Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Baş rolda özüm (15-ci hissə)

Baş rolda özüm (15-ci hissə)

 

Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...

İCAZƏSİZ KOPY EDİLMƏSİ QADAĞANDIR!!!

Otağa qayıdandan sonra çalışdım bu fikirlərlə başımı yormayım.Axşama parti var idi.Çox maraqlıdır Əbu-Dabinin göbəyində nə parti?Bakıdakı kimi olacaqdı?İçki,rəqs,qızlar…darıxmışdım e bütün bunlar üçün lap…

İki saat sonra artıq ağız deyəni qulaq eşitmirdi.Çox qəribə mənzərə var idi.Çöldən içəri girənə qədər hamı normal şəkildə,içəri girəndən sonra isə bu şəhərdə qadağan olan hər nə vardısa…Bütün xarici qonağlar,səfirliklərin əməkdaşları,Ərəb şeyxlərinin qiyafə dəyişmiş vəliəhdləri daha kimlər,kimlər.Əbu-Dabidən bezənlərin özlərini sərbəst Avropa mühitində hiss edə biləcək yeganə yer imiş sən demə bura.İçəridə seçmək olmurdu kim yerlidir,kim gəlmə.Cengiz yeri gəldikcə tanıdırdı gördüklərini mənə.Bu filan şərkətin prezidentinin oğlu,bu bəhmən səhmlərin başçısı,bu filan səfirlikdən…Belə nəticə çıxartdım ki,sadə vətəndaşlar quş olub buralaradan uça da bilməzlər.Bəs nə bilmişdin,Əbu-Dabinin göbəyində belə şərait adi ərəbli üçün təşkil olmazdı hər halda.Özü də “Gizli!”.Amma insafən deyəsən içəridəki musiqi səsi çöldə eşidilmirdi.Gendən adi zirzəmiyə oxşayan tiklinin rəngarəng işıqları elə içəridə boğulurdu,daha çölə yansımırdı.Bu qaralar yaxşı fikirləşmişdilər..Qapıdan girəndən uzun yarımqaranlıq dəhlizdən keçirdik.İki yolu var idi-biri tikinti materialları olan rütubətli anbara digəri,daha sıxlaşan dəhliz isə bu geniş salona aparırdı.Demək olar ki,yeri qazıb içində klub düzəltmişdilər.Çox vacibmiş kimi…

-Elxan ağa,endir gözlərini kəlləndən..Bura ilk dəfə gələndə mən də belə təəccüblənmişdim.

-İlk dəfə gələndə??Soruşmaq ayıb olmasın nə vaxt gəlmisən sən bura?

-Cavan vaxtlarda.Sən onda hələ mənim xəyallarımda idin.

Vəssalam!Yenə başladılar.Bərfim Cengizin dik burnundan öpüb əlinin tutub qaldırdı.Cengiz duranda mənə bir də sataşmağı unutmadı:

-Endir,ətrafa bax,bəlkə dişə dəyəsi bir şey tapdın..Xixi

-Cengiz!

-Əzizim,Elxan üçün deyirəm də.

-Demə!Uşağın tərbiyəsini pozma

Bərfim rəqs edəndə bir başqa aləm olurdu.Mən də həvəslə baxırdlım onun ritmik hərəkətlərinə.Mahnı dəyişəndə isə qanım əməlli başlı qaraldı.Az qala qucağlaşmışdılar salonun ortasında.Yarıqaranlıq zalda Cengizin əli Bərfimin kürəyindən aşağı enəndə artıq dözə bilmədim.Mən bir şeyi başa düşmürəm!Bu oğlan hamının gözü qarşısında millətin diqqətini arvadının budlarına,ombalarına niyə çəkir ki?!Bu nə saymazyanlıq,özünə inmadır?!Bəlkə də sadəcə ağlına gəlmir ki,bu qarışıqlıqda kimsə gözünü onlara zilləyə bilər…

-İz Kafkaz?

Səsə çevrildim.Başımın üstündə sarışın qız durmuşdu.Əvvəl çoxdandır eşitmədiyim dildə nə dediyinbi başa düşmədim.

-Siqaret,u vas est? 

Yalan dedim:

-Yox,mən çəkmirəm.

-Afərin!Onunkundan olar?

Cengizin siqaretindən götürdü.Təklifsiz filansız keçib yanımda oturdu.

-Təksən?

-Belə demək olar.

-Sənə vaxt sərf edə bilərəm…

Fahişəyə oxşamırdı.Yəni o qədər də görünmürdü.Sadəcə sərbəst Rus qızı,görünür Rusiyanın solğun havasından bezib qızınmaq üçün Əbu-dabiyə üz tutmuş turist idi.

-Görməli başqa işin yoxdur?

-Darıxıram,malış…

Malış! Biri malış deyir biri uşaq…

-Yaxşı,içmək stəyirsən?

-Pis olmazdı…

Təzə qədəh götürüb konyak süzdüm.Qədəhi alıb əlimdən tutdu.

-Gedək sizə…

Hiss elədim ki,qızarıram.Yox mən elə də müqəddəs deyildim,həyatımda aldığım ilk belə təklif də deyildi,Slavyan xarakterli qızların həyat fəlsəfələrinə də bələd idim elə əsl biz bakılılar üçün göydəndüşmə xasiyyət idi.Hər halda hər şeyin hesabın-kitabın tutan bizim qızlara nisbətən.Amma yenə də ani qərar verə bilmədim,Bərfim tərəfə baxdım,başını Cengizin çiyninə qoyub gözlərini gah  mənə,gah yanımdakı sarı saça tərəf firladırdı,acıqlı idi nədənsə,yəqin Cengiz xətrinə dəymişdi.Mən qıza cavab verməyə macal tapmamış başımızın üstündə bir zənci peyda oldu,kobud hərəkətlə qızın qolundan yuxarı dartdı,qız əcaib səslə qışqırdı:

-Burax!

Mən ani çaşqınlıqdan sonra ayağa durdum,oğlan heç imkan vermədi dillənəm:

-Sən sus! Malış!

Cengiz Bərfimin ciyinlərinə sığal çəkirdi…

Stolun üstündən külqabını götürüb var gücümlə zəncinin alnına çırpdım.

Musiqi dayandı.İçərdəkilər narahatlıqla yerlərindən qurdalandılar,barmen,klubun mühvizəsi tələsik yanımıza qaçdı,zəncini qaşının üstündən qan axırdı amma təslim olmurdu,boğazımdan elə sıxırdı ki, altdan böyrünə vurduğum yumruqlar da təsir eləmirdi deyəsən bu pəzəvəngə…

Kimsə onu üstümdən qaldırdı.Ayağa duranda Cengizin mənə sarı tələsik gəldiyini gördüm,Bahadur da özünü yetirdi,Bərfim kənardan acıqlı nəzərlərlə mənə baxırdı.Cengiz heç kimə heç nə izah edə bilməmiş özümüzü kiçik otaqda gördük.İki polis olardı da hər halda,zəncini dindirirdi.Bərfim dayanmadan danışırdı.

-Gecəmizi bərbad etdin! Mən anlamıram bir gün dava eləmədən,baş yarmadan qala bilmirsən sən?!

-Bərfim!...-Cengiz onu sakitləşdirməyə cəhd edirdi-Sənə nə olub axı?

-Görmürsən nə elədi?! Qız qəhətdir ona? Hökmən başqasının malına göz dikməlidir?

-Qız özü yaxınlaşıb, eşitdin ki.

Bərfim hirslə əlini yellədi,mən burnumdan axan qanı dayandırmaq üçün başımı yuxarı qaldırmışdım,zalımın balasının əli nə ağır imiş…

Zənciylə məni “Barışdırdılar”.Deməli qız bunun Moskvadan gətirdiyi imiş,içkini artıq edəndə kimi yanında oturacağını unudurmuş..Özümə gülməyim gəlirdi.

Bahadurla mən otelə qayıtdıq.Bara girib bir az içmək istəyirdim.İçəri girəndə Bərfimlə Cengizi də gördüm,bizdən əvvəl çatmışdılar.Qanım yenə qaraldı.

-Siz evə getmədiz?

-Yo,Elxan ağayla işim var bir az.Sən gəl görüm bir bu yana

Bahaduru da çəkib barın o başına getdilər.Bərfimə tərəf baxmasamn da bilirdim ki,gözü üzümdədir.

-Bəyəndin elədiyini??

Dinmədim,sakitcə ona baxdım,birdən gülümsündü

-Səni ən yaxşı rəfiqəmə hədiyyə edəcəm.Hayif eləmə özünü…

Qulaqlarıma inanmadım,demək olar ki ağzım açıq qalmışdı.Bərfim bic-bic gülüb Cengizgilə yaxınlaşdı.Tək qalandan sonra içimdəki istilik yavaş-yavaş keçdi.Bu nə söz idi bu qız mənə dedi?Həm nə vardı belə utanılası? O qadın ola-ola bunu deməydən çəkinmirsə mən niyə qızrıb pörtürəm onun qarşısında.Deməli mənim haqqımda bunu öz planları var imiş…hiss eləyirdim ki onlara tərəf baxa bilmirəm.Bir müddət tək qaldım,yuxum gəlirdi artıq.

-Vəziyyət?...-Cengiz bardakı asta səslə səslənən müsiqinin sədaları altında yaxınlaşdı mənə

-Babat…

-Darıxırsan?

-Bir az.

-Danışırsan evlə?

-Bayaq danışdım.

-Bir problem yoxdur ki?

Onun sualına sualla cavab verdim:

-Mən ümumiyyətlə niyə burda olduğumuzu bilmirəm.

Darıxma,bu bekarçılığı elə axtaracaqsan iki-üç gündən sonra…-Qolumdan tutub sakit guşəyə çəkdi:

-Sabah Bakıya qayıdıram.

-Nə?!

-İşlə bağlı problem çıxıb,yoluna qoyum məsələni.

-Mən də gəlim.

-Yox,burdakı nümayəndələrlə sən danışıq aparacaqsan.Eyni zamanda ikinci gün atamla baş iclasda olacaqsan.Şirkəti sən təmsil edəcəksən…-Əlini çiynimə vurdu-Buralar sənə əmanətdir mən gələnə qədər.

Səslərin sayı: 4
32
3064
loading...
Şərhlər
Offline
Farida_Asadova
bular hacan evlenecek bez cengiznen berfim

evlendiler de canim, aslanin olumune gore sade nigah oldu
10 avqust 2013 17:02
Offline
♥ ÜLFƏT ♥
bular hacan evlenecek bez cengiznen berfim ?
14 oktyabr 2012 17:54
Offline
Leyla
gözləyirəm davamını
2 oktyabr 2012 23:52
Offline
leylahuseynova
Hə görək nə olacaq növbəti bölümdə
1 oktyabr 2012 16:42
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
zuku
agilli qizdi berfim ne elxani elden verir ne cingizi
1 oktyabr 2012 15:41
Offline
Belke bir gun...
Berfimde agildan bashqa her sehy var...

ele o menada yazdim SEVINCIM,özünü cox agilli hesab edir deyesen... "kishi"ni hansisa qadina hediyye etmek - nece de üreyiaciqdi...
29 sentyabr 2012 16:54
Offline
Louis Vuitton

BEST OF ALL...
Berfim hamidan agilli cixib deyesen plan qurmaq barede...

Berfimde agildan bashqa her sehy var...
29 sentyabr 2012 16:28
Offline
Almaz S.
Slavyan xarakterli qızların həyat fəlsəfələrinə də bələd idim elə əsl biz bakılılar üçün göydəndüşmə xasiyyət idi

oxudum və gözləyirəm davamını
29 sentyabr 2012 16:20
Offline
Huseyn (e) ashiqi
goresen Berfimin ne plani var? cox maraqlidi.buna gorede cox maraqla oxudum,ardini hemishe oldugu kimi sebirsizlikle gozleyirem.teshekkurler.
29 sentyabr 2012 11:32
Offline
Salaminka
Maraqlıdır,amma gec olanda yaddan çıxır hadisələr
29 sentyabr 2012 11:27
Offline
nihan
maraqlıydı ardını gözleyirik
28 sentyabr 2012 23:00
Offline
Belke bir gun...
Berfim hamidan agilli cixib deyesen plan qurmaq barede.....
28 sentyabr 2012 20:20
Offline
dombish.
bunuda oxusan butun eserıerim qarishacaqş Obiriler qutarsin sonra oxuyacam teüekkur
28 sentyabr 2012 19:12
Offline
Dinə
o birsi hisselerini oxumamisham deye bunuda oxumadim.tvvk
28 sentyabr 2012 18:43
Offline
Hacət-i Vuslat
eziyyet ucun te$Ekkur edirem,cox heyif ki,evvelden oxumaq $ansim olmayib,in$aAllah vaxt olsa oxuyara.
28 sentyabr 2012 18:35
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Azadə Həbibzadə
maraqlidi
28 sentyabr 2012 17:20
Offline
Fatma xanım
♥๑ஐ♥Röya♥ஐ๑ ♥,
məni öldürəcək sənin bu təşəkkürü
28 sentyabr 2012 15:44
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
tesekur nese hemise ki kimi maraqli deyil....gelen gefekin gozeleyecem...
28 sentyabr 2012 15:26
Offline
Nursel
Hence basa dusmedim
28 sentyabr 2012 15:24
Offline
♥Röya♥
TESEKKURLERRRRRR smile
28 sentyabr 2012 15:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )