Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Baş rolda özüm (9-cu hissə)

Baş rolda özüm (9-cu hissə)

 Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...

 İcazəsiz kopya edilməsi qadağandır!!!

Mən əslində iki adamın qatili idim…

-Bax yenə deyirəm. Əvvəl polisə gedək, ifadəmizi verək…-Cengiz maşına oturandan dilə tuturdu məni.

-Yox, mən xəstəxanada olmalıyam!

-Gedərik də, xəstaxanaya da gedərik birlikdə. Nə lazımdır yoluna da qoyarıq…

-Sür, Cengiz, xəstəxanaya sür!

-Sürüm deyirsən sürüm e amma…

Bizimkilərlə xəstəxananın dəhlizində rastlaşdım. Maşın gözləyirdilər meyidi evə aparmağa. Qonşular, illərlə evimizə ayaq basmayan qohumlar burdaydılar. Qadınlar anamın başına yığışmışdı. Məni görən kimi pıçıltı başlandı. Anamın nəzəri mənə sataşanda ayağa durdu. Bacım qorxa-qorxa anama və mənə baxırdı. Bir addım atıb dayandı, gözləri qızarmışdı. Anam çox susmadı:

-Gəldin hə? Harda itib-batmışdın? Atan ölüm ayağında idi sən də kefdə-damağda hə?!

-Ana…

-Ölüm olsun sənə! Ölüm olsun sənin kimi övlada! Allah yox eləsin səni!

-Əzizə bacı, bir sakit ol…

Qonşular sahib çıxırdı anama...

-Fərsiz övlad! Bu günümdə də yanımda olmayacaqdın bəs nə gündə olacaqdın?! Təzədən dirilib öləcək atan?! Səni görüm yox olasan!

-Ana, mənə xəbər çatan kimi gəldim…

-Sağ gəlmə! Sağ gəlmə heç! Kişinin ürəyin partladıb öldürdün, ata qatili! Səni doğduğum günə daş düşəydiii…-Anam ağlayır, ağladıqca da qışqırırdı…-İndi niyə gəlmisən ki? Rədd ol! Rədd ol gözüm görməsin səni!

-Ana, Elxanın nə günahı var?

-Kəs sən! Qoy rədd olsun! Bu vaxta qədər necə yad olub bundan sonra da elə yad olsun! Atasının yasına da yadlar kimi gəlsin! Rədd ol, nankor!

Sürətlə pilləkənlərə atdım özümü. Boğazımda qəhər düyünlənmişdi. Elə bil havam çatışmırdı. Tez çölə çıxmaq istədim, bircə burdan uzaqlaşaydım.

-Elxan!

Döndüm.

-Hara gedirsən?...-Elnurə tövşüyə-tövşüyə özünü mənə çatdırdı…-Anama fikir vermə. Hirslidir indi…

-Necə oldu?

-Elə sən gedəndən beş dəqiqə sonra ürəyi tutdu. Gətirdik xəstəxanaya. Amma gec idi. İki-üç saat komada saxladılar, sonra dedilər…-Ağlamsındı…-Ölüb.

-Kim gətirdi sizi?

-Qonşular.

Cibimi eşələdim, 360 manat pul vardı cəmi.

-Al bunu, yenə gətirəcəm.

-Evə get. Gözlə bizi. Anama qulaq asma…

Xəstəxanadan çıxdım. Cengiz maşında gözləyirdi. Birlikdə ifadə verməyə gedəcəkdik…

-Nəsə lazımdır?

-Yox.

-Lazım olar..-Əlində hazır tutduğu büklünü yanıma qoydu. Pul dəstəsi idi.

-Ehtiyac yoxdur!

Cengiz əlimi kənara itələdi:

-Xeyir-şərdə ən çox pula ehtiyac olur.

-Özümdə var, Cengiz!

-Hardandır? Yoxsa şirkəti soymusan xəbərim yoxdur?

Üzümü turşutdum, heç zarafatın yeri idi?...Cengiz başa düşdü:

-Yaxşı, Elxan, götür, qaytararsan. Bilirəm axı maaşa iki-üç gün var hələ. Keçən maaşdan da nəyin qalacaq ki?...-Gözünü yoldan çəkməyib yavaşca əlavə etdi:

-Başqa yerdən gəliriniz yoxdur, evdə də yığdığınız bir şey yox…Hər halda mən başa düşdüyüm qədərilə…

Dinmədim. Cengizin “Hər şeyi həll etmək mənim üçün su içməkdən də asandır!” ifadəsi almış üzünə baxdım…Bu an ondan çox nifrət etdiyim adam yox idi….

İfadə verməyə əvvəl Cengiz getdi. Bir saata yaxın dəhlizdə oturdum, hansı ki, bir an da olsun sakit, boş qalmadı, adamlar qaynayırdı demək olar ki. Bu məmləkətdə nə qədər qanun pozan var imiş…

Atamı fikirləşirdim. Son söhbətimizdə (Daha doğrusu son davamızda) gözlərinin aldığı ifadə; Sənə güvəndiyim dağlar…

Bəli əslində mən eyni gündə iki adam öldürmüşdüm. Əllərimi qulaqlarıma bərk-bərk sıxmışdım. Bununla da sanki beynimin uğultusunu batırmaq istəyirdim.

Kimsə çiynimə toxundu, diksinib gözlərimi açdım.

-İçəri keçin.

Otaqdakı kim idisə böyük adam idi, paqonlarından bilinirdi. Həmin bu böyük adam Cengizin atasının bir kəlməsi ilə balacalaşıb tülküyə dönmüşdü. O dəqiqə başa düşdüm ki, ifadə alan əslində bu deyil, o, belə xırda şeylərə baş qoşmaz. Sadəcə Cengiz istisna idi deyə özü şəxsən məni dindirmək istəyib. Məni maraq qarışıq diqqətlə süzüb oturmağa yer göstərdi.

-Hadisə nə vaxt oldu?

-Ondan bir az əvvəl baxmışdım saata, 04:40 göstərmişdi.

-Hmm..Deməli 6-ya işləmiş filan səhərə yaxın…Görən oldu?

Duruxdum:

-Bilmirəm…Evin qulluqçuları bəlkə…

-Onlar öhdələrinə düşəni bilirlər-…Cengiz qarışdı söhbətə…-Lazımi təlimatları da vermişəm narahat olmayın.

-Şahid məsələsini özünüz həll edin-...Kişinin üzü soyuq ifadə aldı…-Üzə duran olsa heç nə gəlməz əlimdən. Əslində çox çətindir, ağırdır bu iş…

Cengiz oturduğu yerdə narahatlıqla qurcalandı:

-Bilirik çətindir, ona görə də atam məhz başqasına yox sizə zəng elədi…

-Hə..Arxayın olsun atan, mən əlimdən gələni-…Telefon zəng çaldı…-Eşidirəm, bəli buyurun. Baş üstə!-…Gözucu Cengizə baxdı…-Bəli elə indi bu işlə məşğulam.-…Dinlədi…-O nə sözdür, əlbəttə arxayın olun…Baş üstə! Oldu!

Dəstəyi qoyub əvvəl mənə sonra Cengizə baxdı:

-Hə,nə deyirdim…

-Əlinizdən gələni…

-Elə gəlməyəni də edəcəm narahat olamayın!

İztehzayla dodağım qaçdı, Cengiz rahat nəfəs aldı.

-Çox təşəkkür edirəm-..Ayağa durub əlini uzatdı…-Bu yaxşılığınızı heç vaxt unutmarıq. Bizdən də aslı nəsə olsa..

-Əlbəttə, bilirəm…

Tez otaqdan çıxdım. Bunların bir-birini mədh etməsinə baxa bilmirdim.

-Elxan!

Döndüm.

-Qardaş, motor qoşublar sənə? Kişiylə niyə görüşmədin?

-Mən evə gedirəm.

-Gözlə mən də gəlirəm. Əvvəl evə gedək paltarımı dəyişim.

-Yox tələsirəm mən!

Cavab gözləmədən özümü küçəyə atdım. Maşınlar burnumun ucunda ilan kimi şütüyürdü. Yadıma Bərfimlə ilk görüşdüyüm gün düşdü…Mən hara gedirəm??? Yox, indi getdiyim yeri soruşmuram, indi məlum məsələdir atamın dəfninə.

Ümumiyyətlə hara gedirəm?? Bu gedişin sonu nədir? 8-9 aydır qarşılaşmağımız, nə qazanmışam? Pul, iş, maşın. Bəs nə itirmişəm?Bərfim? Onu itirmişəm ya qazanmışam? İtirdiklərim daha çox idi məncə. Getdikcə daha da çox itirirdim onu. Ona yaxınlaşırdım amma əslində uzaqlaşırdım. İçimdə nəsə itələyirdi keçən gecədən bəri məni ondan. Xüsusən də bu zorlama məsələsi…

Az əvvəl olduğum otağı xatırladım, mən adam öldürmüşdüm. Bu bəs deyilmiş kimi üstünü ört-basdır da etmişdim. Bu da sevginin nəticəsi? Sevgimin məni apardığı yol bu idi? Mən hara gedirdim????

Ardı var... 


Səslərin sayı: 6
45
3386
loading...
Şərhlər
Offline
Farida_Asadova
pulun varsa........................
10 avqust 2013 11:39
Offline
♥ ÜLFƏT ♥
kecim 10 cu bolume
13 oktyabr 2012 22:31
Offline
leylahuseynova
Hə belədidə pulun var demək istədiyini öldürə bilərsən əsas da namus zorlama . Bərfim kimilərin bəlasını versin Allah.Hirslənirəm müəllifin yerinə olsam Bərfim üçün heç gözəl sonluq düşünmərəm.
25 avqust 2012 11:12
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
melek gozelova
Ardini gozleyirem

her defe oldugu kimi bu defede cox maraqla oxudum. ardini hemisheki kimi sebirsizlikle gozleyirem.
7 avqust 2012 20:49
Offline
5 avqust 2012 16:04
Offline
yegane haciyeva
MARAQLA OXUYURAM COX SAGOLUN
3 avqust 2012 01:29
Offline
kamile
hm bu goresen sevgidir ya herislik paxilliq?istediyin ne idi qazandigi ne ...insan gere ne istediyini bile Elxan ele bilirki bilir ancaq bilmir ne istediyini...ardini oxuyum sonra serh edim birden qabaqlamis kimi danisaram sonra duz cixmaz)))tesekkur edirem maraqlidir
3 avqust 2012 01:09
Offline
Turkan
Ardini gozleyirem
2 avqust 2012 19:14
Offline
Fatma xanım
bizim zəmanədə pulun var adam öldür
2 avqust 2012 17:49
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Filiz Güngör
Çox çox maraqlıdı.
2 avqust 2012 12:12
Offline
Iceberg
celale,
HANSI SERİAL?
2 avqust 2012 02:25
imza: shafaabdulla.blogspot.com
Offline
celale
Bu yazilanlar heqiqetdir?mene ssenarilesmis bir seriali xatirladir.
2 avqust 2012 02:20
Offline
♡ Nur V-va ♡
Yenə də çox maraqla oxudum. Yazığım gəldi oğlana. Bir övlad üçün anasının o sözləri necə də incidici, can yaxandır. Bir qıza görə nələri itirdi. Özü də necə bir qıza görə. Nə bilim. Həyat belə ədalətsizdir. Bəlkə də günah həyatda deyil, bizim yürümək istədiyimiz yolu səhv seçməyimizdədir. Təşəkkürlər İceberg
2 avqust 2012 00:29
Offline
Huseyn (e) ashiqi
her defe oldugu kimi bu defede cox maraqla oxudum. ardini hemisheki kimi sebirsizlikle gozleyirem.
1 avqust 2012 20:50
Offline
Pervane
İNDİ TƏLƏSİRƏM OXUMADIM AMMA OXUYACAM İNŞAALLAH.
1 avqust 2012 19:02
Offline
Leyla
maraqlidi yenede gozleyirem ardini
1 avqust 2012 18:37
Offline
Selvi
tsk,maraqlidir,ardini gozleyirem...
1 avqust 2012 17:39
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
♥A.Ravana♥
Tewekkur edirem Cox maraqlidir Ardini gozleyirem
1 avqust 2012 17:23
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
قنڶ Ra Gunel Mi Le Yu قنڶ
cox maraqlidi yenede gozleyirem ardini
1 avqust 2012 15:53
Offline
Iceberg
nyama huseynova,
MÖVZU DİQQƏTİMİ ÇƏKDİ


BEST OF ALL...,
SİZCƏ ONDAN NİFRƏT ETMƏKDƏNSƏ ONA YAZIĞI GƏLMƏK, BU NECƏ OLARDI?
XOŞ SÖZLƏR ÜÇÜN TƏŞƏKKÜR EDİRƏM))
1 avqust 2012 15:35
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış