Namaz qıldıqda qibləyə tərəf yönəlmək namazın qəbul olma şərtlərindəndir. Uca Allah buyurur: «Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!» (əl-Bəqərə, 144).
Buna dəlalət edən hədisdə Abdullah ibn Ömərin (Allah ondan razı olsun) hədisi: İnsanlar Quba məscidində sübh namazını qılarkən bir nəfər gələrək dedi: «Gecə Peyğəmbərə Quran nazil olaraq (namaz qıldıqda) qibləyə tərəf çevrilmək əmr olundu, sizdə ora tərəf çevrilin». Onlarda (namazdaykən) Şam tərəfdən Kəbəyə tərəf çevrildilər (Səhih əl-Buxari, 4491, Səhih Muslim 526).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabəsinə namaz qılmağı öyrədərkən buyurur: «… qibləyə tərəf çevril …» (Səhih əl-Buxari 6251, Səhih Muslum 397)
Bu dəlillər dəlalət edir ki, qibləyə tərəf çönmək namazın qəbul olma şərtlərindən biridir. Ancaq aşağıdakı hallarda qibləyə tərəf yönəlməmək namazı batil eləmir.
a) Qibləyə tərəf çönməyə aciz olduqda. Hərəkət edə bilməyən xəstə kimi. O bu halda üzürlü sayılır. Uca Allah buyurur: «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər». (əl-Bəqərə, 286)
b) Qiblənin hansı istiqamətdə olduğunu təyin edə bilmədikdə. Qiblənin hansı istiqamətdə olduğunu təyin edə bilmədikdə mütləq soruşmalıdır. Yenə tapa bilməsə ictihad etməlidir. İctihad edib qılarsa və namaz əsnasında qiblənin istiqaməti ona bəlli olarsa o zaman namazda qibləyə tərəf çönməyi vacibdir. Namazı qıldıqdan sonra qibləyə tərəf yox ayrı istiqamətə tərəf qılması bəlli olarsa namazı təzədən qılmır və namazı səhih sayılır. Amir bin Rabiə (Allah ondan razı olsun) dedi: «Səfərdə ikən zülmət qaranlıqda qiblənin hansı istiqamətdə olduğunu bilmədik. Bizdə hərəmiz bir istiqamətə tərəf namaz qıldıq. Səhər açıldıqda bunu peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəbər verdik və bu ayə nazil oldu (Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar – əl-Bəqərə 115).
c) Güclü təhlükə olduqda. Yəni düşmənlə qarşılaşdıqda və s. Uca Allah buyurur: «Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!» (əl-Bəqərə, 239).
d) Səfərdə olduqda miniyin üzərində. Müsafirin nafilə namazını miniyin üzərində qılması caizdir. Cəbir (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Peyğəmbər səfərdə nafilə namazını miniyin üzərində qılardı. Fərz namazlarını qılmaq istədikdə miniyin üzərindən düşüb qibləyə tərəf çönüb namaz qılardı» (Səhih əl-Buxari, 400).
Səfərdə nafilə namazlarını miniyin üzərində qıldıqda qibləyə tərəf yönəlib təkbiratul-ehram edib sonra istədiyi istiqamətə yönəlməyi daha əfzəldir. Dəlil «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (səfərdə) miniyin üzərində namaz qılmaq istədikdə qibləyə tərəf çönüb təkbir edər sonra miniyi çöndüyü istiqamətə çönərdi» (Sunənu Əbu Davud 1225, Albani hədisin həsən olduğunu buyurmuşdur).
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Tuneldəki dərinlik
Paltar şkafınızın necə olmasını istərdiniz?
Xəbərdarlıq: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Gəmidəki azərbaycanlılar
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma
Sadə Toy, Zəngin Xoşbəxtlik...
Hidrogen avtobusları xəttə buraxıldı
Qandakı nəzarətçilər
Xurma və onun xeyri
Diş məcunu - evdarlıqda köməkçiniz
Konqres Pentaqonu yenidən tənqid atəşinə tutdu
Təyyarə avtomobil yoluna düşdü
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
DİM-dən XƏBƏRDARLIQ
Ronaldo ağladı-SƏBƏB
ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”
Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər
Qızıl Galaxy S4 satılacaq
100 yaşamaq üçün 50-dən də başlamaq olar (2)
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Korona virusdan necə qorunmalı?
Daha bir ölkə İŞİD-i vuracaq
Yaşıl çay saç maskası
Cəbhədə gərginlik artır
Günün ulduz falı - 16.02.2014
Dollarla krediti olanların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Avtobus sürən qadın ölkədə məşhurdur
Namazın rükətlərinin sayını bilmədən...
Məşhur yazıçıdan İslam dini bağlı fikirlər
Uşaqlar üçün toxunma paltarlar
Dəri ləkələri üçün gilas maskası
Dahilərdən gözəl sözlər - 4
1 həftədə 3 kilo arıqla
Prezident ailəsində xoş gün
Məşhur aktrisadan sevənlərinə üzücü xəbər
ABŞ rəsmi olaraq ÜST-dən çıxdı
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Guccidən 2014-2015 payız qış kolleksiyası
Etirazçılar Paşinyan və ailəsinin yaşadığı malikanələrə hücum etdi
Rəsmi Tehran: “Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”
Azərbaycan 4 ölkəyə yardım etdi - 50 min dollar
58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq
700.000 il əvvəl insanların gəmi səfəri
Türkiyənin Xarici İşlər Nazirliyi: “Azərbaycanın yanındayıq”
Azərbaycanda güclü zəlzələ baş verəcək? - RƏSMİ AÇIQLAMA
Türkiyədə yeni qadağa
2018-də uğur qazanan 14 kişi və 1 qadın
- ŞƏRHLƏR