Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Baş rolda özüm (16-cı hissə)

   

Baş rolda özüm (16-cı hissə)
                    

 

                             Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...

                                İCAZƏSİZ KOPY EDİLMƏSİ QADAĞANDIR!!!

-Sabah Bakıya qayıdıram.

-Nə?!

-İşlə bağlı problem çıxıb,yoluna qoyum məsələni.

-Mən də gəlim.

-Yox,burdakı nümayəndələrlə sən danışıq aparacaqsan.Eyni zamanda ikinci gün atamla baş iclasda olacaqsan.Şirkəti sən təmsil edəcəksən…-Əlini çiynimə vurdu-Buralar sənə əmanətdir mən gələnə qədər.

-Hara gedirsən?

Bərfim idi. Ikimiz də döndük.

-Bakıya,bir-iki günlüyə.

-Bakıdan xəbər edəcəkdin mənə?

-Gülümmm,deyəcəkdim elə indi qərar qəbul elədik…-Mənə göz vurdu,başımla təsdiq etdim.

-Heç yerə getmirsən! Sərgiyə aparacaqsan məni.

-Qayıdandan sonra gedərik.

-Cengiz! Bir həftədir təxirə salırsan. Sabah sonuncu gündür. Sonra qızıl filan tapmaq olmaz.

-Əşi, Əbu-dabinin bütün küçələrində qızıl tapmaq olar.

-Mən bilmirəm,söz vermisən!

Cengiz yazıq-yazıq üzümə baxdı:

-Elxan aparar.

-Hara?

-Zinət əşyalarının sərgisi var. Kraliçam oraları silib süpürmək istəyir.

Bərfim başını Cengizin çiyninə qoyub nazlandı:

-Söz verirəm heç nə almayacam, sadəcə baxacam.

-Hə əlbəttə siz qadınların “Sadəcə baxacam!”  deməsi “5 dəqiqəyə hazıram!” deməsi ilə eynidir…

-Heeç söhbəti yayındırma,aparacaqsan.

-Elxan ağa, xilas et məni.

-Maşın varsa, ünvan bəllidirsə problem yoxdur.

-Ay yaşa! 

Deməli sabah Bərfimlə olacaqdım…Cengiz olmadan, onun kölgəsinə sığınmadan, Yunan ilahələrinə oxşayan bu qadın mənlə yanaşı addımlayacaqdı…

Səhər səbirsizliklə foyedəki kürsüdə Bərfimi gözləyirdim,Cengizi yola salıb gələcəkdi.

-Bəh-bəh bu nə yaraşıqdı belə…

Səsə çöndüm:

-Sənə yaraşamda gərək.

Bərfim alabəzək paltar geyinmişdi, başına da eyni parçadan lent başlamışdı. Şərqli qızların ahənginə uyub gözlərini qaraltmışdı.Üzümə dikəndə nitqim quruyurdu…Qaranlıq sirli gecəni xatırladırdı. Günahlarla dolu bir gecəni…

Cengizin bizim üçün göndərdiyi maşının sürücüsü hazır gözləyirdi. Ikimiz də arxa oturacaqda əyləşdik. Görünür yaxşı təlimat almşdı sürücü ki,hara gedəcəyimizi soruşmadan maşını işə saldı.

Bir müddət ikimiz də danışmadıq. Yol boyu səliqə ilə uzanan palma ağaclarını sayırmış kimi çölə baxırdıq.

Bərfimdən yüngül,şirin meyvə qoxusu gəlirdi. Dubaya gələndən bəri ətrini də dəyişmişdi. Əvvəllər tünd ətirlər vururdu.

-Cengiz 4 gün qalacaq Bakıda.

-İndidən darıxmağa başladın?

-Yox əşi..,elə belə dedim.

“ Elə-belə”ni başa düşdüm, bəs o iztehzalı “Yox əşi” nəydi?

Bərfim qara çadraya bürünmüş qadınlara baxıb üzünü turşutdu.

-Yazıqlar…

-Yazıq niyə olurlar?

-Görmürsən necə bükülüblər bu istidə məcburən…

-Məcburən olduğunu hardan çıxartdın?

-Sən canı bəsdir! Sən də deyəcəksən bunların hamısısnın ürəyindəndir bükülmək?

Bir müddət dinmədim, sonra aram-aram cavab verdim:

-Baxır bu məsələyə necə ad qoyursan? Sənin bükülmək dediyin o örtülmək bəziləri üçün cənnətin açarlarından biridir.

-Ay sənin mollalığın da var imiş…

Əsəbləşdim:

-Mollalıq nə üçün?! Müsəlman deyilsən? Dinin sütunları var da,buna əməl etmək heç,ən azından üsulunu bilmək üçün nə molla olmaq lazımdır, nə keşiş!

Bərfim üzümə təəccüblə baxdı,sakit səslə:

-Mən əlbəttə müsəlmanam. Kafir deyiləm. İndi nə dərəcədə şanslı hiss edirəm özümü müsəlman olduğum üçün bu başqa amma ortada dayanmağı sevmirəm. Ya əməlli başlı dinin qaydaları ilə gedərəm, ya da o qaydaları heç sayaram. O qaydalara əməl etmirəmsə onları dəstəkləməyin mənası da yoxdur məncə…

Atmacasın qulaqardına vurdum.

-“Nə dərəcədə şanslıyam müsəlman olduğum üçün” bu cümləni xırdala mümkünsə.

-Xırdalamalı bir şey yoxdur. Mən müsəlmanam düzdür? Amma soruşan yoxdur ki,mən müsəlman olmaq istəyirəm ya yox?

-Mən soruşum da…

-Sən soruşmadan mən cavab verim, yox!

-Niyə?

-Sadəcə yox da.

-Dinini dəyiş.

-Nə dini seçim?

-Hansı sənə uyğundur onu,hansı sənin tələblərinə cavab verirsə onu.

-Dolama məni, hələ platformaları ilə tanış olmamışam.

-Cəhd də etmə. Ən mükəmməl din elə İslam dinidir. Onu bəyənmirsənsə o biri dinləri heç bəyənməzsən.

-İslam və mükəmməl? Uyğun gəlmədi nəsə.

-Niyə axı?

-Bax, hansı islam ölkəsində mədəniyyət inkişaf edib?

-Məsələn elə bura.

-Biz paytaxdayıq…-Etiraz etdi- Ən yaxşı şəhərdir bura,turistləri cəlb etmək üçündür bütün bu bər-bəzək.

-Ona qalsa Paris də gözəlliyi üçün turistlərə borcludur?

-Fransanın hər yeri Paris kimi gözəldir. Əmirliyin kənar kənd-şəhərlərinə get, məhəllələrinə bax gör nə gündədir. Fransızların dini də budur, əxlaqı da. Əbu-Dabidə isə bu kosmetikadır.

-Razı deyiləm. Ərəb ölkələrinin iqlimi də çətindir. Ona baxmayaraq gör nə gülüstan yaradıblar. Bu hündür binalar, getdiyin o qızıl-brıliyyant sərgisi dünyanın harasında var?

-O neftin hesabınadır. Pulun hesabına.

-Pul inkişaf deyil?

Güldü:

-Pul inkişaf o zaman ola bilər ki, yamaq kimi görünməsin. Nə olsun pulları var, damarlarında ki vəhşi qanı axır. Bu insanlara bənzəyir. Insanın nəsli-kökü, zatı qırıq olsa ha pulu olsun, yenə “Çuşkalığı” hiss olunacaq.

-İndi pul nəsli də örtür…

-Örtmür! Bax mən Cengizi niyə qiymətləndirmişəm?

-Məlum məsələdir…

-Xeyr! Bilirəm nə fikirləşirsən. Puluna görə yox. Onda olan puldan çoxlarında var idi. Bir az çox, bir az az fərqi yoxdur amma mən hər halda Cengizi seçdim. Çünki aristokratlıq onun qanındadır, genindədir.

-Hmm…

-Aslanı xatırla. O da pul qazanırdı. Amma adam olmadı. Niyə? Çünki zatıqırıq idi!...Pul bəzəyər,təmizləməz! Əbu-Dabi kimi.

-Amma islam ölkələrində agetntliklər var, dünyada anoloqu olmayan informasiya evləri.

-O da pul qazanmaq üçündür. 100 mərtəbəli informasiya agentliklərin neynirəm əgər içində azad söz yoxdursa…

-Ümumiyyətlə agentliklər mənasız bir şeydir…-Zarafata saldım- İslam dinində qeybət günahdir, bu agentliklər isə səhərdən axşama qədər onun-bunun söhbətin edir.

Bərfim ağızucu gülümsünüb dinmədi. Qanı qaralmışdı deyəsən nədənsə. Artıq sərgiyə çatmışdıq, ziynət əşyaların görüb kefi açılardı yəqin.

Sərgi mənə heç maraqlı gəlmirdi. Deyəsən Bərfim də məmnun deyildi. Fikirli idi nədənsə.

-Bir şey bəyəndin?

-Yox. Biri vardı o da çox bahalıdır.

Tərəddüd elədim:

-Baxaq bəlkə?

Diqqətlə üzümə baxıb güldü:

-Yox əşi,nəinki sən heç Cengiz də “Baxa” bilməz.

Pərt oldum. Deyəsən hiss elədi. Söhbəti dəyişdi:

-Mən acmışam.

-Gedək buralarda bir yer tapıb oturaq.

-Yox,indi gəl bu Ərəblərlə çənə-boğaz vur,Allah da bilir nə cür yemək gətirərlər. Otelə gedək,orda öz yeməklərimizdən tapılar.

Otelin restoranında oturmuşduq bir azdan,yol boyu da,yemək yeyərkən də nəsə danışmırdı Bərfim. Mənim də içimdə qəribə hiss vardı,Cengiz yoxdur,uzaqdadır,Bahadur əyalətə getmişdi,ucuz işçi qüvvəsi üçün. Ev də ki,oteldən ən az bir şəhər qədər uzaq. Sankı bu boyda dünyada bir mən idim bir Bərfim.

Səslərin sayı: 4
31
3017
loading...
Şərhlər
Offline
zuku
tez tez yazin da. bunun kitabi var?
12 oktyabr 2012 16:26
Offline
Senem
Iceberg tewekkur,amma bu bolum hec acmadi meni,gerek daha maraqli meqamlar salinardi bu bolume
12 oktyabr 2012 11:34
Offline
ღМоя большой любовьღ(Ailəli)
Davamını səbirsizliklə gozləyirəmmm smile
12 oktyabr 2012 08:15
Offline
Sonay Quluzade
Hələ Bərfimə bu günkü bölümdəki kimi nifrət eləməmişdim. Elxan da ki, sözün həqiqi mənasında "qoyun".
9 oktyabr 2012 10:52
Offline
♡GüNKa♡
axi sonu necə olacaq!!!!
8 oktyabr 2012 00:55
Offline
Fatma xanım
BEST OF ALL...,
başqasının malına tamah salan acgöz deyərdim
7 oktyabr 2012 12:45
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
MEMMEDOVA BAKINKA
MARAQLIDI TEWEKKURLER
6 oktyabr 2012 23:04
Offline
Leyla
evleki kimi maraqli olmadi
6 oktyabr 2012 21:57
Offline
..........
oxudum bele de biraz marali olar. menim ucun deyil belay
yene de eziyyet cekdiyinize gore tesekkurler
6 oktyabr 2012 20:32
Offline
Leman Qedirova
MARAQLIDI.ARDINI GOZLEYIREM
6 oktyabr 2012 18:50
Offline
First Lady
Oxuyaram bilmedim sebrim catmir.
6 oktyabr 2012 15:44
Offline
Muslimah
bu defede cox maraqli geldi mene,ardini lutfen....
6 oktyabr 2012 15:14
Offline
UMMU FATIME
sona qeder oxumaga hovselem catmadi tewekkurler
6 oktyabr 2012 14:41
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
tesekur amma evleki kimi maraqli deyil nese.... recourse
6 oktyabr 2012 14:38
Offline
SEVİNC NƏZƏROVA
Ardini... Ancaq bunlarin hanisinin ayrri dunyasi var elə bil... kimsə nə üçün yaşadigini heç pzü də başa düşmür
6 oktyabr 2012 14:35
Offline
Kemale Memmedova
BELE YAZILARI COX SEVIREM.ARDINI GOZLEYIREM.
6 oktyabr 2012 13:46
Offline
6 oktyabr 2012 13:21
Offline
Huseyn (e) ashiqi
maraqla oxudum hemishe oldugu kimi.cox xaish edirem ardini tez yerleshdirinde sayta.teshekkurler.
6 oktyabr 2012 13:21
Offline
Xəyalə Murad
BƏRFİMİN KEFİNİ QIZIL DA AÇMAZ HƏR BİRİNƏ YAZIĞIM GƏLİR. CÜNGİZ DƏ KORDU. ELXAN DA "QEYRƏT" DAŞIDIR. ÖZ BAŞINA DÜŞƏN AXMAQDIR. BƏRFİM DƏ ŞEYTANIN QADIN FORMASIDI. NƏ İSTƏDİYİNİ DƏ BİLMİR. DAVAMINI TEZLİKLƏ GÖZLƏYİRƏM
6 oktyabr 2012 13:19
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
♡Aynure♡
tesekkkurler super xeberlerdi ela di hamisini oxudum
6 oktyabr 2012 12:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )