Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Yeni bir səhifə...

Yeni bir səhifə...


Hörmətli istifadəçilər,
Nəhayət ki, uzun müddətdir davam edən yenilənmədən sonra, fərqli bir simada, daha böyük imkanlarla qarşınızdayıq!
Təxminən 1 aydan artıq bir müddətdir ki, layihənin yaradıcı, texniki qrupu eləcədə administrasiya həyəti hal-hazırda qarşınızda olan yeniliklər üzərində çalışırdı. İlkin olaraq saytın logosu yenidən tərtib olundu. Saytda logo hissəsi dinamik dəyişkənliyi ilə seçilir. Təqvimə, mövsümə, tarixin əlamətdar hadislərinə görə "Qadın.Net" layihəsi də fasiləsiz olaraq yenilənir...

Eyni zamanda sayta bir sıra yeni rubrikalar, həmin rubrikalar üçün alt bölmələr eləvə edildi, arxivdə olan təxminən 1500 xəbər yenidən araşdırlıb müvafıq bölmələr üzrə yerləşdirildi. Lazımsız sayılan, istifadəçi marağını toplaya bilməyən bir sıra yazılar ümumiyyətlə saytın arxivindən silindi. Artıq istifadəçilərimiz, 7 fərqli başlıq altında 37 bölmədə yerləşdiriləcək, xanımlara aid demək olarki bütün sahələri əhatə edəcək yazı və xəbərlərdən yararlana biləcəklər. Bunlarla yanaşı əlavə olaraq 8 "köməkçi bölmə" fəaliyyət göstərəcək. Bunun sayəsində həm vaxtınızı əyləncəli keçirmə imkanı, eləcədə Sizə faydalı olacaq materiallardan istifadə etmə imkanı qazanacaqsınız.

Bütün qeyd olunanlarla tanış olmaq, maraqlı məlumatlar əldə etmək üçün sadəcə olaraq qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçdiyiniz zaman, Siz ilkin olaraq istifadəçi statusuna sahib olursunuz. Artıq uzun müddətdir saytdan yararlanan istifadəçilər bütün bu prosedurlarla tanışdırlar.
Qeyd etdiyimiz kimi yeniliklər zamanı, istifadəçilərin əziyyətlərini qarşılıqsız qoymamaq üçün istifadəçi statuslarında da müəyyən dəyişikliklər edildiki, bunların da nəticəsində artıq hər bir istifadəçi öz əməyinin, zəhmətinin qarşılıqında saytda müəyyən edilmiş vəzifələrə sahib olacaq. Hər bir istifadəçi aktivliyindən asılı olaraq, Aktiv istifadəçi, Jurnalist, Ekspert və sonda layihə üçün əhəmiyyətli sayılacaq işlər gördüyü halda Redaktor statusuna sahib ola biləcək. Hər ayın sonunda statistik məlumatlar yoxlanıldıqdan sonra statusu qazanmış istifadəçiyə yeni vezifəsi təqdim olunacaq. Statuslar, xüsusi vəzifələr, onları əldə etmə qaydaları və bu kimi mövzuya aid digər məlumatlar haqqında başqa bir yazıda etraflı məlumat veriləcək.
Statuslara aid son olaraq qeyd etmək istərdik ki, bu günə qədər saytda fəaliyyət göstərən bəzi istifadəçilərdən onların vəzifələri geri alınmışdır ki, bunlarında müxtəlif səbəbləri var. Buna baxmayaraq, həmin istifadəçilərin hər birinə ayrı-ayrılıqda layihənin inkşafı üçün etdiklərindən dolayı, dərin təşəkkürlərimizi bildiririk və ümid edirik ki, onlar yenidən əvvəlki kimi öz statuslarına sahib olacaqlar!

Yenilənmə zamanı "Xəbər arxivi", "Google reklam", "Dost saytlar", "Statistika", "Saygac" kimi bölümlər saytdan çıxarılmışdır. Qeyd olunan bölmələr içərisində, "Dost saytlar" bölməsində yer almış sayt rəhbərlərinə və idarəçilərinə uzun müddətdir əməkdaşlıq etdikləri üçün minnətdarlığımızı bildiririk!

Yaxın günlərdə saytın idarəetmə sistemidə tam yenisiylə əvəzlənəcək və müvafiq olaraq zamanla bütün istifadəçilərin rahatlığı üçün fərqli imkanlar xidmətinizə veriləcək!

Sonda görünüş olaraq yeni olan, lakin kiçikdə olsa tarixcəsi mövcud saytın yarandığı gündən bütün texniki işlərində hər zaman bizə dəstək olan "SVİTU" dizayn studiyasına dərin təşəkkürlərimizi bildiririk...

Hər birinizə xoş məlumatlar smile

Hörmətlə,
Qadın.Net administrasiyası


P.S - Sizin də maraqlı təklif və iradlarınzı gözləyirik...

Səslərin sayı: 17
78
9557
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Görəsən növbəti yenilənmə yeni ildə gözlənilirmi?
4 dekabr 2014 22:01
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aysel İ.
Bu sayt yalnız maarifləndirici ideyalarladolub daşır. Bura gələn yalnz yaxşı şeylər öyrənir.
11 noyabr 2014 16:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Bu sayta gəldiyim ilk günləri xatirladım...
3 noyabr 2014 17:36
Offline
Xalidə Həsənzadə
Çox maraqli saytdir tesekkurler
21 sentyabr 2014 13:31
Offline
Fatma xanım
AYKA WIRINKA,
Sorğu olmasın başqa mövzu olsun hazırla də
14 sentyabr 2014 20:09
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Xalidə Həsənzadə
Kaski saytda hami sorgu hazirlaya bilerdi
14 sentyabr 2014 20:03
Offline
♥NiLuFeR♥
QADIN.NET SUPERRRRRRRRRRRRRRR
14 yanvar 2014 22:40
Offline
Hacət-i Vuslat
Saytimizla əlaqəli ayrıca təkliflər və ayrıca iradlar bölməsinin yaradılmasını istərdim.Bir de evvelki kimi hansisa bir xeberi oxuduqdan sonra ona oxshar bir nece xeberin alt hissede yazilmasini isterdimİnsanların istəkləri bitib tükənmir.Amma yenə də məsləhət əlbəttə ki sizindir,hormətli Administrasiya.

good
29 sentyabr 2013 10:15
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Rzayeva Guler
Coxsaqolun Ki bizleri fikirlesmisiniz
10 sentyabr 2013 18:56
Offline
❤Xəyalə Dilək❤(Ələkbərova)
ela saytdi bu sayt tewekkurler
2 avqust 2013 18:22
Offline
♥A.Ravana♥
Təşəkkür edirəm.QAdın.Net təkdir.
8 aprel 2013 00:06
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Gozellik ilahesi
Cox isterdim ki,Muellif Elnare xanimin düşüncə tərzi bölməsindəki "Sizden bir xahishim var" meqalesi daim ön səhifədə yerləşdirilsin.Bu,hem daimi istifadecilerin nəzərində olar,həm də yeni gələnlər üçün xəbərdarlıq olar.Və beləcə hamımız qaydalara riayət etmiş olariq.Bu isə böyük inkişaf deməkdir.

Saytimizla əlaqəli ayrıca təkliflər və ayrıca iradlar bölməsinin yaradılmasını istərdim.Bir de evvelki kimi hansisa bir xeberi oxuduqdan sonra ona oxshar bir nece xeberin alt hissede yazilmasini isterdimİnsanların istəkləri bitib tükənmir.Amma yenə də məsləhət əlbəttə ki sizindir,hormətli Administrasiya.
21 yanvar 2013 17:30
Offline
Kemale Memmedova
ONSUZDA SIZ HER ZAMAN GOZELSINIZ.SEHIFENINDEYISMESINE EHTIYAC YOXDU.
18 dekabr 2012 17:09
Offline
♡GüNKa♡
BEZI NOQSANLAR OLSADA YAXSIDI INDIKI HALINI DEYISHENDE XEBER VERIN BIZDE FIKIRLERIMIZI DEYEK
6 sentyabr 2012 21:28
Offline
ŞƏBNƏM
cox gozel cox superdir masallah. Allah davamli ve xeyrli etsin. Insallah coxlu ugurlarimiz olar... Qadin.net sayti her zaman bizimle ol Insallah
6 fevral 2012 02:31
Offline
Vüsalə
ayda bize deyinde sohbet otagi hardadi
5 fevral 2012 17:34
Offline
Məryəm.
Suallar?m var hara kim? yaz?m?
5 fevral 2012 14:48
Offline
hkhk
tesekkurlerrr,cox gozel.sohbet otagi haradadir?
5 fevral 2012 12:35
Offline
deniz1990
bizim qadin neti geri qaytarin o biri cox qeseng idi
5 fevral 2012 11:08
Offline
LaDy_AnGeL
superdi cox qeseng dizayni var menim sevdiyim ranglerden isdifade olunub meni nezere alibsizda feel ugurlu olsun insallah ....eleriniz agrimasin redaktorlar cox sagolun bele sayt yaratdiginiz ucun love

qizlar vaxt gelecek hami elinde gozude oyresecek adice telfon aliriq hele birteher gelire bize bir az kecir cox oyresirik elecede bu sayt
5 fevral 2012 10:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış