqdan sinəmin üstündə. İyrənirdim ondan. Özüm də təəccübləndim bir anda qərarımın dəyişməyinə. Bərfim bilsəydi yəqin deyəcəkdi ki, əlbəttə arzuna çatdın daha nəyinə lazımdır Bərfim sənin! Amma yox! Bayaq da başa salmağa çalışdım onu yox bu başqa məsələdir. Mən özümə haqq qazandırmıram amma ilk dəfəydi ki,özümü günahkar bilirdim bu hisslərə görə. Dəyməzmiş həqiqətən! Mənim saf,məsum bildiyim bu qadın əsl fahişə idi. Hələ 1 saat bundan əvvəl həzzin ən uca zirvəsində də beynimin bir tərəfi düşünməkdən qalmamışdı, Bərfimin barmaqları, səsi,hərəkətləri, bir anda məni mum etməsi…Bunlar bir kişi ilə qazanılan təcrübə deyildi yox! Aslan da haqlı imiş… İlahı mən neylədim?? Əlimi başıma aparıb dərindən nəfəs aldım. Ürəyimdəkiləri Ona demək istəyirdim amma bir tərəfdən də oyanmağından qorxurdum. Oyansa üzünə baxaram, qərarımdan vaz keçərəm deyə qorxurdum. Artıq burda qalmağın, bu yatağda olmağın özü də dözülməz idi. Ehmalca ayağa durdum. Ətrafa baxdım, şalvarımı tapıb əynimə keçirtim. Dilim-dodağım qurumuşdu. Əvəlcə bir az su içim sonra da buralardan birdəfəlik getmək lazımdır. Bu insanların üzünü bir də görmək istəmirəm! Cengizin üzünü isə heç görmək istəmirəm, baxa da bilməzdim. Bu üçbucağın içində bir dənə təmiz insan var idisə də elə o idi. Bərfim məni də öz zibilinə salmağı bacarmışdı, Aslan kimi…Aslan! Onu da öldürmək lazım deyildi...

Artıq Bakıya gedən kimi nə edəcəyimi də dəqiq bilirdim. Polisə gedib hər şeyi etiraf etməliydim, bəlkə türmədə özümə gələrəm. Bəs anam? Elnurə? Onların halı necə olacaqdı? Nəysə buna Bakıda qərar verərəm dəqiq olan bu idi ki,mən qatil idim, özü də lazımsız yerə…

Mətbəxə keçib işığı yandırdım. Əlimə su bardağını alıb soyuducuya tərəf döndüm, elə həmin an tavan başıma uçdu sankı altında qaldım…

Cengiz soyuducunun qarşısında yerə diz çökmüşdü,düz gözlərimin içinə baxırdı…Əlində hələ Bakıda birlikdə aldığımız silah var idi…

Bir Allah şahid idi ki,həmin an yalnız anamı fikirləşdim…

Cengiz qəribə tərzdə gülümsədi:

-Təyyarəyə gecikdim…Sürpriz olsun istədim…Sizin sürpriz daha effektli oldu…

Gözlərini məndən çəkmirdi,mən əlimdəki bardağa baxırdım və həmin an yalnız anamla danışırdım ürəyimdə..

-Deməli sənin müqəddəs hislərinin qarşılığı bu deyilmiş? Deməli bir ildir ürəyində ört-bastır etdiyin ehtirası o bir anda üzə çıxartdı?...

Cengiz danışdıqlarımızın hamısını eşitmişdi, bu qədər müddəti necə dözmüşdü otağa girməmişdi? Bu qədər müddəti burda nə fikirləşdi?...

Bağışla, ana…

Cengiz ağır-ağır ayağa durdu. Gözlərini məndən çəkmədən mənə yaxınlaşdı..Silahı ürəyimə yapışdırdı, qımıldanmadım…

Bağışla,ana…

İçimdəki istilik geri basırdı məni sankı..Əlimdəki bardağı sıxmağa başladım. Bardağ çilik-çilik oldu. Artıq beynim düşünmürdü, divara söykənib yavaş-yavaş yerə çökdüm…Eynən Aslan kimi…Cengiz başımı ehmalca yerə qoydu, qulağıma nəsə pıçıldadı,başa düşmədim artıq beynimin son işıqları sönürdü. Cengizin Bərfim yatan otağa keçməsini sezdim, içərdən gələn silah səsi isə eşitdiyim son səs oldu.

Artıq mən qatil deyildim…

Artıq qatil olan tək mən deyildim…

Son

                                                                             

 

Səslərin sayı: 7
68
3989
loading...
Şərhlər
Offline
Farida_Asadova
aciqi bu klipe baxmamisam, indi baxacam, ehvalim pozuldu, ferqli hekayeye gore SAQolun
10 avqust 2013 17:33
Offline
əliyeva firuzə
çox maraqliydi.her weye göre minnetdaram
30 dekabr 2012 08:47
Offline
leylahuseynova
Nədənsə yazığım gəldi Elxana.Belə insanlar qadınlar var olub olacaq.Öz çirkin niyyətlərinə çatmaq üçün hər şeyi gözə alırlar.İceberg yazan əlləriniz var olsun.
23 noyabr 2012 17:27
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
yegane haciyeva
belede olmaliydi. teshekkur edirem
21 noyabr 2012 02:47
Offline
ღМоя большой любовьღ(Ailəli)
Superrrrrrrrr Təşəkkürlər əziyyət çəkdiniz bizim üçün.
11 noyabr 2012 19:54
Offline
Nur)
uzun idi oxumadim :(
8 noyabr 2012 22:36
Offline
zuku
COX SAG OLUN. HER HISSESINI MARAQLA OXUDUGUM HEKAYE SONA CATDI.
3 noyabr 2012 16:51
Offline
Salaminka
Cox sağ olun, maraqlı hekayə idi
2 noyabr 2012 12:37
Offline
Turkan
men bele de gozleyirdim cooox tesekkur klipe baxmisdim amma yenede maraqla oxudum cox sagolunki vaxtinizi serf edib bu eseri burda qadin netlilercun yazdiniz ammafinal cox xosuma geldi axi olmeli insan befrim olsa da elxanin da gunahi az deyildi mence neyse coooox sagolun
1 noyabr 2012 14:11
Offline
Lezgino4ka25
men evvellerini oxumamiwam,ancaq finali oxudum maraqlidi cox sag olun.
1 noyabr 2012 14:00
Offline
Heku
hmmmm baxmisammmm tewekkurl[/right][right][/right] love
1 noyabr 2012 12:04
Offline
Filiz Güngör
təşəkkür axıracan oxudum
31 oktyabr 2012 17:17
Offline
Ayka Nəcəf
coxdan gozleyirdik
31 oktyabr 2012 17:03
Offline
Senem
Cox tewekkur,axiri yaxwi oldu,xeyanetin axiri ele belede olmali idi
31 oktyabr 2012 16:46
Offline
LEQENDA.
Cox sag olun.
31 oktyabr 2012 16:12
Offline
Iceberg
TƏŞƏKKÜRLƏR, XANIMLAR, AMMA BİR DAHA BURDA SERİAL YAYIMLATNMAĞI FİKİRLƏŞMİRƏM, SƏRF ELƏMİR feel
sonu həm yaxşı qurtardı həm də pis...


XOŞUNA GƏLMƏYƏN NƏ OLDU, MƏRYAMCAN?
sonu emmeli basdi krimal olduye

DEMƏ TA, BU ƏSƏRİMİ OXUYANDAN SONRA FİKİRLƏŞDİM ADAM ÖLDÜRMƏK NƏ ASAN İMİŞ ELƏ YERİNDƏN DURAN ÖLDÜRÜR BURDA wink
31 oktyabr 2012 11:37
imza: shafaabdulla.blogspot.com
Offline
♡GüNKa♡
vAvvvvvvvvvvvvvvvv

Əlaaaaaaaaaaaaa sonluqdu
31 oktyabr 2012 00:27
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
tesekur nece olmaliydi be xeyenetin axri olum olmaliydida super qurtardi tesekur..... smile

vido superdir ancaq mahnida deyesen axirda perfim olur he oxudum ele basa dusdum...
30 oktyabr 2012 17:15
Offline
Nigar
ne yaxsi? ay qiz 2 gencin olumu,1 gencil qatil olmasi buna yaxsi deyirsen,sonu emmeli basdi krimal olduye

ALLAH seni guldursun bacican
wink
30 oktyabr 2012 16:20
imza: Allahın cümləmizə yar olsun amin
Offline
PePito
sonu həm yaxşı qurtardı

ne yaxsi? belay ay qiz 2 gencin olumu,1 gencil qatil olmasi wink buna yaxsi deyirsen,sonu emmeli basdi krimal olduyelol
30 oktyabr 2012 16:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )