Bu gün yenə təkliyin son sinfoniyasını dinləyirəm...İllər sonra ilk dəfə bu qədər yalnız olduğumu anladım...Bilmirəm nədən .Omrümü ağ rəngə boyaya bilməyən qarın altında dinləyirəm son akkordları ...Həzin musiqi o qədər rahatlıq vericidir ki ,onu dinləmək üçün sakitliyin ən pik nöqtəsi yetməz ..Ətrafımı hava təbəqəsi kimi əhatə edən bu yalnızlıqdan heç cür qurtula bilmirəm..Ən sevdiyim kitabların belə diksindirici görünüşü insanı xovlandırır ...Artıq onları oxumağa belə qorxuram ..Daha hər həyat hekayəsinin sonu 3 alma ilə bitmir nədənsə ... Hər dəfəsində amansız mübarizədən sonra 3 almanı axtarıram dilənçi kimi...Heç olmasa birini ..ən azından birini ..Təsəlli olsun deyə...təsəlli olsun ki ,həqiqətən xoşbəxt sonla bitəcək nələrsə var deyə ..Axı nə zamana qədər inanım ki hər nağılın sonu 3 alma ilə bitəcək ..Bir gün də həyat bu sonluqla bitsin .....illər sonra sondakı bu almalar mənə həyatı öyrətdi..Hər həyat nağılının alma ilə bitməyəcəyini...Əslində alma kimi gözlədiyimiz sürprizlərin sonralar başqa sürprizlərlə əvəz olunacağını..Hər dəfəsində uşaqların kitablarda şəkil axtardığı kimi ,mən də hər kitabın sonunda o 3 almanı axtarmağa başlayırdım ...Tapdıqlarım da nədənsə çürümüş ,təravətini itirmişdi ..Elə bil o almalar da həmin almalar deyildi ..İllər onları da köhnəltmiş ,büzüşdürmüşdü..Tapacağın ən böyük qənimətin onun saplağı və az da olsa səhifələrdə qoymuş olduğu ətri olardı ..Bəzən əlimdə səbət həyatın ən acımaz günlərindən qalan almaları yığmaq üçün can atıram ...Burda isə nə alma var ,nə də onun var oluşundan əsər ..Sadəcə köhnə nağıllardan qalan xatirələrdi ...O almaları kim apardı ? Yoxsa indiki həyatda almalar artıq insanı sevindirməyə yetmir...? Nə yazıq ki ,həmin almaların çürümüşü belə insana güc verir nədənsə ..Bəlkə bu bir zamanın dəbi idi ki hər nağıl alma ilə bitməliydi ...İllər sonra tənhalığıma səbəb olan bu 3 almanın sirrinini tapmaq ümidiylə çıxmışdım yola ...Bəlkə də çoxumuz belə ağlımıza gətirmirdik ki ,niyə bu sonluq 3 alma idi ...Başqa meyvə yox ...yalnız alma.....Sirr bunun 3 alma olması idi ki ,hər kəsi xoşbəxt etməyə yetirdi..Heç kəs bu alma dolu günlərini qəmgin notlarla xatırlamaz...Çünki möcüzəni yaradan bir ifadə olmuşdu o ...Dadına baxmasaq belə ,baxmış kimi var idik ..O qədər şirin idi ki ,insana hər tərəfli xoş gəlirdi..Bu alma fərqliydi пїЅnə bazarda satılırdı ,nə hədiyyə verilirdi ,nə də ağacda bitirdi ..Sən onu sadəcə nağılların sonunda tapa bilərdin.. İndiysə həmin almaları qaytarmaq üçün verəcəyim heç nəyim qalmadı ..Bu şans bir dəfə verildi və bitti ...Dünən dostlarım olan bu 3 almalar artıq bu gün yoxdu ..Tənhalaşdım onlarsız ..Bir anlıq onları yenidən görüm ,duymaq istərdim ...Söz verirəm sizləri nə yeyəcəm ,nə sizlərə toxunacam ,sadəcə sizləri hiss etmək istəyirəm ..
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR