Bakıda hava 11°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

"Görünməyən həqiqət" (dedektiv-povest)

İcazəsiz kopya etmək qadağandır!!!

"Görünməyən həqiqət"

(Xəyalə Muradın Detektiv-povesti)

Üçüncü fəsil.

Dənizdən iki kilometr məsafədə yerləşən doqquz mərtəbəli binanın ikinci blokunun qarşısında “Nissan- Altima” markalı qara maşın dayanmışdı. Səyavuş Qönçəyə zəng etdikdən sonra bir siqaret yandırdı. Nədənsə həmin gecə o özü də narahat idi. Növbətçi olmağına baxmayaraq hər dəfə fürsət düşdükcə kabinetinə çəkilib televizorunu yandırar, rahat divanda uzanıb səhərini açardı. Bəzən də fabrikin qarşısında yaşıllaşdırma işi ilə məşğul olardı. Lakin bu gecə hər dəfə olduğundan çox sıxıntılı keçdi. Demək olar səhərə kimi fabriki başdan başa dövrə vurmuşdu. Heç özü də bunun səbəbini anlamırdı. Nəyinisə, çox önəmli bir şeyi itirmiş insan kimi binanın başına fırlanırdı. Bu hissləri barədə Qönçəyə heç nə demək istəmirdi. Bilirdi ki, Qönçə hər şeyi ürəyinə salandı. Qanını qaraltmaq istəmirdi. Sadəcə onun da bu gecə narahat yatmağından nigaran qalmışdı. Heç nə anlaya bilmirdi.

Səyavuşun işi asan idi. Daha doğrusu onun düşüncəsi belə idi. Əslində isə o da hər bir ailə sahibi kimi, ailəsini dolandırmaq istəyən kişi kimi iş görmək istəyirdi. Dayanmadan, alın təri tökə-tökə, qolunun gücündən istifadə edərək qazanmaq istəyirdi halal pulunu. Lakin həyatda heç də hər şey insanın istədiyi kimi olmur. Səyavuş toyuq əti və yumurta istehsal edən broylerin nəzarətçisi idi.  Bu işə qayınatasının tanışlığı ilə düzəlmişdi. Maaşı maaş, istirahəti istirahət idi. Əti də ət idi. Amma ayda bir dəfə gecə növbəsində olmalı idi. Bu heç də vacib deyildi. Nə zaman istəsə gecə növbəsini tabeliyində olan şəxslərə verə bilərdi. Bir sözlə gördüyü bu işdən narazı idi Səyavuş.

Uşaqlıqdan atasını irsi xəstəlikdən itirəndən sonra anasına və kiçik qardaşına baxmaq onun boynuna düşmüşdü. On üç yaşı olmasına baxmayaraq iş axtarıb ailəsini dolandırmaq istəyirdi. Anası da işləyirdi. Amma bağça müəlliməsinin qazancı bu kiçik ailəni yarım aylıq dolandıra bilərdi. O da yarı ac, yarı tox. Səyavuş isə anasını yormaq istəmirdi. Deyirdi “çoxlu pul qazanacam. Sən işləməyəsən. Qardaşımı da ən yaxşı məktəblərdə oxutacam.” Buna da tez bir zamanda nail oldu. İş burasındadır ki, Səyavuş işi bazarda axtarırdı. Nə isə daşımaqla, siqaret, alışqan satmaqla qazanırdı çörək pulunu.

Bir gün hər zaman olduğu kimi bazarda yük arabası ilə müştəri axtaranda 30-35 yaşlı, eynəkli kişi onu səsləyir. Simasından nur yağan bu yad şəxsin şirin dili balaca Səyavuşu ovsunlayır. Onun yükünü arabasına yığıb ardınca sürməyə başlayır. Bir neçə satış rəfi dolandıqdan sonra həmin şəxs özünə məxsus maşınını  işarə edib malları oraya daşımağı tapşırır. Cəld olmaqla yanaşı Səyavuş həm də ağır çəkili çantaları qaldırmaqda yetərincə ustalaşmışdı. Baxmayaraq ki, xarici görünüşdə cılız və gücsüz görünürdü.

Yükləri maşına yerləşdirdikdən sonra pulunu nə zaman alacağını gözləməli olur. Eynəkli şəxs onun niyə getmədiyini anlayıb yanına çağırır. Səyavuş iri addımlarla başı dik vəziyyətdə nur üzlü yad adama yaxınlaşır. O:

 -- Adın nədir, oğul?

 -- Səyavuş!

 -- Neçə yaşın var?

 -- Bunun nə dəxili var ki? –deyən Səyavuş sanki yaşının kiçikliyini başına qaxanc edəcəyindən çəkinirdi.

 -- Sadəcə bilmək istəyirəm. Maraqlıdır.

 -- On üç!

 -- Lap yaxşı. Sən mərd oğlansan. Həm də güclüsən. Burada niyə işləyirsən?

 -- Pul qazanmaq üçün! – Səyavuş bu sualları eşidib təəccüblənirdi. Çünki bir neçə ay idi ki, burada yük daşıyan idi. Lakin bir nəfər də ondan adını və yaşını soruşmamışdı. Ümumiyyətlə onunla heç söhbət də etmirdilər. 

 -- Sən qoçaq oğlansan! Əhsən! Sənin kimi oğul sahibi olsam özümü ən xoşbəxt ata hesab edərdim.

Bu sözlər Səyavuşu kədərləndirirdi. Atasını xatırlamışdı. Onun qaraciyər xərçəngindən necə əzabla öldüyü gözünün qarşısına gəlmişdi. Həmin xəstəlikdən babası da, atasının əmiləri də dünyalarını dəyişmişdilər. Səyavuş düşünürdü ki, o xəstəlik irsi olduğundan gec tez ona da təsir edəcək. Onu da yataq xəstəsi edəcək. Bunu isə heç istəmirdi. Xüsusən də indi. Anasına və kiçik qardaşına sahib çıxmalı idi. Ölümdən düşünməyin isə heç yeri deyildi. Fikrini tez bir zamanda alacağı pula yönəltdi. Alan kimi geriyə bazara dönəcəkdi. Elə bu zaman eynəkli, nur üzlü kişi ona əlini uzatdı.

 -- Səyavuş, oğul mənə bağda bəzi işləri görməyə köməkçi lazımdır. Amma qoçaq, sözündən dönməyən, daim işinə vaxtında gəlib, vaxtında gedən olsun! Belə birini tanıyırsan?

Yad insanın bu təklifi Səyavuşun lap ürəyincə olmuşdu. Nəhayət ki, gündəlik iş yeri tapmışdı. Belə fürsəti əldən buraxmaq ağılsızlıq olardı.

 -- Elə biri  mən özüm! - Səyavuş bunu çox əminliklə deyirdi.

 -- Sən? Nə deyirəm! Lap yaxşı. Sənin qoçaq olduğuna, mərd olduğuna, gücünə heç şübhəm yoxdur.

 -- Mənə nə qədər pul verəcəksiniz?

 -- Sən günlük işin üçün pul almaq istəyirsən? Yoxsa ayda bir dəfə maaş kimi?

Səyavuş bir qədər düşünüb şıltaq təbəssümlə cavab verdi.

-- Mənə ayda iki dəfə pul verin. Birini ayın biri, digərini on beşi! Razısınız?

-- Nə deyirəm mən razı. - Qarşısındakı uşağın işə həvəsi və pul qazanmaq istəyi yad insanı bir qədər kədərləndirmişdi. Artıq sual vermədən maşına əyləşib uşağa təbəssümlə baxdı:

-- Sabah səni burada bazarın qarşısında gözləyəcəyəm! Saat 11 də burada ol!

-- Baş üstə!

Bu təsadüfi tanışlıq Səyavuşun bütün həyatına dönüş nöqtə qoydu. Onun üçün gələcəyə böyük ümidlər yarandı. Sanki havasız otaqda imiş bu zamanadək. İndi isə  otağın geniş pəncərələri peyda olmuşdu. Çox rahat nəfəs alırdı. Beləliklə, Səyavuş Vahid Zamanın evində işə düzəldi. Qısa vaxt ərzində ailənin sevimlisinə çevrildi. Vahid bəy ona atalıq etməyə başlamışdı. Qönçəni də ona tapşırmışdı. İstəyirdi ki, onunla eyni məktəbə getsin. Əvvəlcə Qönçəyə Vahid bəyin qızı kimi hörmət edirdi. Lakin sonralar bu şirin, sevimli utancaq qızı ürəyinin dərinliyində gizli sevməyə başlamışdı. Eşidəndə ki, Vahid bəy onu Qönçəni nəzarətdə saxlamaq üçün Səyavuşu da məktəbə qoyacaq çox sevinmişdi. Dərs saatlarında Qönçəni görə bilmədiyindən yaman darıxırdı. İndi isə onunla eyni məktəbdə oxuyacaqdı. Əlbəttə ki, ən az 45 dəqiqədən bir onu görəcəkdi. İlk vaxtlar Səyavuş Qönçənin yanında olurdu. Sonralar Qönçənin ona qarşı hisslərindən şübhələnəcəyindən qorxub uzaqdan-uzağa göz qoymağa başladı. Məktəbdən Qönçəyə qarşı biganə olmayanlar da vardı. Qəribəsi o idi ki, Qönçə onların heç birini yaxınına buraxmırdı. Bu da Səyavuşun lap ürəyindən olurdu. Düzdü onu sevirdi. Qarşılıq istəmədən, gizlicə. Lakin Qönçəni itirməkdən çox qorxurdu. Qorxurdu ki, qəlbindəkiləri ona açsa bir daha Qönçəni görə bilməyəcək. Odur ki, hisslərini cilovlamaqla yaman məşğul olurdu. Çox əlləşirdi. Axırı çarəsini tapdı. Yığdı bütün hisslərini saldı ürəyinin dərinliyindəki bir dar “otaq”dakı sandığa, ağzını da bərk-bərk qıfıllayıb açarını da uddu.

Lakin bu çox çəkmədi. Əsgər getməzdən əvvəl Qönçəyə dediklərini xatırladı. Nədənsə qəlbi yenidən isindi. Bu istilik ona Qönçəni hələ də dəlicəsinə sevdiyindən xəbər verirdi. Bu an əlindəki siqaretin külü köynəyinə düşdü. Bununla da xəyallardan ayrılıb indiyə qayıtdı. Blokun ağzında dayanmış Qönçə Səyavuşun bu hərəkətini görüb gülməyə başladı.

-- Bu nədir? Xəyal qurursan?

-- Yox. Sadəcə keçmişi xatırlayırdım - Qönçəni başdan ayağa süzərək cavab verdi.

-- Mən hazıram. Gedək sahildəki bağa. Nədənsə atam üçün darıxmışam.

-- Elə mənim də onunla söhbətim vardı. Əyləş gedək. 

 


Redaktə etdi: Milana.M - 23 avqust 2012
Səbəb: Milana

Səslərin sayı: 11
32
3869
loading...
Şərhlər
Offline
BELLA
cox maraqlidir.görüm ne olur
17 oktyabr 2012 01:06
Offline
ZƏRİF
Mənə ayda iki dəfə pul verin

Bu cumle meni lap kovreltdi...yaziq kasib ayda iki defe maas almaqla sevinmek isteyir Qoncenin atasi gorunur cox gozel insanmis bes bele bir insana kim qiydi???? maraqlidi..
12 sentyabr 2012 10:26
Offline
Nigar
Nese mende siyavuwdan wubhelenirem aaaa Fatma xanim demiwken insan oglu ciy sud emib buda 3 cu hisse
25 avqust 2012 19:36
imza: Allahın cümləmizə yar olsun amin
Offline
leylahuseynova
Nəsə inanmaq istəmirəm ya da özümü inandırmaq istəmirəm Siyavuşun bu işdə əli olduğuna
25 avqust 2012 11:00
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
kamile
indi oxudum hamisini:)amma indi de seyavusdan subhelenmeye baslamisam:)eslinde durust ve saf insana oxsayir amma bu qetli toretmeye onu nese mecbur ede biler...serhimin ardini besinci fesilden sonra insaallah yazacam.tesekkurler
11 avqust 2012 15:34
Offline
L.M
Milana xanım siz bilsəniz mən sizin bu hekayənizi necə səbirsizliklə gözləyirəm. təşəkkürlər.
31 iyul 2012 16:34
Offline
Xedice 033
maraqlidi ardini sebirsizlikle gozleyirem
29 iyul 2012 23:30
Offline
Sevgi.
Yaman maraqli yerinde saxladinize Ardi olsa chox yaxshi olar Elleriniz var olsun
29 iyul 2012 19:39
Offline
Məryəm.
Çox maraqlı yazıdır yazan əllərin ağrımasın inşaAllah...
29 iyul 2012 16:55
Offline
Leyla
twk cox maraqlidi
29 iyul 2012 13:23
Offline
Xəyalə Murad
l.m.lady,

TƏSÜF Kİ ELƏDİR. AMMA BU O DEMƏK DEYİL Kİ, ELƏ İNSANLAR HEÇ YOXDUR. ONLAR VAR LAKİN ÇOXU DİGƏRLƏRİNİN QARA ÜZLƏRİNİN KÖLGƏSİNDƏ QALIB QARALMAĞA DOĞRU GEDİR. İNŞALLAH TEZLİKLƏ ARDINI DA OXUYARSIZ


Könül,
KÖNÜL XANIM ƏSƏRİN İLK İKİ FƏSLİ BU LİNKDƏDİR RAHAT ŞƏKİLDƏ OXUYA BİLƏRSİZ.

http://qadin.net/index.php?subaction=allnews&user=Milana.M
http://qadin.net/index.php?subaction=allnews&user=Milana.M[/
29 iyul 2012 11:02
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Könül
DEDEKTİV POVESTİ SEVİREM MARAQLA OXUYURAM DÜZÜ ƏVVƏLLƏRUNU OXUMAMİŞAM 3FƏSİL XOŞUMA GƏLDİ.ƏVVƏLLƏRİN LİNKİNİ VERSEYDİNİZ PİS OLMAZDI.UĞURLAR.
29 iyul 2012 05:50
Offline
l.m.lady
En heyecanli yerinde qurtardi sad heyat Siyavusun uzune gulubki onun qarsisina bele birisan cixarib, indi bele insanlar cox azdi.
29 iyul 2012 02:02
Offline
-------
Milana.M (XƏYALƏ MURAD),
yuxuma girib meni narahat elemir eee,sadece arasdirma yuxuda da davam edir
29 iyul 2012 01:09
Offline
dombish.
maraqla oxudum ama imkandirsa ardini tezlikle gozleyiremmmmmmmmmmmmmmmmmmmmm
28 iyul 2012 23:49
Offline
mukkuni
Hamisini bir yerde verseydiler.
28 iyul 2012 23:43
Offline
Louis Vuitton
Milashkam, Seyavushun heyat hekayesi cox maraqli geldi. Bir anliq dedektiv eserin bir hissesini oxudugumu unutdum,sanki. Her defe oldugu kimi-- Ela,Ela,Ela. Yazmaga ehtiyac yoxdur onsuz da "ardini gozleyirem" ...
28 iyul 2012 22:03
Offline
MAYA EL
ESLINDE HERTEREFLI MELUMAT VERMEYINIZ COX YAXWIDI AMMA SEBIRSIZ OXUCULARIQ ARDINI SEBIRSIZLIKLE GOZLEYIREM
28 iyul 2012 21:51
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥Röya♥
MILANA CANIM ELLERINE SAGLIQ ARDINI SEBIRSIZLIKLE GOZLEYECEM
28 iyul 2012 19:01
Offline
♡Aynure♡
eladi tesekkurler
28 iyul 2012 17:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ

    Şirniyyatı hər gün yeyirəm
  • Gün ərzində xoşbəxtliyi necə tapmalı?

    Dostalarınızı və ətrafınızda olan insanları yəqinki sevirsiniz. Ancaq sevginizi həmişə ifadə etmirsiniz. Bu sizi xoşbəxt edən davranışlardan ola bilər. Özünüzü ifadə edin.
  • “Dünya gözəli-2019” seçildi- FOTO

    "Dünya gözəli-2019" Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    В детской стоматологии Family Dent прекрасный подход к детям. Старшей дочери недавно установили здесь металлические брекеты, а младшему сыну вылечили зубы совсем без слез. Такого еще ни разу не было. Впервые без нервотрепки и криков. Теперь ходим только сюда - хирургическая стоматология Мне эта стоматология Family Dent понравилась очень отличной . Всего наилучшего рекомендую !
  • Demet Akalın pərəstişkarına səsləndi-FOTO

    Yaxşı edir. Hədiyyə də olsa ona aiddi sata bilər
  • 13:37 - Müəllif: aysel hesenli
    Evdə paltar qurutmayın (1)

    Evdə paltar qurutmayın

    Evdə qurudulan paltarlar divarlarda rəng dəyişikliyinə və pis qoxuya səbəb ola bilər. Paltarları evdə qurutmağa məcbursunuzsa, az istifadə edilən otaqda qurudun.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!