Bakıda hava +13°
USD 0.7843 AZN
EUR 0.9926 AZN
00:34•●Narın●• Gecəniz xeyir.Mənsiz darıxan var? Varsa gəlsin söhbətə 24 oktyabr 23:34Zayka Aqibetiniz xeyirli olsun Qadin.Netliler 24 oktyabr 23:15gun ka axsaminiz xeyir 24 oktyabr 23:02BIBIXANIM Salam bacilar necesiz?sizsiz cox darixmisdim qadin net ehli 24 oktyabr 22:03naxcivan axsamimniz xeyir eziz istifadeciler 24 oktyabr 21:49AYSUN MEMMEDOVA axsaminiz xeyr eziz xanimlar necesiz? 24 oktyabr 20:57Zayka Sert Esindi,henne baci,hevese dusmusem 24 oktyabr 20:52S.S.90...S A M I R... http://www.youtube.com/watch?v=4M32aSzZo0A 24 oktyabr 20:52S.S.90...S A M I R... Mutleqqqq izleyinn))))))))))))))))))))) 24 oktyabr 20:50Minira Aslanzade Axsamniz xeyir,Qadin.netli dostlarim,necesiz?
28963

İdeal süfrə necə olmalıdır?

İdeal süfrə necə olmalıdır?


Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə evdə yemək masasının təşkil olunması qadınların öhdəsindədir. Ofisiant işləyən və yüksək səviyyədə masa təşkil etməyi bacaran kişilər də evdə bu işlə məşğul olmağı sevmirlər. Gündəlik problemlərin və qayğıların içində olan qadınların evdə süfrənin estetik bəzədilməsinə önəm verməmələri də bir faktdır. Etiraf edək ki, əksər hallarda ailə üzvlərimiz bəzəkli masanı ancaq qonaq gələndən-gələnə görürlər. Ən böyük yanlışlıq da elə budur. Bəs masanı necə təşkil etmək lazımdır?

Əvvəlcədən qeyd edək ki, bütün hallarda, istər sadə ailə naharı olsun, istər dostlarla görüş, istərsə də böyük ziyafətlərdə masa gözəl və rahat tərtib olunmalıdır. Əvvəlcə masa örtüyündən başlayaq. Gündəlik istifadə üçün parça süfrə əvəzinə polietilen masa örtüklərindən istifadə etmək olar. Bu, xüsusilə balaca uşaqlar olan ailələrə aiddir. Gözəl bəzəkləri olan, yeri şəffaf polietilen masa örtükləri bu məqsəd üçün çox yararlıdır. Belə örtüklərin uzun müddət istifadəyə yararlı qalması üçün onları ilıq su ilə yumaq, sonra isə tamamilə qurulamaq lazımdır.

Salfetlərin kağızdan olması məsləhətdir. Onlar həm daha gigiyenikdir, həm də əlavə yuyulmaq problemi yaratmır. Süfrənin tez çirklənməsinin qarşısını almaq üçün çəngəl-qaşıq üçün metal, yaxud şüşə altlıqlardan istifadə etmək olar.

Böyük ziyafətlərdə mütləq yaxşı ütülənmiş ağ parça örtükdən istifadə etmək lazımdır. Çay süfrəsi üçün ciddi cizgiləri və yaxud əl işləmələri olan kətan örtüklər uyğun gəlir. Böyük qonaqlıqlar üçün salfetlər də örtük kimi ağ parçadan olmalıdır. Çay süfrəsinə də örtüyə uyğun tonda salfet qoyun. Üçbucaq, çiçək, zərf şəklində bükülmüş salfetlər masaya xüsusi yaraşıq verir.

Ziyafət hazırlayan ev sahibi nə qədər qonaqpərvər olsa da, masada hər qonaq üçün yarım metr yer ayrılmalı olduğunu nəzərdən qaçırmamalıdır. Ona görə də çağıracağınız qonaqların siyahısını masanızın ölçüsünə uyğun tərtib edin. Əks təqdirdə, yerin darısqallığı, təbii ki, diskomfort və narazılıq yaradacaq.

Şam və nahar üçün boşqablar aşağıdakı qaydada düzülür: böyük dayaz boşqab və onun içinə orta ölçülü boşqab qoyulur. Boşqabların sol tərəfinə isə içinə çörək qoyulmuş kiçik boşqab qoyulur. Kiçik boşqabın içinə bir qara, iki ağ çörək dilimi qoyulmalıdır. Əgər nahar üçün duru yemək nəzərdə tutulubsa, dərin boşqabları kənarda qoyulmuş kiçik masanın üstünə qoyun. İçərisində xörək olan şüşə qazanı da məhz bu masaya qoymaq lazımdır. Ev sahibi duru yeməyi özü bu masada boşqablara töküb qonaqlara ötürməlidir. Səhər yeməyi üçün hər nəfərə ancaq bir boşqab qoyulur. Ailə üçün çörək ümumi, qonaqlar olduqda isə, naharda olduğu kimi, sol tərəfdə kiçik boşqablarda qoyulur. Yumurta üçün şüşə, yaxud plastmas "yumurta badələri" qoyulmalıdır.

Bir neçə çeşiddə isti yemək hazırlanan təntənəli şam ziyafətlərində hərəyə üç boşqab nəzərdə tutulur. Süfrədə çörəyin qurtarmamasına xüsusi nəzarət etmək lazımdır. Heç bir ziyafəti içkisiz təsəvvür etmək olmaz. İçki butulkalarını, xüsusilə də qırmızı şərab şüşəsini kiçik boşqablara qoymağa çalışın. Bu, örtüyə ləkə düşməməsi üçün lazımdır. Qırmızı şərabın ləkəsini təmizləmək, demək olar ki, mümkün deyil. Marinadlar, şorabalar və konservlər üçün müxtəlif ölçülü salat qablarından istifadə edilir. Salat, paştet və vineqretlər üçün ayaqsız büllur vazlar uyğun gəlir. Sousları müxtəlif quruluşlu kiçik, dərin keramik qablara tökürlər. Masaya kərə yağının verilməsinə ehtiyac olarsa, onu dördbucaq, kürə, yaxub başqa bəzəkli şəkillərdə kiçik boşqablarda qoymaq olar. Duz və istiot qabları iki nəfərdən bir qoyulmalıdır.

İçkilərin sayından asılı olaraq, seçilən badələr, fujerlər və bakallar boşqabların qarşısına qoyulur. Onları sağdan başlayaraq kiçikdən böyüyə düzmək lazımdır. Araq üçün ən kiçik, şərab üçün orta ölçülü badələr nəzərdə tutulur. Zəif spirtli içkilərə ən böyük badələr xidmət edir. Ağ şərab üçün rəngli badələrdən istifadə etmək daha yaxşı olar. Şampan şərabı böyük bakallardan içilir. Qazlı içkilər və mineral sular üçün hündür bakallar qoyulmalıdır. Pivə böyük ziyafətlərə uyğun gəlməyən içkidir. Amma siz hər halda süfrəyə onu da əlavə etmək istəyirsinizsə, daha bir bakala ehtiyac yoxdur. Pivəni su bakalında içmək olar. Qrafinə ev içkiləri və ya adi su tökülür. Bahalı içkilər öz şüşələrində effektli görünür. Masada şampandan başqa bütün şərəb butulkaları ağzı açıq olmalıdır. Şampanı istifadə zamanı açmaq lazımdır ki, qazını itirməsin.

Qaşıq və çəngəli iç üzü yuxarı olmaq şərtilə boşqabın sol tərəfinə, bıçağı isə sağ tərəfinə qoyurlar. Bıçağın kəsən hissəsi boşqaba tərəf olmalıdır.
Əgər ziyafət üçün desert nəzərdə tutulubsa, bunun üçün badələrin arxasında ayrıca priborlar qoyulmalıdır. Süfrəyə düzülən istər soyuq, istərsə də isti yeməklərin rahat götürülməsi üçün onların içinə də qaşıq və çəngəllər qoyulur. Yağ və paştetlər üçün bıçaq uyğundur. Kolbasa, pendir kimi qəlyanaltıların yanına heç nə qoymaq lazım deyil, onları hər kəs öz çəngəli ilə götürə bilər.

Masada basırıqlıq yaratmamaq üçün yeməkləri süfrəyə uyğun ardıcıllıqla vermək lazımdır. İlk olaraq soyuq qəlyanaltılar yeyilir. Bundan sonra onlar priborları ilə birlikdə süfrədən yığışdırılır və duru yeməyə keçilir. Duru yeməkdən sonra isə isti xörəklərə keçmək olar. Porsiyalarla hazırlanmış isti yemək hər qonaq üçün ayrıca, ümumi yemək isə hər 4 nəfərə 1 buludda qoyulur. Ziyafətlər üçün duru yeməkdən istifadə etmək məsləhət deyil. Bununla həm də qayğının biri azalmış olur.
Deserti yemək priborları yığışdırılmamış və masa qaydaya salınmamış vermək olmaz. Eyni zamanda masanı desert içkilərindən başqa bütün butulkalardan azad etmək lazımdır.

Çay süfrəsi yemək başa çatdıqdan yarım saat sonra hazır olmalıdır. Çay masasının təşkili zamanı ortaya içərisində peçenye, konfet, meyvə olan hündür vazlar, kiçik mürəbbə qabları, şirin piroqlar və tortlar olan buludlar qoyulur. Tortu və piroqu əvvəlcədən doğramaq lazımdır. Masanın bir neçə yerində kiçik qənddanlar və doğranmış limon qoyulur. Çay masasına konyak, desert şərabı, rom qoyula bilər.

Masa tərtibatı üçün boşqablar diqqətlə seçilməlidir. Çox rəngarəng, zövqsüz bəzəkləri olan boşqablar bütün gözəlliyi heç edə bilər. Hündür güldanlarda qoyulmuş təzə çiçəklər istənilən masaya gözəllik verər.

Masanın tərtibatı hər şeydən əvvəl ev sahibinin şəxsi zövqündən və imkanından asılıdır. Tərtibat zamanı qaydalara riayət etməsəniz belə, rahatlığa, uyğunluğa və gözəl görünüşə diqqət yetirin. Bir də unutmayın ki, qanunları bütün hallara şamil etmək olmaz. Hər halda hər kəsin öz zövqü var. Təbii ki, masa tərtibatında da...
Səslərin sayı: 10
23
9247
Şərhlər
Offline
♥NiLuFeR♥
IDEAL SUFRE OLMUR
3 yanvar 2014 22:45
Offline
Terlane huseynli
sufre bezemeyi mence her qadin biler
twk
24 aprel 2013 00:33
Offline
Esya
mende yerli yerinde bezemeyi sevirem.ele olsunki hec kim noqsan tapmasin.tsk.
15 dekabr 2011 00:51
Offline
AYGUN
HER QADININ BILMESI GEREKEN MEDENIYYET...TESEKKURLER.
12 noyabr 2011 16:57
Offline
test
SUFRE BEZEMEYI BACARIRAM
30 oktyabr 2011 12:46
Offline
oksana
tesekkurler,bacardigimiz geder elinden geleni edirik hem evdekiler,hem gelenler beyensin
19 oktyabr 2011 12:47
Offline
12 oktyabr 2011 22:17
Offline
lovable_madam
men hemse cox heyecenalaniram qonaq cagairanda el isleyirme ki yuzde yuz menden hamiis razi qalsin...ozu de xoslayiram tek olum metbexde yemekleri tortu ya da piroqu ozum etmeyi xoslayiram hec kim komek etmir daha da el ayagima dolasirlar, bu hardadir, bunu hara qoyum sualini verince ozum edirem deee...neyniyirem kiminse komeyuini?
12 oktyabr 2011 22:08
Offline
creativka
maraqli idi,sufre bezemeyi qeweng bacariram
16 avqust 2011 21:55
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
gul
FAYDALI MELUMATDI TESEKKURLER AMMA DIGELKI BIZIM $ADLIQ EVLERINE BAX CAMAATI AZ QALA BIR- BIRININ ICINDE OTURDURLAR BILMIRSEN NECE HEREKET EDESEN ORTUKLER DE DEMEK OLAR QIRI$- QIRI$
22 iyul 2011 18:14
Offline
sirin89
biz de sufreden cox ne yemek bisib,ona baxirlar. wink
11 may 2011 17:16
Offline
lovable_madam
qonaq gelende ele isteyirem ki sufrede her şey qaydasinda olsun, hemişe sufreni ozum aciram, komek eleyenim de olmur, amma bu iş mene olduqca zovq verir........ wink
15 fevral 2011 10:30
Offline
Fatma xanım
dəyərli məsləhətdi
25 yanvar 2011 00:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Firuze
sufre bezemeyi cox sevirem amma yigisdirmagi yox! winked
15 yanvar 2011 16:31
Offline
yekta
COX SAGOLUN LAZIMLI MALEUMATA GORE
15 yanvar 2011 16:29
Offline
rovsane
2 pac ne demekdir wink
30 noyabr 2010 20:39
Offline
mukkuni
maraqlidir smile
7 avqust 2010 23:25
Offline
Aynur
Chox aydin izah olunub.Tewekkurler
27 iyul 2010 13:22
Offline
leylahuseynova
Sufre duzmeye bir sozum yox amma onu yigisdirmaga eriniremmmm angry o qeder qab qacaq yigilir ki gel goresen . Yediklerimizin hamisi hezm olunurrrr wink
27 iyul 2010 10:42
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
NAZRIN_
TENTENELI SUFRELERI COX SEVIREM QONAQ QARSILAMAGI DA AMA SONRA YIGISDIRMAQ ISTEMIREM fellow
27 iyul 2010 10:31
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • Salfetkaların səliqəli qatlanma qaydası

    Indi bir oteri baxdim,cox maraqli xeberdi bele seyleri sevirem
  • 02:35 - Müəllif: Qəribə
    Hava haqqında (3)

    Hava haqqında

    Xəyalə MuradSabaha tutqun hava şəraiti deyiblər. Artiq havadan görünür ki soyuq olaçaq.
  • National Geographic foto müsabiqəsi-3

    1 və 3-cü şəkilləri daha çox bəyəndim.
  • Əgər bir gün Peyğəmbər (s.ə.s) sizə qonaq gəlsə

    Peyğəmbər (s.ə.s) gəldiyi zaman özünüzə çəki-düzən verməli olduğunuzu dü.ünürsünüzsə, deməli, siz Onu (s.a.s) qarşılamağa layiq deyilsiniz. Yox, əgər olduğunuz kimi qarşılasanız, deməli, siz, doğrudan da, xoşbəxt, düz həyat yaşayırsınız.İnşallah ki, onu qarşılamağa layiq insanlarıq.
  • National Geographic foto müsabiqəsi-3

    Ana məhəbbəti, Jakarta, İndoneziya. Bu şəkili bəyəndim.
  • Robin Şarma "Ferrarisini satmış rahib"

    mira-kerimBUnu mene Ceylan xanim bir nece ay evvel meslehet görmüsdü amma tapa bilmedim. Asanlıqla yükləyib oxuya bilərsiz. Bu gözəl imkandır.
  • Üzdə mimik qırışları təmizləyən maskalar

    Ellada BabayevaMəndə əvvəllər edərdim indi sadəcə təmizliyinə fikir verirəm. Qidalandırıram.hə yaxşı edirsen canım,qidalandırma üz üçün vacib şərtlərdən biridir
  • 01:12 - Müəllif: Xəyalə Murad
    Dəbli toy donları (13)

    Dəbli toy donları

    7 və 10 cu donu çox bəyəndim Aida M-ovaBirinci şəkil Birinci şəkildəkilərin o ətək hissəsini qayçılamaq gəldi içimdən. Sanki ayaqlarına ilişəcək bu dəq yıxılacaqlar.
  • Mobil telefona görə sahibini tanımaq olar

    Aida M-ovaƏlimə nə keçdi artıqdır deyib satıram bir evimiz qalıb Gör nə edirsən
  • 01:45 - Müəllif: sevda eliyeva
    Qadın otu-Ərküdə (82)

    Qadın otu-Ərküdə

    salam dostlar necesenerkude otu satiramkim isdasa muraciyet etsinozim icmisem faydasini gordummenim evladim olmurdu bundan icdim indi wukur bir qizm varmen bu otu cox axdarmiwam vaxdile wukir indi ozim alda etmiwam cunki bu otu cox seviremcunki bu otu elde etmey menimcunda asand olmadierkude otun 100 qrami 6manatamen getmedyim hekim olmadi bu 10 il icimde ama mendemenda falekul yetwmirdi partlamirdibunu icenan sonra oz ozinden yetwdi partladihabuki bu otdan qabag qarmanali iyneler edirdim hec cur efekt gormedimbu otu icdim 4ay sonra uwaga qaldimwukir indi bir qizim var hamiya allah nesib etsin
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )