Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0949 AZN
21 fevral 17:22Surayye Qizlar men geldimmm
38076

Sevinc gətirən doğuş

Sevinc gətirən doğuş

Ağrıya etibar edin. Və bu keçirdiyiniz ağrı ən qüdrətli meditasiya ola bilər (Oşo).
Çox vaxt gələcək analarla məşğələlər keçirərkən, onların bəzilərini ancaq ağrının narahat etdiyini müəyyən etmək olar: "Mən ağrıdan qorxuram. Qorxuram ki, ağrı kəskin olar və mən buna dözə bilmərəm. Mən bu ağrıya necə reaksiya verəcəyimi bilmirəm, mən öz üzərimdə nəzarəti itirə bilərəm". Bu suallar daim hamilə qadının fikirində dolanır.
Qadın seçim qarşısında qalır: ya körpə ilə harmonik ünsiyyətdə olmaq, ya da doğuş ağrılarına dözmək. Qadın ünsiyyəti seçir və həyəcan keçirməkdə davam edir: "Dözə bilməsəm, onda necə, çox ağrılı olsa nə edəcəm?"
Lakin ağrıdan danışmazdan əvvəl gəlin bir az da hamiləlikdən söhbət edək. Hamiləliyin sonuna doğru qadınlar emosional cəhətdən çox dözümsüz olurlar. Onlar küskün, tez inciyən, kövrək olurlar. Artıq onların qəbul etdiyi qərarlar çox vaxt impulsların təsiri altında baş verir. Buna görə də sərrast fikirləşmək qabiliyyəti azalır. Bütün bu dəyişikliklər təbiətin qadına verdiyi doğuşa hazırlıq kompleksinin tərkib hissələridir. Bunlar qadını doğuşu asan keçirmək üçün hazırlayır. Odur ki, bu dəyişiklikləri dayandırmağa, başqa yola yönləndirməyə çalışmayın, müdaxilə etməyin. Qoyun bu təbii proses öz axarı ilə getsin.
Ağrı  doğuşun əsas komponentlərindən biridir. Ağrı tədricən başlayır, tutmaşəkilli olur, əvvəl çox qısa müddətli olur, sonralar artır. İlk ağrılar tutub-buraxdıqda onun heç izi də qalmır. Yaxşı olar ki, ağrı başlanan ana qədər qadın buna psixi cəhətdən hazır olsun. Əgər ilk dəqiqələrdən bunu ayrıca mövcud olan bir faktor kimi qəbul edərsinizsə, bunu keçirmək daha asan olacaq. Sanki bu sizin ağrınız deyil, ayrıca bir əlamətdir, öz-özünə yaranır və yox olur. Çalışın ki, ağrı ilə tərəf müqabili olasınız. Əgər bunu bacarsanız, ağrı ən yaxın dostunuza çevrilə bilər. O, bütün doğuş boyu sizi yalnız qoymayacaq, sizə nə etmək lazım gəldiyini, sevindirici ana addım-addım yaxınlaşdığınızı bildirəcək. Belə ki, tutma nə qədər ağrılı olsa, uşaqlıq boynunun daha geniş açıldığını bildirir. Gücvermə nə qədər ağrılı olarsa,  uşağın doğuş yollarında bir o qədər böyük məsafə qət etdiyini göstərir. Ağrının artması  sevincli anın yaxınlaşması deməkdir. Siz tezliklə körpənizə qovuşacaqsınız.

Sevinc gətirən doğuş


Tutmaların müddəti artdıqca və onların arasında vaxt qısaldıqca, ağrı güclənir. Bu müddətdə quvvənizi boş yerə xərcləməyin, tutmanı mümkün qədər sakit keçirməyə çalışın. Tutmalar zamanı sərbəst olmağa çalışın, özunuzə rahat yer və vəziyyət seçin, tənəffüsünüzü və səsinizi tənzimləməyə çalışın. Bəzi qadınlar tutma dayandıqdan sonra da ağrının davam etdiyini öz təsəvvürlərində yaradırlar və bundan əziyyət çəkirlər. Buna sonrakı ağrı deyilir. Bunu aradan qaldırmaq üçün tutmalar arasında ilıq vanna, duş, yüngül massaj almaq olar. Səsinizi və tənəffüsünüzü saxlamayın. Əksinə səs və tənəffüslə özünüzə kömək edin. Qadın özunu tənha hiss etməməlidir. Yaxın bir insanın onunla bərabər bu acıları çəkməsi onda özunə inamı artıra bilər.
Qadın bu prosesdə əgər özünü başlıca fiqur hesab etsə və özünə yazığı gəlməyə başlasa, bu, heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Buna imkan vermək olmaz. Onun bütün fikri körpəyə yönəlməlidir. O bilməlidir ki, onun çəkdiyi ağrı əslində işıqlı dünyaya gəlmək istəyən körpənin ağrısıdır. Ona kömək etmək lazımdır.
Ağrının kulminasiyası uşaqlıq boynunun tam açılmasına təsadüf edir. Bu zaman uşaq hələ doğuş kanalına daxil olmayıb. Qadına elə gəlir ki, bu, həyatın sonuncu dəqiqəsidir. Lakin təşvişə düşmədən, bütün qüvvənizilə, səsinizlə və var nəfəsinizlə "Haydı!" deyib ağrıya açılmaq lazımdır.
Ağrı nə qədər də güclü olsa, qadının dözə biləcəyi dərəcədən artıq ola bilməz. Elə bir an gəlir ki, ağrı zəifləməyə başlayır, onun keyfiyyəti də dəyişir. Tutmalar gücvermə ilə əvəz olunur.

 

 

Sevinc gətirən doğuş


Gücvermə zamanı qadın sanki özü ağrını yaradır. Bu zaman belə bir sual meydana çıxır: Quvvəni hansı istiqamətə yönəltmək lazımdır? Burada da ağrının özü sizin köməyinizə çatır. Əsas yönləndirici quvvə ağrı olmalıdır. Gücvermənin bütün quvvəsi ağrı nöqtəsinə düzgün yönəldilməlidir. Ancaq bu qaydada aparılan gücvermə körpənin doğuş kanalında hərəkət etməsinə kömək edir. Əgər bu qaydaya riayət etməsəniz, icra etdiyiniz gücvermələr nəticəsiz olacaq və doğuş bir neçə saat boyunca uzanacaq.
Gücvermə ağrısı - qadının doqquz ay daxilində kecirdiyi bütün arzuların apogeyidir (əgər dünyaya gələcək körpə arzu olunan deyilsə, həmin qadınlar çətin doğurlar). Gücvermə ağrısı qadının yeni həyatın yaranmasına yönəlmiş bütün həyati gücünün təcəssümüdür. Gücvermə ağrısı  həyatı ən dərindən hiss etməkdir. Gücvermə ağrısı  tamamilə ümdə məqsədə - yeni həyatın yaranmasına verilən qurbandır. Gücvermə ağrısı həyat partlayışıdır.
Bu belə də olur. Uşağın başının çıxdığı anda qadın artıq bir insan kimi öldüyünü və bununla yeni bir canlıya həyat verdiyini hiss edir. O, olumla ölüm arasındakı məkansız, zamansız, heç bir cismani ölçülərin olmadığı, ruhi, uca bir boşluğa düşdüyünü hiss edir. Bu anda o, həm doğumu, həm ölümü, həm də həyatı dərk edir.
Bu andan sonra doğuş başlayır. Həmin yeni an həm də yeni körpə dünyaya gəlir. Bundan sonra sanki bu dəqiqəyə qədər baş verən nə vardısa, yox olur. Bir tək xobəxtlik var - ana yeni doğulmuş balasına qovuşur. Qalan nə varsa, bu xoşbəxtlik hissinin ağuşunda qərq olur.
Heç bir qadın körpə dünyaya gəldikdən sonra bir an əvvəl keçirdiyi ağrılar haqqında heç bir söz söyləyə bilməz. Bütün keçənlər digər həyatda baş verib və orada da qalıb. Ağrı və acılardan əsər-əlamət qalmır.
Nə olursa-olsun, Sizə doğru yönəlmiş quvvəyə, hissiyyata etibar edin. Bu qüvvə əlinizdən tutaraq sizi doğuma aparacaq. Özünüzə, həyata və başlıcası, Allaha etibar edin. Əgər ağrı hissi Sizin içinizi doldurursa, qoy belə olsun. Bu ağrıya da etibar edin.

 

Səslərin sayı: 17
88
24860
loading...
Şərhlər
Offline
Menise Kazimova
Qarnin altindan bir sanci tutur, nefes kesilir.ilk novbede gozume yoldasim pis gelmeye basdadiki men agriyiram bu niye agrimir
30 oktyabr 2014 18:13
Offline
Arzu
Qorxuram, agrilar heren tuturhang, agliyiram cray ... yoldawimin komandiroovkadadi girl_cray yanimda olmasini isterdim... amma deyil girl_cray ... herden zeng eliyir o da ki, lap okuzrussian_ kimi daniwir , qaynanam teskinlik verirkiempathy o hemiweki kimi di sadece men daha hessaslawmiwam blush .. deli oluraaam girl_cray girl_cray cox qorxuram ozume yer tapa bilmirem careni qadin.nete girmekde gorurem. burda yazilanlar men i rahatladir biraz cox sagolun sad
4 iyun 2014 20:28
Offline
samire ismayilova
Allah hamiya qismet etsin.men sancilarin cox olacaqindan qorxuram.cox heyecanliyam hamileliyin 8-ci ayindayam.sizin yazdiginiz melumatlar mene cox komek etdi.mene sanci gelende qorxurdum ciddi bir sey sanirdim sizin saenizde basa dustum shout girl_cray
8 mart 2014 13:29
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
Cox gozel tesvir etmisiz bir ananin dogushda ne yashayacagini.Allah hamimiza yar olsun Amin.
1 mart 2014 10:17
Offline
aska
-Təşəkkürlər- give_ros
7 yanvar 2014 12:13
Offline
Gulnar Qehramanli
AY MEN COX QORXURAM,DOGUM EVLERINDEN O QEDER OLUM HADISEERI ESIDIRIK KI,HEYECAN BASIR ADAMI.BILMIREM HANSI DOGUM EVINE UZ TUTUM.EGER BILEN VARSA MENE KOMEK EDIN.ALLAH HAMIMIZA KOEK OLSUN..
22 dekabr 2013 13:45
Offline
♥NiLuFeR♥
ALLAH hamiya ana olmagi nesib etsin,AMIN girl_ang
11 dekabr 2013 15:09
Offline
vuqar umud
Mende anayam cox xosbextem gozel balam var.Ailem var Allah hamiya nesib etsin ovlad sevinci amin1
5 dekabr 2013 22:18
Offline
Fidan Məmmədova
Bəzən mənə kənardan deyirlər ki, saytınızın ayağı yüngüldür. Bura gələn əksər uşaq arzusunda olan xanımlar hamilə qala bilirlər. Sanki bir sehr var burda Bu gün yeni bir xəbər aldım, illərdir uşaq həsrəti çəkən daha bir xanımımız hamilədir. Allah başacan etsin, İnşAllah, sevincli xəbərələrinizi gözləyirik.P.S. Saytımızda doğurdan nəsə var ha

Ele men də o barədə yazacaqdim Ceylan xanim,düzdür heqiqeten de beledir,dogurdan bu saytda bir sehr var,mənə də saytinizin ayagi cox duserli oldu,indi hamiləliyimin 8-ci ayindayam,çox xoşbəxtəm,düşünürəm ki,Allahdan ümid heç vaxt kesilməz,hər zaman dualar edilməlidir,mənə də bu saytda bir çox qizlarimizin duasi kömək oldu həmçinin,indi həsrətlə balamin yolunu gözləyirəm,Allah arzusunda olan hər kəsə nəsib etsin,amin.
Bu xəbəri də yazdiginiz üçün təşəkkür edirəm sizə,doguma bir neçə həftə qalib məndə də,maraqla oxudum,yazdiqlariniza emel edim gerek,ürəkləndim lap mən də.
5 dekabr 2013 10:42
Offline
S U S E N _BACI
AGRI CEKMEK DOGUSU YUNGULLESDIRIR
ALLAH HAMININ BALASINI SAXLASIN MENKINIDE AMIN girl_ang
28 noyabr 2013 14:09
Offline
Vusqa eliyeva
Allah her kese xeyrli evlad qismet elesin amin mende suni doguw oldu o qeder stres kecirmisdimki helede qorxudan ikinci uwaqi dunyaya getirmek istemirem olsada ikincini keyser elemek istiyirem inwallah qismet
15 noyabr 2013 14:17
Offline
COX COX TESEKKUR EDIREM,BU YAZINI DOGUSUMA AZ QALMIW DA MUTLEQ OXUYACAM,COX TESIRLENDIM,COX TSK
13 noyabr 2013 11:29
Offline
ZEHRAM
tsk cox sag olun.Hemin gunu xatirlatdiz Dogusum vaxtindan tez oldu .hec fikirlesmirdimki nece olacaq ama ele gozel hissdiki .Sancilar baslayanda anladimki qizim gelir.En gozel an qizimin qucagima almagim idi.Allah butun korpeleri qorusun!!! Ana olmaga hazirlasan genc qadinlara demek isteyiremki keyseriyyedense dogus yagsidi korpenizin dunyaya nece geldiyini o hissleri yasayin.Bunu yasamaga deyer....
23 oktyabr 2013 17:31
Offline
aysel sadiqova
ALLAH HER KESE ANA OLMAGI NESIB ETSIN!AMIN! MEN DE O HISSLERI YASAMISAM AMMA DOGUSDAN BIR NECE AY EVVEL OZUMU PSIXOLOJI OLARAQ ONA HAZIRLAYIRDIM! COX SUKUR KI DOGUSUM DA ASAN OLDU DOGUSA GULE GULE GETDIM GULE GULE DE CIXDIM SANCILARIM COX AZ OLURDU BELKE DE MEN OZUMU ELE HAZIRLANISDIM KI BU MENE AGRISIZ GELIRDI VE USAQ DA ASAN OLDU DOGUSDAN EVVEL KIM ZENG VURURDU GULURDUM HANI DEYIRDI SEN HEC DOGANA OXSAMIRSAN! COX SUKUR ALLAH BIR GOZEL QIZIM OLDU SEHERI GUN XESTEXANADAN CIXANDA TEZ-TEZ YERIYIRDIM MAMAM INDI DE DEYIR KI HELE MEN INAMMIRAM KI DOGAN ADAM O QEDER RAHAT SEKILDE YERIYER DEYIR SENI GORENDE GOZLERIME INANMADIM ELE BILIRDIM SEN IKIQAT CIXASSAN AMMA MASALLAH SEN BASQA CUR CIXDIN! COX SUKUR ALLAHIN BU MOCUZESINE HEQIQETEN DE OVLADLARIMIZ BIZIM UCUN BIR MOCUZEDIR BU MOCUZENIN QEDRINI BILMELIYIK!
23 oktyabr 2013 17:03
Offline
vahabova lale
allah hamiya qismet elesin
2 oktyabr 2013 18:07
Offline
aygul,alizade
Ceylan xanim cox gozel movzudur.bosuna deyilmeyibki cennet analarin ayaqlari altindadir.mende o gozel anlari yasamisam.cox dehsetli aqrilardir ama eleki korpeni eline verirler cox qeribedirki butun aqrilar yaddan cixir.Allah teala butun analara xeyirli,saqlam,saleh ovladlar versin.emin.ela movzudur.tesekkurler.
28 sentyabr 2013 23:47
Offline
MELEYIM
Allah hamiya qismet etsin Inwallah bu gozel analiq hissini.burda arzusunda olan bacilarimada Inwallah
28 sentyabr 2013 18:52
Offline
ELnare Huseynli
men analiq hissini yasamaq ucun o mocuzeni gormek ucun hekime qarsi cixib sukur saxsalamat ozum doqdum.Hekim meni tebii doqusa goturmurdu ALLAH ozu komey oldu cetinliklede olsa sirin bir oqul balam oldu.ALLAH HESRETINDE OLAN HER KESE QISMET ETSIN AMIN!
27 sentyabr 2013 10:11
Offline
.
ALLah teki saglam ovladlar qismet etsin AMIN
26 sentyabr 2013 15:22
Offline
Aygun Memmedova
Ah bu ağrı.. 2 övlad dünyaya gətirmişəm,inşallah 3cü gəlir. O ağrı gözümə durub(( amma dəyər o ağrını çəkməyə. Çox xanımlar ağrıdan qorxub keysəriyyə elətdirirlər,amma bilmirlər ki, bu hisslər tam fərqli olur. Bunun özlərinədə nə qədər ziyanı var. Doğun ki,ananızın qədrini daha da çox biləsiz. O sizi necə əziyyətlə dünyaya gətirib.
26 sentyabr 2013 13:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Heyran olacağınız rəsmlər

    Hər biri gözəldir. Sadəcə nə ilə çəkdiyi bəlli olmur. Qəzetdir, ya kitab vərəqləri üstünə
  • 17:45 - Müəllif: Surayye
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Siz de Xeyale xanim da duz deyirsiz. Nene yeqin usagi bu qeder ezizleyib deye saglam usagi da xeste gorur
  • 17:42 - Müəllif: Surayye
    Yeni trend: Saç sırğaları (1)

    Yeni trend: Saç sırğaları

    Günde bir sey cixardirlar. Neye lazimdi axi
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Xanim sizin problemin helli burdadi http://qadin.net/index.php?newsid=84394
  • 17:37 - Müəllif: Surayye
    Bulimiya nədir? (3)

    Bulimiya nədir?

    Etirafdaki qizin problemidi baxxx
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Hər kəs tərəfindən eyni səviyyədə qəbul edilə bilmərik. Mütləq kimsə varlığımızdan xoşlanmayacaq. Ancaq əsəbləşməyinizlə mübarizə aparın. Qida yox, siz özünüz-özünüzü sakitləşdirirsiniz. Qida qəbul etsəniz də, etməsəniz də əsəbiniz yatacaq, beyniniz soyuyacaq. Əsəbləşəndə daxili səsinizi dinləyin. Əsəbləşməklə heç nəyi həll edə bilməyəcəyinizi bilin. Həlli olmayan problem yoxdur.
  • 17:30 - Müəllif: Xəyalə Murad
    Göz daşı nədir? (1)

    Göz daşı nədir?

    Göz həssas olur. Həkimsiz nəsə etmək düzgün olmaz. Məlumatlandırıcı xəbər üçün təşəkkür edirəm, Luna
  • "Kor Bayquş" Sadiq Hidayət

    Türkcə mütaliə etmədiyimdən gərək ya tərcüməsini gözləyim, ya da rusca nəşrini
  • 17:27 - Müəllif: Xəyalə Murad
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Hər şeyin çoxu zərər verir. Hətta sevginin də. Hər zaman sözünü gərək təklikdə deyəsən, izah edəsən. Yeniyetmə çağında uşaqlar həssas olurlar. Qəlbləri həddindən artıq tez qırılır.
  • Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

    Hansi agilla edir bunu
Maraqlıdır