Bakıda hava 18°
USD AZN
EUR AZN

Barat Şəkinskaya

Bir zamanlar  istedadlı, bacarıqlı insanların səhnəmizdə xüsusi yeri, hörməti vardı. O zamanlar həm kino sahəsində, həm də teatr səhnələrində çox bacarıqlı və dəyərli aktyorlarımız, aktrisalarımız  vardı. Bu gün onların çəkildikləri hər filmə, tamaşaya baxdıqca onlarla ancaq qürur hissi duyuruq. Nə yaxşı ki, belə bir incəsənət xadimləri məhz Azərbaycan səhnəsində yer alıblar. 

 

Barat Şəkinskaya

Belə dəyərli simalardan biri də Barat Həbib qızı Şəkinskayadır. O Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində 28 iyun 1914-cü ildə doğulub. İlk təhsilini Şuşa şəhərində aldıqdan sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüblər. Hələ Gəncədə ikən o dram dərnəklərində çıxış etməyə başlamışdı. 1929-cu ildən Barat Şəkinskayanın səhnə həyatı start götürdü. Bir müddət sonra Bakıya Azərbaycan Dövlət Dram teatrına dəvət alan Barat xanım 1978-ci ilə qədər burda çalışır. Barat Şəkinskayanı fərqləndirən cəhətlərindən biri də onun səhnədə oğlan rollarını mahir şəkildə ifa etməsi olub. Bu Barat xanımın səhnədə açdığı yeni bir iz olub.

 

Barat Şəkinskaya

 

Teatr səhnəsində uğurlar qazanan Barat Şəkinskaya kino tariximizdə də yaddaqalan obrazlar yaradıb. Onun  "O olmasın, bu olsun", "Görüş" , "Telefonçu qız",  "Qızmar günəş altında",  "Onun bəlalı sevgisi" flimlərində yaratdığı obrazlar tamaşaçılar tərəfindən hər zaman sevilə-sevilə izlənib. 

 

 

Məşhur, sevilən aktrisamız Barat xanımın ailə həyatı heç də səhnədə qazandığı ugurlar kimi ürəkaçan olmayıb. İlk evliliyi 1931-ci ildə 16 yaşındaykən olub. İlk həyat yoldaşı olan Mir İbrahim Həmzəyevdən bir qız övladı dünyaya gəlir. Uzun çəkməyən bu izdivacdan sonra Barat xanım ikinci dəfə ailə həyatı qurmalı olur. Bu dəfə onun ömür-gün yoldaşı deyib seçdiyi görkəmli rejissor Şəmsi Bədəlbəyli olur. 1936-cı ildə qurulan bu ailədən də Barat xanıma bir qız övladı nəsib olur. Tale elə gətirir ki, bu evlilik də irəliləyə bilmir və Barat xanım qızlarını götürüb evini tərk edir. Nəhayət, üçüncü və sonuncu həyat yoldaşı olan teatr rejissoru Mehdi Məmmədovla ailə qurur. Bu evlilikdən bir oğlan övladı dünyaya gəlir.

 

"Dədə Qorqud" filmindən Qaraca çoban, "Yeddi ogul istərəm"dən  Mirpaşa kimi tanıdığımız aktyor Barat xanımın sənət davamçısı olan oğlu - Elçin Məmmədovdur.

Barat xanımın xüsusi istedada malik olması onun yolunu radio verlişlərinə də aparıb çıxarıb. Mustafa Mərdanovun təşəbbüsü ilə radiotamaşalarda iştirak edən Barat Şəkinskayanın bu tamaşaları Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. Yaradıcılıq yolunda əldə etdiyi uğurlara görə Barat Şəkinskaya 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1949-cu ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. 

85 illik ömür yolunda həm mənalı, həm çətin, həm dramatik, həm də sevgi dolu bir həyat yaşayan Barat xanım Şəkinskaya 1999-cu il yanvar ayının 14-də dünyasını dəyişdi. Lakin qəlblərdə əbədi iz qoydu...

Səslərin sayı: 9
104
7941
loading...
Şərhlər
Offline
Gultekin
Dədə Qorqud" filmindən Qaraca çoban, "Yeddi ogul istərəm"dən Mirpaşa kimi tanıdığımız aktyor Barat xanımın sənət davamçısı olan oğlu - Elçin Məmmədovdur.
maraqli xeberdi
15 aprel 2015 00:20
Offline
Aysel İ.
Təşəkkürlər. Çox sevdiyim bir aktrisa. give_ros
23 fevral 2015 08:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Bir zamanlar istedadlı, bacarıqlı insanların səhnəmizdə xüsusi yeri, hörməti vardı.
27 yanvar 2015 10:42
Offline
H.M
Gozel aktrisa olub. Cekildiyi filmler bu gun de seve-seve izlenilir, ALLAH rehmet elesin,
3 yanvar 2015 03:03
Offline
Deniz N-va
Cox sevirem bu xanimi Allah ona rehmet elesin!!! give_ros kiss give_hea
25 noyabr 2014 23:01
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bax bele aktrisalara karifey,sehne kralicasi demey olar.Bir rolnan yadda qalanlari var.Yoxsa indi her yerinnen duran ad titul verir ozune.
22 noyabr 2014 14:14
Offline
Ulker.Agamali
Cox sevimli aktrisa olun Allah rehmet elesin
22 noyabr 2014 14:11
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Rzayeva Guler
Allah rehmet elesin kinolari yenede izlenilir sevilir
6 oktyabr 2013 00:09
Offline
Ayka Niko
Bu aktirisanin filimlerini sevirəm. Allah rəhmət eləsin. Neyləmək olar fani həyatdı. Oglu davam etdirir sənətini,ugurlar olsun hamiya
29 dekabr 2012 01:06
Offline
gulnar axmedova
Allah rehmet elesin.
29 dekabr 2012 00:48
Offline
sobol
bu xanim haqqinda verlise baxmisam istedadli aktrisadi Allah rehmet elesein!
2 dekabr 2012 18:45
Offline
Ayka S
ALLAH rehmet elesin indiki zamanede bele merifetli insanlar yoxdu tsk
2 dekabr 2012 18:43
Offline
Aydan Agayeva
Allah hamisina rehmet elesin. onlarin yerin hec kim vere bilmez(mence) laughing
2 dekabr 2012 18:40
Offline
ReVuŞ
Allah rehmet elesin
18 noyabr 2012 04:47
Offline
Sabrin
Allah rəhmət etsin. Gözəl aktrisalarımızdan biridir. Həmdə çox gözəl bir qadın siması vardı.
15 noyabr 2012 16:05
Offline
♥ ÜLFƏT ♥
allah rehmet elesin butun aktiyor ve aktirisalarimizi ne var idise evvelkilerde var idi
8 noyabr 2012 18:26
Offline
Gülşən29
Allah qeni qeni rehmet elesin.Cox gorkelmi istedadli senetkar idi esll senetkar idi
8 noyabr 2012 14:21
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
feriham
tesekurrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrmaraqla oxudum
4 noyabr 2012 23:26
Offline
Gülnişan Mirzəyeva
xebere gore cox sagol
4 noyabr 2012 22:19
Offline
Nuray
ALAH REHMET ETSIN ONDAKI ADAMLARA NE CATAR
4 noyabr 2012 20:10
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış